Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2021-Cİ İL ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Yanvarın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın”, fevralın 19-da Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesləri əsasında, 10 mart tarixdə isə “Milli Teatr Günü” münasibətilə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı 3 tamaşa onlayn olaraq teatrsevərlərə təqdim olunmuşdur. Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümü münasibətilə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirilən “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilmişdir. Bundan əlavə, 23 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, 27 mart tarixdə isə Filarmoniyanın solistləri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc ifaçı İlkin Abdullayevin ifasında onlayn konsert proqramı təqdim olunmuşdur. Tamaşa və konsertlər Naxçıvan Televiziyasından, Nazirliyin internet saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır.

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilmiş “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi, aprelin 14-də isə müsabiqənin yekununa həsr olunmuş tədbir və mükafatlandırma mərasimi keçirilmişdir.

Aprelin 22-də Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun rejissorluğu ilə hazırlanan “Nizaminin sirlər xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək istehsalata buraxılmışdır.

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvlərinin qatıldığı solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi baş tutmuşdur. Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan müsabiqəyə ümumilikdə 25 nəfər iştirakçı qatılmışdır.

İyun ayının birinci ongünlüyündə uşaq və gənclər arasında üç yaş qrupunda tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə ifaçılıq müsabiqəsi keçirilmiş, müsabiqəyə 300 nəfərə yaxın iştirakçı qatılmışdır. İyunun 23-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə ümumilikdə 157 iştirakçı və kollektiv təltif edilmişdir. Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır” mövzusunda tədbir keçirilmiş, hərbi qulluqçular üçün Şahbuz Rayon Xalq Teatrı tərəfindən Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuş, aid təşkilatlarla birgə 24 iyun tarixdə təşkil olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə Naxçıvan Dövlət Filarmoniyası, rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən 10 konsert proqramı təqdim edilmişdir.

9 iyul tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunmuş və bununla da teatr 138-ci mövsümünü başa vurmuşdur.

İyul ayının 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində ev muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

26 iyul tarixdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə muxtar respublikada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin Heydər Əliyev Sarayında keçirilən açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və “Şərur” Xalq Yallı Ansamblının iştirakı ilə konsert proqramı təqdim edilmişdir. Bundan əlavə, 27 iyul tarixdə tədbir iştirakçılarına Saat Meydanı Turistik istirahət Mərkəzində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri əsasında hazırlanan “Nizami Gəncəvi-880” adlı kompozisiya nümayiş olunmuşdur.

30 iyul tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

“2 Avqust – Azərbaycan Kinosu Günü” ilə bağlı “Əyləncə adası” İstirahət Parkında “O olmasın, bu olsun” filminin nümayişi olmuşdur.

Sentyabrın 8-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və “Şərur” Xalq Yallı Ansamblı Türkiyə-Azərbaycan Dostluq Parkında Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondları, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi və Əlahiddə Ümumqoşun Ordunun təşkilatçılığı ilə düşərgə formatında həyata keçirilən “Marş İrəli” layihəsinin iştirakçıları qarşısında konsert proqramı ilə çıxış etmişdir.

15 sentyabr tarixdə Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının ildönümü  ilə bağlı Naxçıvan şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrdə  əsgər və zabitlərə 8 konsert proqramı təqdim edilmişdir.

Sentyabrın 18-də “Milli Musiqi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında konsert proqramı təqdim olunmuşdur. Bu münasibətlə muxtar respublikanın rayonlarında mədəniyyət şöbələri tərəfindən tədbirlər keçirilmiş. Musiqi kollektivlərinin ifasında ümumilikdə 7 konsert proqramı təqdim olunmuşdur.

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümü münasibətilə “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

28 oktyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə sağlamlıq imkanları məhdud xüsusi istedadlı uşaqlar arasında “Əl-ələ daha güclüyük!” şüarı altında yaradıcılıq müsabiqəsi təşkil olunmuş, qaliblər və fərqlənən iştirakçılar müsabiqənin təşkilatçıları tərəfindən mükafatlandırılmışdır.

Noyabrın 10-da Məhəmməd Tağı Sidqinin Ev Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən muzeyə hədiyyə edilən görkəmli pedaqoqa və oğlu Məmmədəli Sidqiyə aid əlyazma nüsxələrin, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının “Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimləri keçirilmişdir.

Noyabrın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında N.V.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tamaşada iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli sərəncamlarının icrası ilə bağlı iş aparılmış, aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgə Nazirliyin 2020-2021-ci və 2021-2022-ci tədris illəri üçün müvafiq Tədbirlər planlarına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya, Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq işi ixtisasları üzrə təhsil alan tələbələrə 17 açıq dərs, 5 kitab müzakirəsi, 2 ustad dərs, 2 dəyirmi masa, 3 mühazirə və 1 film nümayişi olmaqla, ümumilikdə 30 tədbir keçirilmiş, eləcə də Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya ixtisası üzrə tələbələrinə, Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və muzeylərdə təcrübə, Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 23 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 33 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 213 ədəd xalça haqqında “naxcivan_muzeyləri” instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış,  Nazirliyin müvafiq əmri ilə “Naxçıvan Musiqi Kollecində və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçiriləcək Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslərin Qrafiki” və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq Müsabiqəsinin Əsasnaməsi” təsdiq edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Aşıq Ələsgərə həsr edilmiş guşə zənginləşdirilmiş, muzeydən “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv dərs keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə kitab sərgiləri qurulmuş, iyunun 17-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcılıq müsabiqəsi, iyunun 18-də isə müsabiqənin yekun tədbiri keçirilmişdir. Yekun tədbirdə müsabiqənin qalibləri mükafatlandırılmış və onların ifasında konsert proqramı təqdim edilmişdir. Həmçinin, Nazirliyin təşkilatçılığı ilə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində saz ixtisası üzrə müəllim və şagirdlərə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən 6 ustad dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Culfa və Sədərək rayon MKS-lər tərəfindən 5 tədbir keçirilmiş, Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının “Ələsgərlə dindi sazım” adlı kompozisiyası tamaşaçılara təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında səhnələşdirilən “Nizaminin sirlər xəzinəsi” adlı tamaşa hazırlanmış, mayın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Poeziya dünyasının dahisi – Nizami” adlı ədəbi-bədii tədbir, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi ilə Babək rayonunun Araz kənd ümumi orta məktəbi arasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş interaktiv dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” mövzusunda dəyirmi masa keçirilmiş, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı, Babək Rayon Xalq Teatrı və Nazirliyin Gənclər təşkilatı “Xudafərin” Gənclər Birliyinin üzvləri tərəfindən kompozisiyalar hazırlanaraq tamaşaçılara təqdim edilmişdir. İl ərzində əsərlərinin müzakirəsi, biblioqrafik icmalı və s. olmaqla Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 75 tədbir keçirilmişdir ki, onlardan 2-si onlayn olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi  haqqında” 2021-ci il 16 oktyabr  tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Xalça Muzeyində 17 və 24 noyabr tarixlərdə Naxçıvan Müəllimlər İnstitutunun, 23 noyabr tarixdə “Naxçıvan” Universitetinin tələbələrinə ümumilikdə 3 açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən may ayında Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün İbrahimli Bəhlul İmran oğluna və avqust ayında Babək rayonunun Sirab kəndi ərazisində Uçan ağıl yaşayış yerində, Şahbuz rayonunun  Yuxarı Qışlaq və Kükü kəndləri ətrafında arxeoloji tədqiqat və kəşfiyyat işləri aparmaq üçün Baxşəliyev Vəli Baxşəli oğluna verilən vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmiş, aparılmış arxeoloji qazıntılarla bağlı hesabatlar qəbul edilmişdir.

İyun ayında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Naxçıvanda olmuşdur. Xalq artisti mədəniyyət və incəsənət obyektləri ilə tanış olmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ilə görüş keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə interaktiv dərslərin keçirilməsi diqqətdə saxlanılmışdır.

İl ərzində Xatirə Muzeyində və Heydər Əliyev Muzeyində 4, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində 3, Dövlət Bayrağı Muzeyində 2, eləcə də Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadənin Ev muzeylərində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində hər birində 1 olmaqla olmaqla, ümumilikdə 19 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Oktyabr-dekabr aylarında Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ağbulaq, Biçənək və Mahmudoba kənd, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Hacıvar kənd və Cəhri qəsəbə, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Əndəmic və Nüsnüs, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Gülüstan və Xanəgah, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Çomaxtur və Dizə, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qarabağlar və Xok, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sədərək kənd və Heydərabad qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 15 görüşü olmuşdur.

Hesabat dövründə 5 eksponat təqdimatı – Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən hədiyyə olunmuş 16 ədəd rəsm əsərinin, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nüsnüs kənd sakini tərəfindən hədiyyə olunmuş 100 ədəd maddi-mədəniyyət nümunəsinin,  Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilən 200-dən çox maddi-mədəniyyət nümunəsinin,  Məhəmməd Tağı Sidqinin Ev Muzeyində görkəmli pedaqoqa və oğlu Məmmədəli Sidqiyə aid əlyazma nüsxələrin, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı keçirilmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyi, Xatirə Muzeyi, rayon tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarında “Şəhidlər” guşəsi və “Zəfər” guşəsi yaradılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 2021-ci ildə “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi, onlayn materialların hazırlanmasına verilən tələblər”, “Daxil olan sənədlərin əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları”, “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi”, “Muzeylərdə rəsm əsərlərinin qorunub saxlanması və sərgilənməsinə verilən tələblər”, “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları”, “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu”, “Muzeylərdə təkrar uçotun aparılması və elektron məlumat bazasının yaradılması”,  “Muzeylərdə uçot-mühafizə: uçot nişanları”, “Muzeylərdə uçot-mühafizə: köhnə inventar kitablarının yeniləri ilə əvəz edilməsi”, “Muzey fondlarının dövlət uçotu. Ümumi qaydalar” və  “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzularında olmaqla,  ümumilikdə 11 seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

İl ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü, Heydər Əliyev Muzeyinin yaradılmasının 22 illiyi, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 11 illiyi, Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü, Xalq şairi Məmməd Arazın anadan olmasının 88-ci ildönümü, “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, “Molla Nəsrəddin” jurnalının yaranmasının 115-ci ildönümu, “18 May - Beynəlxalq Muzeylər Günü”, “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar olaraq tədbirlər təşkil edilmiş,  sərgilər qurulmuşdur. Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi və Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab Rayon Heydər Əliyev Mərkəzi arasında 2 onlayn tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinə əsasən muzey fondlarında mühafizə olunan muzey sərvətlərinin və muzey kolleksiyalarının təkrar uçotu aparılır, elektron məlumat bazası yaradılır. İyul-dekabr ayları ərzində 9 muzeydə - Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Duz Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev Muzeyi və Xalq Şairi Məmməd Arazın Ev Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təkrar uçot başa çatmışdır. Naxçıvan Dövlət Rəsm Qalereyası və Naxçıvan Duz Muzeyində fondlarda mühafizə olunan muzey sərvətlərinin elektron məlumat bazası yaradılmışdır.

22-30 noyabr tarixlərdə “Naxçıvan” Universitetinin turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin 2020-2021-ci tədris ilində birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Müstəqil Azərbaycanın memarı”, Bəhruz Kəngərli Muzeyində “Gənc rəssam ömrü”, Xatirə Muzeyində “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” və “Mart hadisələri unudulmur”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı - XX əsrin faciəsi”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tariximiz yaddaşımızdır”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, Naxçıvan  Dövlət  Xalça Muzeyində “Xalqımızın qədim ənənəsi – Xalçaçılıq”, C.Məmmədquluzadə adına Naxçıvan  Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Oxunması zəruri olan kitabların  şagird mənəviyyatına təsiri”, Heydər Əliyev Muzeyində “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət - Heydər Əliyev”, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Azərbaycanın dilbər guşələri” mövzularında 11 açıq dərs, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq Heydər Əliyev Muzeyində “Tarixi şəxsiyyət, əbədiyaşar lider”, Naxçıvan  Dövlət  Tarix Muzeyində “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixi nailiyyətidir” və “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzularında 3  olmaqla, ümumilikdə  14 açıq dərs keçirilmişdir. Dövr ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə 378 açıq dərs və 54 mühazirə keçirilmişdir.

İl ərzində  muzeylərdə Nazirlik tərəfindən 24, muzeylər tərəfindən 3-ü onlayn olmaqla, 39 tədbir keçirilmiş, 48 sərgi qurulmuşdur.

Dövr ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış, muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlar edilmişdir.

Hesabat dövründə ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 2 min 705 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 47-si onlayn ekskursiya olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 4 min 27, Facebook hesablarında 3 min 775 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 27 min 313, Facebook hesablarında isə 46 min 84 olmuşdur.

İl ərzində Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 307 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 805 nəfər olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 367 min 845 nəfər yerli, 71 min 164 nəfər əcnəbi olmaqla, ümumilikdə 439 min 9 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 2 min 863 ədəd yeni eksponat daxil olmuşdur.

2021-ci ilin ötən dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə kitabxana əməkdaşları üçün “Müəssisələrin fəaliyyəti ilə bağlı və statistik hesabatların hazırlanması qaydaları” və “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” mövzusunda 8 seminar keçirilmişdir.

Həmçinin may ayında kitabxana əməkdaşları üçün “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilmişdir. Gənclər Mərkəzində baş tutan müsabiqəyə 8 rayon (şəhər) MKS-dən 12 komanda qatılmışdır.

Yanvar-dekabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 230 kitab müzakirəsi keçirilmişdir ki, bunlardan 26-sı onlayn olmuşdur.

Ötən dövrdə 230-u kitabxana, 97-si klub müəssisələrinin əməkdaşları, 1-i gənclər arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil 328 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 41-i onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 11-i onlayn olmaqla 269 tədbir keçirilmiş, 509 sərgi təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı 1-i onlayn olmaqla ümumilikdə 120, “Kitabxanaçı Günü” münasibətilə 120, “Kitabxana günü” ilə bağlı 100 tədbir keçirilmişdir.

2021-ci il ərzində “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 375 tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 33 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 247 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 280 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 58 adda 525 metodiki məktub, 3 adda 10 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Yanvar-dekabr aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 38 material hazırlanmış və sosial şəbəkələrdə 76 paylaşım edilmişdir.

Həmçinin, kitabxana və mədəniyyət sarayları və evlərinin əməkdaşları tərəfindən 162 şeir, hekayə və poema əsasında  bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. İl  ərzində kitabxanalar tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 293 material hazırlanmış, sosial şəbəkə hesablarında 2 min 266 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 9 min 190, Facebook səhifələrində 12 min 964 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində hesabat dövründə 14-ü M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 72 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 223 paylaşım edilmişdir.

Dövr ərzində Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 133 adda 2 min 449 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 6 adda 60 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 2 min 061 adda 4 min 923 nüsxə çap məhsulu daxil olmuşdur.

İl ərzində kitabxanalarda yeni oxucu sayı 7 min 992, oxucu gəlişi 109 min 154,  kitab verilişi isə 513 min 161 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron Kitabxanasında elektron kataloqa 8 min 285 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 29 min 105-ə çatdırılmışdır.

Şəbəkəyə 454 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 197-dən 3 min 651-ə çatdırılmışdır. İl ərzində elektron kitabxanadan 2 min 939 lokal, 5 min 433 qlobal olmaqla 8 min 372 oxucu istifadə etmişdir.

Hesabat dövründə kitabxanalarda 48-i onlayn olmaqla, ümumilikdə 1 min 314 tədbir keçirilmişdir.

2021-ci il ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı tədbirlər keçirilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 30, Naxçıvan Dövlət Film Fondu tərəfindən 68, rayon mədəniyyət şöbələri tərəfindən 6 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 104 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

İl ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı 1-i onlayn olmaqla 64 tədbir keçirilmiş, 111 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 320 material hazırlanmışdır. Bu materiallar sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 33 adda 264 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1 min 903 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 697 paylaşım edilmiş, 4 min 708 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 1 min 206 paylaşımın 4 min 934 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı 30 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 5 ssenari hazırlanaraq müvafiq təşkilatlara göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. rayon mədəniyyət şöbələrində fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün “Klub müəssisələrinin onlayn fəaliyyəti” ilə bağlı 3 seminar-müşavirə keçirilmişdir. Avqust-sentyabr aylarında isə klub müəssisələrində dərnəklərin, folklor qruplarının və xalq oyun qruplarının bərpası və yaradılması məqsədilə “Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” mövzusunda 7 seminar-müşavirə keçirilmişdir.

İl ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 220 material hazırlanmış, 410 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 774, Facebook izləyicilərinin sayı isə 672 olmuşdur.

Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 23-ü onlayn olmaqla, ümumilikdə 285 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2021-ci ildə 347 adda 1 min 056 ədəd  8 min 926 manatlıq iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Hamiliklə bağlı Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə 2 sənədli və 1 bədii film, Naxçıvan Musiqi Kollecinin tələbələrinə isə 1 film olmaqla, ümumilikdə 4 film nümayiş olunmuşdur.

Dövr ərzində təhsil və mədəniyyət  müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi təşkil edilmiş, ümumilikdə 9 film nümayiş olunmuşdur.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 7 may tarixdə “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinə 18 may 2021-ci il tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində yekun vurulmuşdur.

İl ərzində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Aqillər” adlı tamaşasının, Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kompozisiyanın, Kazım Ziya adına Ordubad Rayon  Xalq Teatrının və Ordubad Rayon Kotam kəndində mədəniyyət evləri əməkdaşlarının  hazırladığı “Vətənin qəhrəmanı” adlı kiçikhəcimli folklor kompozisiyasının, Naxçıvan Şəhər Xalq Teatrının “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrının “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” və “Qisas qiyamətə qalmaz” adlı tamaşalarının çəkilişləri həyata keçirilmişdir.

Dövr ərzində Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “İnnovasiyaların və uşaqların inkişafı” şöbəsinin dərnək üzvlərinə 3 film nümayişi təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər təşkilatının üzvləri üçün “Soyuq günəş” bədii filminin nümayişi təşkil olunmuşdur.

Naxçıvan  Muxtar Respublikasının Gənclər Fonduna “Nizami” bədii və sənədli filmləri nüsxələnərək təhvil verilmişdir.

Hesabat dövrü ərzində xüsusi kateqoriyadan olan uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə iyul-avqust aylarında 5 film nümayiş olunmuşdur.

İl ərzində Şərur, Ordubad, Kəngərli, Sədərək, Şahbuz, Babək və Culfa rayonlarının mədəniyyət evləri və klublarının hazırladığı xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmiş və ümumilikdə 68 material hazırlanmışdır.

Dövr ərzində tarixi və əlamətdar günlərlə bağlı 1 tədbir keçirilmiş və 3 film nümayişi təşkil olunmuşdur.

“Dünya Kinosu Kino Dünyası” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu tərəfindən “Əyləncə adası” İstirahət Parkında açıq havada 25 film nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən yanvar-dekabr aylarında 12 tədbir keçirilmiş, 57 film nümayişi olmuş, xalq yaradıcılığı ilə bağlı 68 və çəkilmiş materiallarla bağlı isə 103 olmaqla, ümumilikdə 171 material hazırlanmışdır. Həmçinin sosial şəbəkə hesablarında 1324 material hazırlanmış, 2648 paylaşım edilmiş, 1544 izləyici sayı olmuşdur.

Dövr ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Nizaminin “Sirlər xəzinəsi” və A.Qoqolun “Müfəttiş”, K.Çapekin “Ana”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə” hekayəsi əsasında səhnələşdirilən, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında hazırlanan əsərləri əsasında hazırlanan tamaşalarını təhvil vermiş və səhnə əsərləri istehsalata buraxılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 24 sentyabr tarixdə Qoqolun “Müfəttiş” əsəri ilə 2021-ci ilin teatr mövsümünün açılışını etmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşanın bərpa məşqləri aparılmışdır.

Bunda əlavə, yeni il üçün M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağıllarının motivləri əsasında səhnələşdirilən “Kələkbaz canavar”, Naxçıvan Dövlət Uşaq Teatrında isə “Şaxta baba gələcək” adlı tamaşalar  hazırlanmışdır.

Hesabat dövründə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 4 onlayn, 3 xeyriyyə və 11 bilet satışı ilə olmaqla ümumilikdə 18, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında isə 4 xeyriyyə və 20-si bilet satışı ilə olmaqla ümumilikdə 24 tamaşa oynanılmışdır.

Xalq teatrları da dövr ərzində tamaşa və kompozisiyalar üzərində iş aparmış, Naxçıvan Şəhər Xalq Teatrı Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı Rayon Mədəniyyət Sarayında Firdovsi Səfərovun “Qisas qiyamətə qalmaz” tamaşasını, Ordubad Rayon Xalq Teatrı İftixar Piriyevin “Qanlı qızıl toy” və Firuz Mustafanın “Aqillər” Şahbuz Rayon Xalq Teatrı Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşaları rayon ictimaiyyətinə təqdim etmişdir. Xalq teatrlarında hesabat dövründə 5 yeni tamaşa və müxtəlif mövzularda 8 kompozisiya hazırlanaraq təqdim edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri dövr ərzində davam etdirilmiş, muğam üçlüyünün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunmuş “Xarı bülbül” Musiqi Festivalında iştirakı təmin edilmişdir. Mayın 24-də “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında, 24 iyun tarixdə “26 İyun - Silahlı Qüvvələr Günü”ndə, 08 sentyabr tarixdə “Marş irəli” layihəsinin Naxçıvan mərhələsində, “18 Sentyabr - Milli Musiqi Günü” ilə bağlı 18 sentyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə 1 və 16 noyabr tarixlərdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblının konsert proqramlarının Naxçıvan Televiziyası tərəfindən çəkilişi aparılmışdır. 2021-ci il 25 dekabr tarixdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “N” saylı hərbi hissədə Filarmoniyanın Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Dekabr ayında “Naxçıvan” Universitetində təşkil olunan beynəlxalq həftə çərçivəsində keçirilmiş açılış tədbirində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə Filarmoniyanın kollektivlərinin “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı”na həsr olunmuş konsertinin məşqləri aparılmışdır.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də müəyyən işlər görülmüşdür. Uşaq musiqi və incəsənət məktəblərində müvafiq ixtisaslar üzrə tədris aparan müəllimlər üçün xanəndəlik, balaban, tar, fortepiano və skripka ixtisasları üzrə 7 ustad dərs, həmçinin xor, solfecio, musiqi ədəbiyyatı fənni üzrə 4 metodik kurs keçilmişdir. Bundan əlavə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təsdiq edilmiş qəbul planına uyğun olaraq şagird qəbulu, sinifdən-sinfə keçirilmə və buraxılış imtahanları aparılmış, bütün təhsil müəssisələrində tədris ilinin yekununa həsr olunmuş hesabat konsertləri keçirilmişdir. Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2020-2021-ci tədris ilində 812 nəfər bitirmişdir ki, onlardan 758 nəfərə ümumi və 54 nəfərə isə fərqlənmə şəhadətnaməsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq sentyabrın 22-dən başlayaraq müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. 13-16 sentyabr tarixlərində keçirilən müsabiqənin test mərhələsində 302 namizəd 255 vakant vəzifədən 155-nin tutulması üçün biliklərini sınayıb və onlardan 235-i keçid balını toplayıb. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət musiqi təhsili müəssisələrində fəaliyyət göstərmiş müvafiq təhsili olmayan müəllimlərin 28-29 oktyabr 2021-ci il tarixlərində keçirilmiş qiymətləndirməsinin nəticələrinə əsasən 45 nəfər müvafiq keçid balını topladığına, 7 nəfər isə pensiya yaşına 3 ildən az qaldığı üçün imtahana cəlb edilmədən işlədikləri uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə bərpa edilmişdir.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrinin 01-30 dekabr 2021-ci il tarixləri arasında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində və Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində təcrübələri təşkil olunmuşdur. Təcrübələrdə ümumilikdə 36 nəfər tələbə iştirak etmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə və keyfiyyətinə nəzarət artırılmışdır.

12 yanvar 2021-ci il tarixdə keçirilən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin kollegiya iclasında Nazirliyin yaradıcı gənclərlə iş sahəsi ilə bağlı verilən tapşırıqlarının gənclərin diqqətinə çatdırılması və yeni fəaliyyət ilində qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə 13 yanvar və 15 yanvar 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində gənclərin ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində çalışan gənclər, həmçinin Naxçıvan şəhərində yerləşən və Nazirliyə birbaşa tabe olan mədəniyyət müəssisələrinin gəncləri iştirak etmişdir. Qeyd olunan yığıncaqdan sonra Nazirliyin Gənclər Təşkilatının strukturunda dəyişiklər aparılmış və rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər birliklərinin nəzdində 5 yeni Gənclər birliyi, gənclərdən ibarət 3 musiqili ansambl, gənc qızlardan ibarət 1 musiqili ansambl, 1 folklor qrupu və 1 Şən və hazırcavablar klubu yaradılmışdır.

Yanvar ayının ikinci yarısından etibarən yeni yaradılan Gənclər birliklərinin fəaliyyəti bərpa olunmuş, tədbirlər ənənəvi və onlayn şəkildə davam etdirilmişdir. Hesabat dövrü ərzində gənclər arasında “Şərikli çörək”, “Nəfəs”, “Pianist”, “Yarımçıq xatirələr”, “Həyat gözəldir”, “Xatirələr sahili”, “Dəli Kür”, “Mən ki gözəl deyildim”  filmlərinin, “Səmərqənd”, “Bülbülü öldürmək”, “Bu şəhərdə kimsə yoxdur”, “Muzeydəki sirr”, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabları olmaqla, 12 onlayn müzakirə keçirilmişdir.

Bundan əlavə “II Qarabağ müharibəsi”, “Şahbuz rayonu ərazisində yerləşən tarixi abidələr”, “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu”, “Türk mifoloji təqvimində Xıdır Nəbi mərasimi”, “Sirlər Xəzinəsinə səyahət”, “Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı”, “Tükənən nəfəsdən başlanan Vətən”, “Milli dəyərlərimizin tarixinə səyahət”, “Novruz adət-ənənələri”, “31 Mart Azərbaycanlıların soyqırım günüdür”, “Gənclərin maraq dünyasına səyahət”, “Şərqdən-qərbə mədəniyyət”, “Muzey eksponatının hekayəsini sən danış”, “Gənclərin cəmiyyətdə özünü düzgün təqdim etməsi”, “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi”, “Azərbaycan ədəbi mühiti-romantizm cərəyanı: Abbas Səhhət”, Azərbaycan mətbuatının yaranması münasibətilə “Azərbaycan mətbuatı dünən və bu gün”, “Gənclərin gələcəklə bağlı görüşləri”, “Zəfərə gedən yolun başlanğıcı – 27 sentyabr” olmaqla 19 onlayn müzakirə və maarifləndirici tədbir keçirilmişdir.

Qeyd olunanlarla yanaşı, gənclər arasında ənənəvi üsulda bir sıra tədbirlər də təşkil olunmuşdur. Belə ki, hesabat dövrü ərzində “Xudafərin” Gənclər Birliyinin üzvləri tərəfindən Kəngərli Rayon Mədəniyyət Sarayında “Nizaminin beşliyinə səyahət” və “Qarabağ Azərbaycandır!” adlı kompozisiya təşkil olunmuş, Kəngərli rayon ictimaiyyətinə nümayiş etdirilmişdir. Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan: Tarix və mədəniyyətin sintezi” maarifləndirici tədbirlər proqramına daxil olan “Naxçıvan orta əsrlərdə: Tarix, mədəniyyət, ədəbiyyat”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühiti: Romantizm cərəyanı” və “Milli yoxsa xarici filmlər: Gənclik nə deyir ?” adlı maarifləndirici tədbirlər keçirilmiş, Naxçıvan Dövlət Film Fondunda “Film dünyasına səyahət” və “Qəlbimdə iz buraxan şəxsiyyətlər”,  “Saat Meydanı” Turistik İstirahət Mərkəzində təşkil olunan “Bir əsərin tarixçəsi”, “Möminə Xatın” Kitab Kafesində isə “YUNESKO tərəfindən qorunan qeyri-maddi mədəni irs nümunələrimiz”, “Retro və müasir Azərbaycan musiqiləri”, “Gənclik və multikulturalizm” adlı tədbirlər də gənclər arasında görülən işlərdəndir.  Dövr ərzində 2-si onlayn və Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində 3 ənənəvi formada olmaqla 5 bilik yarışı təşkil olunmuşdur.

Yanvarın 14-də Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin, 27 avqust tarixdə isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binaları istifadəyə verilmişdir.  Yanvar-dekabr aylarında yeni istifadəyə verilmiş Şərur rayon Şəhriyar və Dərvişlər, Ordubad rayon Nüsnüs, Yuxarı Əndəmic, Aşağı Əndəmic, Dırnıs və Vələver, Babək rayonunun Göynük və Araz kənd mərkəzlərində kənd kitabxana filiallarının,  Şəhriyar, Nüsnüs, Aşağı Əndəmic və Dırnıs kənd mədəniyyət evlərinin, Yuxarı Əndəmic, Vələver, Göynük və Dərvişlər kənd klublarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

May ayında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 10 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüş, 16 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə isə 1 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İl ərzində Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. İl ərzində Nazirliyin saytına 217 xəbər, 66 məqalə olmaqla, ümumilikdə 283 material işlənmişdir.

Nazirliyin Youtube kanalına il ərzində 132 video yüklənmiş, 2 min 120 izləyici sayı və 214 min 747 görüntüləmə sayı  olmuşdur.

Yanvar-dekabr aylarında Naxçıvan Muxtar Respublikasının Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 831-ə çatmış, 327 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_mn” adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 6 min 256 olmuş, səhifədə 365 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 307 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 805 nəfər olmuşdur.

İl ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 106, rayon və şəhər qəzetlərində 26, “525-ci” qəzetdə 2, “İki Sahil” qəzetində 9, Türkiyədə nəşr olunan dərgilərdə 2 olmaqla,  olmaqla ümumilikdə, 144 məqalə və xəbər materialı dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytında 31 məqalə işıq üzü görmüşdür.

Dövr ərzində Nazirliyin və tabeliyindəki müəssisələrin əməkdaşlarından 36 nəfəri Naxçıvan Teleradiosunun efirində yayımlanan verilişlərdə iştirak etmiş, 43 nəfər Naxçıvan televiziyası və radiosunda müsahibə vermişdir. Eyni zamanda Nazirlik və ona tabe müəssisələrin əməkdaşlarının Azərbaycan KİV-lərində də 4 müsahibə materialı yayımlanmışdır.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 98 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri il ərzində davam etdirilmişdir. İl ərzində Nazirliyə 249-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 1128 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 168-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 622 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 602 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin Aparatına 1 nəfər, müəssisə və təşkilatlarına 140 nəfər, musiqi təhsilli müəssisələrinə isə müddətli əmək müqaviləsi bağlanılmaqla 170 nəfər olmaqla, ümumilikdə 311 nəfər işə qəbul edilmişdir.

İl ərzində Nazirliyin 12 kollegiya iclası keçirilmiş, 15 məsələ müzakirə edilmişdir.