Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN BİRİNCİ RÜBÜ ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin birinci rübündə öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

01 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivləri Heydər Əliyev Sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Yanvarın 10-da isə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinın yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Orkestrin konserti təşkil olunmuşdur.

Fevralın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “2 fevral – Gənclər Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı təqdim olunmuşdur.

Naxçıvana qonaq gələn Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanov və Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, dosent Sahib Paşazadə və dirijor, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” ordeni laureatı Ağaverdi Paşayev səfər çərçivəsində “2 Fevral - Gənclər Günü” ilə bağlı tədbirdə və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri ilə keçirilmiş görüşdə iştirak etmişdir. Bundan əlavə Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə tərəfindən keçirilən ustad dərsində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri iştirak etmişdir.

18 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırovun 70, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin 60 illik yubiley tədbirləri keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”  münasibətilə tədbir keçirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

10-12 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivləri Ərzurum şəhərində qastrol səfərində olmuşlar.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Müsabiqədə muxtar respublikanın ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak etmişdir.

18 mart tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir. 20-27 mart tarixlərində “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində fonoqram musiqi səsləndirilmişdir. 22-25 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan muzeylər tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə 19 konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “Akademik” və “Milli” statuslarına təqdim olunması Qaydası”na uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının teatra “Milli” status verilməsi ilə bağlı müraciətinə nazirliyin kollegiyasında baxılaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Milli” statusa təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə tədbirlər keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti“ ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə kitab müzakirəsi keçirilmiş, açıq dərs təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə 2 açıq dərs keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə  “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” mövzusunda mühazirə oxunmuş və film nümayiş etdirilmişdir. Ümumilikdə, rüb ərzində tələbələrə 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və film nümayişi olmuşdur.

Fevral-mart aylarında Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix,  turizm və otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 7 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, rüb ərzində ümumilikdə 10 tədbir olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 19 yanvar tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”, yanvarın 24-də ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərli Muzeyi arasında görkəmli rəssamın anadan olmasının 130-cu ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası”, 8 fevral tarixində ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın Muxtariyyəti – dünən və bu gün”, fevralın 22-də ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyi arasında görkəmli ədibin anadan olmasının 153-cu ildönümü münasibəti ilə “Görkəmli Azərbaycan ədibi - Cəlil Məmmədquluzadə” mövzularında, muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü və 31 mart tarixdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olmaqla, ümumilikdə 6 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə fevral ayında  Naxçıvan Dövlət Film Fondunda “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması” və mart ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər” mövzularında 2 seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə rüb ərzində Naxçıvan Dövlət Rəsm Qalereyası, Qarabağlar Türbə Kompleksi, Naxçıvan Duz Muzeyi və Dövlət Bayrağı Muzeyinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyi,  Xatirə Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Şahtaxtinskilər Muzeyinin əməkdaşlarına isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi tərəfindən praktik köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Yanvar-mart ayları ərzində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Oğlanqala və Çərçiboğan, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kültəpə və Şıxmahmud, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ayrınc və Şahbuzkənd, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kotam, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ərəzin, Yaycı və Milax, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sədərək kənd, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qıvraq qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 12 görüşü olmuşdur.

Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü, Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə, Xatirə Muzeyində Naxçıvanşünaslıq Mərkəzi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasında bahar bayramına həsr olunmuş “Baharın səsi” adlı sərgi qurulmuşdur. Muzeylər tərəfindən 20 yanvar faciəsinin 32-ci, Xocalı soyqırımının 30-cu ildönümünə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Rüb ərzində Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə 3 onlayn ekskursiya keçirilmişdir.

Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 5, muzeylər tərəfindən 23 tədbir keçirilmiş, 26 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 13 yanvar tarixdə Xatirə Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan şəhər 12, 13, 14 və15 nömrəli tam orta məktəblərin şagirdlərinə “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda açıq dərs keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Xatirə Muzeyində “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı – XX əsrin faciəsi”,  Xatirə Muzeyində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” mövzularında olmaqla 3 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Rüb ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 127 açıq dərs və 52 mühazirə keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Rüb ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 2 onlayn ekskursiya, 767 məlumat xarakterli olmaqla, ümumilikdə 769 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 1 min 60, Facebook hesablarında 1 min 64 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 29 min 118, Facebook hesablarında isə 48 min 409 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 73 min 823 nəfər yerli, 25 min 491 nəfər əcnəbi olmaqla, ümumilikdə 99 min 314 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 442 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Rüb ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Yanvar-mart aylarında Nazirliyin sistemində çalışan gənclər, kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 55 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 3-ü onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü”, “21 Fevral – Beynəlxalq Ana Dili Günü”, “26 Fevral – Xocalı Soyqırımı”, “8 Mart Beynəlxalq Qadınlar Günü”, “Beynəlxalq Teatr Günü”, “Novruz Bayramı”, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə tədbirlər, həmçinin yazıçı Fərman Kərimzadənin 85, Almas İldırımın 115, M.S.Ordubadinin 150, Vidadi Babanlının 95, ədəbiyyatşünas Yavuz Axundlunun 95, şair, dramaturq, publisist Adil Babayevin 97, şairə Qonçabəyimin 195 illiyi və digər yubileylər münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Rüb ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 66 tədbir keçirilmiş, 145 sərgi qurulmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 30, “Kitabxanaçı Günü” münasibətilə 30, “Kitabxana günü” ilə bağlı 20 tədbir keçirilmişdir.

2022-ci ilin birinci rübündə “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 361 tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 6 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 84 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 90 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 11 adda 88 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində 15 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 746 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 87, Facebook səhifələrində 13 min 204 olmuşdur.

2022-ci ilin birinci rübündə Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 12 adda 86 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 4 adda 40 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 383 adda 549 nüsxə çap məhsulu daxil olmuşdur.

Rüb ərzində kitabxanalarda yeni oxucu sayı 3 min 659, oxucu gəlişi 24 min 360, kitab verilişi isə 126 min 656 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 1 min 604 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 31 min 9-a çatdırılmışdır.

Şəbəkəyə 122 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 773-ə çatdırılmışdır. Rüb ərzində elektron kitabxanadan 976 lokal, 1187 qlobal olmaqla, ümumilikdə, 2163 oxucu istifadə etmişdir.

Rüb ərzində kitabxanalarda ümumilikdə 3-ü onlayn olmaqla, 582 tədbir keçirilmişdir.

2022-ci ilin birinci rübündə klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Rüb ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 43 tədbir keçirilmiş, 50 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 7 adda 56 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 27 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 505 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 171 paylaşım edilmiş, 5 min 234 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 334 paylaşımın 6 min 496 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 11 material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüş, Şahbuz, Babək və Ordubad rayon mədəniyyət şöbələrinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Həmçinin Mərkəz tərəfindən Yuxarı Aralıq Kənd Mədəniyyət Evində 26 Fevral Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.

Birinci rübdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər sahələrlə bağlı, ümumilikdə 27 material hazırlanmış, 84 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 875, Facebook izləyicilərinin sayı isə 800 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 97 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən rüb ərzində 2 min 451,2 manatlıq 68 adda 232 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, rüb ərzində şagirdlərə 6 film nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 10 illik yubileyinə həsr olunmuş konsertin çəkilişi həyata keçirilmiş, Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün 3 film nümayişi olmuşdur.

Rüb ərzində “Kino günləri” layihəsi çərçivəsində Naxçıvan şəhər, Culfa,  Şərur, Şahbuz, Ordubad,  Babək,  Sədərək,  Kəngərli rayonlarının sakinlərinə rayon mədəniyyət sarayları və  kənd mərkəzlərində 8 film nümayişi təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına fevral və mart aylarında 9 film nümayiş etdirmişdir.

27 fevral 2022-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu Naxçıvan şəhər “N” saylı hərbi hissədə  “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” sənədli filminin nümayişini təşkil etmişdir.

Fevral ayında Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Milli mənəvi dəyərlərimiz” mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsi elan edilmiş və müsabiqəyə materialların qəbulu ilə bağlı iş aparılmışdır.

Film Fond tərəfindən yanvar-mart aylarında “Kino günləri” layihəsi çərçivəsində 8, ümumtəhsil məktəblərinin şagirdləri üçün 6, Hərbi Liseyin kursantları üçün 9, digər tədbirlərdə isə 4 film olmaqla, ümumilikdə 27 film nümayiş olunmuşdur. Çəkilmiş materiallar əsasında 2 material hazırlanmışdır. Həmçinin sosial şəbəkə hesablarında paylaşılması üçün 372 material hazırlanmış, 744  paylaşım edilmiş, 1590 izləyici sayı olmuşdur.

Rüb ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan”,  Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” tamaşalarının məşqləri aparılmışdır. Dövr ərzində stasionarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 13, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 34, Naxçıvan Dövlət Uşaq Teatrında isə 13 tamaşa nümayiş etdirilmişdir.

Rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri keçirilmiş, müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər təşkil edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə 2022-ci ildə birgə keçirəcəyi tədbirlər planına uyğun olaraq 11 mart tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində, 17 mart tarixdə isə Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivlərinin Musiqi Kollecinin kollektivi ilə görüşləri keçirilmiş, konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında 12 yanvar tarixdə Benqal yazıçı Nobel mükafatı laureatı R.Taqorun “Fəlakət”, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Q.Səidin “Əli və Nino” əsərlərinin onlayn müzakirəsi aparılmış, Naxçıvan Dövlət Film Fondunda Nazirliyin Gənclər Təşkilatının üzvlərinə 19 yanvar tarixdə “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “Tanımadığımız tanışlar”, 1 fevral tarixdə “2 Fevral – Gənclər Günü” münasibəti ilə “Bir şans daha”, 4 mart tarixdə Maykl Qreysinin “Görkəmli şoumen” filmləri nümayiş etdirilmişdir.

Yanvarın 14-də Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yeni istifadəyə verilmiş Çərçiboğan kənd mərkəzində Çərçiboğan Kənd Mədəniyyət Evinin və Çərçiboğan Kənd Kitabxana Filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Rüb ərzində Nazirliyin saytına 44 xəbər, 36 məqalə olmaqla, ümumilikdə 80 material işlənmişdir.

Nazirliyin Youtube kanalına rüb ərzində  4 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 580 abunəçi, 295 min 80 izlənmə sayı olmuşdur.

Dövr ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Hesabat dövründə Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 957-ə çatmış, 120 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 451 olmuş, səhifədə 117 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində rüb ərzində 37 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 831 nəfər olmuşdur.

Rüb ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 31, digər mətbuat orqanlarında 8 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 16,  şəhər və rayon qəzetlərində 5 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə Heydər Əliyev Sarayında keçirilən konserti ölkənin müxtəlif informasiya agentlikləri və saytlarında işıqlandırılmışdır.

Konsert haqqında “Respublika”, “Səs” və “Mədəniyyət” qəzetlərinin hər birində 1 xəbər materialı dərc olunmuş, “sia.az” saytında 1 məqalə işıq üzü görmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı isə “Azərtac” İnformasiya Agentliyinin saytında işıqlandırılmışdır.

“Mədəniyyət” qəzetində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Yallı: bu sirli aləmə vaqif olduqca” adlı məqaləsi, “İki Sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Sənətə bağlı ömür”  məqaləsi, “El həyatı” qəzetində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru İlahi Mirzəyevin “Muzeylər xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi sərvətlər xəzinəsidir” məqaləsi, “Arazın Səsi” qəzetində “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyinin direktoru Kamal Gülmalıyevin “Müasir görünüşü ilə göz oxşayan qədim Xanəgah” məqaləsi dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Xalq artisti Rza Xudiyev: “Hər bir yaradıcı insanın sənətinə verilən yüksək dəyər milli mədəniyyətimizə verilən dəyərdir” məqaləsi işıq üzü görmüşdür.

Rüb ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin əməkdaşlarından 5 nəfər iştirak etmiş, 6 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 29 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Belə ki, birinci rüb ərzində Nazirliyə 42-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 220 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 27-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 132 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 126 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Rəhbər vəzifələrə 8 nəfər, müəssisə və təşkilatlarına 33 nəfər, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 7 dekabr 2021-ci il tarixdə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçən müxtəlif ixtisaslar üzrə 41 və dövlət qulluğu üzrə 2 nəfər olmaqla, ümumilikdə 84 nəfər işə qəbul edilmişdir.

Birinci rüb ərzində Nazirliyin 4 kollegiya iclası keçirilmiş və 6 məsələ müzakirə edilmişdir.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlarda əmək və icra intizamının vəziyyətinə nəzarət məqsədilə reydlər keçirilmişdir.