Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN DEKABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin dekabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

5-9 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan “Məktəblilərin dram müsabiqəsi”nin rayon və şəhər mərhələləri keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində 6, “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı 2 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə birgə iş diqqətdə saxlanılmış, müxtəlif tədbirlər keçirilmişdir. 14 dekabr tarixdə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” mövzusunda mühazirə və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mister Hemferin xatirələri” kitabının müzakirəsi, dekabrın 21-də Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ekspozisiyanın fəaliyyətinin təşkili”, 22 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Kartoteka sisteminin təşkili” mövzularında açıq dərslər keçirilmiş, dekabrın 22-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Azərbaycan muğamları” mövzusunda mühazirə oxunmuş və film nümayiş etdirilmişdir.  Ay ərzində tələbələrə 2 açıq dərs, 1 kitab müzakirəsi keçirilmiş və Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə dair 2 mühazirə təşkil edilmişdir.

Həmçinin ay ərzində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə 3-cü kurs tələbələrinin və 1-6 dekabr  tarixlərdə Naxçıvan Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Elçinin “Şekspir” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam  etdirilmişdir. Teatrın kollektivi 8 dekabr  tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, 9 dekabrda isə Culfa Rayon Mədəniyyət Sarayında Elçinin “Teleskop” tamaşası ilə qastrol səfərlərində olmuşdur. Dekabrın 30-da isə “Mamoy kişinin yuxuları” tamaşası xeyriyyə məqsədilə “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün oynanılmışdır.

Naxçıvan Dövlət Kukla Teatrında ay ərzində Şirzad Abutalıbovun rus xalq nağılı əsasında səhnələşdirdiyi “Turp” tamaşasının məşqləri aparılmış, 9 dekabr tarixdə Şahbuz, 16 dekabr tarixdə isə Ordubad Rayon Mədəniyyət Sarayında “Qoğalın sərgüzəşti” tamaşası nümayiş etdirilmişdir. Həftənin şənbə günləri stasionarda repertuarda olan tamaşalar göstərilmişdir. Kukla teatrı tərəfindən ay ərzində 6-sı stasionarda, 2-si isə qastrol tamaşası olmaqla, ümumilikdə 8 tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında Qrimm qardaşlarının “Bremen musiqiçiləri” əsəri əsasında hazırlanan tamaşa təhvil verilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin yeni repertuarlarının məşqləri aparılmışdır. Bundan əlavə dekabrın 1-də Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Hakim Məmmədlinin tar və simfonik orkestr üçün yazdığı üç hissəli “Konsert” kitabının təqdimatı keçirilmişdir. Bundan əlavə, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında filarmoniyanın yeni yaradılmış Estrada ansamblının 23 dekabrda bilet satışı ilə, 27 dekabrda isə xeyriyyə məqsədli konsertləri təşkil olunmuş, 29 dekabr tarixdə isə bəstəkar Nəriman Məmmədovun 95 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilmişdir.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyası tərəfindən Naxçıvan şəhərinin mərkəzi meydanında 31 dekabr tarixdə fonoqram musiqi səsləndirilmişdir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin, sərhəd zastavalarının əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 17 konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə 12 dekabr tarixdə Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə 8 dekabr tarixdə Bəhruz Kəngərli Muzeyində “Yeni daxil olan muzey əşyalarının dövrünün (tarixinin) müəyyən edilməsi” mövzusunda seminar-treninq keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Vənənd, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Çalxanqala, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Dəmirçi kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü təşkil olunmuşdur.

1 dekabr tarixdə Xalq şairi Məmməd Arazın Ev Muzeyində dahi şairin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dekabrın 6-da ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Kəngərli rayon turu keçirilmişdir.

15 dekabr tarixdə Cəmşid Naxçıvanski Muzeyində muzeyin yaradılmasının 41-ci ildönümü ilə əlaqədar tədbir təşkil edilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 5 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 5 dekabr tarixdə Heydər Əliyev Muzeyində Heydər Əliyev adına tam orta məktəb və 3, 4, 5, 6 nömrəli tam orta məktəblərin şagirdlərinə “Tarix yaşadan şəxsiyyət, əbədiyaşar Lider”, 26 dekabr tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və 7, 8, 9, 10 nömrəli tam orta məktəblərin şagirdlərinə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil idarə və şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 46 açıq dərs və 36 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 203 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 262, Facebook səhifələrində 253 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 31 min 761, Facebook hesablarında isə 52 min 206 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 33 min 496 nəfər yerli, 7 min 133 nəfər əcnəbi olmaqla, ümumilikdə 40 min 629 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 58 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Dekabrın 23-də Naxçıvan Dövlət Universitetində “Kitabxanalar və inkişaf edən gənclik” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 23 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü, şairə Elmira Qasımovanın 80, ədəbiyyatşünas Əliyar Səfərlinin 85 illiyi, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının yaradılmasının 100, Elektron Kitabxananın yaradılmasının 10 illiyi münasibətilə və digər mövzularda tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 31 tədbir keçirilmiş, 61 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Musiqi Kollecində “Mütaliənin təfəkkürə faydası” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan Dövlət Texniki Kollecində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Mədəniyyət və incəsənət sahəsi üzrə yerli mətbuatda dərc olunan materialların işlənməsi və kartoteka sisteminə yerləşdirilməsi” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Qeydiyyat bölməsində oxucularla aparılan işlər” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “13 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbir keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin bir qrupu ilə oxucuların görüşü təşkil edilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir olmuşdur.

Dekabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 49 tədbir keçirilmişdir.

Ay ərzində MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanı məhdud 32 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şahbuz Rayon MKS-nin əməkdaşları üçün, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə Babək Rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Sədərək Rayon MKS-də ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması,  paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 137-si məlumat xarakterli olmaqla, ümumilikdə 138 material hazırlanmış, sosial şəbəkə hesablarında 216 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 945, Facebook səhifələrində 15 min 531 olmuşdur.

Dekabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 15 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 2 adda 30 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 293 adda 670 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 645, oxucu gəlişi 5 min 865, kitab verilişi isə 48 min 311 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 184 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 7-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 208-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 290 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 140 tədbir keçirilmişdir.

Dekabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “12 Dekabr – Ümummilli lider Heydər Əliyevin Anım Günü”, “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və digər mövzularda tədbirlər keçirilmiş və sərgilər qurulmuşdur.

Dekabrın 9-da Babək Rayon Mədəniyyət Sarayında “Şuşa İli”nə həsr olunmuş kompozisiya təqdim edilmiş, 16 və 19 dekabrda isə Babək Rayon Mədəniyyət Sarayında rayonun yaşayış məntəqələrindəki klub müəssisələrində fəaliyyət göstərən dərnəklərin, folklor qrup və kollektivlərinin iştirakı ilə “Folklorumuzu yaşadaq” adlı müsabiqənin I və  II mərhələsi keçirilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Muxtar Dadaşov və Rəşid Behbudovun yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı ay ərzində mütəmadi iş aparılmış, Naxçıvan Dövlət Film Fondu tərəfindən 23 material hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 130 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 25 paylaşım edilmiş, 5 min 892 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 105 paylaşımın 7 min 127 izləyicisi olmuşdur.

Dekabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 18 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 985, Facebook izləyicilərinin sayı isə 945 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 39 tədbir keçirilmişdir.

Rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən hazırlanan tamaşaların nümayişi də diqqət mərkəzində saxlanılmışdır. Dekabrın 7-də  Şahbuz Rayon Xalq Teatrının kollektivi Süleyman Rüstəmin eyniadlı komediyası əsasında hazırlanmış “Çimnaz xanım yuxudadır” tamaşasını Babək Rayon Mədəniyyət Sarayında nümayiş etdirmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 365 manatlıq 7 adda 36 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 2, 9, 16 və 23 dekabr tarixlərində  “Qanlı zəmi” bədii filminin nümayişini təşkil etmişdir.

Ay ərzində  Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında “Bu kino ki var” kinoviktorinası və film nümayişi keçirilmiş, Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu olmuş, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri üçün film nümayişi təşkil edilmişdir.

Film Fond tərəfindən dekabr ayı ərzində Hərbi Liseyin kursantları üçün 4 film, digər tədbirlərdə 4 film olmaqla, ümumilikdə 8 film nümayiş olunmuşdur. Film Fond tərəfindən sosial şəbəkə hesablarında paylaşılmaq üçün 180 material hazırlanmış, 360 paylaşım edilmiş, izləyici sayı 1647 olmuşdur.

Film Fonda dekabr ayında 2 film, 1084 fotoşəkil, 9 kitab daxil olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dekabrın 13-də Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin nəzəri fənlər üzrə müəllimləri üçün metodiki dərs keçirilmiş, 14 dekabrda Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində ustad dərs təşkil olunmuşdur.

Dekabrın 14-də Culfa Rayon Mədəniyyət Sarayında “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin gənc müəllimləri tərəfindən hazırlanmış konsert proqramı təqdim edilmişdir.

Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar 15 dekabr tarixdə Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində, 19 dekabrda Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbində, 22 dekabrda Ordubad Şəhər Uşaq Musiqi Məktəbində və 26 dekabrda Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun tələbələrinin bəstəkarın əsərlərindən ibarət sinif konsertləri keçirilmişdir.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan, Şərur, Babək, Şahbuz rayon mədəniyyət idarə və şöbələrinin nəzdində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində hesabat konsertləri keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 30 dekabrda Naxçıvan Dövlət Film Fondunda Gənclər Təşkilatının üzvləri üçün “Həddən artıq uyğunluq” filmi nümayiş etdirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 26 xəbər, 11 məqalə olmaqla, ümumilikdə 37 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalına 8 video yüklənmiş, kanalın izləyici sayı 3 min 320, görüntüləmə sayı 450 min 812 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Dekabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 260-a çatmış, 43 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 800 olmuş, səhifədə 43 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 12 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 895 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 15, şəhər və rayon qəzetlərində 1 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 15, digər informasiya agentliklərində 2 məqalə yerləşdirilmişdir.

13 dekabr tarixdə “Nuh yurdu” qəzetində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kamaləddin Axundovun “Bugünkü və gələcək nəsillər üçün ən böyük töhfədir”, “Şərq qapısı” qəzetində 16 dekabrda “Xan  Sarayı” Dövlət Tarix  Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi: tarixi faktlar sənədlərin dili ilə”, 27 dekabrda Ordubad Rayon Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Azərbaycanın qədim yaşayış məntəqəsi - Gənzə”, 28 dekabrda “Mədəniyyət” qəzetində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin böyük elmi işçisi Günel Sangurun “Azərbaycan bədii tikmələrinə bir nəzər” adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Naxçıvan Televiziyası və Radiosunda gedən verilişlərdə Nazirliyin əməkdaşlarından 2 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 21 xəbər süjeti efirə verilmişdir.

Ay ərzində Nazirliyin medeniyyet.nakhchivan.az saytına məqalə və xəbərlərin yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri dekabr ayı ərzində də davam etdirilmişdir. Belə ki, ay ərzində Nazirliyə 15-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 84 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 34 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 82 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Dekabr ayı Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, mədəniyyət müəssələrinə 8 nəfər işə qəbul edilmişdir.