Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kİnoteatrlar

“Bahar” Kinoteatrı

“Bahar” Kinoteatrı 1968-ci ildə yaradılıb. 2007-ci ildə əsaslı şəkildə təmir və bərpa olunub. Bina üç mərtəbəlidir. Kinoteatrın 1-ci mərtəbəsində biletlərin satışı üçün kassa və 264 yerlik nümayiş zalı vardır. Şərur Şəhər Klubu da bu binanın 2-ci mərtəbəsində yerləşir. Burada dövlət tədbirləri keçirilir, konsert proqramları təşkil olunur və tamaşaçıların mənalı istirahəti üçün kino xidməti göstərilir.

 

Ünvan: Şərur şəhəri, Heydər Əliyev prospekti

                                                                                                                                                                                                                                                                              

 “Araz” Kinoteatrı

Şahbuz şəhərində yerləşən “Araz” Kinoteatrı 1967-ci ildə fəaliyyətə başlamışdır. Bina 2007-ci ildə əsaslı təmir edilmişdir. Kinoteatrın binası 1 mərtəbəlidir: 154 yerlik kinozalından, iş otaqlarından, bilet satışı kassasından ibarətdir. Kinoteatrda müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, kinofilmlər nümayiş etdirilir. Şahbuz Şəhər Klubu “Araz” Kinoteatrının binasında yerləşir.

 

Ünvan: Şahbuz şəhəri, 28 May küçəsi, B13