Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2021-Cİ İLİN SENTYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sentyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Sentyabrın 8-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və “Şərur” Xalq Yallı Ansamblı Türkiyə-Azərbaycan Dostluq Parkında Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondları, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi və Əlahiddə Ümumqoşun Ordunun təşkilatçılığı ilə düşərgə formatında həyata keçirilən “Marş İrəli” layihəsinin iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.

2021-ci il 15 sentyabr tarixdə Ümumqoşun Ordunun yaradılmasının ildönümü  ilə bağlı Naxçıvan şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrdə  əsgər və zabitlərə 8 konsert verilib.

Sentyabrın 18-də “Milli Musiqi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında konsert proqramı təqdim olunub. Bu münasibətlə muxtar respublikanın rayonlarında mədəniyyət şöbələri tərəfindən tədbirlər keçirilib. Musiqi kollektivlərinin ifasında 7 konsert proqramı təqdim olunub.

Açıq havada kino nümayişləri sentyabr ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 3 film nümayişi təşkil edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 1 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 3 ədəd xalça haqqında naxcivan_muzeyleri İnstagram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 6 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 15 sentyabr 2021-ci il tarixdə Heydər Əliyev Muzeyi ilə Ordubad rayonunun Əndəmic kənd tam orta məktəbi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda və sentyabrın 27-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla Əliyevanın təqdimatında muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 27 sentyabr – Anım Günü ilə bağlı olmaqla 2 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Oktyabr ayından kənd mərkəzlərində sakinlərlə görüşlər keçirilməsi nəzərdə tutulmuşdur.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə sentyabr ayının 16-da Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Xalça Muzeyində muzey əməkdaşları üçün “Muzeylərdə uçot-mühafizə: uçot nişanları” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Sentyabr ayı ərzində Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə, Şahbuz və Culfa rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına muzey işi ilə bağlı metodik köməklik göstərilmişdir.

Muzeylər tərəfindən sosial şəbəkə hesablarında əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlar edilmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 197 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Sentyabr ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 17 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 784 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 391, Facebook hesablarında 350 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 24 min 944, Facebook hesablarında isə 45 min 890 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 42 min 23 nəfər yerli, 11 min 472 nəfər əcnəbi olmaqla, ümumilikdə 53 min 495 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 411 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Sentyabr ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında 1-i onlayn olmaqla “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 20 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən şair Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyi, “Milli Musiqi Günü”, “21 Sentyabr – Beynəlxalq Sülh Günü” və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 16 tədbir keçirilmiş, 35 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə idraki ehtiyacdır” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan N.Ostrovskinin “Polad necə bərkidi” romanının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Metodiki məktub və vəsaitlərin hazırlanma qaydası” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Ədəbiyyatların kitabxana texnikasına uyğun işlənməsi” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Saib Təbrizinin anadan olmasının 420 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə məktəbli oxucularla Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının oxu və müzakirəsi keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Sentyabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Sentyabr ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhəri H.Əliyev prospektindəki 36 və 38 nömrəli binaların həyətlərində “Kitabı sevin - kitab bilik mənbəyidir”  başlıqlı kitab sərgisi təşkil edilmiş və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, söz ustadı Aşıq Ələsgərin 200 illiyi münasibəti ilə onların  həyat və yaradıcılığından bəhs edən ədəbiyyatlar və digər yeni çap məhsulları olmaqla 300-ə qədər kitab sərgilənmişdir.

Tədbirlərdə uşaqlarla kitab müzakirələri aparılmış, azyaşlılara nağıllar və şeirlər oxunmuşdur.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 20 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 332 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 159 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 445, Facebook səhifələrində 12 min 252 olmuşdur. 1 onlayn material hazırlanmışdır.

Sentyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 26 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 178 adda 221 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 495, oxucu gəlişi 9 min 383, kitab verilişi isə 47 min 134 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 702 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 25 min 595-dən 26 min 998-ə çatdırılmışdır.

Şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 491-dən 3 min 521-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 192 lokal, 338 qlobal olmaqla, ümumilikdə, 530 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 108 tədbir keçirilmişdir.

Sentyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1, Naxçıvan Dövlət Film Fondu tərəfindən 11 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 12 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Sentyabr ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 4 tədbir keçirilmiş, 6 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları yubileylər, əlamətdar və tarixi günlərlə, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 12 material hazırlamış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 144 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 48 paylaşım edilmiş, 9 min 346 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 96  paylaşımın 4 min 503 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

Mərkəz tərəfindən rayon mədəniyyət şöbələrinin tabeliyində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına “Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” mövzusunda 7 seminar-müşavirə keçirilmişdir.

Sentyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 12 material hazırlanmış, 33 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 721, Facebook izləyicilərinin sayı isə 609 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 27 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən sentyabr ayında 767 manatlıq 36 adda 59 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

17 sentyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda “18 Sentyabr - Milli Musiqi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinə “Üzeyir ömrü” bədii filminin nümayişi təşkil olunmuşdur.

28 sentyabr tarixdə Babək rayonunun Payız kəndində keçirilən “Xalq Yaradıcılığı Günü” çərçivəsində Babək Rayon Mədəniyyət Sarayının və mədəniyyət evlərinin, həmçinin uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.

Film Fond tərəfindən ay ərzində “Əyləncə adası” İstirahət Parkında açıq havada 3 film, digər tədbirdə isə 1 film olmaqla, ümumilikdə 4 film  nümayiş olunmuşdur. Ay ərzində sosial şəbəkə hesablarında 141 material hazırlanmış, 282  paylaşım edilmiş və 1540 izləyici sayı olmuşdur.

Film Fond tərəfindən 11 videomaterial hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Sentyabr ayında Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 24 sentyabr tarixdə Qoqolun “Müfəttiş” əsəri ilə 2021-ci ilin teatr mövsümünün açılışını etmişdir.

Haliyyədə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə”, Naxçıvan Dövlət Uşaq Teatrında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti”, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında isə K. Çapekin “Ana” əsərinin məşqləri davam etdirilir.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri dövr ərzində davam etdirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də müəyyən işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına uyğun olaraq sentyabrın 22-dən başlayaraq müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. 13-16 sentyabr tarixlərində keçirilən müsabiqənin test mərhələsində 302 namizəd 255 vakant vəzifədən 155-nin tutulması üçün biliklərini sınayıb və onlardan 235-i keçid balını toplayıb. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə və keyfiyyətinə nəzarət artırılmışdır. Digər sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də onların asudə vaxtının səmərəli təşkili, maarifləndirici tədbirlərinin keçirilməsi və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. 10 sentyabr tarixdə “Xudafərin” Gənclər Birliyinin üzvləri arasında “Dəli Kür” filminin onlayn müzakirəsi və 27 sentyabr tarixdə “Nəqşicahan” Gənclər Birliyinin üzvləri arasında “Zəfərə gedən yolun başlanğıcı – 27 sentyabr” adlı tədbir keçirilmişdir. Qeyd olunanlarla yanaşı 3 sentyabr tarixdə Gənclər Təşkilatının üzvlərinin Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin Ev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Naxçıvan Dövlət Xalça Muzeyinə ekskursiyası təşkil olunmuş və 17 sentyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda “18 Sentybar Milli Musiqi Günü” münasibətilə gənclərə “Üzeyir ömrü” filmi nümayiş etdirilmişdir.

Sentyabrın 15-də yeni istifadəyə verilmiş Ordubad rayon Aşağı Əndəmic kənd mərkəzində kənd kitabxana filialının və kənd mədəniyyət evinin  fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti də diqqətdə saxlanılmış, ay ərzində 15 xəbər, 4 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına sentyabr ayında 13 (cəmi 679) videomaterial yerləşdirilmiş, 175 min 320 izlənmə sayı olmuş, kanalın abunə sayı 1800-ə çatdırılmışdır.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan məlumatlar yerləşdirilmişdir.

Sentyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 740-a çatmış, 24 paylaşım edilmişdir.

O cümlədən, İnstagram səhifəsinin (nax_mr_mn) ümumi izləyicilərinin sayı 6 min 31 olmuş, ay ərzində səhifədə 29  paylaşım edilmişdir.

“Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 17 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 784 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş,  “Şərq qapısı” qəzetində 6, “Nuhçıxan” İnformasiya Agentliyində 2, rayon qəzetlərində 1 məqalə işıq üzü görmüşdür.

“Şərq qapısı” qəzetinin 17 sentyabr tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin  “Dahi Üzeyir bəylə dünya şöhrəti qazanan milli musiqimiz inkişaf yolundadır”, “İki Sahil” qəzetinin 10 sentyabr tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Naxçıvanda Əcəmi rüzgarı” adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Televiziyası və Radiosunda gedən verilişlərdə 2 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 5 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri sentyabr ayı ərzində davam etdirilmişdir. Ay ərzində Nazirliyə 31-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 143 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 10-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 67 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 93 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 13 nəfər işə qəbul edilmişdir.

Sentyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, 2 məsələ müzakirə edilmişdir.