Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2023-CÜ İLİN İYUL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyulun 13-də “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birbaşa tabeliyində olan və sistemində fəaliyyət göstərən müəssisələrdə əmək və icra intizamına nəzarət, davranış və geyim etikasına əməl edilməsi, işin günün tələbləri səviyyəsində qurulmasının vəziyyəti barədə” müşavirə keçirilmişdir.

İyulun 20-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Nazirliyin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimatı olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu  fəaliyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə filarmoniyaya “muxtar respublika” statusu verilmiş, bununla bağlı 21 iyul tarixdə təqdimat mərasimi kerçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin iyul ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. Belə ki, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərdə və kitabxanalarda olan Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən rəsm əsərləri, kitab, məlumat və fotoşəkillərin siyahısı hazırlanmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş və “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı sərgi təşkil edilmişdir.

Bundan əlavə, Nazirliyin sistemində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Şahbuz rayonunun Ayrınc kəndlərində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanmışdır. Toplanmış materiallar istifadə üçün Azərbaycan Milli  Elmlər Akademiyası Naxçıvan Bölməsinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilməsi məqsədilə 20 iyul tarixdə aid təşkilatlarla birgə AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Maliyyə nazirliklərinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Naxçıvan şəhəri ərazisində olan Tumbultəpə yaşayış yerində və Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində aparılan arxeoloji qazıntı və kəşfiyyat işlərinə baxış keçirilmişdir.

İyul ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu davam etdirilmişdir. 3-7 iyul tarixlərdə Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq İncəsənət Festivalı”nın II regional mərhələsi təşkil olunmuşdur. Festivalın ikinci mərhələsində muxtar respublika üzrə I mərhələdə 16 nominasiya üzrə uğur qazanmış 128 fərdi iştirakçı və 7 kollektiv iştirak etmişdir.

3 iyul 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev ili” ilə bağlı Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Zülfiyyə Hüseynovanın solo konserti keçirilmişdir.

7 iyul tarixdə Şahbuz Şəhər “Araz” Kinoteatrında Şahbuz Rayon Mədəniyyət Şöbəsi, Şahbuz Rayon MKS və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ordu dövlətçiliyin simvoludur”, 26 iyul tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında Ordubad Rayon Mədəniyyət İdarəsi və Ordubad Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycana qayıdışı”, Naxçıvan Şəhər MKS-nin Mərkəzi Kitabxanasında Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və Naxçıvan Şəhər MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”  adlı tədbirlər  keçirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı kitabxanalarda 3 tədbir təşkil edilmişdir.

06 iyul tarixdə Kəngərli Rayon Mədəniyyət Şöbəsi və Qarabağlar Türbə Kompleksinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və tarixi abidələrimiz”, Şahbuz Rayon Mədəniyyət Şöbəsi və  Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 11 iyul tarixdə “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı tədbirlər keçirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı muzeylərdə ay ərzində 2 tədbir keçirilmişdir.

İyulun 7-də Babək Rayon Mədəniyyət Sarayında klub müəssisələrinin əməkdaşları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Mədəniyyətimiz milli-mənəvi dəyərimizdir” adlı intellektual oyun, iyulun 11-də Şərur Rayon Mədəniyyət Sarayında “Mədəniyyətə həsr edilmiş ömür”, iyulun 14-də Culfa Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, 21 iyul tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nehrəm Qəsəbə Mərkəzində “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan mətbuatı”, 27 iyul tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında “Mədəniyyətin inkişafında Heydər Əliyev qayğısı” adlı tədbirlər, iyulun 28-də Culfa Rayon Mədəniyyət Sarayında “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilmişdir. İyul ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 6 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı iyul ayı ərzində ümumilikdə, 13 tədbir keçirilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir sıra işlər görülmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi iyul ayının 13-dən 17-dək Türkiyədə qastrol səfərində olmuşdur. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyevin türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdeki cinnet ” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə qastrola çıxan kollektiv qardaş ölkənin Ege bölgəsində, Sardes, Foça və İzmir şəhərlərində tamaşanı teatrsevərlərə təqdim etmişdir. Bundan başqa, kollektiv Sardesdə keçirilən  VIII Beynəlxaq Dionis Teatr və Təlim Düşərgəsinə də qatılmış, teatr kollektivinin aktyorları türkiyəli mütəxəssislər tərəfindən teatrla bağlı təşkil olunan təlimlərdə iştirak etmişlər.

10 iyul tarixdə Azərbaycan və Türkiyə prokurorlarının sərhədyanı əməkdaşlığı məqsədilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının  Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə iyulun 13-də Naxçıvan Dövlət Rəsm Qalereyasında muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Təsviri sənət əsərlərinin uçot-mühafizəsi və onlara uçot nişanının vurulması qaydaları” mövzusunda seminar-treninq təşkil olunmuş, 20 iyul tarixdə  Heydər Əliyev Muzeyində “Muzey bələdçisinin hüquq və vəzifələri. Davranış və geyim etikasına verilən tələblər” mövzusunda seminar keçirilmişdir.

14 iyul tarixdə Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 51-ci ildönümünə həsr olunmuş tədbir keçirilmiş, 25-30 iyul tarixlərdə Cəmşid Naxçıvanski Muzeyində Hüseyn xan Naxçıvanskinin anadan olmasının 160 illiyi ilə əlaqədar sərgi qurulmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kürçülü kənd, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Nursu kənd, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qıvraq qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü təşkil olunmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 6 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 350 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 362, Facebook səhifələrində 360 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 29 min 69, Facebook hesablarında isə 48 min 897 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 24 min 750 nəfər yerli, 20 min 486 nəfər əcnəbi olmaqla, ümumilikdə 45 min 236 nəfər ziyarət etmiş, muzeylərə 7 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

İyul ayında  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Milli Mətbuat və Jurnalistika Günü”, Avstriya yazıçısı Frans Kafkanın anadan olmasının 140 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 15 tədbir keçirilmiş, 43 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 11 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “Gəlin kitab oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək” mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə kitabxanada Avstriya yazıçısı Frans Kafkanın “Seçilmiş əsərləri” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Soraq-biblioqrafiya aparatının təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Dövri nəşrlərin uçotu, çıxarılan çap məhsullarının uçotu” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Mir Möhsün Hacı Seyid Əhməd oğlu Nəvvabın (Mir Möhsün Nəvvab) anadan olmasının 190 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

İyul ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 33 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 23 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 67 material hazırlanmış, sosial şəbəkə hesablarında 209 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 637, Facebook səhifələrində 17 min 804  olmuşdur.

İyul ayında Nazirliyə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 109 adda 138 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 78, oxucu gəlişi 8 min 829, kitab verilişi isə 55 min 528 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 137 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 444-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 558-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 388 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə etmək mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 2-si onlayn olmaqla 81 tədbir keçirilmişdir.

İyul ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Babək Rayon Mədəniyyət İdarəsi tərəfindən Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının yaradılmasının 14-cü ildönümü, Ordubad Rayon Mədəniyyət İdarəsi tərəfindən Xalq artisti Ramiz Əzizbəylinin 75 illiyi, Şahbuz Rayon Mədəniyyət Sarayında "Milli Mətbuat və Jurnalistika Günü" ilə bağlı "Azərbaycan mətbuatının inkişaf tarixi" mövzusunda və s. münasibətilə tədbirlər keçirilmişdir. İyul ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 11 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

Qeyd olunan tədbirlərlə yanaşı, 10 iyul tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayı tərəfindən Qabıllı Kənd Mədəniyyət Evində şəhid ailələri və qazilərin iştirakı ilə “Vətənpərvərlik nədən başlanır” adlı tədbir, iyulun 19-da Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşlar və müəssisə rəhbərlərinin iştirakı ilə Babək Rayon Mədəniyyət Sarayında "Əmək və icra intizamı, xidmət sahəsində çalışanların etik davranış qaydaları, tədbirlərin səmərəliliyinin artırılması, mədəni-kütləvi tədbirlərlə bağlı sənədlərin hazırlanması" mövzusunda seminar-müşavirə, 26 iyul tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında klub müəssisələri əməkdaşlarının iştirakı ilə “Müəssisələrdə yeni dərnəklərin yaradılması və mövcud dərnəklərin fəallığının artırılması” mövzusunda seminar keçirilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Şahmar Ələkbərov və Vasif Adıgözəlovun yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 69 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 32 paylaşım edilmiş, 4 min 645 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 37 paylaşımın 7 min 152 izləyicisi olmuşdur.

İyul ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 1000, Facebook izləyicilərinin sayı isə 1028 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 17 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1 min 475 manatlıq 13 adda 127 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə 19 iyul tarixdə “Qərib cinlər diyarında” bədii filminin, 26 iyul tarixdə cizgi filmlərinin nümayişi təşkil olunmuşdur.

Ay ərzində iki dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində  2 film nümayiş olunmuş, sosial şəbəkə hesablarında  254 paylaşım edilmiş, 1 min 686 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dövr ərzində Nazirliyin yeni "nculture.gov.az" internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır. Hazırda saytın bölmələrinin hazırlanması, axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün işlər davam etdirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 12 xəbər, 4 məqalə olmaqla, ümumilikdə 16 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 4 min 40, görüntüləmə sayı 651 min 18 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyul ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 475-ə çatmış, 40 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 770 olmuş, səhifədə 41 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 5 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 928 nəfər olmuşdur.

İyul ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 7, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2, digər informasiya resurslarında 21 xəbər  materialı yer almışdır.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Culfa Rayon Mədəniyyət Sarayının direktoru  Səriyyə Salahovanın “Vedibasar” qəzetində “Tarixi Qələbənin böyük sevinci” məqaləsi, “İki sahil” qəzetində “Qəhrəmanlar yurdu”, “Qanları ilə tarix yazan igidlər”, “Naxçıvan canavarı” ləqəbli qəhrəman”, “Milli mətbuatımız 148 yaşında” adlı məqalələri yer almışdır.

Dövr ərzində Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 10 nəfər və Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Naxçıvan teleradiosunda gedən verilişlərdə iştirak etmiş, 2 nəfər REAL TV, 1 nəfər Baku tv, 1 nəfər Türkiyənin “Son mühür” televiziyası üçün müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 3 xəbər süjeti efirə verilmişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 3 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyul ayı ərzində də davam etdirilmişdir. Belə ki, iyul ayı ərzində Nazirliyə 27-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 231 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 30-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 74 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 150 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 29 nəfər işə qəbul edilmişdir.

İyul ayı ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.