Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İL ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci il  ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuşdur.

01 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri Heydər Əliyev Sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Yanvarın 10-da isə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Orkestrin konserti təşkil olunmuşdur.

Fevralın 1-də Naxçıvan Dövlət Milli Dram Teatrında “2 fevral – Gənclər Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı təqdim olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında martın 9-da “Milli Teatr Günü” münasibətilə tədbir keçirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

10-12 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivləri Türkiyə Respublikasının Ərzurum şəhərində qastrol səfərində olmuşlar.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin və Teatrın dram artisti, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Tamerlan Bağırovun 70 illik yubiley tədbirləri qeyd edilmişdir.

18 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, 7 aprel tarixdə isə müsabiqənin yekununa həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə müsabiqə qalibləri mükafatlandırılmış, tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnəciklər nümayiş olunmuşdur.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Müsabiqədə muxtar respublikanın ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak etmişdir. Aprelin 13-də isə müsabiqənin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə müsabiqədə qalib gələn və fərqlənən iştirakçıların ifasında konsert proqramı təqdim edilmiş və sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

18 mart tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir. 20-27 mart tarixlərində “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində fonoqram musiqi səsləndirilmişdir. 22-25 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan muzeylər tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı, “26 İyun – Silahlı Qüvvələr Günü”, “Zəfər Günü” və “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin, sərhəd zastavalarının əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 57 konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 aprel tarixli 173 nömrəli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmiş və bununla əlaqədar 28 aprel tarixdə teatrın binasında yerləşən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının zalında tədbir keçirilmişdir.

8 aprel tarixdə Ordubad, 12 aprel tarixdə Culfa və 14 aprel tarixdə isə Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinin 40 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə müvafiq muzeylərə yeni eksponatlar hədiyyə olunmuşdur.

Aprelin 18-də Möminə Xatın Türbəsinin qarşısında “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilmiş, tədbir çərçivəsində abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgi qurulmuşdur.

Aprelin 22-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 aprel tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın mədəniyyət və incəsənət obyektləri, tarix-mədəniyyət abidələri ilə tanış olmuşlar. 25 aprel tarixdə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində “Şərur” Xalq Yallı Ansamblının ifasında “Köçəri” və “Tənzərə” yallıları təqdim edilmişdir.

07 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur.

Mayın 11-də Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

13 may tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Mayın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilmiş, ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən muzeylərə hədiyyə edilən 200-dən çox maddi mədəniyyət nümunəsinin  təqdimatı olmuşdur.

Mayın 25-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında təşkil olunmuş “İstedadlar səhnəsi” yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilmiş, müsabiqə qalibləri mükafatlandırılmışdır.

İyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının konserti olmuşdur. Həmçinin əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri konsert proqramları ilə çıxış etmişlər.

İyunun 3-də Naxçıvan Dövlət Uşaq Teatrında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.

İyun ayının 15-də Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konserti təqdim edilmişdir.

İyunun 16-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil olunmuşdur.

17 iyun tarixdə Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarələri və şöbələrinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə iyun ayında “Gənclərin teatr dünyası” adlı müsabiqənin rayon və muxtar respublika mərhələləri keçirilmişdir. Müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi iyunun 25-də Naxçıvan Dövlət Uşaq Teatrında baş tutmuş, qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyun ayında açıq havada kino nümayişlərinə başlanmış, Naxçıvan dövlət Film Föndu tərəfindən “Əyləncə adası” İstirahət Parkında ümumilikdə 15 film nümayiş olunmuşdur.

İyun ayının 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu teatr mövsümünün bağlanış mərasimi keçirilmiş,  İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

İyulun 8-də Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi, iyulun 15-də isə Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 50 illiyi münasibətilə tədbirlər keçirilmişdir.

2 avqust tarixdə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə “2 Avqust - Azərbaycan Kinosu Günü”nə həsr olunmuş tədbir keçirilmiş, “Axırıncı namaz” qısametrajlı bədii filminin təqdimatı olmuş və “Miras” bədii-sənədli filmi nümayiş etdirilmişdir.

23 sentyabr tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Milli Dram Teatrında Naxçıvan teatrının 140-cı mövsümünün açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşa göstərilmişdir.

Oktyabrın 18-də “Müstəqilliyin Bərpası Günü” münasibətilə muxtar respublikanın rayonlarında rayon ictimaiyyəti üçün rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil edilmişdir.

Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adının verilməsi ilə bağlı muzeyin ekspozisiyası yenidən qurulmuş, oktyabrın 22-də görkəmli sənətkarın anadan olduğu gün – Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olmuşdur.

Oktyabrın 24-də – “Hüseyn Cavid Poeziya Günü” münasibətilə görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubiley tədbiri keçirilmiş, tədbir Hüseyn Cavid məqbərəsinin ziyarət edilməsi ilə başlanmış, Naxçıvan Dövlət Milli Dram Teatrında davam etmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırladığı eyniadlı tamaşa tamaşaçılara təqdim edilmişdir.

Noyabrın 8-də “Zəfər Günü” münasibətilə muxtar respublikanın rayonlarında rayon ictimaiyyəti üçün rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil edilmişdir.

Noyabrın 18-də Nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında keçirilən “Əl işləri sərgi-müsabiqəsi”nin yekun tədbiri keçirilmişdir. Müsabiqə qalibləri nazirliyin diplomları ilə təltif edilmişdir.

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Babək Rayon Xalq Teatrı tərəfindən görkəmli şair-dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa gənclər üçün nümayiş etdirilmişdir.

20 noyabr tarixdə “Ümumdünya Uşaq Hüquqları Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir.

22 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 08 oktyabr tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin müraciətinə əsasən Nazirliyin müvafiq komissiyası tərəfindən təqdim edilən 4 ədəd xovsuz xalçaya (kilim) ekspert baxışı keçirilmişdir.

5-9 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan “Məktəblilərin dram müsabiqəsi”nin rayon (şəhər) mərhələləri  keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Tarix Muzeyinin, Möminə Xatın Türbəsinin, Naxçıvan Dövlət Rəsm Qalereyasının və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurulmuşdur.

Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. Yanvarın 14-də Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin, mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayının, noyabrın 29-da Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binaları istifadəyə verilmişdir.  Yanvar və dekabr aylarında yeni istifadəyə verilmiş Şərur rayon Çərçiboğan, Babək rayon Sirab, Ordubad rayon Unus,  Pəzməri və Kələki kənd mərkəzlərində müvafiq kənd kitabxana filiallarının,  kənd mədəniyyət evlərinin və klublarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Haliyədə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Şərur Rayon Mərkəşləşdirilmiş Kitabxana Sisteminin binasında tikinti işləri başa çatmışdır. Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində  təmir-bərpa, Ordubad şəhər Came məscidində bərpa  işləri aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 5 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində olan musiqi kollektivləri tərəfindən “28 May - Müstəqillik Günü” və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə rayonlarda keçirilən bayram tədbirlərində konsert proqramları təqdim edilmişdir. Oktyabrın 18-də “Müstəqilliyin Bərpası Günü” və noyabrın 8-də “Zəfər Günü” münasibətilə muxtar respublikanın rayonlarında rayon ictimaiyyəti üçün rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə birgə iş diqqətdə saxlanılmış, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə bir sıra tədbirlər keçirilmişdir.

Dövr ərzində Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisasları üzrə təhsil alan tələbələrin, həmçinin rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin xalq teatrlarının gənc üzvlərinin iştirakı ilə “Naxçıvan teatr tarixi: 1883-2022” adlı tədbir keçirilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin “aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “bədii yaradıcılıq işi” ixtisaslarında təhsil alan tələbələr üçün 1 ustad dərs, Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə muzeylərdə 7 açıq dərs,  Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 9 açıq dərs keçirilmiş, tələbələrlə 6 kitab müzakirəsi təşkil edilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə dair 5 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir.

Fevral-may aylarında Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix,  turizm və otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Musiqi Kollecinin kitabxana və informasiya təminatı ixtisası üzrə III kurs tələbələrinin Nazirliyin sistemində olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında təcrübə keçməsi təmin olunmuşdur. Həmçinin 14 noyabr-30 dekabr tarixlərdə “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə 3-cü kurs tələbələrinin və 21 noyabr-6 dekabr  tarixlərdə Naxçıvan Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, hesabat dövründə ümumilikdə 46 tədbir olmuşdur.

İstiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Əhməd Cavad –130” başlıqlı sərgi təşkil edilmiş, 5 may tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında müzakirə keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, dövr ərzində ərzində ümumilikdə  52 tədbir keçirilmişdir.

Hüseyn Cavidin 140 illik yubileyi ilə bağlı 19 oktyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində (Hüseyn Cavidin Ev Muzeyində təmir-bərpa işləri aparılır) “Hüseyn Cavid” mövzusunda interaktiv dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Həmçinin, Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı Hüseyn Cavidin “Topal Teymur” əsəri istehsalata buraxılmışdır.

Həmçinin, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Hüseyn Cavid guşəsi” zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon, şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərində “Hüseyn Cavid – 140” başlıqlı sərgilər təşkil edilmiş, tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən İbrahimov Bəhlul İmran oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində, Bədəlov Əkbər Həsənqulu oğluna  Babək   rayonunun ərazisində yerləşən Meydantəpə antik dövr yaşayış yerində və ətraf ərazilərdə, AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Sədərək  rayonunun Qarağac kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerində və Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerində kəşfiyyat işləri və arxeoloji tədqiqat, Babək   rayonunun Sirab kəndi yaxınlığında Uçan ağıl yaşayış yerində qazıntı, Baş yurd və Osmantəpədə kəşfiyyat işləri aparmaq üçün verilən 5 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmiş, aparılan arxeoloji qazıntı və kəşfiyyat işlərinin hesabatları Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan dövlət teatrları fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan”, Ş.Perronun “Çəkməli Pişik”, Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir”, C.Məmmədquluzadənin “Saqqallı uşaq” və Qrimm Qardaşlarının “Bremen musiqiçiləri” tamaşalarının məşqləri aparılmış, il ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, H.Cavidin “Topal Teymur” əsəri əsasənda hazırlanan eyniadlı tamaşalara, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan”, Asim Yadigarın “Şir və çaqqal”, Şarl Perronun “Çəkməli pişik”. Şirzad Abutalıbovun “Turp”,  Yapon xalaq nağıllarının motivləri əsasında səhnələşdirilən “Yaxşılıq itmir” tamaşalarına, Naxçıvan Dövlət Uşaq Teatrında Qrimm Qardaşlarının “Bremen musiqiçiləri” və C.Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi əsasında səhnələşdirilən tamaşalara ictimai baxış keçirilmiş və tamaşalar repertuara daxil edilmişdir.

Dövr ərzində teatrların muxtar respublikanın rayonlarına qastrol səfərlərinə start verilmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının Karel Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşanı Şərur, Sədərək, Babək, Ordubad, və Culfa rayon mədəniyyət saraylarında, Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan tamaşanı Kəngərli, Şahbuz və Şərur rayon mədəniyyət saraylarında, N.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanan tamaşa Babək və Culfa rayonlarında, Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanan tamaşa Şahbuz və Ordubad  rayon mədəniyyət saraylarında, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanan tamaşası Sədərək və Kəngərli rayon mədəniyyət saraylarında ictimaiyyətə təqdim olunmuşdur.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Sədərək, Şərur, Kəngərli, Culfa və Şahbuz rayonunda “Qoğalın sərgüzəşti” tamaşası ilə qastrol səfərində olmuşdur.

Dövr ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 8-i xeyriyyə olmaqla ümumilikdə 44, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 6-ı xeyriyyə olmaqla 97, Naxçıvan Dövlət Uşaq Teatrında isə 4-ü xeyriyyə olmaqla 18 tamaşa nümayiş etdirilmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı iyunun 21-də “Ağbulaq” İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalardan parçalar göstərmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən tamaşalar təhvil verilmiş və ictimaiyyətə təqdim edilmişdir. Belə ki, 20 may tarixdə Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Süleyman Ələsgərovun “Durna” musiqili komediyasını, iyunun 7-də Şahbuz Rayon Xalq Teatrı Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, iyunun 8-də Naxçıvan Şəhər Xalq Teatrı Salam Qədirzadənin “Bığ” və iyunun 9-da Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşalarını təhvil vermişdir. İyulun 19-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon ictimaiyyətinə təqdim edib. Tamaşa 29 iyul tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında nümayiş olunub. Müəyyən olunmuş qrafikə uyğun olaraq Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşanı 26 avqust tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında, 9 sentyabr tarixdə isə Naxçıvan Dövlət Uşaq Teatrında  tamaşaçılara  təqdim etmişdir. Qeyd olunanlarla yanaşı Şahbuz Rayon Xalq Teatrı T.Seyidovun “Qarabağ şikəstəsi”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı Ə.Nesinin “Öldür məni can ciyər”, Babək Rayon Xalq Teatrı Mirzağa Atəşin “Şərəfin sandığı” və Ordubad Rayon Xalq Teatrı B.Afətlinin “Vətənin qəhrəmanı” əsəri əsasında hazırlanan yeni tamaşaları rayon ictimaiətinə təqdim etmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmış, kollektivlər bir sıra dövlət tədbirlərinin bədii hissəsində konsert proqramları ilə çıxış etmişdir. Belə ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 23-24 aprel tarixlərdə keçirilən “Kətə festivalı”nda, 4-5 iyun tarixlərdə keçirilən “Göycə” festivalında, 4-6 noyabr tarixlərdə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında və 15-16 oktyabr tarixlərdə keçirilən “Arıçılıq məhsulları - bal Festivalı”nda 8 konsert proqramı ilə çıxış etmişdir.

07 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Şərq döyüşləri karate turnirinin, 13 may tarixdə Şərq döyüşləri boks turnirinin, həmçinin şahmat turnirinin bağlanış mərasimlərində konsert proqramları ilə çıxış etmişdir. Bundan əlavə 13 may tarixdə “Təbriz” restoranında Mahnı və Rəqs Ansamblı tərəfindən 15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbirdə, mayın 24-də Biznes Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri ilə əlaqədar keçirilmiş tədbirin bədii hissəsində, Mahnı və Rəqs Ansamblı tərəfindən 23 iyun tarixdə “Duzdağ” oteldə “Nuh diyarı – Naxçıvan” infoturunda, “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar 14 oktyabr tarixdə Sədərək rayonunda, “Dövlət Bayrağı Günü” münasibətilə  9 və 17 noyabr tarixlərdə Şərur və Şahbuz Rayon Mədəniyyət Saraylarında, 22 noyabrda isə “Naxçıvan” Universitetində keçirilən “Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı elmi konfransda konsert proqramı ilə çıxış etmişdir.

Bundan əlavə, oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış etmiş, oktyabrın 10-da isə “Duzdağ” otelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin ifasında musiqi və rəqs nömrələri təqdim edilmişdir.

Nazirliyin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin “18 sentyabr – Milli Musiqi Günü” ilə əlaqədar muxtar respublikanın rayonlarında konsert proqramları təşkil olunmuşdur. Belə ki, Mahnı və Rəqs Ansamblının sentyabrın 5-də Ordubad rayonunda, Estrada Orkestrinin sentyabrın 6-da Kəngərli rayonunda, 10-da Şahbuz rayonunda, Kamera Orkestrinin isə sentyabrın 8-də Culfa rayonunda konsertləri keçirilmişdir.

Bundan əlavə dekabrın 1-də Naxçıvan Musiqi Kolleci  və Naxçıvan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Hakim Məmmədlinin tar və simfonik orkestr üçün yazdığı üç hissəli “Konsert” kitabının təqdimatı keçirilmişdir. Bundan əlavə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında filarmoniyanın yeni yaradılmış Estrada ansamblının 23 dekabrda bilet satışı ilə, 27 dekabrda isə xeyriyyə məqsədli konsertləri təşkil olunmuş, 29 dekabr tarixdə isə bəstəkar Nəriman Məmmədovun 95 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilmişdir.   “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyası tərəfindən Naxçıvan şəhərinin mərkəzi meydanında 31 dekabr tarixdə fonoqram musiqi səsləndirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı da iş aparılmış, aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 18 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Hesabat dövründə muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması”, “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər”, “Muzey fondlarının tərkibi”, “Muzey ekspozisiyalarının təhvil təsliminə verilən tələblər” və “Uçot nişаnlаrı. Onların muzey əşyalarının üzərinə yazılması qaydaları”, “Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər”, “Muzey sərvətlərinin qаblаşdırılmаsı və dаşınmаsı. Ümumi qaydalar”, “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” ,  “Muzey əşyalarının atributiv xassələri. Ölçülərin müəyyən edilməsi”, “Fond-satınalma komissiyasının işinin təşkili”, “Yeni daxil olan muzey əşyalarının dövrünün (tarixinin) müəyyən edilməsi” mövzularında 11 seminar-treninq keçirilmişdir.

21-25 noyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylərin fond mühafizləri üçün 5 günlük seminar keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə dövr ərzində Nazirliyin qrafikinə uyğun olaraq muzeylərin əməkdaşlarına Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən praktik köməklik göstərilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılır. İl ərzində Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 43 görüşü olmuşdur.

2022-ci il ərzində muzeylərdə 20 yanvar faciəsinin 32-ci, Xocalı soyqırımının 30-cu ildönümü, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Novruz bayramı, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Beynəxalq Muzeylər Günü, Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü, Məmməd Səid Ordubadinin 150 illiyi, “Molla Nəsrəddin” jurnalının 116-ci ildönümü, Xalq şairi Məmməd Arazın doğum və anım günləri, “27 sentyabr – Anım günü”, “8 Noyabr Zəfər Günü” münasibətilə tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Yanvar ayında Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə 3 onlayn ekskursiya olmuşdur.

Noyabr və dekabr aylarında ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şərur və Kəngərli rayon turları keçirilmişdir.

Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 25, muzeylər tərəfindən 72 tədbir keçirilmiş, 37 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş aparılmış, ümumilikdə 9 muzeydə təkrar uçot başa çatdırılmış və elektron məlumat bazası yaradılmış, 6 muzeydə təkrar uçot başa çatdırılmış və elektron məlumat bazasının yaradılması işi davam etdirilir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər tam orta məktəblərin şagirdlərinə 16 açıq dərs keçirilmişdir. İl ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 378 açıq dərs və 228 mühazirə keçirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Ötən dövr ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 4-ü onlayn ekskursiya, 3524 məlumat xarakterli olmaqla, ümumilikdə 3528 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Muzeylər tərəfindən ümumilikdə, İnstagram hesablarında 4 min 661, Facebook hesablarında 4 min 468 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 31 min 761, Facebook hesablarında isə 52 min 206 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 449 min 311 nəfər yerli, 97 min 484 nəfər əcnəbi olmaqla, ümumilikdə  546 min 795 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 1125 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 835 eksponat isə fondun yerdəyişməsi yolu ilə digər uyğun profilli muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmışdır. İl ərzində uşaq, yeniyetmə və gənclər, kitabxana və klub müəssisələrinin əməkdaşları arasında 8-i onlayn olmaqla 244 kitab müzakirəsi keçirilmişdir.

İyul ayında Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına çap məhsullarının inventarizasiyası (yenidən uçota alınması) işinin təşkili ilə bağlı 32 saatlıq metodik kurs keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən əlamətdar və tarixi günlər,  görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 365 tədbir keçirilmiş, 640 sərgi qurulmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 118, “Kitabxanaçı Günü” münasibətilə 118, “Kitabxana günü” ilə bağlı 108 tədbir keçirilmişdir.

“Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 962  tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 18 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 381 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 399 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 39 adda 312 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Nazirliyin iş planına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda seminar təşkil edilmiş, Nazirliyin iş planına əsasən Naxçıvan Dövlət Universitetində “Kitabxanalar və inkişaf edən gənclik” mövzusunda dəyirmi masa keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayon MKS-lərin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayon MKS-lərin uşaq kitabxanalarının, Naxçıvan Şəhər, Kəngərli və Sədərək rayon MKS-lərin uşaq şöbələrinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər, Şərur, Babək, Culfa, Şahbuz, Kəngərli, Ordubad və Sədərək rayon MKS-lərdə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Şərur, Şahbuz, Culfa, Babək və Ordubad rayon MKS-lərin uşaq kitabxanalarında, Naxçıvan və Kəngərli, Sədərək rayon MKS-lərin uşaq şöbəsində ezamiyyədə olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Dövr ərzində 1313 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 2916 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 945, Facebook səhifələrində 15 min 531 olmuşdur.

Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 139 adda 1542 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 35 adda 600 nüsxə, Kitabxana kollektorundan 40 adda 1842 nüsxə olmaqla, ümumilikdə 209 adda 3934 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 3574 adda 5970 nüsxə çap məhsulu daxil olmuşdur.

Kitabxanalarda yeni oxucu sayı 11 min 720, oxucu gəlişi 480 min 895, kitab verilişi isə 547min 935 nüsxə olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 5 min 902 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 7-yə çatdırılmışdır.

Şəbəkəyə 557 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 208-ə çatdırılmışdır. İl ərzində elektron kitabxanadan 3 min 357 lokal, 3 min 942 qlobal olmaqla, ümumilikdə, 7 min 299 oxucu istifadə etmişdir.

Kitabxanalarda ümumilikdə 8-i onlayn olmaqla, 2120 tədbir keçirilmişdir.

Klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Mart ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klub müəssisələri əməkdaşlarının iştirakı ilə “Milli mədəni irsimizin yaşadılması və təbliğində klub müəssisələrinin rolu” adlı dəyirmi masa, sentyabr ayında “Klub müəssəsələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıq”la bağlı seminar-müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində olan klub müəssisələrinin dərnək üzvləri arasında aprel ayında “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi və iyun ayında “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqələri keçirilmişdir.

Hesabat dövrü ərzində rayon mədəniyyət idarə və şöbələri tərəfindən “28 May - Müstəqillik Günü” və “15 İyun - Milli Qurtuluş Günü”, “18 Sentyabr – Milli Musiqi Günü”, “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”, “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü”, “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl” və s. münasibətilə tədbirlər keçirilmiş, tabeliyində olan musiqi kollektivləri tərəfindən konsert proqramları təqdim edilişdir.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 186 tədbir keçirilmiş, 255  sərgi qurulmuşdur.

Heydər Əliyev Sarayı tərəfindən 16 adda 128 metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1  ssenari və 3 aparıcı mətni mətni hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 42 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Şəhər və rayon mədəniyyət idarə və şöbələri tərəfindən sosial şəbəkələrdə 1815 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 513 paylaşım edilmiş , 5 min 892 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 1302 paylaşımın 7 min 127 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, aprel-sentyabr aylarında Sədərək, Şahbuz, Culfa, Şərur, Ordubad, Kəngərli və Babək rayonlarında “Xalq Yaradıcılığı Günü” çərçivəsində rayon mədəniyyət sarayları, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmış, çəkilmiş materiallar əsasında  77, ümumilikdə 99  material hazırlanmış və Nazirliyin You Tube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Şərur rayonda fəaliyyət göstərən  mədəniyyət evi, klub və kitabxanaların əməkdaşlarının iştirakı ilə Tərifə Kərimovanın “Vətən Sevgisi” adlı psixoloji dramı əasında hazırlanmış tamaşa 27 sentyabr tarixdə Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Naxçıvan şəhər, Şahbuz, Babək, Ordubad, Culfa, Şərur və Sədərək rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Mərkəz tərəfindən tədbirlər, həmçinin Naxçıvan şəhəri və Şərur rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları üçün “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminarlar təşkil edilmiş, ssenari mətnləri hazırlanmışdır.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 22, ümumilikdə 41 material hazırlanmış, 194 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 985,  Facebook izləyicilərinin sayı isə 945 olmuşdur.

Elmi-Metodik Mərkəz və klub müəssisələrində 421 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2022-ci il ərzində 214 adda 1216 ədəd 13 min 42 manatlıq iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə fevral ayında elan edilən “Milli mənəvi dəyərlərimiz” mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsinə may ayında yekun vurulmuş, müsabiqə qalibləri  mükafatlandırılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 10 illik yubileyinə həsr olunmuş konsertin və Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının hazırladığı “Əliqulu evlənir” tamaşasının, həmçinin Naxçıvan Dövlət Film Fondu Sədərək, Şahbuz, Culfa, Babək, Ordubad və Şərur  rayon  mədəniyyət evlərinin hazırladığı xalq yaradıcılığı nümunələrinin çəkilişini çəkilişi həyata keçirilmişdir.

Naxçıvan Şəhər Təhsil İdarəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi olmuş, “Kino günləri” layihəsi çərçivəsində Naxçıvan şəhər, Culfa, Şərur, Şahbuz, Ordubad, Babək, Sədərək, Kəngərli rayonlarında rayon mədəniyyət sarayları və kənd mərkəzlərində, Naxçıvan şəhərində “Əyləncə adası” İstirahət Parkında açıq havada və Naxçıvan Dövlət Film Fondunda muxtar respublika sakinlərinə, Nazirliyin Gənclər Təşkilatının üzvlərinə,   Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, hərbi hissələrin əsgər və zabitləri üçün, Turist Diyarşünaslıq və  Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinə film nümayişləri təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondunda 28 may tarixdə “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlara “Bir qalanın sirri” bədii filmi nümayiş olunmuşdur.

Film Fond tərəfindən il ərzində “Kino günləri” layihəsi çərçivəsində 28, ümumtəhsil məktəblərinin şagirdləri üçün 11, Hərbi Liseyin kursantları üçün 32, sağlamlıq imkanı məhdud uşaqlar üçün 1, ali və orta ixtisas məktəblərinin tələbələrinə 3, digər tədbirlərdə isə  15 film olmaqla, ümumilikdə 90 film nümayişi olmuş, Xalq yaradıcılığı ilə bağlı 77 və çəkilmiş materiallarla bağlı isə 85 olmaqla, ümumilikdə 162 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında  paylaşılmaq üçün 1547 material hazırlanmış, 3094 paylaşım edilmiş, 1647 izləyici sayı olmuşdur.

İl ərzində Film Fonda 41 film, 1345 fotoşəkil, 16 kitab, 4 jurnal daxil olmuşdur. Naxçıvan Dövlət Film Fondunda filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri keçirilmiş, müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər təşkil edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə 2022-ci ildə birgə keçirəcəyi tədbirlər planına uyğun olaraq 11 mart tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 17 mart tarixdə isə Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivlərinin Naxçıvan Musiqi Kollecinin kollektivi ilə görüşləri keçirilmiş, konsert proqramı təqdim edilmişdir. Bundan əlavə dekabr ayında Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində, Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbində, Ordubad Şəhər Uşaq Musiqi Məktəbində və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun tələbələrinin bəstəkarın əsərlərindən ibarət sinif konsertləri keçirilmişdir.

Naxçıvan Dövlət Universiteti ilə birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin 8 apreldə Sədərək Rayon Uşaq Musiqi Məktəbində, 15 apreldə Kəngərli Rayon Uşaq Musiqi Məktəbində və 22 apreldə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində, 14 may tarixdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində, 19 may tarixdə isə Culfa Şəhər Uşaq Musiqi Məktəbinin kollektivi ilə görüşü və konsert proqramları təşkil edilmişdir. Bundan əlavə 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar 15 sentyabr 2022-ci il tarixdə rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin müdirləri və musiqi təhsili müəssisələrinin direktorlarının iştirakı ilə Nazirlikdə müşavirə keçirilmiş və müvafiq tapşırıqlar verilmişdir. Dövlət İmtahan Mərkəzi ilə birgə 15 iyul 2022-ci il tarixdə musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin 13 və 14 sentyabr tarixlərdə müsahibə mərhələsi keçirilmiş və bu mərhələni müvəffəqiyyətlə keçən 30 nəfər müəssisələrdə ixtisasları üzrə işlə təmin edilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin 2022-2023-cü tədris ili  üzrə qrafikinə uyğun olaraq  oktyabr ayından başlayaraq Ordubad Şəhər Uşaq Musiqi Məktəbində, Culfa Şəhər Uşaq Musiqi Məktəbində və Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində ustad dərslər, Culfa şəhər və Şahbuz rayon uşaq musiqi məktəblərində müxtəlif ixtisaslar üzrə açıq dərslər və Şahbuz Rayon Uşaq Musiqi Məktəbində metodik dərs keçirilmişdir.

Dekabrın 14-də Culfa Rayon Mədəniyyət Sarayında “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin gənc müəllimləri tərəfindən hazırlanmış konsert proqramı təqdim edilmişdir.

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni il  münasibətilə Naxçıvan, Şərur, Babək, Şahbuz rayon mədəniyyət idarə və şöbələrinin nəzdində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində hesabat konsertləri keçirilmişdir.

İl ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin keyfiyyəti artırılmış, gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Bu işlərə əsasən kitab müzakirələri, ədəbi-bədii, musiqili və maarifləndirici tədbirlər, intellektual bilik yarışları, həmçinin ekskursiyalar daxildir.

Azərbaycan ədibləri ilə yanaşı xarici yazıçıların əsərlərinin də müzakirə olunduğu onlayn və ənənəvi kitab müzakirələrində gənclər tərəfindən il ərzində 4 əsər mütaliə edilmişdir. Bu əsərlərə R.Taqorun “Fəlakət”, Q.Səidin “Əli və Nino”, İ.Əfəndiyevin “Söyüdlü arx” və “Xurşudbanu Natəvan” əsərləri daxildir. Naxçıvan Dövlət Film Fondunda gənclər üçün “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “Tanımadığımız tanışlar”, Paul Feigin “Bir şans daha”, Maykl Qreysinin “Görkəmli şoumen” və Ülviyyə Könülün “Həddən artıq uyğunluq” filmləri nümayiş etdirilmişdir.  8 aprel tarixdə Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisası üzrə təhsil alan tələbələrin, həmçinin rayon (şəhər) mədəniyyət şöbələrinin xalq teatrlarının gənc üzvlərinin iştirakı ilə keçirilən “Naxçıvan teatr tarixi: 1883-2022”, 30 may tarixdə Ordubad rayonunun Dırnıs kəndində keçirilən Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı”, 25 noyabrda “Görüş yeri” kafesində keçirilən  və müasir Azərbaycan musiqiləri” adlı musiqili-tədbir gənclərin asudə vaxtının səmərəli və faydalı təşkili və dünyagörüşünün artırılması baxımından xüsusi rol oynamışdır. Eyni zamanda Naxçıvan Gənclər Fondunda Nazirliyin Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Yaşa və öyrən” intellektual bilik yarışı və Naxçıvan Dövlət Film Fondu tərəfindən təşkil olunan “Bu kino ki var” adlı kinoviktorina gənclər arasında sevilən tədbirlərdən olmuşdur. Sadalananlarla yanaşı Naxçıvanı tanıyaq və tanıdaq devizi altında 15 aprel tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri Ordubad rayonunda yerləşən tarixi mədəniyyət müəssisələrinə ekskursiyası təşkil edilmişdir.

İl ərzində Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 243 xəbər, 89 məqalə olmaqla, ümumilikdə 332 material işlənmişdir.

Nazirliyin You Tube kanalına hesabat dövründə 38 videomaterial yerləşdirilmiş, bu günədək 3 min 320 abunəçi, 450 min 812 izlənmə sayı olmuşdur.

Dövr ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmiş, Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 260-a çatmış, 453 paylaşım edilmişdir. Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 800 olmuş, səhifədə 459 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 142 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 895 nəfər olmuşdur.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmış,  Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən media resursları ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 132, digər media resurslarında 33 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 77, şəhər və rayon qəzetlərində 16 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə Heydər Əliyev Sarayında keçirilən konserti ölkənin müxtəlif informasiya agentlikləri və saytlarında işıqlandırılmışdır.

Konsert haqqında “Respublika”, “Səs” və “Mədəniyyət” qəzetlərinin hər birində 1 xəbər materialı dərc olunmuş, “sia.az” saytında 1 məqalə işıq üzü görmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı isə “Azərtac” İnformasiya Agentliyinin saytında işıqlandırılmışdır.

İl ərzində müxtəlif kütləvi informasiya vasitələrində Nazirliyin və Nazirliyin sistemində olan müəssisələrin əməkdaşlarının  muxtar respublikanın mədəniyyət və incəsənəti ilə bağlı  24 məqaləsi dərc olunmuşdur.

Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin və Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 15 nəfər iştirak edib, 35 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 145 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri 2022-ci il ərzində davam etdirilmişdir. Belə ki, il ərzində Nazirliyə 255-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 1252 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 176-ı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 696 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 564 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

İl ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Belə ki, Nazirliyin Aparatına 1 nəfər olmaqla mədəniyyət müəssisələrinə ümumilikdə, 316 nəfər işə qəbul edilmişdir.

İl ərzində ərzində Nazirliyin 11 kollegiya iclası keçirilmiş və 13 məsələ müzakirə edilmişdir.