Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN OKTYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin oktyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Oktyabrın 18-də “Müstəqilliyin Bərpası Günü” münasibətilə muxtar respublikanın rayonlarında rayon ictimaiyyəti üçün rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilmişdir. Oktyabrın 22-də - görkəmli sənətkarın anadan olduğu gün – Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olmuşdur.

Oktyabrın 24-də – “Hüseyn Cavid Poeziya Günü” münasibətilə görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubiley tədbiri keçirilmiş, tədbir Hüseyn Cavid məqbərəsinin ziyarət edilməsi ilə başlanmış, Naxçıvan Dövlət Milli Dram Teatrında davam etmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırladığı eyniadlı tamaşa tamaşaçılara təqdim edilmişdir.

Oktyabrın 26-da yeni istifadəyə verilmiş Ordubad rayon Unus və Pəzməri kənd mərkəzlərində Unus və Pəzməri kənd kitabxana filiallarının, Unus kənd Mədəniyyət Evinin və Pəzməri Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli 114-06/S nömrəli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2022-2023-cü tədris ili üçün Tədbirlər Planı” və müvafiq qrafiklər təsdiq edilmiş və bu istiqamətdə iş aparılmışdır.

Belə ki, Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə 20 oktyabr tarixdə “Kitabxanalara daxil olan çap məhsullarının uçotu” mövzusunda açıq dərs, 25 oktyabr tarixdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi, oktyabrın 27-də Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ədəbiyyatımızın əbədi sənətkarı” adlı açıq dərs keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan 23 nəfər tələbə Nazirliyin sistemində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında naxcivan_muzeyleri instaqram səhifəsində, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, bununla bağlı ay ərzində 3 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində ümumilikdə 3 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı 19 oktyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində (Hüseyn Cavidin Ev Muzeyində təmir və yenidənqurma işləri aparılır) “Hüseyn Cavid” mövzusunda interaktiv dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Həmçinin, Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı Hüseyn Cavidin “Topal Teymur” əsəri istehsalata buraxılmışdır.

Həmçinin, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Hüseyn Cavid guşəsi” zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon, şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərində “Hüseyn Cavid – 140” başlıqlı sərgilər təşkil edilmiş, tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən iş aparılmış, “Xaraba Gilan arxeoloji ekspedisiyasının II Plovdağ nekropolu və yaşayış yerində apardığı arxeoloji qazıntıların hesabatı” və “Xaraba Gilan arxeoloji ekspedisiyasının İkinci dəstəsinin III Plovdağ nekropolunda apardığı arxeoloji qazıntıların hesabatı” Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 18 oktyabr tarixdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda və 28 oktyabr tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi ilə Ordubad rayonunun Unus kənd tam orta məktəbi arasında “Naxçıvan xalçaları” mövzusunda interaktiv dərs keçirilmişdir. Ümumilikdə, muzeylərlə ümumtəhsil məktəbləri arasında 3 interaktiv dərs keçirilmiş, dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə 13 oktyabr tarixdə Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muzey əşyalarının atributiv xassələri. Ölçülərin müəyyən edilməsi” mövzusunda seminar-treninq keçirilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqlara əsasən oktyabr ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Dəstə, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Böyükdüz, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qaraağac kənd mərkəzlərində olmaqla, sakinlərlə görüşləri təşkil olunmuşdur.

14 oktyabr tarixdə Xalq şairi Məmməd Arazın Ev Muzeyində dahi şairin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 3 oktyabr tarixdə Cəmşid Naxçıvanskinin Ev Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və 1, 2, 3, 4 nömrəli tam orta məktəblərin şagirdlərinə “Azərbaycanın hərb tarixində görkəmli rol oynamış sərkərdələrdən biri Cəmşid Naxçıvanski”, 17 oktyabr tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Heydər Əliyev adına tam orta məktəb və 5, 6, 7, 8 nömrəli tam orta məktəblərin şagirdlərinə “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixi nailiyyətidir” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Oktyabr ayında muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar qrafiklər təsdiq olunmuş, profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda ümumilikdə 37 açıq dərs və 33 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 1-i onlayn ekskursiya olmaqla 280 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 312, Facebook hesablarında 302 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 31 min 69, Facebook hesablarında isə 50 min 963 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 43 min 563 nəfər yerli, 4 min 742 nəfər əcnəbi olmaqla, ümumilikdə 48 min 305 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 38 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Oktyabr ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 21 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 18 Oktyabr Müstəqilliyin Bərpası Günü, Hüseyn Cavidin 140 illiyi, Xəlil Rza Ulutürkün 90 illiyi, şairə Mirvarid Dilbazinin 110 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 37 tədbir keçirilmiş, 51 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Kitablar-keçmişlə ünsiyyətdə olmaq üsuludur” mövzusunda müzakirə keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsində elektron kataloqun yaradılması prosesinə nəzarət” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi münasibətilə tədbir keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

Oktyabr ayında “Nağıl Günü” ilə bağlı rayon (şəhər) MKS-lər tərəfindən 42 tədbir keçirilmişdir.

Ay ərzində MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanı məhdud 33 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Oktyabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ordubad Rayon MKS-nin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şahbuz Rayon MKS-də ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 119 məlumat xarakterli material hazırlanmış, sosial şəbəkə hesablarında 221 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 dk 713, Facebook səhifələrində 14 dk 896 olmuşdur.

Oktyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 1 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 193 adda 386 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 711, oxucu gəlişi 7 min 732, kitab verilişi isə 45 min 441 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 183 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 34 min 579-dan 34 dk 762-yə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 dk 58-dən 4 dk 108-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 275 lokal, 330 qlobal olmaqla, ümumilikdə, 605 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 196 tədbir keçirilmişdir.

Oktyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən "18 Oktyabr – Müstəqilliyin Bərpası Günü" münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Ümumilikdə, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 12 tədbir keçirilmiş, 26 sərgi qurulmuşdur.

Rayon (şəhər) mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrlarında da ay ərzində müəyyən işlər görülmüş, oktyabrın 13-də Babək Rayon Mədəniyyət Sarayında rayon xalq teatrı tərəfindən şair, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin "Ana" faciəsi əsasında hazırlanan eyniadlı tamaşa ictimaiyyətə təqdim edilmişdir. Bundan əlavə oktyabrın 21-də Ordubad Rayon Xalq Teatrı tərəfindən görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" əsəri əsasında hazırlanan eyniadlı tamaşa Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində, 25 oktyabrda isə Culfa Rayon Mədəniyyət Sarayında göstərilmişdir.

Oktyabr ayında Kəngərli rayonunda "Xalq Yaradıcılığı Günü" çərçivəsində rayon mədəniyyət sarayı, mədəniyyət evləri və klubların folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır. Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Naxçıvan Dövlət Film Fondu tərəfindən 10 malzeme hazırlanmış, bu materiallar Nazirliyin You Tube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 136 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 26 paylaşım edilmiş, 5 dk 630 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 110 paylaşımın 7 dk 511 izləyicisi olmuşdur.

Oktyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 4 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 971, Facebook izləyicilərinin sayı isə 925 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 30 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən "Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi"ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 553,5 manatlıq 8 adda 40 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

7 oktyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Tibb Kollecinin tələbələrinə "Bir addım" filminin, 18 oktyabr tarixdə isə ümumtəhsil məktəblərinin şagirdlərinərinə "Əbədi ezamiyyət" bədii filminin nümaytəşkil olunmuşdur.

14, 21 ve 28 oktyabr tarixlərində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına "Görünməyən qəhrəmanlar - Bizim torpaq" filmi nümayiş olunmuşdur.

25 oktyabr tarixdə Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Sinematoqraf" kinoviktorinasının seçim turu keçirilmişdir.

Film Fond tərəfindən oktyabr ayında ümumilikdə 5 film nümayiş olunmuşdur. Xalq yaradıcılığı ilə bağlı 10, çəkilmiş materiallarla bağlı isə 11 olmaqla, ümumilikdə 21 material hazırlanmışdır. Film Fond tərəfindən sosial şəbəkə hesablarında paylaşılmaq üçün 103 material hazırlanmış, 206 paylaşım edilmiş, 1641 izləyici sayı olmuşdur. Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdirdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları öz fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən N.Xəzrinin "Burla Xatun" və V.Səmədoğlunun "Mamoy kişinin yuxuları" əsərləri əsasında hazırlanan tamaşaların bərpa məşqləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Şarl Perronun "Çəkməli pişik", Naxçıvan Dövlət Uşaq Teatrında isə Qrim qardaşlarının nağıl motivləri əsasında "Bremen musiqiqiəri" əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.

Rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları da ay ərzində məşqləri davam etdirmiş, Şahbuz Rayon Xalq Teatrı T.Seyidovun "Qarabağ şikəstəsi", R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı Ə.Nesinin "Öldür məni can ciyər" tamaşalarının bərpa məşqlərini, Babək Rayon Xalq Teatrı Mirzağa Atəşin "Şərəfin sandığı", Ordubad Rayon Xalq Teatrı isə B.Af ətlinin "Vətənin qəhrəmanı" əsəri əsasında hazırlanan yeni tamaşaların məşqlərini aparmışdır.

Müəyyən olunmuş qrafikə əsasən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 19 oktyabrda Babək rayonunda N.Qoqolun "Müfəttiş", 27 oktyabrda Şahbuz rayonunda Hüseyn Cavidin "Topal Teymur" əsərləri əsasında hazırlanan tamaşaları, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 11 oktyabr tarixdə Şərur rayonunda, 25 oktyabrda isə Kəngərli rayonunda "Qoğalın sərgüzəşti" tamaşasını nümayiş etdirmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" əsəri əsasında hazırlanan tamaşa oktyabrın 3-ü, 4-ü və 13-də, H.Cavidin "Topal Teymur" əsəri əsasında səhnələşdirilən tamaşa isə oktyabrın 31-də stasionarda göstərilmişdirdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında həftənin şənbə günlərində 2 seans olmaqla repertuarda olan tamaşaların nümayişi davam etdirilmiş, ay ərzində "Fitnə", "Çəkməli pişik", "Nəğməkar bülbül", "Qırmızı papaq" və "Keçinin qisası" tamaşaları balaca teatrsevərlərə təqdim edilmişdir.

Nazirliyin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin "18 oktyabr – Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar muxtar respublikanın rayonlarında konsert proqramları təşkil olunmuşdur. Belə ki, Mahnı ve Rəqs Ansamblının oktyabrın 14-də Sədərək rayonunda, Estrada Orkestrinin isə oktyabrın 17-də Ordubad rayonunda konsertləri keçirilmişdir. Kollektivlərin ay ərzində qrafik əsasında məşqləri davam etdirilmişdir.

Bundan əlavə, oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış etmiş, oktyabrın 10-da isə "Duzdağ" otelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının ışış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin ifasında musiqi və rəqs nömrələri təqdim edilmişdir.

"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları - bal Festivalı"nda 15 oktyabrda Mahnı və Rəqs Ansamblının, oktyabrın 16-da isə Estrada Orkestrinin kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin 2022-2023-cü tədris ili ərzində keçiriləcək ustad dərslərinin qrafikinə uyğun olaraq 19 oktyabr tarixdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində cari tədris ili üçün ilk ustad dərs keçirilmişdir.

Oktyabrın 14-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında "Yaşa və öyrən" intellektual bilik yarışı, 28 oktyabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində gənclərin iştirakı ilə "Azərbaycan musiqisi və Azərbaycan gəncliyi" adlı tədbir keçirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 27 xəbər, 7 məqalə olmaqla, ümumilikdə 34 material işlənmişdir.

Nazirliyin You Tube kanalına 8 videomaterial yerləşdirilmiş, bu günədək 3 dk 110 abunəçi, 405 dk 60 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdirdir. Oktyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 210-a çatmış, 36 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin "nax_mr_mn" adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 750 olmuş, səhifədə 39 paylaşım edilmişdir. "naxcivan_muzeyleri" İnstagram səhifəsində ay ərzində 13 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 890 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdirdir. Belə ki, "Şərq qapısı" qəzetində 7 material dərc olunmuş, "Nuhçıxan" İnformasiya Agentliyinin saytında 5 məqalə işıq üzü görmüşdür.

14 oktyabr tarixdə "Şərq qapısı" qəzetində Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanovanın "Gələcəyə ümid sarıdan dünyanın ən varlı şairi", 18 oktyabr tarixdə isə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş düşkün hafızi-elmi işçisi Zülfiyyə Əliyevanın "Qədim yurdun tarixi keçmişinin bu günümüzə daşıyıcıları" adlı məqalələri dərc olunub.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun verilişlərində Nazirliyin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 2 nəfər müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 11 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri oktyabr ayı ərzində də davam etdirilmişdir. Belə ki, oktyabr ayı ərzində Nazirliyə 33-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 134 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 21-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 91 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 53 nəfər vətəndaşın müraciəti cavablandırılmışdırdır.

Oktyabr ayı ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdirdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsabiqədən keçərək 44 nəfər, müəssisə və təşkilatlarına 32 nəfər olmaqla ümumilikdə 76 nəfər işə qəbul edilmişdir.

Oktyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.