Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN MAY AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin iyun ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyunun 3-də Naxçıvan Dövlət Uşaq Teatrında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.

İyunun 16-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil olunmuşdur.

17 iyun tarixdə Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarələri və şöbələrinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən rəsm dərnəyi üzvləri arasında  keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin teatr dünyası” adlı müsabiqənin iyunun 8-də Şahbuz, 10-da Ordubad və Şərur, 17-də Kəngərli, 21 və 22 iyun tarixlərdə isə muxtar respublika mərhələləri keçirilmişdir. Müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi iyunun 25-də Naxçıvan Dövlət Uşaq Teatrında baş tutmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Naxçıvan Musiqi Kollecinin kitabxana və informasiya təminatı ixtisası üzrə III kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 7 iyun tarixədək təcrübə keçməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində 3 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli  oğluna Sədərək  rayonunun Qarağac kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerində və Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə iyunun 13-də ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan interaktiv dərs keçirilmiş, dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə Nazirliyin təşkilatçılığı ilə 9 iyun tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Uçot nişаnlаrı. Onların muzey əşyalarının üzərinə yazılması qaydaları”  mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə iyun ayında “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində,  Naxçıvan Dövlət Xalça Muzeyinin və  Bəhruz Kəngərli Muzeyinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. İyun ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yuxarı Əylis, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Göydərə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Külüs, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qabıllı kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 9 iyun tarixdə Naxçıvan Dövlət Rəsm Qalareyasında Naxçıvan Qızlar Liseyi və 4, 5, 6, 7 nömrəli tam orta məktəblərin şagirdlərinə “Azərbaycan Şərq miniatürlərinin təsviri sənət tarixində rolu” mövzusunda açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. İyun ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 14 açıq dərs və 8 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 4 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 358 müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 576, Facebook hesablarında 546 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 343, Facebook hesablarında isə 50 min 838 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 59 min 234 nəfər yerli, 19 min 253 nəfər əcnəbi olmaqla, ümumilikdə 78 min 487 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 70 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 737 eksponat isə profilinə uyğun olaraq fondun yerdəyişməsi yolu ilə digər muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. İyun ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 21 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü,  Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, şərqşünas alim, maarifçi Mirzə Kazım bəyin anadan olmasının 220 illiyi, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi və digər yubileylərlə bağlı tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 43 tədbir keçirilmiş, 55 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxanalar mütaliənin təşkilatçısı kimi” mövzusunda tədbir keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə 15 nömrəli tam orta məktəbin şagirdləri ilə  “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kütləvi tədbirlərin təşkili” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Abonement və oxu zalında iş texnikası, oxucu formulyarlarının və kitabxana gündəliyinin işlənməsi qaydası” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Həsən bəy Zərdabinin anadan olmasının 180  illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə “Ordum varsa, gücüm var” adlı tədbir təşkil olunmuşdur. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” münasibətilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında A.Şaiqin “Seçilmiş əsərləri” kitabının oxucularla müzakirəsi keçirilmişdir.

İyun ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 89 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 28 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 30 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Sədərək Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Sədərək Rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Culfa Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Babək Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 142-si məlumat xarakterli olmaqla 144 material hazırlanmış, sosial şəbəkə hesablarında 295 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 472, Facebook səhifələrində 14 min 269 olmuşdur.

İyun ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 5 nüsxə, Kitabxana kollektorundan 40 adda 1842 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 424 adda 484 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1230, oxucu gəlişi 9 min 365, kitab verilişi isə 51 min 095 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 662 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 32 min 374-dən 33 min 36-ya çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 873-dən 3 min 923-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 131 lokal, 395 qlobal olmaqla, ümumilikdə, 526 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 164 tədbir keçirilmişdir.

İyun ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış,  Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, “15 İyun – Milli Qurtuluş Günü”,  “26 İyun – Silahlı Qüvvələr Günü” ilə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  27 tədbir keçirilmiş, 39 sərgi qurulmuşdur.

İyunun 20-də Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkil etdiyi xüsusi kateqoriyadan olan uşaqlar üçün “Yay Məktəbi”ndə Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 11 olmaqla, ümumilikdə 14 material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. 16 iyun tarixdə Culfa rayonunda “Xalq Yaradıcılığı Günü” çərçivəsində rayon mədəniyyət sarayının, mədəniyyət evi və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Eldar Quliyevin və Hacıbaba Bağırovun yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 5 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 196 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 40 paylaşım edilmiş, 5 min 485 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 156 paylaşımın 7 min 365 izləyicisi olmuşdur.

İyun ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən klub və mədəniyyət evlərinin əməkdaşları üçün “Mədəni-kütləvi tədbirlərlə bağlı sənədlərin hazırlanması” mövzusunda seminar müşavirə, “15 İyun – Milli Qurtuluş Günü”,  “26 İyun – Silahlı Qüvvələr Günü” ilə bağlı tədbirlər keçirilmişdir.

Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər mövzularda, ümumilikdə 5 material hazırlanmış, 22 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 938, Facebook izləyicilərinin sayı isə 911 olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 2 min 129 manatlıq 32 adda 142 ədəd iş satılmışdır.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 49 tədbir keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Kino günləri” layihəsi çərçivəsində “Əyləncə adası” İstirahət Parkında açıq havada kino nümayişlərinə başlanmış, Naxçıvan Dövlət Film Fondu 3 iyun tarixdə  “Nəsimi”, 10 iyun tarixdə “Əlvida, Şmidt”, 18 iyun tarixdə “Kelebeğin rüyası” və 24 iyun tarixdə isə  “Biz” filmlərinin  nümayişini təşkil etmişdir.

Naxçıvan Dövlət Film Fondu 20 iyun 2022-ci il tarixdə Ordubad rayon Xalq Teatrının hazırladığı “Əliqulu evlənir” tamaşasının çəkilişini həyata keçirmişdir.

21 iyun tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri və üzvlərinə “Buta” filmi nümayiş etdirilmişdir.

Film Fond tərəfindən ay ərzində “Kino günləri” layihəsi çərçivəsində 4-ü açıq havada olmaqla, ümumilikdə  5 film nümayiş olunmuşdur.  Sosial şəbəkə hesablarında paylaşılmaq üçün 135  material hazırlanmış, 270 paylaşım edilmiş, 1616 izləyici sayı olmuşdur.

Film Fond filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan”, Ş.Perronun “Çəkməli Pişik”,   Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” və C.Məmmədquluzadənin “Saqqallı uşaq” tamaşalarının məşqləri aparılmışdır.

İyun ayında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının muxtar respublikanın rayonlarına qastrol səfərləri davam etdirilmiş, Karel Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşa iyunun 7-də Ordubad Rayon Mədəniyyət Sarayında, iyunun 8-də Culfa Rayon Mədəniyyət Sarayında, Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa isə 9 iyunda Şahbuz Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim olunmuşdur.

İyun ayının 13-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmiş, iyunun 24-də premyerası, 28-də 139-cu teatr mövsümünün bağlanış mərasimində, 29-da isə bilet satışı ilə stasionarda göstərilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən stasionarda 6 tamaşa nümayiş etdirilmiş, iyunun 21-də “Ağbulaq” İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalardan parçalar göstərilmişdir.

30iyun tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında C.Məmmədquluzadənin “Saqqallı uşaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir.

İyun ayı ərzində rayon (şəhər) mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən tamaşalar təhvil verilmiş və ictimaiyyətə təqdim edilmişdir. Belə ki,  iyunun 7-də Şahbuz Rayon Xalq Teatrı    Süleyman Rüstəmin  “Çimnaz xanım yuxudadır”, iyunun 8-də Naxçıvan Şəhər Xalq Teatrı Salam Qədirzadənin “Bığ”, iyunun 9-da Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Sabit Rəhmanın “Əliqulu evlənir”  adlı tamaşaları təhvil verilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmış, kollektivlər bir sıra dövlət tədbirlərinin bədii hissəsində konsert proqramları ilə çıxış etmişdir. Belə ki, 4-5 iyun tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə Festivalı”nda Mahnı və Rəqs Ansamblının və Estrada Orkestrinin konsert  proqramları təqdim edilmişdir.

İyun ayının 15-də Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında “Milli Qurtuluş Günü”nə həsr olunmuş konserti keçirilmişdir. Bundan əlavə 23 iyun tarixdə “Duzdağ” oteldə Mahnı və Rəqs Ansamblı tərəfindən “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları üçün konsert proqramı təqdim olunmuşdur.

Hesabat dövründə gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüş, iyunun 17-də  “Tarixin izi ilə” adlı maarifləndirici tədbirlərə hazırlıq üçün onlayn formada görüş və iyunun 29-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İ.Əfəndiyevin “Dağlar arxasında üç dost” əsərinin müzakirəsi keçirilmişdir.

Dövr ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri davam etdirilmiş, qəbul imtahanları aparılmış və müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər təşkil edilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 24 xəbər, 3 məqalə olmaqla, ümumilikdə 27 material işlənmişdir.

Nazirliyin Youtube kanalına 10 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 880 abunəçi, 354 min 834 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyun ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1060-a çatmış, 44 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 680 olmuş, səhifədə 44 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 13 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 841 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 11, şəhər və rayon qəzetlərində 3 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 5, digər informasiya agentliklərində 4 məqalə işıq üzü görmüşdür.

02 iyun tarixdə “Yeni Həyat” qəzetində Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı Qasımova Türkanə Rişad qızının “Gələcəyimiz olan uşaqları sevgi ilə tərbiyə edək”, 15 iyun tarixdə “Arazın səsi” qəzetində Əlincəqala Tarix- Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “İmadəddin Nəsimi” yaradıcılığında Əlincəqalaya aid izlər”,  18 iyun tarixdə “İki Sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Rəngli xəyallar”,  26 iyun tarixdə “Şərqin səhəri” qəzetində  Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin beşiyi – Şuşa” adlı məqalələri dərc olunub.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 2 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 13 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyun ayı ərzində də davam etdirilmiş, Nazirliyə 34-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 128 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 9-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 49 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 41 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, mədəniyyət müəssələrinə 4 nəfər işə qəbul edilmişdir.