Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2021-Cİ İLİN DEKABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi dekabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrilə tədbirlər keçirilmişdir.

7 dekabr tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçirilmişdir.

9 dekabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Azərbaycan muğamları” mövzusunda mühazirə oxunmuş, “Azərbaycan muğamları” filminin nümayişi təşkil olunmuşdur.

21 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Muzeylərdə və kitabxanalarda görülmüş işlər və kadr hazırlığı məsələləri” mövzusunda dəyirmi masa keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə 8 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Çap əsərlərinin təsviri” mövzusunda,  dekabrın 22-də Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaq kitabxanalarının fəaliyyəti və oxucularla iş prinsipləri” mövzusunda açıq dərslər, 27 dekabr tarixdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi təmin olunmuşdur.

Hamiliklə bağlı ay ərzində 1 dəyirmi masa, 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və film nümayişi olmaqla, ümumilikdə 6 tədbir keçirilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 1 ədəd xalça haqqında “naxcivan_muzeyleri” İnstagram səhifəsində məlumat paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış,15 dekabr tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtr Respublika Kitabxanasında “Poeziya dünyasının dahisi – Nizami” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Ay ərzində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı, ümumilikdə, 4 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntıların hesabatlarının alınması diqqətdə saxlanılmış, 2 hesabat qəbul edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 3 dekabr tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə Ordubad rayonunun Dırnıs  kənd tam orta məktəbi arasında, dekabrın 10-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda, 23 dekabr tarixdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə Ordubad rayonunun Vələver  kənd tam orta məktəbi arasında “Naxçıvan xalçaları” mövzusunda olmaqla 3 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə dekabr ayının  9-da Nazirliyin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. 2021-ci il   27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Dekabr ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Nüsnüs, Kəngərli  Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xok, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Mahmudoba kənd və Sədərək Rayon Tarix- Diyarşünaslıq Muzeyi Heydərabad qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur. Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2,  muzeylər tərəfindən 5 olmaqla, ümumilikdə 7 tədbir keçirilmiş, 3 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinə əsasən muzey fondlarında mühafizə olunan muzey sərvətlərinin və muzey kolleksiyalarının təkrar uçotu aparılır, elektron məlumat bazası yaradılır. İyul-dekabr ayları ərzində 9 muzeydə - Dövlət Bayrağı, Naxçıvan Dövlət Xalça, Duz, Bəhruz Kəngərli, Xatirə, Cəlil Məmmədquluzadənin və Məmməd Arazın ev muzeyləri, Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təkrar uçot başa çatmışdır. Naxçıvan Dövlət Rəsm Qalereyası və Naxçıvan Duz Muzeyində fondlarda mühafizə olunan muzey sərvətlərinin elektron məlumat bazası yaradılmışdır.

Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Tarixi şəxsiyyət, əbədiyaşar lider”, Naxçıvan  Dövlət  Tarix Muzeyində “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixi nailiyyətidir” və “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzularında 3 açıq dərs keçirilmişdir. Dekabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 50 açıq dərs və 9 mühazirə keçirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 231 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 355, Facebook hesablarında 328 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 27 min 313, Facebook hesablarında isə 46 min 84 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 18 min 683 nəfər yerli, 4 min 576 nəfər əcnəbi olmaqla, ümumilikdə 23 min 259 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 109 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Dekabr ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 1-i onlayn olmaqla 19 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən şair Ramiz Rövşənin anadan olmasının 75 illiyi, ədəbiyyatşünas Əli Sultanlının anadan olmasının 115 illiyi, şair Nüsrət Kəsəmənlinin anadan olmasının 75 illiyi, Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, kitabxanaçı-biblioqraf Abuzər Xələfovun anadan olmasının 90 illiyi, “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 1-i onlayn olmaqla 19 tədbir keçirilmiş, 55 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Gəlin, mütaliə edək” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mədəniyyət və incəsənət üzrə məlumat bölməsinin iş prinsipi” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Uşaq kitabxanalarında xidmət şöbəsinin iş prinsipləri” mövzusunda müzakirələr keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, kitabxanaçı-biblioqraf Abuzər Xələfovun anadan olmasının 90 illiyi münasibətilə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbirlər keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Dekabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 24 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 26 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dekabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Culfa Rayon MKS-nin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan Şəhər MKS-nin Uşaq şöbəsi əməkdaşlarına kitabxanada təcrübə məşğələsi keçirilmişdir.

Bununla yanaşı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Naxçıvan Şəhər MKS-nin Uşaq şöbəsində ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 3 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 220 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 9 min 190, Facebook səhifələrində 12 min 964 olmuşdur.

Dekabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 10 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 355 adda 430 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1366, oxucu gəlişi 9 min 934, kitab verilişi isə 41 min 326 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 704 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 28 min 401-dən 29 min 10-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 601-dən 3 min 651-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 358 lokal, 335 qlobal olmaqla, ümumilikdə, 693 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 2-i onlayn olmaqla,  112 tədbir keçirilmişdir.

Dekabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı tədbirlər keçirilmiş, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmışdır.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmış,  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2, Naxçıvan Dövlət Film Fondu tərəfindən 28 olmaqla, ümumilikdə, 30 videomaterial hazırlanmış, sosial şəbəkələrdə paylaşılmışdır.

Dekabr ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 13 tədbir keçirilmiş, 16 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 4 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri və sarayları tərəfindən sosial şəbəkələrdə 137 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 49 paylaşım edilmiş, 4 min 708 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 88 paylaşımın 4 min 934 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmü, Kəngərli və Culfa rayon mədəniyyət şöbələrinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir.

Dekabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər olmaqla, ümumilikdə 4 material hazırlanmış, 15 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 774, Facebook izləyicilərinin sayı isə 672 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 34 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən dekabr ayında 243 manatlıq 15 adda 28 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 2 dekabrda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 2, 8 və 12 nömrəli tam orta məktəblərin şagirdlərinə “Dərs” bədii filmi nümayiş olunmuşdur. Ümumilikdə ay ərzində 3 film nümayişi olmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən sosial şəbəkə hesablarında paylaşılması üçün 145 material hazırlanmış, 290 paylaşım edilmiş və 1544 izləyici sayı olmuşdur. Nazirliyin Youtube kanalına 11 video yüklənmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dekabr ayında Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dekabrın 1-də K.Çapekin “Ana” tamaşasına ictimai baxış keçirilmiş, ay ərzində bilet satışı ilə 3 tamaşa nümayiş etdirilmişdir. Bundan əlavə Elçinin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşanın bərpa məşqləri aparılmışdır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə” hekayəsi əsasında səhnələşdirilən tamaşaya ictimai baxış keçirilmiş, ay ərzində bilet satışı ilə 8 tamaşa nümayiş etdirilmişdir. Yeni il üçün Azərbaycan xalq nağıllarının motivləri əsasında səhnələşdirilən “Kələkbaz canavar” tamaşası  hazırlanmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında dekabrın 14-də Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında hazırlanan tamaşaya ictimai baxış keçirilmişdir. Yeni il şənliyi üçün hazırlanan “Şaxta baba gələcək” adlı tamaşanın məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı”na həsr olunmuş konsertinin məşqləri aparılmış, Filarmoniyanın Mahnı və Rəqs Ansamblı “Naxçıvan” Universitetində təşkil olunan beynəlxalq həftə çərçivəsində 6 dekabr tarixdə keçirilmiş açılış tədbirində və 25 dekabr tarixdə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə “N” saylı hərbi hissədə konsert proqramları ilə çıxış etmişdir.

Rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hesabat konsertlərinə start verilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Belə ki, 10 dekabr tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin onlayn müzakirəsi, 17 dekabr tarixdə gənclər arasında onlayn bilik yarışı, 24 dekabr tarixdə isə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Milli yoxsa xarici filmlər: Gənclik nə deyir?” adlı diskussiya keçirilmişdir.

Dekabr ayında yeni istifadəyə verilmiş Ordubad rayonunun Dırnıs və Vələver  kənd mərkəzlərində Dırnıs və Vələver kənd kitabxana filiallarının, Dırnıs Kənd Mədəniyyət Evinin  və Vələver Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti  diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 25 xəbər, 7 məqalə olmaqla, ümumilikdə 32 material işlənmişdir.

Nazirliyin Youtube kanalına dekabr ayında 11 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 120 abunəçi, 214 min 747 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Dekabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 831-ə çatmış, ay ərzində 35 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 256 olmuş, səhifədə 35 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 11 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 805 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında isə 2 məqalə işıq üzü görmüşdür.

Ay ərzində Naxçıvan Televiziyası və Radiosunda gedən verlişlərdə Nazirliyin əməkdaşlarından  2 nəfər iştirak etmiş, 2 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 7 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri dekabr ayı ərzində davam etdirilmişdir. Dekabr ayı ərzində Nazirliyə 12-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 112 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 45 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 43 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 1 nəfər işə qəbul edilmişdir.