Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2021-Cİ İLİN İYUL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

9 iyul tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunmuş və bununla da teatr 138-ci mövsümünü başa vurmuşdur.

İyul ayının 17-də Naxçıvan Muxtar Respublika Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində ev muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

26 iyul tarixdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə muxtar respublikada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin Heydər Əliyev Sarayında keçirilən açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və “Şərur” Xalq Yallı Ansamblının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilmişdir. Bundan əlavə 27 iyul tarixdə tədbir iştirakçılarına Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri əsasında hazırlanan “Nizami Gəncəvi-880” adlı kompozisiya nümayiş olunmuşdur.

30 iyul tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

Açıq havada kino nümayişləri iyul ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 8 film nümayişi təşkil edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 21 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 1 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.

Aid təşkilatlarla birgə xüsusi qayğıya ehtiyacı olan uşaqların yay tətili günlərində asudə vaxtının səmərəli təşkili çərçivəsində onların muzeylərə 4 ekskursiyası təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondunda 4 film nümayişi olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədi ilə iyul ayının 8-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksində “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının qurulması ilə bağlı iş aparılmışdır.

İyul ayı ərzində muzey əməkdaşlarının işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi aparması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi, “Əlincəqala” Tarix-Mədəniyyət, Məmməd Arazın Ev muzeylərinin  əməkdaşları Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərində təcrübədə olmuşdur.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür.

Ay ərzində muzeylər tərəfindən 1 sərgi qurulmuş, 4 mühazirə oxunmuşdur.

İyul ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış edilmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 200 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

İyul ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 24 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 764 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 350, Facebook hesablarında 320 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 23 min 589, Facebook hesablarında isə 40 min 761 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 30 min 274 nəfər yerli, 3 min 254 nəfər əcnəbi olmaqla, ümumilikdə 33 min 528 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 251 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz və Kəngərli Rayon MKS-lərin əməkdaşları üçün Şahbuz Şəhər “Araz” Kinoteatrı və Kəngərli Rayon Mədəniyyət Sarayında “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” mövzusunda 2 seminar keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Nizaminin hikmət və nəsihətləri”, Qurban Səidin “Əli və Nino”, Faruk Sumerin “Oğuzlar”, “Pedaqoji fikir tarixindən” və s. kitab müzakirələri keçirilmişdir.

İyul ayında 18-i kitabxana və klub müəssisələrinin əməkdaşları arasında olmaqla “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 20 kitab müzakirəsi keçirilmişdir. Bunlardan biri onlayn olmuşdur

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Arif Rəhimovun anadan olmasının 85 illiyi, “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü” və s. münasibətilə tədbirlər keçirilmiş, “Milli Mətbuat və Jurnalistika Günü”, “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü” adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 14 tədbir keçirilmiş, 20 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə bir mədəniyyət, söz ehtiyatıdır” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Ədəbiyyatın PDF olunması” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kataloqlar vasitəsilə oxuculara göstərilən xidmət” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair M.Şəhriyarın anadan olmasının 115 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə oxucularla N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir təşkil edilmişdir.

İyul ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 27 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 21 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 23 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 153 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 176, Facebook səhifələrində 12 min 730 olmuşdur.

“Kitabxanaçı tövsiyəsi” layihəsi çərçivəsində 3 kitab annotasiyası paylaşılmışdır.

İyul ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 5 adda 71 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 62 adda 165 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 416, oxucu gəlişi 8 min 149, kitab verilişi isə 38 min 219 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 702 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 24 min 893-dən 25 min 595-ə çatdırılmışdır.

Şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 431-dən 3 min 461-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 131 lokal, 379 qlobal olmaqla 510 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 95 tədbir keçirilmişdir.

İyul ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri tərəfindən Ağbulaq İstirahət Mərkəzində 22 iyulda şəhid, hər iki valideynini itirmiş və valideyin himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqları üçün təşkil olunmuş “Yay məktəbi”nin iştirakçılarına, 27 iyulda gənclər üçün “Yay məktəbi”nin iştirakçılarına olmaqla 2 konsert proqramı təqdim edilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır.

Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2, Naxçıvan Dövlət Film Fondu tərəfindən 12 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 14 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

İyul ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 2 tədbir keçirilmiş, 2 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 7 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 176 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 62 paylaşım edilmiş, 9 min 302 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 114 paylaşımın 5 min 33 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

İyul ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 7 material hazırlanmış, 35 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 677, Facebook izləyicilərinin sayı isə 566 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində, ümumilikdə 19 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən iyul ayında 1 min 900 manatlıq 63 adda 219 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Xalq Yaradıcılığı Günü”nün keçirilməsi ilə əlaqədar 28 iyulda Sədərək  Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evləri tərəfindən hazırlanmış xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmişdir.

Xüsusi kateqoriyadan olan uşaqlara yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 4 film nümayişi olunmuşdur.

Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “İnnovasiyalarn və uşaqların inkişafı” şöbəsinin dərnək üzvlərinə “Bir qalanın sirri” və “Dərs” filmlərinin nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində  “Əyləncə adası” İstirahət Parkında açıq havada 8 film, məktəbdənkənar müəssisələrin dərnək üzvləri üçün 2 film və xüsusi kateqoriyadan olan uşaqlara 4 film olmaqla, ümumilikdə 14 film nümayişi olmuşdur. Ay ərzində çəkilmiş materiallarla bağlı 12 material hazırlanmışdır. Hesabat dövrü ərzində Film Fond tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 116 material hazırlanmış, sosial şəbəkə hesablarında 232  paylaşım edilmiş və 1 min 520 izləyici sayı olmuşdur. Youtube üzrə isə 19 video yüklənmiş, 1700 abunə sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan gənclərin asudə vaxtlarının təşkili iyul ayı ərzində də nəzarətdə saxlanmış, ənənəvi və onlayn formada olmaqla bir sıra tədbirlər keçirilmişdir. Belə ki, iyulun 6-da Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Gənclər Birliyinin üzvləri arasında “Retro və müasir Azərbaycan musiqiləri” adlı musiqili tədbir, iyulun 9-da “Dünyanın qədim və yeni 7 möcüzəsi” adlı tədbir-diskussiya, 30 iyul tarixdə isə Naxçıvan Dövlət Film Fondunda Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Gənclik və multikulturalizm” başlıqlı tədbir keçirilmişdir.

Bundan əlavə 14 iyul tarixdə Gənclər Birliyinin üzvləri arasında “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri” mövzusunda, 18 iyul tarixdə “Azərbaycan ədəbi mühiti-romantizm cərəyanı: Abbas Səhhət” və 22 iyul tarixdə Azərbaycan mətbuatının yaranması günü münasibətilə “Azərbaycan mətbuatı dünən və bu gün” adlı onlayn tədbirlər keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 14 xəbər, 2 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına iyul ayında 19 (cəmi 665) videomaterial yerləşdirilmiş, 1700 abunə, 160 min 129 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

İyul ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 714-ə çatmış, 16 paylaşım edilmişdir.

O cümlədən, nax_mr_mn adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 940 olmuş, ay ərzində səhifədə 23 paylaşım edilmişdir.

“Naxçıvan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 24 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 764 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6, “Nuhçıxan” İnformasiya Agentliyində 2 xəbər işıq üzü görmüşdür.

“Şərq qapısı” qəzetinin 03 iyul tarixli nömrəsində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın “Müasir kitabxana xidmətinin yüksək səviyyədə təşkilində elektronlaşma mühüm rol oynayır”, 14 iyul tarixli nömrəsində Culfa Şəhər Klubunun müdiri Aidə İbrahimovanın “Geyimlərimiz milli dəyərlərimizin əsas tərkib hissəsidir” adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Dövlət Televiziyası və Radiosunda gedən verilişlərdə 1 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 5 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyul ayı ərzində davam etdirilmişdir. İyul ayı ərzində Nazirliyə 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 103 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 17-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 33 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 53 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 1 nəfər işə qəbul edilmişdir.

İyul ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, kollegiyada 1 məsələ müzakirə edilmişdir.