Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN NOYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Noyabrın 8-də “Zəfər Günü” münasibətilə muxtar respublikanın rayonlarında rayon ictimaiyyəti üçün rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil edilmişdir.

8 noyabr tarixdə “Zəfər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 9 konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, bununla bağlı ay ərzində 5 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində ümumilikdə 3 tədbir keçirilmişdir.

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında keçirilən “Əl işləri sərgi-müsabiqəsi”nin yekun tədbiri keçirilmişdir.

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Babək Rayon Xalq Teatrı tərəfindən görkəmli şair-dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa gənclər üçün nümayiş etdirilmişdir.

20 noyabr tarixdə “Ümumdünya Uşaq  Hüquqları Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir.

22 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 08 oktyabr tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin müraciətinə əsasən Nazirliyin müvafiq komissiyası tərəfindən təqdim edilən 4 ədəd xovsuz xalçaya (kilim) ekspert baxışı keçirilmişdir.

Noyabrın 24-də yeni istifadəyə verilmiş Ordubad rayon Kələki kənd mərkəzində Kələki kənd kitabxana filialının və Kələki Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Noyabrın 29-da Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilmişdir. Haliyədə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Şərur Rayon Mərkəşləşdirilmiş Kitabxana Sisteminin binasında təmir-bərpa işləri aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı hesabat dövründə iş aparılmış, 15 noyabrda Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında açıq dərs, noyabrın 17-də Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin Qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Naxçıvanın bayraqları” mövzusunda açıq dərs, Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə 23 noyabr tarixdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi, 24 noyabrda açıq dərs, həmçinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin “aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “bədii yaradıcılıq işi” ixtisaslarında təhsil alan tələbələr üçün ustad dərsi keçirilmişdir. Ay ərzində hamiliklə bağlı 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 ustad dərs keçirilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Elçinin “Şekspir” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş və Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanan tamaşanın bərpa məşqləri aparılmışdır. Teatr müəyyən olunmuş qrafikə uyğun olaraq 16 noyabr tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında H.Cavidin “Topal Teymur” tamaşası, 18 noyabrda isə Sədərək Rayon Mədəniyyət Sarayında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ilə qastrol səfərlərində olmuşdur. Teatrın kollektivi stasionarda H.Cavidin “Topal Teymur”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” və Qoqolun “Müfəttiş” tamaşalarını nümayiş etdirmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ay ərzində A.Yadigarın “Şir və çaqqal” əsərinin məşqləri aparılmış, 10 noyabr tarixdə Culfa Rayon Mədəniyyət Sarayında “Qoğalın sərgüzəşti” tamaşası nümayiş etdirilmişdir. Həftənin şənbə günləri stasionarda repertuarda olan tamaşalar göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında Qrim qardaşlarının “Bremen musiqiçiləri” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmişdir.

Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının Naxçıvan Universitetində Partiyanın yaradılmasının 30 illiyi ilə bağlı tədbirində Naxçıvan Dövlət Filarmoniyasının, rayonlarda keçirilən tədbirlərdə isə rayon mədəniyyət idarə və şöbələrinin  musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

4-6 noyabr tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmiş, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” İntrumental Ansamblı konsert proqramları təqdim etmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında ay ərzində kollektivlərin yeni repertuarlarının məşqləri davam etdirilmişdir. 9 noyabr tarixdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblı “Dövlət Bayrağı Günü” münasibətilə Şərur Rayon Mədəniyyət Sarayında, 17 noyabr tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayında, 22 noyabrda isə “Naxçıvan” Universitetində keçirilən “Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı elmi konfransda konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 5 noyabr tarixdə Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Zəfər Günü ilə əlaqədar olaraq “Zəfər tariximiz” mövzusunda, 10 noyabr tarixdə Dövlət Bayrağı Muzeyi ilə Alışar kənd tam orta məktəbi arasında “Dövlət Bayrağı Günü” mövzusunda 2 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 4 ədəd xalça haqqında naxcivan_muzeyleri İnstaqram səhifəsində, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə 11 noyabr tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Fond-satınalma komissiyasının işinin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

21-25 noyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylərin fond mühafizləri üçün 5 günlük seminar keçirilmişdir.

Noyabrın 10-da ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şərur rayon turu keçirilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Noyabr ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yengicə, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sirab, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Keçili, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Bənəniyar kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü təşkil olunmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 4 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 5 noyabr tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Qızlar Liseyi və 12, 13, 15, 16 nömrəli tam orta məktəblərin şagirdlərinə “Bayrağımız qürurumuz”, 11 noyabr tarixdə Heydər Əliyev Muzeyində 1, 2, 14 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Konstitusiya - dövlətin əsas qanunu” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 47 açıq dərs və 49 mühazirə keçirilmişdir.

Həmçinin 14-30 noyabr tarixlərdə “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə 3-cü kurs tələbələrinin və 21-30 noyabr tarixlərdə Naxçıvan Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 339 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 440, Facebook səhifələrində 404 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 31 min 238, Facebook hesablarında isə 51 min 14 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 49 min 225 nəfər yerli, 4 min 680 nəfər əcnəbi olmaqla, ümumilikdə 53 min 905 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 66 yeni eksponat daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən iş aparılmış, “Antik Naxçıvan arxeoloji ekspedisiyasının Babək rayonu ərazisində yerləşən Meydantəpə antik dövr yaşayış yerində apardığı arxeoloji tədqiqat və Babək rayonu ərazisində aparılmış kəşfiyyat işləri barədə hesabatı” Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Noyabr ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 19 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “8 Noyabr - Zəfər Günü”, “9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “17 noyabr - Milli Dirçəliş Günü”, Ömər Faiq Nemanzadənin anadan olmasının 150, Hüseyn Cavidin anadan olmasının 140 illiyi və digər mövzularda tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 34 tədbir keçirilmiş, 47 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Kitab, mütaliə metodları, faydalı kitabların seçimi” mövzusunda tədbir keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Qeydiyyat bölməsində oxucuların qeydə alınması” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İspan intibah ədəbiyyatının tanınmış yazıçılarından Lope de Veqanın anadan olmasının 460 illiyi münasibətilə tədbir keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

Noyabr ayında “Nağıl Günü” ilə bağlı rayon (şəhər) MKS-lər tərəfindən 32 tədbir keçirilmişdir.

Ay ərzində MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanı məhdud 26 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Noyabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Culfa Rayon MKS-nin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Kəngərli Rayon MKS-də ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və rayon (şəhər) MKS-lərdə tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 143 məlumat xarakterli material hazırlanmış, sosial şəbəkə hesablarında 262 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 884, Facebook səhifələrində 14 min 410 olmuşdur.

Noyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 14 adda 376 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 3 adda 60 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 141 adda 521 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 610, oxucu gəlişi 7 min 548, kitab verilişi isə 40 min 260 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 61 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 34 min 762-dən 34 min 823-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 108-dən 4 min 158-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 320 lokal, 350 qlobal olmaqla, ümumilikdə, 670 oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda ümumilikdə 160 tədbir keçirilmişdir.

Noyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “8 Noyabr - Zəfər Günü”, “9 Noyabr - Dövlət Bayrağı Günü” və digər mövzularda müxtəlif tədbirlər keçirilmişdir. Ümumilikdə, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 23 tədbir keçirilmiş, 36 sərgi qurulmuşdur.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “8 Noyabr - Zəfər Günü” ilə bağlı Kırna Kənd Mədəniyyət Evi ilə birgə “Vətən müharibəsinin Zəfər Günü” adlı tədbir keçirilmiş, Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki bir neçə klub müəssisəsinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı ay ərzində mütəmadi iş aparılmış,  Naxçıvan Dövlət Film Fondu tərəfindən 12 material hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 146 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 31 paylaşım edilmiş, 5 min 726 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 115 paylaşımın 7 min 191 izləyicisi olmuşdur.

Noyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 10 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 980, Facebook izləyicilərinin sayı isə 925 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 45 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 580 manatlıq 10 adda 75 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

3 noyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək üzvünə “Buta” filminin, 15 noyabr tarixdə Naxçıvan şəhər 4, 5 və 6  №-li tam orta məktəblərin  şagirdlərinə “Biz” sənədli filminin nümayişi təşkil olunmuşdur.

4, 11, 18 və 25 noyabr tarixlərində Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına “Görünməyən qəhrəmanlar – Bizim torpaq” və “Biz” sənədli filmlərinin, “Axırıncı aşırım” bədii filminin nümayişini təşkil etmişdir.

23 noyabr tarixdə Culfa Rayon Mədəniyyət Sarayında Xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmişdir.

24 noyabr tarixdə Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu keçirilmişdir.

Film Fond tərəfindən ay ərzində Hərbi Liseyin kursantları üçün 4 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film, digər tədbirlərdə isə 1 film olmaqla, ümumilikdə 6 film nümayiş olunmuşdur. Xalq yaradıcılığı ilə bağlı 12, çəkilmiş materiallarla bağlı isə 14 olmaqla ümumilikdə 26 material hazırlanmışdır. Film Fond tərəfindən sosial şəbəkə hesablarında paylaşılmaq üçün 116 material hazırlanmış, 232 paylaşım edilmiş, izləyici sayı 1651 olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən hazırlanan tamaşaların nümayişi də diqqət mərkəzində saxlanılmışdır. Ordubad Rayon Xalq Teatrı 4 noyabr tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında B.Afətlinin “Vətənin qəhrəmanı” əsəri əsasında hazırlanan tamaşanı rayon ictimaiyyətinə nümayiş etdirmişdir. 16 noyabr tarixdə Şərur Rayon Mədəniyyət Sarayında Şərur Rayon Xalq Teatrının hazırladığı “Öldür məni can-ciyər” tamaşası nümayiş etdirilmişdir. 24 noyabrda Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində Şahbuz Rayon Xalq Teatrının hazırladığı “Çimnaz xanım yuxudadır” tamaşası göstərilmiş, 25 noyabrda Şahbuz Rayon Mədəniyyət Sarayında “Qarabağ şikəstəsi” tamaşası nümayiş etdirilmişdir. R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı “Adı sənin, dadı mənim” tamaşası ilə 25 noyabr tarixdə Kəngərli, 30 noyabr tarixdə isə Şahbuz rayonunda qastrol səfərlərində olmuşdur.

Təsdiq edilmiş qrafikə uyğun olaraq 2 noyabr tarixdə Culfa Şəhər Uşaq Musiqi Məktəbində, 15 noyabr tarixdə isə Şahbuz Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə açıq dərs və 15 noyabr tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi məktəbləri üçün müxtəlif ixtisaslar üzrə ustad dərs keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 18 noyabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində musiqi təhsili müəssisələrində çalışan gənclərin iştirakı ilə “Azərbaycanın görkəmli incəsənət xadimləri: XX əsr” adlı maarifləndirici, 25 noyabr tarixdə isə Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində “Retro və müasir Azərbaycan musiqiləri” adlı tədbir keçirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 27 xəbər, 3 məqalə olmaqla, ümumilikdə 30 material işlənmişdir.

Nazirliyin You Tube kanalında izləyici sayı 3 min 200, görüntüləmə sayı 424 min 251 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Noyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 230-a çatmış, 35 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 765 olmuş, səhifədə 40 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 10 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 895 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 2, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 10, digər informasiya agentliklərində 1 məqalə yerləşdirilmişdir.

2 noyabr tarixdə “İki Sahil” qəzetində Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “Otuz illik həsrətə son qoyan 44 gün”, “Arazın səsi” qəzetində isə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “Buta və kəlağayı sözlərinin mənası haqqında”, 6 noyabr tarixdə “Yeni Həyat” qəzetində Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qabıllı Kənd Kitabxana Filialının müdiri Xuraman Cəfərlinin “Cənnətin bu dünyada təcəssümü: Şəhid Qurban İbrahimov” adlı məqalələri dərc olunub.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun verilişlərində Nazirliyin əməkdaşlarından 1 nəfər müsahibə vermişdir. Naxçıvan Dövlət Filarmoniyasının “8 Noyabr - Zəfər Günü” münasibətilə Zəfər Parkında və Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin musiqi kollektivlərinin Naxçıvan Televiziyasında çəkilişləri aparılmışdır. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 17 xəbər süjeti efirə verilmişdir.

Ay ərzində Nazirliyin medeniyyet.nakhchivan.az saytına məqalə və xəbərlərin yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri noyabr ayı ərzində də davam etdirilmiş, ay ərzində Nazirliyə 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 161 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 21-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 64 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 49 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Noyabr ayı ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin müsabiqə mərhələsindən keçərək Nazirliyin Aparatına 1 nəfər, rayon mədəniyyət idarə və şöbələrinə 5 nəfər olmaqla ümumilikdə 23 nəfər işə qəbul edilmişdir.

Noyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.