Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2021-Cİ İLİN AVQUST AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

“2 Avqust – Azərbaycan Kinosu Günü” ilə bağlı “Əyləncə adası” İstirahət Parkında  “O olmasın, bu olsun” filminin nümayişi olmuşdur.

Açıq havada kino nümayişləri avqust ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 8 film nümayişi təşkil edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 14 ədəd xalça haqqında naxcivan_muzeyleri İnstagram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 3 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli  oğluna Babək rayonunun Sirab kəndi ərazisində Uçan ağıl yaşayış yerində, Şahbuz rayonunun  Yuxarı Qışlaq və Kükü kəndləri ətrafında arxeoloji tədqiqat  və kəşfiyyat işləri aparmaq üçün verilən vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmış, muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.

Aid təşkilatlarla birgə xüsusi qayğıya ehtiyacı olan uşaqların yay tətili günlərində asudə vaxtının səmərəli təşkili çərçivəsində onların muzeylərə 1 ekskursiyası təşkil edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə avqust ayının 11-də  Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda muzey əməkdaşları üçün “Muzeylərdə təkrar uçotun aparılması və elektron məlumat bazasının yaradılması” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Avqust ayı ərzində Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən Culfa və Şərur rayon tarix diyarşünaslıq muzeylərinin əməkdaşlarına muzey işi ilə bağlı metodik köməklik göstərilmişdir.

Muzeylər tərəfindən sosial şəbəkə hesablarında əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlar edilmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 257 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Avqust ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 15 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 773 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 356, Facebook hesablarında 330 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 24 min 372, Facebook hesablarında isə 41 min 425 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 44 min 507 nəfər yerli, 7 min 671 nəfər əcnəbi olmaqla, ümumilikdə 52 min 178 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 527 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sistemində fəaliyyət göstərən rayon (şəhər) MKS-lərin əməkdaşları üçün “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənməsi qaydaları” adlı 4 seminar keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Avqust ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında 3-ü onlayn olmaqla “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 19 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən yazıçı, dramaturq, publisist Seyfəddin Dağlının anadan olmasının 100, yazıçı Ələviyyə Babayevanın anadan olmasının 100, Xalq şairi Söhrab Tahirin anadan olmasının 95, şair Əlisa Nicatın anadan olmasının 85, Teodor Drayzerin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbirlər keçirilmiş, “Xanəndə Xan Şuşinski – 120” və “Beynəlxalq Azərbaycan Muğamı Günü”, “Uşaqların nağıl dünyası” və s. adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 1-i onlayn olmaqla, ümumilikdə 22 tədbir keçirilmiş, 40 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan sosial təlabatdır” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin iş prinsipi” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Biblioqrafik icmalların tərtibi qaydaları” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən yazıçı, dramaturq, publisist Seyfəddin Dağlının anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə oxucularla yazıçı Ələviyyə Babayevanın anadan olmasının 100 illik yubileyi münasibətilə hekayələrinin müzakirəsi keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Avqust ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Avqust ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki İstiqlal küçəsində, 124 və 126 nömrəli, Heydər Əliyev prospektindəki 16 nömrəli və Çənlibel məhəlləsindəki 25 və 27 nömrəli binaların həyətlərində “Kitabı sevin - kitab bilik mənbəyidir” başlıqlı kitab sərgiləri təşkil edilmiş və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, söz ustadı Aşıq Ələsgərin 200 illiyi münasibəti ilə onların  həyat və yaradıcılığından bəhs edən ədəbiyyatlar və digər yeni çap məhsulları olmaqla 300-ə qədər kitab sərgilənmişdir.

Tədbirlərdə uşaqlarla kitab müzakirələri aparılmış, azyaşlılara nağıllar və şeirlər oxunmuşdur.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 128 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 320, Facebook səhifələrində 12 min 113 olmuşdur.

Avqust ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 6 adda 20 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 107 adda 192 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 463, oxucu gəlişi 8 min 705, kitab verilişi isə 42 min 521 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 25 min 595-dən 26 min 296-a çatdırılmışdır.

Şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 461-dən 3 min 491-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 198 lokal, 320 qlobal olmaqla, ümumilikdə, 518 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 4-ü onlayn olmaqla 109 tədbir keçirilmişdir.

Avqust ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

21 avqust tarixdə Ağbulaq İstirahət Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunan zəfər düşərgəsində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır.

Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2 videomaterial hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Avqust ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 4 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları yubileylər, əlamətdar və tarixi günlərlə, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 5 videomaterial hazırlamış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 105 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 37 paylaşım edilmiş, 9 min 322 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 68  paylaşımın 4 min 424 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

24 avqustda Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına “Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Avqust ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 5 material hazırlanmış, 14 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 704, Facebook izləyicilərinin sayı isə 566 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 2-i onlayn olmaqla, ümumilikdə 23 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən avqust ayında 1 min 823 manatlıq 50 adda 149 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı, ümumilikdə, 129 məlumat hazırlanaraq sosial şəbəkələrdə 258 paylaşım edilmişdir.

31 avqust tarixdə Şahbuz rayonunun Kolanı kəndində keçirilən “Xalq Yaradıcılığı Günü” çərçivəsində xalça toxuculuğu, müxtəlif mətbəx nümunələrinin hazırlanma qaydası, Şahbuz Rayon Mədəniyyət Sarayının və mədəniyyət evlərinin, həmçinin Şahbuz rayon və Kolanı kənd uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.

Xüsusi kateqoriyadan olan uşaqlara yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Naxçıvan Dövlət Film Fondunda 1 film nümayiş olunmuşdur.

“Əyləncə adası” İstirahət Parkında açıq havada  həftədə iki dəfə olmaqla ay ərzində  9 film, xüsusi kateqoriyadan olan uşaqlara  1 film olmaqla, ümumilikdə 10 film nümayişi olmuşdur.

Film Fond tərəfindən 1 videomaterial hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə” hekayəsi əsasında səhnələşdirilən, Naxçıvan Dövlət Uşaq Teatrı isə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında səhnələşdirilən tamaşaların məşqlərinə başlamışdır.

Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən avqustun 21-də Ağbulaq İstirahət Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunan zəfər düşərgəsində tamaşalardan parçalar, avqustun 30-da isə teatrda xüsusi kateqoriyadan olan uşaqlar üçün “Ağca və Bozca” tamaşası nümayiş etdirilmişdir.

24-25 avqust tarixlərində Türkiyə Respublikasında Malazgirt qələbəsinin   950-ci ildönümünə həsr olunmuş tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının musiqiçiləri - Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov və Nurlan Nuriyev iştirak etmişdir.

Avqust ayında gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə və keyfiyyətinə nəzarət artırılmış, gənclərin asudə vaxtının səmərəli təşkili, maarifləndirici tədbirlərinin keçirilməsi və dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür.

12 avqust tarixdə “Xudafərin” Gənclər Birliyinin üzvləri arasında “Gənclərin gələcəklə bağlı görüşləri” adlı onlayn görüş keçirilmiş və 25 avqust tarixdə “Nəqşicahan” Gənclər Birliyinin üzvləri arasında Yalçın Əfəndiyevin “Xatirələr sahili” filminin onlayn müzakirəsi təşkil olunmuşdur.

27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti də diqqətdə saxlanılmış, ay ərzində 15 xəbər, 4 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına avqust ayında 1 (cəmi 666) videomaterial yerləşdirilmiş, 167 min 16 izlənmə sayı olmuş, kanalın  abunə sayı 1740-a çatdırılmışdır.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan məlumatlar yerləşdirilmişdir.

Avqust ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 728-ə çatmış, 22 paylaşım edilmişdir.

O cümlədən, İnstagram səhifəsinin (nax_mr_mn) ümumi izləyicilərinin sayı 5 min 990 olmuş, ay ərzində səhifədə 23 paylaşım edilmişdir.

“Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 15 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 774 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş,  “Şərq qapısı” qəzetində 4, “Nuhçıxan” İnformasiya Agentliyində 3, rayon qəzetlərində 3 məqalə işıq üzü görmüşdür.

“Nuhçıxan” İnformasiya Agentliyində 2021-ci il 01 avqust tarixdə Culfa Şəhər Klubunun direktoru Aidə İbrahimovanın  “Milli dəyərlərimizin əsas tərkib hissəsi geyimlər”, “İki Sahil” qəzetinin 18 avqust  tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Özü boyda abidə olan Naxçıvan”, “Arazın səsi” qəzetinin 20 avqust 2021-ci il tarixli nömrəsində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “Müqəddəs inam yerlərimiz: Pirlər” və Culfa Rayon Tarix-Diyarşünaslıq  Muzeyinin əməkdaşı Şölə Mirzəyevanın “Xalçaçılıq qədim sənət növüdür”, “Yeni həyat”  qəzetinin  27 avqust 2021-ci il tarixli nömrəsində Kəngərli  Rayon MKS-nin əməkdaşı Türkanə Qasımovanın  “Vüqarlı dağların Şəhid Vüqarı” adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Televiziyası və Radiosunda gedən verilişlərdə 2 nəfər iştirak etmiş, 2 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 5 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri avqust ayı ərzində davam etdirilmişdir. Avqust ayı ərzində Nazirliyə 7-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 67 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 12-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 33 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 39 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 12 nəfər işə qəbul edilmişdir.