Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN AVQUST AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, dövr ərzində xüsusi qaydalara ciddi riayət edilməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

Avqustun 5-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və avqustun 19-da Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın onlayn konsertləri, 15 avqust tarixdə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının Əyyub Abbasovun “Keçinin qisası” pyesi əsasında hazırladığı tamaşa, avqustun 12-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən, avqust 26-da isə Naxçıvan Dövlət Rəsm Qalereyasından keçirilən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar yallıların çəkilişi və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmiş, yallı sənətinin yaşadılması istiqamətində hazırlanan “Yallılar dünəndən bu günə” kitabı və DVD diski üzərində iş yekunlaşmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 89 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Nazirlik tərəfindən 10 avqustdan başlayaraq muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursuna başlanılmışdır. Mütəxəssislər tərəfindən 2 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 20 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak edir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonunda yerləşən Meydantəpə yaşayış yerində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntıya Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmişdir.

Naxçıvan şəhər sakini Fazil Abbasovun müraciəti əsasında Kəngərli rayon Qarabağlar kəndində yerləşən qədim tikili – “Xan Evi”nə ekspert baxışının keçirilməsi və “Daşınmaz Tarix-Mədəniyyət Abidələrinin Siyahısı”na salınması ilə bağlı AMEA Naxçıvan Bölməsinə müvafiq məktubla müraciət edilmişdir. 26 avqust 2020-ci il tarixdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları və Nazirliyin nümayəndəsi tərəfindən ərizəçinin iştirakı ilə qədim tikiliyə ekspert baxışı keçirilmişdir.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, avqust ayında layihə ilə bağlı 6 müraciət daxil olmuşdur.

14 avqust tarixdə Nazirlik tərəfindən muzey əməkdaşları üçün “Muzeylərdə uçot-mühafizə işinin təşkilinin vəziyyəti” mövzusunda onlayn seminar, Təhsil Nazirliyi ilə birgə məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə Cəmşid Naxçıvanski, Heydər Əliyev və Naxçıvan Dövlət Tarix muzeylərində olmaqla 3 onlayn ekskursiya keçirilmişdir. Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə 28 iyul tarixdən muzeylərdə keçirilməsinə başlanan təcrübə avqust ayında da davam etmişdir. Avqust ayı ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Avqust ayı ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Ay ərzində Cəmşid Naxçıvanskinin anadan olmasının 125-ci ildönümünə və anım gününə həsr olunmuş, Dövlət Bayrağı Muzeyinin yaradılmasının 6 illiyi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən “Naxçıvan – Bəşəriyyətin Beşiyi” IV Beynəlxalq Rəsm Festivalında çəkilmiş rəsm əsərləri ilə bağlı videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 516 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 129-u onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 136 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 2 min 503, Facebook hesablarında 2 min 960 paylaşım edilmişdir ki, onlardan, 129 ədədi onlayn ekskursiya, 387 ədədi məlumat xarakterli paylaşım, 1 min 983 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 45 min 414, Facebook hesablarında isə 30 min 608 izləyicisi olmuşdur.

Avqust ayında muzeyləri 2 min 432 nəfər yerli, 398 nəfər əcnəbi olmaqla, ümumilikdə 2 min 830 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 76 ədəd yeni eksponat daxil olmuşdur.

Bu dövrdə Şərur rayonu ərazisindəki Ağzirət piri haqqında videomaterial hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kitabxana əməkdaşları və oxucular üçün “Müasir dövrümüzdə elektron kitabxana resurslarından istifadə qaydaları” adlı onlayn seminar, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Babək Rayon MKS-nin əməkdaşları üçün onlayn təcrübə məşğələsi, “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə onlayn tədbir, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi ilə bağlı onlayn biblioqrafik icmal keçirilmiş, “Bəxtiyar Vahabzadə-95” və “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində həmçinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Faruk Sumerin “Oğuzlar”, “Kitabi-Dədə Qorqud” dastanı, rus yazıçısı Lev Nikolayeviç Tolstoyun “Kreyser sonatası” olmaqla, ümumilikdə 3 kitab müzakirəsi keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 15 material hazırlanmış və 30 paylaşım edilmişdir.

Həmçinin 15-i Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 119 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır. Həmçinin .A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası “Vətən mənə oğul desə...” başlığı altında məktəbli oxucuların ifasında şeirlər hazırlayıb sosial şəbəkə hesablarında paylaşıblar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 113  material hazırlamış, sosial şəbəkə hesablarında 1 min 285 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 499, Facebook səhifələrində 7 min 534 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində avqust ayında 10-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 26-sı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 36 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 148 paylaşım edilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 4 adda 32 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Avqust ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 3 adda 27 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 80 adda 113 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda oxucu gəlişi 3 min 142 nəfər, kitab verilişi isə 19 min 397 nüsxə olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 18 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində elektron kataloqa 605 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 19 min 703-ə, şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 083-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 52-si lokal, 63-ü qlobal olmaqla 115 oxucu istifadə etmişdir.

Avqust ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 63 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların mədəniyyət evləri və klubların əməkdaşları ilə onlayn müzakirələrinin keçirilməsi davam etdirilməkdədir. Culfa Rayon Mədəniyyət Şöbəsi tərəfindən C.Məmmədquluzadənin “Hekayələr” və M.Şəhriyarın “Heydərbabaya salam” əsərlərinin onlayn müzakirəsi keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1 min 290 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 631 paylaşım edilmiş, 9 min 726 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 659 paylaşımın 11 min 131 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Ordubad və Sədərək rayonlarının mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin  Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 13 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 4, rayon mədəniyyət şöbələri tərəfindən 2 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 19 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün kursların keçirilməsi avqust ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində avqust ayının 5-dən 2 aylıq toxuculuq kursuna başlanılmışdır. Kursda 12 nəfər klub müəssisəsinin əməkdaşı iştirak edir.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Ordubad rayonunun Vənənd, Vələver, Qoruqlar, Dırnıs, Düylün, Üstüpü kənd və Sabirkənd yaşayış məntəqələrindəki klub müəssisəsi və kitabxana filiallarında çalışan əməkdaşlara əməli köməklik göstərmiş, mövcud vəziyyətlə əlaqədar onlayn fəaliyyətin prinsipləri ilə bağlı maarifləndirici söhbətlər aparmışlar.

Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, məlumatlar hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən avqust ayında 27 material hazırlanmış, müəssisənin İnstagram və Facebook hesablarında 158 paylaşım edilmiş, İnstagramda 1 min 032, Facebookda 438 izləyici sayı olmuşdur. Mərkəzin İnstagram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“2 avqust - Azərbaycan Kinosu Günü” ilə bağlı “Azərbaycan kinosu - dünən və bu gün” mövzusunda onlayn tədbir keçirilmişdir.

Avqust ayında Babək Rayon Mədəniyyət Şöbəsinin instrumental ansamblının, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, mədəniyyət evləri tərəfindən hazırlanmış konsert proqramının, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Sevməsəm ölərəm” tamaşasının, Babək Rayon Xalq Teatrı tərəfindən S.S.Axundovun “Tamahkar” komediyası əsasında hazırlanmış tamaşanın və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “Piano” ixtisası üzrə şagirdi Məleykə Vəliyevanın konsert nömrələrinin çəkilişi həyata keçirilmişdir.

Ay ərzində Film Fond tərəfindən 43 material hazırlanmış, sosial şəbəkə hesablarında 86 paylaşım edilmiş, 1213 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ötən dövrdə filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə onlayn tədbirlər keçirilmişdir. Belə ki, gənclər arasında yazıçı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında Arif Babayevin rejissorluğu ilə çəkilən “Gün keçdi” və Rasim Ocaqovun “Ölsəm, bağışla” filmlərinin onlayn müzakirəsi keçirilmişdir.

Culfa Rayon Mədəniyyət Şöbəsi Gənclər Birliyi tərəfindən “Beynəlxalq Gənclər Günü” münasibətilə onlayn görüş, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Kitabların insan psixologiyasına təsiri” adlı, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Şərur rayonunda yerləşən tarixi abidələr” mövzusunda onlayn müzakirələr təşkil edilmişdir.

Avqustun 27-də Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər Birliklərinin üzvləri arasında “Yaşa və öyrən – II” intellektual bilik yarışı keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 35 xəbər, 13 məqalə olmaqla, ümumilikdə 48 material işlənmişdir.

Nazirliyin Youtube kanalına avqust ayında 93 (cəmi 468) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 140 abunəçi, 72 min 032 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Avqust ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 534-ə çatmış, 174 paylaşım edilmişdir. O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 4 min 972 olmuş, ay ərzində səhifədə 174 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 136 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 645 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Nuhçıxan” İnformasiya Agentliyində 2 məqalə, “Şərq qapısı” qəzetində isə 10 məqalə işıq üzü görmüşdür. “Şərq qapısı” qəzetinin 19 avqust 2020-ci il tarixli nömrəsində Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axundovun “Ömürdən doymamışam, həyatdan doymamışam”, 28 avqust tarixli nömrəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərtibatçı-rəssamı Cəlal Rzayevin “Rənglər dünyasında yaşayan ömür” adlı məqalələri dərc olunmuşdur.

“Arazın səsi” qəzetinin 5 avqust tarixli nömrəsində Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədovanın “Yüzilliklər ərzində formalaşan və milli dəyərlərə söykənən geyimlərimiz” adlı məqaləsi, Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin 525-ci qəzetin 8 avqust tarixli nömrəsində “3191 nömrəli Order və ya bir nəslin taleyi” və “Şərq qapısı qəzetinin 26 avqust tarixli nömrəsində “Ölümü ilə ölümsüzləşənlər. Cəmşid Naxçıvanskiyə müstəqillik prizmasından baxış” adlı məqalələri, “Arazın səsi” qəzetinin 26 avqust tarixli nömrəsində Gülüstan Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Günay Xudaverdiyevanın “Memarlıq incisi – Gülüstan türbəsi” adlı məqaləsi, “Şərqin səhəri” qəzetinin 15 avqust 2020-ci il tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin “Mədəniyyət müəssisələrində onlayn tədbirlər təşkil olunub” adlı məqaləsi dərc olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 16 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Avqust ayı ərzində Nazirliyə 2-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 17 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara  13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 34 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 68 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 26 nəfər işə qəbul edilmişdir.

Ay ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.