Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN YANVAR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

01 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivləri Heydər Əliyev Sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyilik Günü” və “Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Yanvarın 10-da isə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinın yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Orkestrin konserti təşkil olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 19 yanvar tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda, yanvarın 24-də ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərli Muzeyi arasında görkəmli rəssamın anadan olmasının 130-cu ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda olmaqla 2 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. 2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Yanvar ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Oğlanqala, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kültəpə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ayrınc, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ərəzin kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur.

Naxçıvan Dövlət Tarix Muzeyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində “20 Yanvar” faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərgilər qurulmuş, açıq dərslər keçirilmişdir.

13 yanvar tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinə “Şəhidlər unudulmur” mövzusunda onlayn ekskursiya keçirilmiş, ekskursiyanı 3 məktəbdən 60-dan çox şagird izləmişdir.

25 yanvar tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə “Zəfər tarixi” mövzusunda keçirilən onlayn ekskursiyanı 4 məktəbdən 85 nəfər şagird izləmişdir.

Ay ərzində muzeylərdə 6 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 13 yanvar tarixdə Xatirə Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan şəhər 12, 13, 14 və15 nömrəli tam orta məktəblərin şagirdlərinə “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Yanvar ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 41 açıq dərs və 14 mühazirə keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 1 onlayn ekskursiya, 195 müxtəlif məlumat xarakterli olmaqla, ümumilikdə 196 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 289, Facebook hesablarında 293 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 28 min 287, Facebook hesablarında isə 46 min 652 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 11 min 396 nəfər yerli, 1 min 397 nəfər əcnəbi olmaqla, ümumilikdə 12 min 793 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 105 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Yanvar ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 2-i onlayn olmaqla 18 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “20 yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” adlı tədbir və oxucuların Xatirə Muzeyinə ekskursiyası, nasir, şair, tərcüməçi Vidadi Babanlının anadan olmasının 95 illiyi, ədəbiyyatşünas Yavuz Axundlunun anadan olmasının 95 illiyi, şair, dramaturq, publisist Adil Babayevin anadan olmasının 97-ci ildönümü, şairə Qonçabəyimin anadan olmasının 195 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 20 tədbir keçirilmiş, 56 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Gənclər üçün çox kitab oxumağın faydaları” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Daxil olan çap əsərlərinin qeydiyyata alınması” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana İşi Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şairə Qonçabəyimin anadan olmasının 195 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Sabir təsviri sənətdə” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Yanvar ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 26 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 28 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 5 adda 40 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 8 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 205 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 9 min 486, Facebook səhifələrində 13 min 138 olmuşdur.

Dekabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 5 adda 71 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 2 adda 20 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 64 adda 128 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1633, oxucu gəlişi 8 min 764, kitab verilişi isə 43 min 882 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 704 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 29 min 105-dən 29 min 706-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 651-dən 3 min 701-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 323 lokal, 334 qlobal olmaqla, ümumilikdə, 657 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 2-i onlayn olmaqla, 107 tədbir keçirilmişdir.

Yanvar ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı tədbirlər keçirilmiş, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmışdır.

Yanvar ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 10 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 8 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri və sarayları tərəfindən sosial şəbəkələrdə 132 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 52 paylaşım edilmiş, 2 min 955 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 80 paylaşımın 8 min 506 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüş, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir.

Yanvar ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər olmaqla, ümumilikdə 8 material hazırlanmış, 22 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 806, Facebook izləyicilərinin sayı isə 682 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 30 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən yanvar ayında 250,2 manatlıq 12 adda 25 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 2 dekabrda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 4, 6 və 11 nömrəli tam orta məktəblərin şagirdlərinə “Dərs” bədii filmi nümayiş olunmuşdur. Həmçinin qış tətili günlərində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 3 film nümayişi təşkil edilmişdir.

10 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 10 illik yubileyinə həsr olunmuş konsertin çəkilişi həyata keçirilmiş, 19 yanvar tarixdə Naxçıvan Dövlət Film Fondunda Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün “20 Yanvar faciəsi”ndən bəhs edən “Tanımadığımız tanışlar” filmi nümayiş olunmuş, 28 yanvar tarixdə “Kino günləri” layihəsi çərçivəsində Culfa rayonunun Yaycı kənd mərkəzində kənd ictimaiyyətinə “Biz” filminin nümayişi təşkil olunmuşdur. Çəkilmiş materiallarla bağlı 2 material hazırlanmışdır.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün 4 film, “Kino günləri” layihəsi çərçivəsində 1 film, digər tədbirlərdə 1 film olmaqla, ümumilikdə 6 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında 125 material hazırlanmış, 250 paylaşım edilmiş və 1559 izləyici sayı olmuşdur. Nazirliyin Youtube kanalına 3 video yüklənmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ay ərzində 2-si bilet satışı, 1-i isə xeyriyyə olmaqla 3 tamaşa nümayiş etdirilmiş, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ay ərzində 14 tamaşa nümayiş etdirilmiş, V.Haqverdiyevin “Saçları səməni oğlan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında ay ərzində 8-i bilet satışı ilə və 1-i xeyriyyə olmaqla 9 tamaşa nümayiş etdirilmiş, T.Seyidovun “Bahar gəlir, yaz gəlir” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.

Rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri keçirilmişdir.

Ay ərzində gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. 12 yanvar tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında Benqal yazıçı Nobel mükafatı laureatı R.Taqorun “Fəlakət” əsərinin onlayn müzakirəsi aparılmış, 19 yanvar tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə Naxçıvan Dövlət Film Fondunda “Tanımadığımız tanışlar” filminin nümayişi təşkil edilmişdir.

Yanvarın 14-də Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yeni istifadəyə verilmiş Çərçiboğan kənd mərkəzində Çərçiboğan Kənd Mədəniyyət Evinin və Çərçiboğan Kənd Kitabxana Filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 10 xəbər, 10 məqalə olmaqla, ümumilikdə 20 material işlənmişdir.

Nazirliyin Youtube kanalına yanvar ayında 3 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 270 abunəçi, 235 min 591 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Yanvar ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 883-ə çatmış, ay ərzində 37 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 349 olmuş, səhifədə 37 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 10 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 820 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6, digər mətbuat orqanlarında 3 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 3, digər informasiya agentliklərində 2 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə Heydər Əliyev Sarayında keçirilən konserti ölkənin müxtəlif informasiya agentlikləri və saytlarında işıqlandırılmışdır.

Konsert haqqında “Respublika”, “Səs” və “Mədəniyyət” qəzetlərinin hər birində 1 xəbər materialı dərc olunmuş, “sia.az” saytında 1 məqalə işıq üzü görmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı isə “Azərtac” İnformasiya Agentliyinin saytında işıqlandırılmışdır.

“Mədəniyyət” qəzetində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Yallı: bu sirli aləmə vaqif olduqca” adlı məqaləsi, “İki Sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Sənətə bağlı ömür”  məqaləsi dərc olunmuşdur.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin əməkdaşlarından 3 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 13 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri yanvar ayı ərzində də davam etdirilmişdir. Belə ki, yanvar ayı ərzində Nazirliyə 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 74 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 56 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 34 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, rəhbər vəzifələrə 6 nəfər olmaqla müəssisə və təşkilatlara 20 nəfər, ümumilikdə isə 26 nəfər işə qəbul edilmişdir.

Yanvar ayı ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş və 3 məsələ müzakirə edilmişdir.