Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin doqquz ayı ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

01 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri Heydər Əliyev Sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Yanvarın 10-da isə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Orkestrin konserti təşkil olunmuşdur.

Fevralın 1-də Naxçıvan Dövlət Milli Dram Teatrında “2 fevral – Gənclər Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı təqdim olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında martın 9-da “Milli Teatr Günü” münasibətilə tədbir keçirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

10-12 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivləri Türkiyə Respublikasının Ərzurum şəhərində qastrol səfərində olmuşlar.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin 60, Teatrın dram artisti, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Tamerlan Bağırovun 70 illik yubiley tədbirləri qeyd edilmişdir.

18 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, 7 aprel tarixdə isə müsabiqənin yekununa həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə müsabiqə qalibləri mükafatlandırılmış, tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnəciklər nümayiş olunmuşdur.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Müsabiqədə muxtar respublikanın ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak etmişdir. Aprelin 13-də isə müsabiqənin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə müsabiqədə qalib gələn və fərqlənən iştirakçıların ifasında konsert proqramı təqdim edilmiş və sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

18 mart tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir. 20-27 mart tarixlərində “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində fonoqram musiqi səsləndirilmişdir. 22-25 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan muzeylər tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı və “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 31 konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 aprel tarixli 173 nömrəli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmiş və bununla əlaqədar 28 aprel tarixdə teatrın binasında yerləşən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının zalında tədbir keçirilmişdir.

8 aprel tarixdə Ordubad, 12 aprel tarixdə Culfa və 14 aprel tarixdə isə Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinin 40 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə müvafiq muzeylərə yeni eksponatlar hədiyyə olunmuşdur.

Aprelin 18-də Möminə Xatın Türbəsinin qarşısında “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilmiş, tədbir çərçivəsində abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgi qurulmuşdur.

Aprelin 22-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 aprel tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın mədəniyyət və incəsənət obyektləri, tarix-mədəniyyət abidələri ilə tanış olmuşlar. 25 aprel tarixdə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində “Şərur” Xalq Yallı Ansamblının ifasında “Köçəri” və “Tənzərə” yallıları təqdim edilmişdir.

07 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur.

Mayın 11-də Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

13 may tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Mayın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilmiş, ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən muzeylərə hədiyyə edilən 200-dən çox maddi mədəniyyət nümunəsinin  təqdimatı olmuşdur.

Mayın 25-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında təşkil olunmuş “İstedadlar səhnəsi” yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilmiş, müsabiqə qalibləri mükafatlandırılmışdır.

İyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının konserti olmuşdur. Həmçinin əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri konsert proqramları ilə çıxış etmişlər.

İyunun 3-də Naxçıvan Dövlət Uşaq Teatrında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.

İyun ayının 15-də Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konserti təqdim edilmişdir.

İyunun 16-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil olunmuşdur.

17 iyun tarixdə Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarələri və şöbələrinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin teatr dünyası” adlı müsabiqəsinin iyunun 8-də Şahbuz, 10-da Ordubad və Şərur, 17-də Kəngərli, 21 və 22 iyun tarixlərdə isə muxtar respublika mərhələləri keçirilmişdir. Müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi iyunun 25-də Naxçıvan Dövlət Uşaq Teatrında baş tutmuş, qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyun ayında açıq havada kino nümayişlərinə başlanmış, Naxçıvan dövlət Film Föndu tərəfindən “Əyləncə adası” İstirahət Parkında ümumilikdə 15 film nümayiş olunmuşdur.

İyun ayının 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu teatr mövsümünün bağlanış mərasimi keçirilmiş,  İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

İyulun 8-də Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi, iyulun 15-də isə Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 50 illiyi münasibətilə tədbirlər keçirilmişdir.

2 avqust tarixdə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə “2 Avqust - Azərbaycan Kinosu Günü”nə həsr olunmuş tədbir keçirilmiş, “Axırıncı namaz” qısametrajlı bədii filminin təqdimatı olmuş və “Miras” bədii-sənədli filmi nümayiş etdirilmişdir.

23 sentyabr tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Milli Dram Teatrında Naxçıvan teatrının 140-cı mövsümünün açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşa göstərilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Tarix Muzeyinin, Möminə Xatın Türbəsinin, Naxçıvan Dövlət Rəsm Qalereyasının və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurulmuşdur.

Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. Yanvarın 14-də Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin, mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayının yeni binaları istifadəyə verilmişdir.  Yanvar və sentyabr aylarında yeni istifadəyə verilmiş Çərçiboğan və Sirab kənd mərkəzlərində müvafiq kənd mədəniyyət evlərinin və kənd kitabxana filiallarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 5 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində olan musiqi kollektivləri tərəfindən “28 May - Müstəqillik Günü” və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə rayonlarda keçirilən bayram tədbirlərində konsert proqramları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə bir sıra tədbirlər keçirilmişdir.

8 aprel tarixdə Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisasları üzrə təhsil alan tələbələrin, həmçinin rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin xalq teatrlarının gənc üzvlərinin iştirakı ilə “Naxçıvan teatr tarixi: 1883-2022” adlı tədbir keçirilmişdir.

Yanvar-may ayları ərzində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə 3 kitab müzakirəsi keçirilmiş, 5 açıq dərs təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə 4 açıq dərs keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə  Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə dair 3 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir.

Ümumilikdə, 2022-ci ilin birinci yarımili ərzində  tələbələrə 9 açıq dərs, 3 kitab müzakirəsi, 3 mühazirə və film nümayişi olmuş, 1 tədbir keçirilmişdir.

Fevral-may aylarında Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix,  turizm və otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Musiqi Kollecinin kitabxana və informasiya təminatı ixtisası üzrə III kurs tələbələrinin Nazirliyin sistemində olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 20 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, hesabat dövründə ümumilikdə 32 tədbir olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 23 aprel tarixli 202-06/S nömrəli Sərəncamının icrası ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Əhməd Cavad –130” başlıqlı sərgi təşkil edilmiş, 5 may tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında müzakirə keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, dövr ərzində ərzində ümumilikdə  44 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən İbrahimov Bəhlul İmran oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində, Bədəlov Əkbər Həsənqulu oğluna  Babək   rayonunun ərazisində yerləşən Meydantəpə antik dövr yaşayış yerində və ətraf ərazilərdə, AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Sədərək  rayonunun Qarağac kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerində və Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerində kəşfiyyat işləri və arxeoloji tədqiqat, Babək   rayonunun Sirab kəndi yaxınlığında Uçan ağıl yaşayış yerində qazıntı, Baş yurd və Osmantəpədə kəşfiyyat işləri aparmaq üçün verilən 5 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmiş, Naxçıvantəpə və Uçan ağıl yaşayış yerlərində aparılan arxeoloji qazıntı, Baş yurd və Osmantəpədə kəşfiyyat işləri, Sədərək Kültəpəsində (Sədərək yaşayış yeri) aparılan arxeoloji araşdırmaların hesabatı Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, onların yerli qurumlarının, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın  digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 12 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Hesabat dövründə muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması”, “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər”, “Muzey fondlarının tərkibi”, “Muzey ekspozisiyalarının təhvil təsliminə verilən tələblər” və “Uçot nişаnlаrı. Onların muzey əşyalarının üzərinə yazılması qaydaları”, “Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər”, “Muzey sərvətlərinin qаblаşdırılmаsı və dаşınmаsı. Ümumi qaydalar”, “Muzey bələdçilərinin hazırlığına verilən tələblər”    mövzularında 8 seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə dövr ərzində Nazirliyin qrafikinə uyğun olaraq muzeylərin əməkdaşlarına Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən praktik köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Yanvar-iyun ayları ərzində Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 33 görüşü olmuşdur.

2022-ci ilin 9 ayında muzeylərdə 20 yanvar faciəsinin 32-ci, Xocalı soyqırımının 30-cu ildönümü, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Novruz bayramı, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Beynəxalq Muzeylər Günü, Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü, Məmməd Səid Ordubadinin 150 illiyi, “Molla Nəsrəddin” jurnalının 116-ci ildönümü, “27 sentyabr – Anım günü” münasibətilə tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Yanvar ayında Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə 3 onlayn ekskursiya keçirilmişdir.

Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 19, muzeylər tərəfindən 59 tədbir keçirilmiş, 35 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş aparılmış, ümumilikdə 9 muzeydə təkrar uçot başa çatdırılmış və elektron məlumat bazası yaradılmış, 6 muzeydə təkrar uçot başa çatdırılmış və elektron məlumat bazasının yaradılması işi davam etdirilir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər tam orta məktəblərin şagirdlərinə 8 açıq dərs keçirilmişdir. Doqquz ay ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 242 açıq dərs və 110 mühazirə keçirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Ötən dövr ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 3-ü onlayn ekskursiya, 2702 məlumat xarakterli olmaqla, ümumilikdə 2705 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Muzeylər tərəfindən ümumilikdə, İnstagram 3647, Facebook hesablarında 3 min 509 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 903, Facebook hesablarında isə 51 min 673, olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 323 min 27 nəfər yerli, 80 min 929 nəfər əcnəbi olmaqla, ümumilikdə  403 min 956 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 963 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 835 eksponat isə fondun yerdəyişməsi yolu ilə digər uyğun profilli muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Yanvar-iyun aylarında Nazirliyin sistemində çalışan gənclər, kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 181 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 8-i onlayn olmuşdur.

İyul ayında Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına çap məhsullarının inventarizasiyası (yenidən uçota alınması) işinin təşkili ilə bağlı 32 saatlıq metodik kurs keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən əlamətdar və tarixi günlər münasibətilə yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 263 tədbir keçirilmiş, 481 sərgi qurulmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 90, “Kitabxanaçı Günü” münasibətilə 90, “Kitabxana günü” ilə bağlı 80 tədbir keçirilmişdir.

“Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 839  tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 18 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 290 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 308 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 32 adda 256 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Nazirliyin iş planına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda seminar təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Şəhər, Şərur, Babək, Sədərək, Kəngərli rayon MKS-lərin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Şərur, Şahbuz və Culfa rayon MKS-lərin uşaq kitabxanalarının, Kəngərli və Sədərək rayon MKS-lərin uşaq şöbələrinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər, Şərur, Babək, Culfa və Ordubad rayon MKS-lərdə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Şərur, Culfa, Babək və Ordubad rayon MKS-lərin uşaq kitabxanalarında, Naxçıvan Şəhər  MKS-nin uşaq şöbəsində ezamiyyədə olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Dövr ərzində 913 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 2217 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 703, Facebook səhifələrində 14 min 876 olmuşdur.

Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 122 adda 1150 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 29 adda 500 nüsxə, Kitabxana kollektorundan 40 adda 1842 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 2947 adda 4393 nüsxə çap məhsulu daxil olmuşdur.

Kitabxanalarda yeni oxucu sayı 9 min 754, oxucu gəlişi 77 min 380, kitab verilişi isə 413 min 923 nüsxə olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 5 min 474 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 34 min 579-a çatdırılmışdır.

Şəbəkəyə 407 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 58-ə çatdırılmışdır. Doqquz ay ərzində elektron kitabxanadan 2 min 472 lokal, 3 min 262 qlobal olmaqla, ümumilikdə, 5 min 734 oxucu istifadə etmişdir.

Kitabxanalarda ümumilikdə 8-i onlayn olmaqla, 1624 tədbir keçirilmişdir.

Klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Mart ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klub müəssisələri əməkdaşlarının iştirakı ilə “Milli mədəni irsimizin yaşadılması və təbliğində klub müəssisələrinin rolu” adlı dəyirmi masa, sentyabr ayında “Klub müəssəsələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıq”la bağlı seminar-müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində olan klub müəssisələrinin dərnək üzvləri arasında aprel ayında “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi və iyun ayında “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqələri keçirilmişdir.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 140 tədbir keçirilmiş, 179  sərgi qurulmuşdur.

Heydər Əliyev Sarayı tərəfindən 16 adda 128 metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1  ssenari və 3 aparıcı mətni mətni hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 42 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Şəhər və rayon mədəniyyət idarə və şöbələri tərəfindən sosial şəbəkələrdə 1403 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 431 paylaşım edilmiş, 5 min 616 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 972 paylaşımın 7 min 468 izləyicisi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keirilməsi haqqında” Sərəncamın icrası ilə bağlı iş davam etdirilmişdir. Belə ki, aprel-sentyabr aylarında Sədərək, Şahbuz, Culfa, Şərur, Ordubad və Babək rayonlarında “Xalq Yaradıcılığı Günü” çərçivəsində rayon mədəniyyət sarayları, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 22,  Naxçıvan Dövlət Film Fondu tərəfindən 34 olmaqla, 56  material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövrü ərzində rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən “Novruz” bayramı, “28 May - Müstəqillik Günü”, “15 İyun - Milli Qurtuluş Günü” və s. münasibətilə rayonlarda keçirilən bayram tədbirlərində konsert proqramları təqdim edilmişdir.

Şərur rayonda fəaliyyət göstərən  mədəniyyət evi, klub və kitabxanaların əməkdaşlarının iştirakı ilə Tərifə Kərimovanın “Vətən Sevgisi” adlı psixoloji dramı əasında hazırlanmış tamaşa 27 sentyabr tarixdə Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Naxçıvan şəhər, Şahbuz, Babək, Ordubad, Culfa, Şərur və Sədərək rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Mərkəz tərəfindən tədbirlər, həmçinin Naxçıvan şəhəri, Şərur və Şahbuz rayonlarında fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları üçün “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminarlar təşkil edilmiş, ssenari mətnləri hazırlanmışdır.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər sahələrlə bağlı, ümumilikdə 41 material hazırlanmış, 162 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 961,  Facebook izləyicilərinin sayı isə 926 olmuşdur.

Elmi-Metodik Mərkəz və klub müəssisələrində 307 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2022-ci ilin doqquz ayı ərzində 11 min 544 manatlıq 190 adda 1065 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil İdarəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, yanvar-sentyabr ayları ərzində şagirdlərə 8 film nümayiş olunmuşdur.

Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün 3 film nümayişi olmuş, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 10 illik yubileyinə həsr olunmuş konsertin çəkilişi həyata keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Film Fondu Sədərək, Şahbuz, Culfa, Babək, Ordubad və Şərur  rayon  mədəniyyət evlərinin hazırladığı xalq yaradıcılığı nümunələrinin və Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının hazırladığı “Əliqulu evlənir” tamaşasının çəkilişini həyata keçirmişdir.

“Kino günləri” layihəsi çərçivəsində Naxçıvan şəhər, Culfa, Şərur, Şahbuz, Ordubad, Babək, Sədərək, Kəngərli rayonlarında rayon mədəniyyət sarayları və kənd mərkəzlərində,  “Əyləncə adası” İstirahət Parkında açıq havada və Naxçıvan Dövlət Film Fondunda olmaqla, muxtar respublika sakinlərinə 28 film nümayişi təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 21 film nümayiş etdirmişdir.

27 fevral 2022-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” sənədli filminin nümayişini təşkil etmişdir.

Naxçıvan Dövlət Film Fondunda 28 may tarixdə “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlara “Bir qalanın sirri” bədii filmi nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq və  Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinə ümumilikdə 5 film  nümayişi təşkil olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə fevral ayında elan edilən “Milli mənəvi dəyərlərimiz” mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsinə may ayında yekun vurulmuş, müsabiqə qalibləri  mükafatlandırılmışdır.

Film Fonda 39 film, 261 fotoşəkil, 7 kitab, 4 jurnal daxil olmuşdur.

Film Fond tərəfindən yanvar-sentyabr aylarında 1 tədbir keçirilmiş, “Kino günləri” layihəsi çərçivəsində 28 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 8 film, Hərbi Liseyin kursantları üçün 21 film, sağlamlıq imkanı məhdud uşaqlar üçün 1 film, hamiliklə bağlı 1 film, digər tədbirdə isə  12 film olmaqla, ümumilikdə 71 film nümayişi olmuş, Xalq yaradıcılığı ilə bağlı 34 və çəkilmiş materiallarla bağlı isə 24 olmaqla, ümumilikdə 58 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında  paylaşılmaq üçün 1148 material hazırlanmış, 2296 paylaşım edilmiş, 1627 izləyici sayı olmuşdur.

Naxçıvan Dövlət Film Fondunda filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan dövlət teatrları fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan”, Ş.Perronun “Çəkməli Pişik”, Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” və C.Məmmədquluzadənin “Saqqallı uşaq” tamaşalarının məşqləri aparılmış, mövsüm ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasənda hazırlanan eyniadlı tamaşaya, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” tamaşasına, Naxçıvan Dövlət Uşaq Teatrı Ə.Haqverdiyevin “Kimdir müqəssir”, C.Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi əsasında səhnələşdirilən tamaşalara ictimai baxış keçirilmiş və tamaşalar repertuara daxil edilmişdir.

Dövr ərzində teatrların muxtar respublikanın rayonlarına qastrol səfərlərinə start verilmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının  Karel Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşası mayın 19-da Şərur Rayon Mədəniyyət Sarayında, mayın 20-də Sədərək Rayon Mədəniyyət Sarayında, mayın 25-də Babək Rayon Mədəniyyət Sarayında, iyunun 7-də Ordubad Rayon Mədəniyyət Sarayında, iyunun 8-də Culfa Rayon Mədəniyyət Sarayında, Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa 24 mayda Kəngərli Rayon Mədəniyyət Sarayında, 9 iyunda Şahbuz Rayon Mədəniyyət Sarayında və 29 sentyabrda Şərur Rayon Mədəniyyət Sarayında  rayon ictimaiyyətinə təqdim olunmuşdur.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi 22 sentyabr tarixdə Sədərək rayonunda “Qoğalın sərgüzəşti”  tamaşası ilə qastrol səfərində olmuşdur.

Doqquz ay ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 18, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 3-ü xeyriyyə olmaqla 65, Naxçıvan Dövlət Uşaq Teatrında isə 13 tamaşa nümayiş etdirilmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı iyunun 21-də “Ağbulaq” İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalardan parçalar göstərmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən tamaşalar təhvil verilmiş və ictimaiyyətə təqdim edilmişdir. Belə ki, 20 may tarixdə Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Süleyman Ələsgərovun “Durna” musiqili komediyasını, iyunun 7-də Şahbuz Rayon Xalq Teatrı Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, iyunun 8-də Naxçıvan Şəhər Xalq Teatrı Salam Qədirzadənin “Bığ” və iyunun 9-da Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşalarını təhvil vermişdir. İyulun 19-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon ictimaiyyətinə təqdim edib. Tamaşa 29 iyul tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında nümayiş olunub. Müəyyən olunmuş qrafikə uyğun olaraq Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşanı 26 avqust tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında, 9 sentyabr tarixdə isə Naxçıvan Dövlət Uşaq Teatrında  tamaşaçılara  təqdim etmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmış, kollektivlər bir sıra dövlət tədbirlərinin bədii hissəsində konsert proqramları ilə çıxış etmişdir. Belə ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 23-24 aprel tarixlərdə keçirilən “Kətə festivalı”nda, 4-5 iyun tarixlərdə keçirilən “Göycə festivalı”nda 4 konsert proqramı ilə çıxış etmişdir.

07 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Şərq döyüşləri karate turnirinin, 13 may tarixdə Şərq döyüşləri boks turnirinin, həmçinin şahmat turnirinin bağlanış mərasimlərində konsert proqramları ilə çıxış etmişdir. Bundan əlavə 13 may tarixdə “Təbriz” restoranında Mahnı və Rəqs Ansamblı tərəfindən 15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbirdə və mayın 24-də Biznes Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri ilə əlaqədar keçirilmiş tədbirin bədii hissəsində, 23 iyun tarixdə “Duzdağ” oteldə Mahnı və Rəqs Ansamblı tərəfindən “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları üçün konsert proqramı təqdim olunmuşdur.

Nazirliyin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin “18 sentyabr – Milli Musiqi Günü” ilə əlaqədar muxtar respublikanın rayonlarında konsert proqramları təşkil olunmuşdur. Belə ki, Mahnı və Rəqs Ansamblının sentyabrın 5-də Ordubad rayonunda, Estrada Orkestrinin sentyabrın 6-da Kəngərli rayonunda, 10-da Şahbuz rayonunda, Kamera Orkestrinin isə sentyabrın 8-də Culfa rayonunda konsertləri keçirilmişdir.

Rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri keçirilmiş, müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər təşkil edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə 2022-ci ildə birgə keçirəcəyi tədbirlər planına uyğun olaraq 11 mart tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 17 mart tarixdə isə Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivlərinin Naxçıvan Musiqi Kollecinin kollektivi ilə görüşləri keçirilmiş, konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Dövlət Universiteti ilə birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin 8 apreldə Sədərək Rayon Uşaq Musiqi Məktəbində, 15 apreldə Kəngərli Rayon Uşaq Musiqi Məktəbində və 22 apreldə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində, 14 may tarixdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində, 19 may tarixdə isə Culfa Şəhər Uşaq Musiqi Məktəbinin kollektivi ilə görüşü və konsert proqramları təşkil edilmişdir.

2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar 15 sentyabr 2022-ci il tarixdə rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin müdirləri və musiqi təhsili müəssislərinin direktorlarının iştirakı ilə Nazirlikdə müşavirə keçirilmiş və müvafiq tapşırıqlar verilmişdir. Dövlət İmtahan Mərkəzi ilə birgə 15 iyul 2022-ci il tarixdə musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin 13 və 14 sentyabr tarixlərdə müsahibə mərhələsi keçirilmiş və bu mərhələni müvəffəqiyyətlə keçən 30 nəfər müəssisələrdə ixtisasları üzrə işlə təmin edilmişdir.

Hesabat dövründə gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Belə ki, dövr ərzində 1 bilik yarışı, 3-ü onlayn olmaqla 4 kitab müzakirəsi, 3 film nümayişi, 4 maarifləndirici tədbir və 1 ekskursiya təşkil edilmişdir.

Doqquz ay ərzində Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 163 xəbər, 68 məqalə olmaqla, ümumilikdə 231 material işlənmişdir.

Nazirliyin Youtube kanalına hesabat dövründə 22 videomaterial yerləşdirilmiş, bu günədək 3 min 30 abunəçi, 388 min 335 izlənmə sayı olmuşdur.

Dövr ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmiş, Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 190-a çatmış, 339 paylaşım edilmişdir. Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 725 olmuş, səhifədə 337 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 107 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 875 nəfər olmuşdur.

Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, “Şərq qapısı” qəzetində 106, digər mətbuat orqanlarında 30 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 46, şəhər və rayon qəzetlərində 14 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə Heydər Əliyev Sarayında keçirilən konserti ölkənin müxtəlif informasiya agentlikləri və saytlarında işıqlandırılmışdır.

Konsert haqqında “Respublika”, “Səs” və “Mədəniyyət” qəzetlərinin hər birində 1 xəbər materialı dərc olunmuş, “sia.az” saytında 1 məqalə işıq üzü görmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı isə “Azərtac” İnformasiya Agentliyinin saytında işıqlandırılmışdır.

“Mədəniyyət” qəzetində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Yallı: bu sirli aləmə vaqif olduqca”, “İki Sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Sənətə bağlı ömür”, “Tarixi abidələrimizi qorumaq bizim borcumuzdur” , “Rəngli xəyallar” , “El həyatı” qəzetində Ordubad Rayon Uşaq Kitabxanasının müdiri Solmaz Səfərovanın  “Dumanlı Təbriz ” tarixi roman janrının gözəl nümunəsidir”, Ordubad Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın  “Ordubad rayonunun tarixi yerləri və arxeoloji abidələri”, “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin   direktoru Nəzakət Əsədovanın  “Açıq Səma Altında Muzey: qədim diyarımızın zəngin tarixinin fəal təbliğatçısı”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi  Zülfiyyə Əliyevanın “Vətənini sevən insanlar Abidələri qoruyub gələcək nəsillərə ötürməlidir”, “Nuh Yurdu” qəzetində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın” Milli dəyərlərimizin saxlanc yeri - muzeylər”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Görkəmli Sərkərdə – Hüseyn Xan Naxçıvanski”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki Məzarüstü Türbəsi tarixi mənbələrdə”, “Yeni Həyat” qəzetində Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı Türkanə Qasımovanın “Gələcəyimiz olan uşaqları sevgi ilə tərbiyə edək”, “Arazın səsi” qəzetində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “İmadəddin Nəsimi yaradıcılığında Əlincəqalaya aid izlər”, “Şərqin səhəri” qəzetində  Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin beşiyi – Şuşa”, Nuhçıxan İnformasiya Agentliyinin saytında Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin  “XIX əsrin sonu XX əsrin əvvəlində Naxçıvan Teatrında xeyriyyəçilik” adlı məqalələri dərc olunmuşdur.

Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin əməkdaşlarından 12 nəfər iştirak etmiş, 29  nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 96 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri 9 ay ərzində də davam etdirilmişdir. Belə ki, 9 ay ərzində Nazirliyə 173-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 879 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 111-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 476 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 326 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

9 ay ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Rəhbər vəzifələrə 11 nəfər, müəssisə və təşkilatlara 148 nəfər, Naxçıvan MR Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunmuş müsabiqə vasitəsilə musiqi təhsili müəssisələrinə 41, müəssisə və təşkilatlara 32 və dövlət qulluğu üzrə 3 nəfər olmaqla ümumilikdə 235 nəfər işə qəbul edilmişdir.

9 ay ərzində Nazirliyin 9 kollegiya iclası keçirilmiş və 11 məsələ müzakirə edilmişdir.