Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfindən 2023-cü İlİn İyun ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin iyun ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyunun 19-da Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

24 iyun tarixdə Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılmasının 10 illiyi qeyd edilmişdir.

24 iyunda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə mədəniyyət müəssisələrinin əməkdaşlarına icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

İyunun 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 140-cı teatr mövsümünün bağlanış mərasimi olmuş, A.Babayevin eyniadlı əsəri əsasında hazırlanmış “Xilaskar” tamaşası nümayiş olunmuşdur.

Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən “15 İyun -  Milli Qurtuluş Günü” münasibətilə 8, “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə 13 olmaqla, ümumilikdə, 21 konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Naxçıvan şəhəri ərazisində olan Tumbultəpə yaşayış yerində və İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Plovdağ arxeoloji abidə kompleksi və ətraf abidələrdə arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Həmçinin, Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi) yaşayış yerində aparılan arxeoloji qazıntı və Şərur rayonu ərazisində yerləşən Qızqala və Oğlanqala yaşayış yerlərində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.

Müvafiq müraciətlərə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələri haqqında, Naxçıvan Muxtar Respublikası ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və  mədəniyyət abidələri haqqında məlumatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə, Heydər Əliyev Muzeyinin fondunda olan Ulu öndərin zəhmətkeş qadınlarla olan fotolarının surəti və onlar haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı, müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə "18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü"nə həsr olunmuş Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən "Açıq qapı" aksiyasında Nazirliyin əməkdaşı iştirak etmiş və müvafiq icraat aparılmışdır.

İyun ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu başlanmışdır.

İyunun 1-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İstedadlı uşaqlar-2023” festivalı keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Aqşin Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan tamaşanın 6 iyun tarixdə premyerası olmuşdur. Tamaşa 6 və 9 iyun tarixlərdə stasionarda, iyunun 14-də “N” saylı hərbi hissədə, iyunun 12-də Culfa, 16-da Şahbuz, 19-da Şərur, 20-də Ordubad, 21-də Kəngərli, 22-də Sədərək və 23-də Babək rayonlarında rayon ictimaiyyəti üçün oynanılmışdır.

İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik Mərkəzi”ndə Bakı şəhər 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hesabat konserti keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sağlamlıq imkanı məhdud uşaqlar arasında “İstedad əngəl tanımır” yaradıcılıq müsabiqəsinin iyunun 13-də final mərhələsi və 17 iyunda mükafatlandırma və yekun konsert proqramı keçirilmişdir.

İyunun 2-dən 14-dək Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi və Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələri təşkil olunmuş, iyunun 20-də müsabiqələrinin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl Ulu öndərin abidəsi ziyarət olunmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış olmuş, bədii hissədə müsabiqə qaliblərinin ifasında konsert proqramı təqdim edilmişdir.

İyunun 24-də Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konserti təşkil olunmuşdur.

6 iyun tarixdə Babək Rayon Uşaq Musiqi Məktəbində Babək Rayon Mədəniyyət İdarəsi, Babək Rayon MKS-nin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı naxçıvanlı qadın yazıçı və şairlərin iştirakı ilə görüş keçirilmişdir. İyunun 9-da Sədərək Rayon Mədəniyyət Sarayında Sədərək Rayon Mədəniyyət Şöbəsi Sədərək Rayon MKS ilə birgə “Milli Qurtuluş Günü - Azərbaycan xalqının tarixi bayram günü” adlı dəyirmi masa təşkil etmişdir. İyunun 14-də A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Heydər Əliyev və uşaqlar” başlıqlı foto-albom hazırlanmış, Şahbuz Rayon Mədəniyyət Şöbəsi Şahbuz Rayon MKS ilə birgə Şahbuz Rayon MKS-nin Mərkəzi Kitabxanasında “Azərbaycanın taleyini dəyişən tarix” adlı, Kəngərli Rayon Mədəniyyət Şöbəsi Kəngərli Rayon MKS ilə birgə Kəngərli Rayon Mədəniyyət Sarayında “Böyük qayıdışın bəhrələri” adlı tədbirlər keçirmişlər. 23 iyunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Naxçıvan Şəhər Mədəniyyət İdarəsi Naxçıvan Şəhər MKS ilə birgə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu”, Ordubad Rayon Mədəniyyət İdarəsi Ordubad Rayon MKS ilə birgə Ordubad Rayon Mədəniyyət Sarayında “Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbirlər keçirmişlər. “Heydər Əliyev İli” ilə bağlı kitabxanalarda 7 tədbir keçirilmişdir.

13 iyun tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və” Milli Qurtuluş Günü” nə həsr olunmuş “15 iyun Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən tarix” mövzusunda, 23 iyun tarixdə Cəmşid Naxçıvanski Muzeyində 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Milli ordu siyasəti” mövzusunda tədbirlər keçirilmişdir. 6 iyun tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ayrınc kənd tam orta məktəbinin şagirdlərinə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, 7 iyun tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 1 və 8 nömrəli tam orta məktəbin şagirdləri üçün “Ulu öndər Heydər Əliyev”, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində 8 iyunda Axura, 9 iyunda Aşağı Yaycı kənd tam orta məktəblərinin şagirdləri üçün  “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında 4 açıq dərs keçirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı muzeylərdə 6 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev İli” çərçivəsində iyunun 13-də Culfa rayon Mədəniyyət Şöbəsi tərəfindən "Heydər Əliyev və Azərbaycan gəncliyi", 22 iyun tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbirlər keçirilmişdir. 7-9 iyun tarixlərində Babək Rayon Mədəniyyət İdarəsi tərəfindən Babək Rayon İcra Hakimiyyətinin qarşısında,  22 iyun tarixində Culfa Rayon Mədəniyyət İdarəsi tərəfindən Culfa Şəhər İstirahət Parkında, iyunun 25-də Kəngərli Rayon Mədəniyyət Şöbəsi tərəfindən Kəngərli Rayon Mədəniyyət Sarayında və iyunun 9-da Şahbuz Rayon Mədəniyyət Şöbəsi tərəfindən Şahbuz Rayon Mədəniyyət Sarayında “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalları təşkil edilmişdir. İyun ayı ərzində mədəniyyət idarə və şöbələri tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 6 tədbir keçirilmişdir.

İyun ayında Nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Belə ki, 5 iyun tarixdə Şərur Rayon Mədəniyyət Sarayında Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin konserti təqdim edilmiş,  6 iyun tarixdə Babək Rayon Mədəniyyət Sarayında Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin  qanun ixtisası üzrə V  sinif şagirdi, sağlamlıq imkanı məhdud Fatimə Əhmədovanın solo konserti təşkil edilmiş, 14 iyun tarixdə Sədərək Rayon Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı iyun ayı ərzində ümumilikdə, 40 tədbir keçirilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Naxçıvan Dövlət Milli Dram Teatrı ay ərzində 2-i xeyriyyə olmaqla 14 tamaşa nümayiş etdirmişdir. Bunlardan 7-si stasionarda, 7-i isə muxtar respublikanın rayonlarına təşkil olunan qastrol səfərləri çərçivəsində olmuşdur. İyunun 9-da plandankənar hazırlanan V.Hüqonun “Edama məhkumun son günü” tamaşasına ictimai baxış keçirilərək teatrın repertuarına daxil edilmiş, 17 iyun tarixdə isə premyerası olmuşdur.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən bilet satışı ilə 6 tamaşa nümayiş etdirilmiş, V.Haqverdiyevin “Qarınqulu ayı balası” tamaşasının məşqləri aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində  xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan “Yay məktəbi”nin iştirakçıları qarşısında Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tamaşa nümayiş etdirmişdir.

Ay ərzində Naxçıvan Dövlət Uşaq Teatrında stasionarda 3 tamaşa nümayiş etdirilmiş, T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri 1 iyun tarixdə “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində, 3 iyun tarixdə Heydər Əliyev Sarayında Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyanın iştirakçıları üçün və 14 iyun tarixdə “15 İyun Milli Qurtuluş Günü” münasibəti ilə Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə konsert proqramı ilə çıxış etmişdir. Ay ərzində Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin məşqləri davam etdirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə iyunun 14-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Açıq səma altında nümayiş etdirilən eksponatların qeydiyyatı, uçota alınması və mühafizəsi” mövzusunda seminar-treninq təşkil olunmuşdur.

5 iyun tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində kompleksin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmiş, 14 iyun tarixdə Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir təşkil edilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Dırnıs kənd, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi isə Badamlı qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2 görüşü təşkil olunmuşdur.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə iyun ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi və Xalq şairi Məmməd Arazın Ev Muzeyinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 6 tədbir keçirilmişdir.

Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 13 açıq dərs və 24 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.  

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 307 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 404, Facebook səhifələrində 400 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 753, Facebook hesablarında isə 53 min 590 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 33 min 304 nəfər yerli, 22 min 92 nəfər əcnəbi olmaqla, ümumilikdə 55 min 396 nəfər ziyarət etmiş, muzeylərə 177 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. 8 iyun tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa musiqimizin beşiyidir” adlı ədəbi-bədii gecə keçirilmişdir.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 12 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun - Milli Qurtuluş Günü”, yazıçı İsa Muğannanın anadan olmasının 95, şairə Nigar Rəfibəylinin anadan olmasının 110, yazıçı Qasım Qasımzadənin anadan olmasının 100, şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 43 tədbir keçirilmiş, 55 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası C.Məmmədquluzadənin Ev Muzeyində “İnsan zəkasının formalaşmasında mütaliənin rolu” mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 15 №li tam orta məktəbdə S.Vurğunun “Seçilmiş əsərləri” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Abonement şöbəsində oxuculara xidmət işinin təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Abonement və oxu zalında iş texnikası, oxucu formulyarlarının və kitabxana gündəliyinin işlənməsi qaydaları” mövzusunda məşğələ təşkil edilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Əliabbas Müznibin anadan olmasının 140 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən İ.Şıxlının “Namərd gülləsi” hekayəsinin müzakirəsi keçirilmişdir.

İyun ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 29 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 24 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 124 material hazırlanmış, sosial şəbəkə hesablarında 282 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 615, Facebook səhifələrində 17 min 676  olmuşdur.

İyun ayında Nazirliyə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 26 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 429 adda 513 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 97, oxucu gəlişi 9 min 397, kitab verilişi isə 63 min 420 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 56 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 251-dən 35 min 307-yə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 458-dən 4 min 508-ə  çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 419 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 140 tədbir keçirilmişdir.

İyun ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun – Milli Qurtuluş Günü”, “26 İyun – Silahlı Qüvvələr Günü” və s. münasibətilə tədbir və konsert proqramları təşkil edilmişdir.

“15 İyun – Milli Qurtuluş Günü” münasibətilə həmçinin, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayon mədəniyyət idarə və şöbələri tərəfindən mədəniyyət sarayları, park və mərkəzi meydanlarda konsert proqramları təşkil edilmişdir. İyun ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 33 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində  xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan “Yay məktəbi”nin iştirakçıları qarşısında Şahbuz Mədəniyyət Şöbəsinin instrumental ansamblı  konsert proqramı ilə çıxış etmişdir. 22 İyun tarixdə Babək Rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər “Gənclik” Mərkəzində şəhid Vəlizadə İbrahim Malik oğlunun “Mənim atam qəhramandır” adlı anım tədbiri keçirilib.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Elxan Qasımov və Xuraman Qasımovanın  yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 163  paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 71 paylaşım edilmiş, 4 min 543 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 92 paylaşımın 6 min 545 izləyicisi olmuşdur.

İyunun 8-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən bölgə folkloruna və toponimlərinə aid nümunələri, iyunun 23-də isə Şahbuz rayonunun Ayrınc kəndinin sakinlərindən folklor nümunələri toplanmışdır. Çalxanqala və Ayrınc kənd mədəniyyət evlərinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.

İyun ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 8 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1009, Facebook izləyicilərinin sayı isə 1014 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 42 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1 min 730 manatlıq 14 adda 175 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Ay ərzində Film Fonda 3 seriyalı “Qrossmeyster” sənədli filmi daxil olmuşdur.

Film Fond tərəfindən ay ərzində  digər tədbirlərdə 1 film nümayiş olunmuş, sosial şəbəkə hesablarında paylaşılmaq üçün 102 material hazırlanmış, 204 paylaşım edilmiş, 1 min 686 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində Nazirliyin yeni "nculture.gov.az" internet saytının hazırlanması ilə bağlı iş aparılmışdır. Belə ki, yeni sayt “gov.az” zonasına köçürülmüş, yenilənmiş internet səhifəsinin maksimal təhlükəsizliyi, kiber hücumlara, piratlara və potensial hücumlara qarşı müdafiəsi üçün SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması üçün «CYBER ON» MMC şirkəti ilə müvafiq müqavilə bağlanmışdır. Hazırda saytın bölmələrinin hazırlanması, axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün işlər davam etdirilir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 20 xəbər, 4 məqalə olmaqla, ümumilikdə 24 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 990, görüntüləmə sayı 639 min 741 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyun ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 455-ə çatmış, 86 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 680 olmuş, səhifədə 116 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 18 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 925 nəfər olmuşdur.

İyun ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 12, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2, digər informasiya resurslarında 26 xəbər materialı yer almışdır.

Ay ərzində  Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. İyun ayı ərzində Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “Vedibasar” qəzetində “Ümid işığı” məqaləsi, “İki sahil” qəzetində “Zorla ağlayaraq öz yurdundan çıxarılan laçınlılar geri dönür”, “Uşaqlar bizim gələcəyimizdir” məqalələri yer almışdır.

Ay ərzində Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 5 nəfər Naxçıvan teleradiosu, 1 nəfər İctimai TV üçün müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 11 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyun ayı ərzində də davam etdirilmişdir. Belə ki, iyun ayı ərzində Nazirliyə 30-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 102 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 18-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 52 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 96 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin müəssisə və təşkilatlarına 71 nəfər işə qəbul edilmişdir.