Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN YANVAR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Yanvar ayının 13-də Ordubad rayon Vənənd kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkürünü bildirmiş, onlara təhsildə uğurlar arzulamışdır. Açılış mərasimində  məktəbin şagirdləri musiqi nömrələri təqdim etmişlər. Yeni tikilən Vənənd kənd mərkəzində kitabxana və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ay ərzində görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri, həmçinin əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Yanvar ayının 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən “Yeni il şənliyi”ndə Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qar kraliça” tamaşası nümayiş etdirilmişdir. Həmçinin 01-06 yanvar bayram tətili günlərində Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında uşaqlar üçün bayram tamaşaları göstərilmişdir. 01 yanvar tarixdə rayon mərkəzlərində keçirilən bayram şənliklərində rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri rəngarəng proqramlarla çıxışlar etmiş, bundan əlavə 13 kənddə mədəniyyət şöbələri tərəfindən konsertlər təşkil edilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə Naxçıvan Dövlət Tarix Muzeyi ilə Ordubad rayon Vənənd kənd tam orta məktəbi arasında,  20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı  Xatirə Muzeyində və Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü ilə bağlı Bəhruz Kəngərli Muzeyində interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Ay ərzində muzeylərdə ümumilikdə 3 interaktiv dərs keçirilmişdir.

Həmçinin Bəhruz Kəngərli Muzeyində rəssamın anadan olmasının 128-ci ildönümünə, Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Nəriman Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək rayon sakinləri tərəfindən muzeyə hədiyyə olunmuş 110 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir. Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə yanvarın 9-da Cəmşid Naxçıvanski Muzeyində seminar-treninq keçirilmişdir.

Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərinin əməkdaşları üçün mühazirə və ekskursiya keçirilmişdir.

Ay ərzində Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsinin Culfa rayon turu keçirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə yanvar ayında Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin imtahanı keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə təsdiq edilmiş “2019-2020-ci tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə keçiriləcək açıq dərslərin qrafiki”nə və muzeylərlə rayon (şəhər) təhsil şöbələri arasında bağlanmış müqavilələrə uyğun olaraq yanvar ayında muzeylərdə ümumtəhsil məktəblərinin şagirdləri üçün  ümumilikdə 29 açıq dərs keçirilmişdir.

Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 4 olmaqla 7 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.

Hesabat dövründə muzeylərə 238 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 30 min 34 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 7 min 17 nəfəri əcnəbi, 23 min 17 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, ay ərzində  “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar “20 Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol” adlı tədbir keçirilmişdir. Həmçinin, şair, dramaturq Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə də tədbirlər keçirilmiş, “20 Yanvar”, “Leyla Bədirbəyli-100”, “Həzi Aslanov-110”,”Əlibaba Məmmədov-90”, “Zəlimxan Yaqub-70”, “Naxçıvan-qədim Azərbaycan diyarı” adlı sərgilər təşkil edilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 39 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, Fəzlullah Rəşidəddinin “Oğuznamə”, Cek Londonun “Həyat eşqi”, N.Makiavellinin “Hökmdar”, “Pedaqoji fikir tarixindən” və s. kitabların müzakirələri keçirilmişdir. Hesabat dövrü ərzində ümumilikdə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablardan 16-sı klub müəssisələrinin işçilərinə, 1-i gənclərlə, 16-sı kitabxana işçilərinə və 3-ü digər olmaqla 36 kitab müzakirəsi olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində fiziki imkanları məhdud 9 nəfərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən,  evlərdə olmaqla, sağlamlıq imkanları məhdud 3 uşağa, rayon şəhər MKS-lər tərəfindən isə 21 nəfərə, ümumilikdə 33 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 6 adda, 48 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən ay ərzində rayon (şəhər) MKS-lərin əməkdaşları üçün 5 günlük təlim kurslarının keçirilməsi davam etdirilmişdir. Yanvar ayı ərzində  Naxçıvan şəhər, Kəngərli və Culfa rayon MKS-lərin əməkdaşları üçün keçirilən kurslarda 135 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir.

Yanvar ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 44 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır.

Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 80 adda 126 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 341 nəfər, oxucu gəlişi 9 min 212 nəfər, kitab verilişi isə 47 min 282 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 503 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 14 min 966-dan 15 min 469-a çatdırılmış, şəbəkəyə isə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 715-dən 2 min 765-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 606 oxucu istifadə etmişdir. Bunlardan 199-u lokal , 407-si isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat dövründə kitabxanalarda ümumilikdə 136 tədbir keçirilmişdir ki, bunlardan 20-i yubiley, 19-u əlamətdar və tarixi günlər, 19-u kitab müzakirəsi, 40-ı “Nağıl Günü”, 10-u “Mütaliə Günü”, 10-u “Kitabxana Günü”, 10-u “Kitabxanaçı Günü”, 8-i isə digər tədbirlər olmuşdur.

Yanvar ayında klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, 01-02 yanvar tarixlərdə rayon mərkəzlərində “1-2 Yanvar Yeni il” şənlikləri keçirilmiş, rayon mədəniyyət şöbələrinin instrumental ansamblları, həmçinin mədəniyyət evlərinin və klub müəssisələrinin yaradıcı kollektivləri hərbi hissələrdə və bir sıra yaşayış məntəqələrində konsert proqramı ilə çıxış etmişlər.

“20 Yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə klub müəssisələrində tədbirlər keçirilmişdir. 30-31 yanvar tarixlərdə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 Fevral-Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Naxçıvan şəhər Tumbul Kənd Mədəniyyət Evində “Milli dəyərlərimizi öyrədək və yaşadaq” adlı tədbirlər keçirilmiş, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramı təşkil olunmuşdur. Həmçinin, klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil olan 16 kitab müzakirəsi  keçirilmişdir.

Hesabat dövrü ərzində klub müəssisələrinin əməkdaşlarının keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün peşə kursları təşkil edilmişdir. Belə ki, rəqs, dram, yallı, rəssamlıq üzrə keçirilən kurslarda 15 nəfər yallı üzrə, 12 nəfər milli rəqslər üzrə, 15 nəfər rəssamlıq üzrə, 21 nəfər isə dram üzrə iştirak etmiş, onlara Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, rəssamlıq üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri, yallı üzrə isə “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri tərəfindən kurslar aparılmışdır. Peşə kurslarının fevralın 15-dək davam etməsi nəzərdə tutulur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Culfa və Babək rayonlarında 8 klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməkliklər göstərmişlər. Həmçinin M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Babək rayonunun 6 kənd kitabxana filialında olmuş, kitabxanaçılara yerində əməli köməkliklər göstərmişlər. “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə bağlı Şahbuz şəhər Mədəniyyət Evi ilə birgə  tədbir keçirmişdir. Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən isə 3 adda 24 metodik tövsiyə hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Yanvar ayında klub müəssisələrində 92-i əlamətdar və tarixi günlərə həsr olunmaqla 132 mədəni-kütləvi tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin yanvar ayı ərzində 358 manatlıq 9 adda 37 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Ordubad və Sədərək rayon mədəniyyət saraylarında, Culfa rayon Xanəgah kənd mərkəzində sakinlərə  filmlər nümayiş olunmuşdur.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən 17 yanvar tarixdə  Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 9, 10 və 11 №-li tam orta məktəblərin şagirdlərinə “20 yanvar Ümumxalq Hüzn Günü” münasibətilə film nümayişi olmuşdur.

Nazirliyin vətənpərvərlik mövzusunda keçirilən tədbirlər sırasında “Dolu” filmi göstərilmiş, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Film Fondunda keçirilən birgə tədbirində isə “Mübarizlik zirvəsi” filmi nümayiş olunmuşdur.

Sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün “Buta” filminin nümayişi təşkil olunmuşdur.

Hesabat dövrü ərzində “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinin təşkilati məsələləri ilə bağlı işlər davam etdirilmişdir.

Yanvar ayı ərzində 3-ü “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində, 4-ü digər olmaqla 7 film nümayişi olmuşdur.

Ay ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırladığı tamaşanı stasionarda üç dəfə olmaqla nümayiş etdirmişdir. Bundan əlavə 2020-ci il repertuar planında olan Nəbi Xəzrinin “Burla Xatın” əsərinin məşqləri başlanmış və ay ərzində davam etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən ay ərzində 2020-ci il repertuar planında olan Hüseyn Əsgərovun “Qorxaq Əhməd” əsərinin və “Novruz gəlir” kompozisiyasının məşqləri davam etdirilmişdir. Teatr yanvar tətili günləri – 01-06 yanvar tarixlərdə 15 tamaşa, şənbə günlərində isə 4 tamaşa olmaqla, ümumilikdə ay ərzində 19 tamaşa göstərmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı 01-06 yanvar tarixlərdə 12 tamaşa oynamış, teatrın 2020-ci il üçün repertuar planında olan “Mavi işıq” tamaşasının və “Kosanın toyu” kompozisiyasının məşqlərini davam etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri ay ərzində qrafikə uyğun olaraq davam etdirilmiş, yanvarın 23-də Culfa şəhərində Mahnı və Rəqs Ansamblının bilet satışı ilə konserti keçirilmişdir.

Yanvarın 26-dan başlayaraq Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Filarmoniyanın Kamera Orkestrinin “2 Fevral - Gənclər Günü”nə həsr edilmiş konsert proqramının məşqləri aparılmışdır.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələri ilə də iş aparılmışdır. Belə ki, Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs, Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində tar, kamança, fortepiano, skripka və qarmon ixtisasları üzrə, Vənənd Kənd Uşaq Musiqi Məktəbində tar, kamança, saz, qarmon və fortepiano ixtisasları üzrə, Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinin iştirakı ilə ümumilikdə 3 ustad dərs keçirilmişdir.

24 yanvar tarixdə Naxçıvan Musiqi Kollecinin qanun ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva tərəfindən Naxçıvan şəhər və Babək rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin qanun ixtisası üzrə müəllimlərinin iştirakı ilə metodiki dərs keçirilmişdir.

Nazirliyin təşkilatçiliğı ilə 27 yanvar tarixdən Naxçıvan Musiqi Kollecində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün “Solfecio” fənni üzrə kurs təşkil olunmuşdur. Kurs 04 fevral tarixədək davam edəcəkdir.

Naxçıvan Dövlət Film Fondunda “Azərbaycan musiqi tarixindən” layihəsi çərçivəsində “Azərbaycan bəstəkarlıq məktəbinin ilk qadın bəstəkarı Ağabacı Rzayeva” mövzusunda müəllim və tələbələrə mühazirə oxunmuş və bəstəkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Ay ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hesabat konsertləri, o cümlədən, Naxçıvan Musiqi Kollecində Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifovun konserti keçirilmişdir.

Hesabat dövründə gənclərlə iş sahəsində də müəyyən işlər görülmüşdür. Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrində çalışan gənclərin  “20 yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Şahbuz rayon Uşaq Musiqi Məktəbində  Nazirliyə  tabe müəssisələrdə çalışan  gənclər arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilmiş Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Film Fondda sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün  “Buta” filmi  nümayiş olunmuşdur.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Yanvar ayı ərzində Nazirliyə 20-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 57 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 18-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 43 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 27 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 32 nəfər işə qəbul edilmişdir. Ay ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, kollegiyada 1 məsələ müzakirə edilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 2, rayon qəzetlərində 4 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Teleradiosunun  1 verilişində Nazirliyin əməkdaşları iştirak etmişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 25 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 26 xəbər və 3 məqalə olmaqla, 29 material işlənmişdir.

“Şərur” Xalq Yallı Ansamblının direktoru Kimya Babayevanın “Qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarlarımızı daha da zənginləşdiririk” adlı məqaləsi “Şərurun səsi” qəzetinin 2020-ci il 2 yanvar tarixli sayında, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur” adlı məqaləsi “Şərq qapısı” qəzetinin 2020-ci il 22 yanvar tarixli sayında dərc edilmişdir.