Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2019-CU İLİN YANVAR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən yanvarın 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında və 02-03 yanvar tarixlərdə stasionarda 1-i xeyriyyə olmaqla, ümumilikdə 10 tamaşa nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında “Yeni il bayramı” münasibəti ilə 01-05 yanvar tarixlər ərzində ümumilikdə 7 tamaşa nümayiş olunmuşdur. Bundan əlavə 01 yanvar tarixdə rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə bayram şənlikləri təşkil edilmiş və bir sıra tədbirlər keçirilmidir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Yanvarın 9-da Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrı görkəmli yazıçı-dramaturq M.S.Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında hazırlanmış tamaşanı, yanvarın 11-də isə Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq, ssenarist Sabit Rəhmanın “Yalan” komediyasını Rayon Mədəniyyət Saraylarında rayon ictimaiyyətinə təqdim etmişlər.

Yanvarın 24-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən 75 eksponatın təqdimetmə mərasimi keçirilmişdir.

30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuşdur. Həmçinin ay ərzində Dəstə Kənd Kitabxana Filialının və Mədəniyyət Evinın fəaliyyəti üçün yeni tikilmiş Kənd Mərkəzində şərait yaradılmışdır.

Yanvar ayı ərzində Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, Şərur yallı kollektivinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 23 yanvarda Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Cəlil Məmmədquluzadənin Nehrəm Kəndində Xatirə Muzeyində “Muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 14 yanvarda Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi ilə Ordubad rayon Dəstə kənd tam orta məktəbi arasında, 18 yanvarda Xatirə Muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar, 22 yanvarda isə Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın doğum gününə həsr olunmuş distant dərslər keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anım gününə həsr olunmuş açıq dərslər keçirilmişdir.

21 yanvarda Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Ay ərzində muzeylərdə ümumilikdə 30 açıq dərs keçirilmiş, muzeylərə 143 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 30 min 616 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 4 min 534 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 20 Yanvar “Ümumxalq Hüzn Günü”, hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin anadan olmasının 200 illiyi, Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 95 illiyi, görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə ümumilikdə 81 tədbir keçirilmiş, 45 sərgi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilmiş, yanvar ayında ümumilikdə 22 kitab müzakirəsi keçirilmişdir.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən sağlamlıq imkanları məhdud və fiziki qüsurlu 8 nəfərə səyyari kitabxana xidməti göstərilmişdir. 2018-ci ilin yanvar ayı ərzində rayon (şəhər) MKS-lərinə “20 Yanvar-qan yaddaşımız ”, “2019-cu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olundu ”, “C.Cabbarlı-120”, “2019-cu il üçün əlamətdar və tarixi günlərin təqvimi”, “Naxçıvan Muxtar Respublikası-95” mövzularında 5 adda 40 metodiki məktub göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən Nazirliyə 2 adda 36 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə isə yanvar ayı ərzində kitabxanalara 137 adda 337 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 314, oxucu gəlişi 9 min 895 nəfər, kitab verilişi 53 min 532 nüsxə təşkil etmişdir. Elektron kataloqa 24 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 9 min 932-ə çatdırılmış, şəbəkəyə isə 350 kitab (PDF) işlənmiş və ümumi sayı 980 olmuşdur.

Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 195, lokal şəbəkədən isə 180 oxucu istifadə etmişdir. Ümumilikdə elektron kitabxanadan ay ərzində 375 oxucu istifadə etmişdir. Yarandığı gündən elektron kitabxanadan istifadə edən oxucuların ümumi oxucu sayı 42 min 151 olmuşdur.

Yanvar ayında Mütaliə Günü ilə bağlı 10, Nağıl Günü ilə əlaqədar 34, Kitabxanaçı Günü və Kitabxana Günü ilə əlaqədar olaraq ümumilikdə 20 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Nazirliyin 2019-cu il üçün tədbirlər planına əsasən “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm müsabiqəsinin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunmuş, müsabiqənin əsasnaməsinə əsasən iştirakçıların qeydiyyatı aparılmışdır.

10 yanvar 2019-cu il tarixdə Naxçıvan Şəhər Qaraçuq Kənd Mədəniyyət Evində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə “Oxunması zəruri olan kitablar” başlıqlı yığıncaq keçirilmiş, yığıncaq iştirakçılarına sərəncamın mahiyyətindən bəhs edilmiş və sərəncama daxil olan bir neçə kitab haqqında söhbət aparılmışdır.

“20 Yanvar Ümumxalq Hüzn Günü” ilə əlaqədar olaraq rayon (şəhər) mədəniyyət evləri və klublarında yığıncaqlar keçirilmiş, Kəngərli Rayonunun klub müəssisələrində sərgilər və anma mərasimləri təşkil olunmuş, Sədərək Rayon Mədəniyyət Sarayında İlham və Fərizə adlı tamaşa göstərilmiş və sərgiyə baxış keçirilmişdir.

10 yanvar 2019-cu il tarixdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Kəngərli rayonundakı Qabıllı, Şahtaxtı, Yurdçu, Qarabağlar, Çalxanqala, Təzəkənd və Xıncab kəndlərindəki mədəniyyət evi və klublarda olmuş, klub müəssisələrinin dərnək fəaliyyəti və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı yoxlama aparmış, əməli köməkliklər göstərmişlər. Həmçinin metodiki mərkəzin əməkdaşları 17 yanvar 2019-cu il tarixdə Şərur Rayonunun Yuxarı Aralıq Kənd Mədəniyyət Evində keçirilən  “20 Yanvar Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbirdə və 24 yanvar 2019-cu il tarixdə Şahbuz rayonundakı Şahbuz Şəhər Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etmişlər.

Yanvar ayı ərzində  metodik mərkəz tərəfindən 2 adda, Heydər Əliyev Sarayı tərəfindən isə 1 adda metodik vəsait hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Qeyd olunanlarla yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz və Heydər Əliyev Sarayının əməkdaşları 29 yanvar 2019-cu il tarixdə Şahbuz rayonunun Yuxarı Qışlaq, Aşağı Qışlaq, Kolanı, Quzey Qışlaq, Ayrınc, Daylaqlı, Mərəlik kəndlərindəki və Şahbuz şəhərindəki mədəniyyət evi və klublarda dərnəklərin fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı yoxlama aparmış, əməli köməkliklər göstərmişlər.

Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq 17 yanvar tarixdə Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin yanvar ayı ərzində 108 manatlıq 10 adda 12 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 11 yanvar 2019-cu il tarixdə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrinin rəhbərləri üçün “Mülki müdafiə və fövqəladə hallara hazırlıq kursu” və 29 yanvar 2019-cu il tarixdə isə Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində maarifləndirici tədbir keçirilmişdir.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı ayın əvvəlindən 2019-cu ilin repertuar planında olan Xəqani Əliyevin “Ehsan xan Kəngərli” əsərinin məşqlərinə başlamış və ay ərzində davam etdirilmiş, H.Cavidin “Xəyyam” tamaşasını stasionarda nümayiş etdirilmişdir.

Ay ərzində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qızıl xoruz” tamaşasının, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Məlik Məmməd” və “Adam-badam iysi gəlir” tamaşalarının məşqlərini davam etdirmişdir.

Kukla teatrı tərəfindən hazırlanan “Qoğalın sərgüzəşti” tamaşasına 15 yanvar tarixdə ictimai baxış keçirilmiş və tamaşa istehsalata buraxılmışdır. Bundan əlavə 29 yanvar tarixdə sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə tamaşası nümayiş etdirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri məşqlərini qrafikə uyğun olaraq davam etdirmişdir.

Naxçıvan Dövlət Film Fondu ay ərzində məktəblilərin qış və yeni il tətili günlərində məktəblilər üçün cizgi filmləri və digər filmlər nümayiş etdirilmişdir. 15 yanvar tarixdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Milli filmlərimiz” adlı kinoviktorinanın Kəngərli rayon turu keçirilmişdir. Yanvarın 17-də Naxçıvan Tibb Kollecinin tələbələri üçün “20 Yanvar-1990” sənədli filmi göstərilmişdir.

“Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində yanvarın 18-də Şərur şəhərindəki “Bahar” kinoteatrında “20 Yanvar-1990” sənədli filmi, 25 yanvarda isə Ordubad rayonunun Dəstə kəndində “Dərvişin qeydləri” sənədli filmi göstərilmişdir. Yanvarın 23-də Naxçıvan şəhər məktəbliləri üçün “Cavad xan” bədii filmi, qış tətili günlərində isə “Dərs” bədii filmi nümayiş etdirilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində, Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmiş, müəllimlərə tövsiyələr verilmişdir.

Həmçinin, Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin tar, kamança, fortepiano, qanun, qarmon və skripka ixtisasları üzrə müəllim və şagirdlər üçün ustad dərs keçirilmişdir. 18 yanvar tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm ixtisası üzrə müəllimlərinin açıq dərsləri təşkil olunmuşdur.

“20 Yanvar Ümumxalq Hüzn Günü” ilə əlaqədar uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif səpkili tədbirlər keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Qanlı yanvar” adlı kompozisiya təşkil olunmuşdur. 03 yanvar tarixdən 02 fevral tarixədək əyani təhsil şöbələrinin imtahan sessiyası keçirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Yanvar ayı ərzində Nazirliyə 19-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 50 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 20-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 111 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 5 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Ay ərzində bir dəfə kollegiya iclası keçirilmiş və müvafiq qərar qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Yanvar ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6, yerli qəzetlərdə 4 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 1 material efirə verilmişdir. Nazirliyin saytına 14 məqalə və 19 xəbər olmaqla 33 material işlənmişdir.