Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN MART AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin 60 illik yubiley tədbiri keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”  münasibətilə tədbir keçirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

10-12 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivləri Ərzurum şəhərində qastrol səfərində olmuşlar.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Müsabiqədə muxtar respublikanın  ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak edib. Müsabiqə qaliblərinin yekun tədbirdə mükafatlandırılması nəzərdə tutulur.

18 mart tarixdə  Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir  keçirilmişdir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir. 20-27 mart tarixlərində “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində fonoqram musiqi səsləndirilmişdir. 22-25 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan muzeylər tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə 19 konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək “Muğam Televiziya müsabiqəsinin seçim turunda  muxtar respublikadan iştirak etmək istəyən istedadlı yeniyetmə və gənclərin sənədlərinin qəbulu üçün iş aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə tədbirlər keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti“ ixtisası üzrə təhsil alan tələbələrinə 2 mart tarixdə  “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilmiş, 16 mart tarixdə “Soraq-biblioqrafiya aparatının təşkili”  mövzusunda açıq dərs təşkil edilmişdir. 15 mart tarixdə Xatirə Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində muzeylərin rolu” mövzusunda açıq dərs keçirilmişdir. 17 mart tarixdə Naxçıvan Dövlət Universitetində Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan  tələbələrə  “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri”       mövzusunda mühazirə oxunmuş və film nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix və turizm və otelçilik  ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 3 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, mart ayı ərzində ümumilikdə 4 tədbir olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 31 mart tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə Nazirliyin təşkilatçılığı ilə mart ayının 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində  “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə mart ayında Dövlət Bayrağı Muzeyi və Qarabağlar Türbə Kompleksinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində praktiki köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Mart ayında Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şıxmahmud, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Çərçiboğan, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şahbuzkənd, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yaycı, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sədərək kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 5 görüşü olmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasında Bahar bayramına həsr olunmuş “Baharın Səsi” adlı sərgi qurulmuş, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə Sədərək rayonunun ümumtəhsil məktəbləri arasında onlayn ekskursiya, Xatirə Muzeyində Naxçıvanşünaslıq Mərkəzi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş və Məmməd Səid Ordubadinin Ev Muzeyində yazıçının 150 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgilər qurulmuş, açıq dərslər keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərfindən 3, muzeylər tərəfindən 8 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir. Ümumilikdə 1 mart tarixədək 12 muzeydə təkrar uçot başa çatdırılmışdır.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 17 mart tarixdə Xatirə Muzeyində Heydər Əliyev adına tam orta məktəb və Naxçıvan şəhər 12, 13, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Mart ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 39 açıq dərs və 12 mühazirə keçirilmişdir

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 295 müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 401, Facebook hesablarında 394 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 29 min 118, Facebook hesablarında isə 48 min 409 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 42 min 321 nəfər yerli, 18 min 516 nəfər əcnəbi olmaqla, ümumilikdə 60 min 837 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 192 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Mart  ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 1-i onlayn olmaqla 18 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “8 Mart Beynəlxalq Qadınlar Günü”, “Beynəlxalq Teatr Günü”, “Novruz Bayramı”, “31 Mart –Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə tədbirlər, həmçinin yazıçı Fərman Kərimzadənin anadan olmasının 85 illiyi, Almas İldırımın anadan olmasının 115 illiyi, M.S.Ordubadinin anadan olmasının 150 illiyi münasibətilə və digər tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 27 tədbir keçirilmiş, 36 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Orta İxtisas Polis Məktəbində “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş N.Makiavellinin “Hökmdar” əsərinin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən fəal oxucularla “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan M. Şəhriyarın  “Heydərbabaya salam” əsərinin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Daxil olan çap məhsullarının KBT-yə əsasən düzülüşü” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Ümumi uçot, dövri nəşrlərin uçotu, çıxarılan çap məhsullarının uçotu” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

Mart ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 117 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 29 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 1 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 252 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 87, Facebook səhifələrində 13 min 204 olmuşdur.

Mart ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 6 adda 14 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 69 adda 107 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 922, oxucu gəlişi 6 min 993, kitab verilişi isə 39 min 93 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 301 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 30 min 708-dən 31 min 9-a çatdırılmışdır.

Şəbəkəyə 32 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 741-dən 3 min 773-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 315 lokal, 354 qlobal olmaqla, ümumilikdə, 669 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 193 tədbir keçirilmişdir.

Mart ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı tədbirlər keçirilmiş, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmışdır. 10 mart tarixdə Nazirliyin təşkilatçılığı ilə “Milli mədəni irsimizin yaşadılması və təbliğində klub müəssisələrinin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Ay ərzində “Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin təşkili ilə bağlı iş aparılmışdır.

Ay ərzində “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “Novruz Bayramı”, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” və s. ilə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Mart ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  18 tədbir keçirilmiş, 14 sərgi qurulmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 5 material hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 9 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri və sarayları tərəfindən sosial şəbəkələrdə 193 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 64 paylaşım edilmiş, 5 min 234 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 129 paylaşımın 6 min 496 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir.

Mart ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər mövzularda, ümumilikdə 9 material hazırlanmış, 34 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 875, Facebook izləyicilərinin sayı isə 800 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 35 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən mart ayında 1 min 897 manatlıq 46 adda 188 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 31 mart tarixdə Naxçıvan  Dövlət  Film  Fondunda Naxçıvan şəhər 14, 15 və 16  №-li tam orta məktəblərin  şagirdlərinə “Soyqırım Bakı” bədii filmi nümayiş olunmuşdur.

“Kino günləri” layihəsi çərçivəsində  sakinlərə ay ərzində Sədərək rayon Dəmirçi, Kəngərli rayon Xok kənd mərkəzlərində və Naxçıvan Dövlət Film Fondunda    “Biz” filminin nümayişləri təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 1 və 2 mart tarixlərdə “Yarımçıq xatirələr”, 9 mart tarixdə “Dərvişin qeydləri”, 15 və 16 mart tarixlərdə “Eviniz abad”, 29 və 30 mart tarixlərdə isə “Soyqırım Bakı” filmlərinin nümayişini təşkil etmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində “Kino günləri” layihəsi çərçivəsində 3, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1, Hərbi Liseyin kursantları üçün 7, “N” saylı hərbi hissədə 1 film olmaqla, ümumilikdə  12 film nümayiş olunmuşdur. Həmçinin  sosial şəbəkə hesablarında paylaşılması üçün 123  material hazırlanmış, 246  paylaşım edilmiş, 1590 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları öz fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”,  M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan” və  Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır.

Ay ərzində stasionarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 4, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 14, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən isə 4 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmışdır.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 4 mart tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün Naxçıvan Dövlət Film Fondunda Maykl Qreysinin “Görkəmli şoumen” filmi nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə 2022-ci ildə birgə keçirəcəyi tədbirlər planına uyğun olaraq 11 mart tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 17 mart tarixdə isə Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivlərinin Naxçıvan Musiqi Kollecinin kollektivi ilə görüşləri keçirilmiş, konsert proqramı təqdim edilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 16 xəbər, 11 məqalə olmaqla, ümumilikdə 27 material işlənmişdir.

Nazirliyin Youtube kanalında mart ayında 2 min 580 abunəçi, 295 min 80 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Mart ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 957-yə çatmış, ay ərzində 41 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 451 olmuş, səhifədə 39 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 13 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 831 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 15, şəhər və rayon qəzetlərində 3 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 6, digər informasiya agentliklərində 2 məqalə işıq üzü görmüşdür.

“El həyatı” qəzetində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru İlahi Mirzəyevin “Muzeylər xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi sərvətlər xəzinəsidir” məqaləsi, “Arazın Səsi” qəzetində “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyinin direktoru Kamal Gülmalıyevin “Müasir görünüşü ilə göz oxşayan qədim Xanəgah” məqaləsi dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Xalq artisti Rza Xudiyev: “Hər bir yaradıcı insanın sənətinə verilən yüksək dəyər milli mədəniyyətimizə verilən dəyərdir” məqaləsi işıq üzü görmüşdür.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 1 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 5 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Belə ki, mart ayı ərzində Nazirliyə 14-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 74 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 7-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 47 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 48 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 7 dekabr 2021-ci il tarixdə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçən 40 nəfər müxtəlif ixtisaslar üzrə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə, 2 nəfər isə digər mədəniyyət müəssisələrinə olmaqla, ümumilikdə 43 nəfər işə qəbul edilmişdir.

Mart ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.