Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının
ƏSASNAMƏSİ
1. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası dövlət siyasətini həyata keçirən elmi-mədəni informasiya müəssisəsi olub, uşaq və yeniyetmələrə (məktəbəqədər, I-XI sinif şagirdlərinə) kitabxana xidməti göstərir, onların elmi biliklərə dərindən yiyələnmələrində, intelektual səviyyələrinin inkişafına məktəb və valideynlərlə bərabər məsuliyyət daşımaqla uşaqların mütaliyəsinin sistemli şəkildə təşkilinə xidmət edir.
2. Uşaq Kitabxanası sistemində kitabxana.
Tabeliyindən asılı olmayaraq Naxçıvan Muxtar Respublikası ərazisində uşaqlarla işləyən Şəhər-Rayon MKS-nin uşaq şöbələrinə və ümumitəhsil müəssisələrinin kitabxanalarına elmi-metodiki köməkliklər göstərmək üçün metodiki mərkəz rolunu oynayır.
Uşaq və yeniyetmələrin mütaliəsinə rəhbərlik edənlər üçün kitabla iş üzrə biblioqrafik mərkəz, uşaq və yeniyetmələr üçün ölkəşünaslıq üzrə tövsiyyə biblioqrafiyasının mərkəzidir.
2.1. Kitabxananın fondu Muxtar Respublikanın vahid kitabxana fondunun tərkib hissəsidir, dövlət mülkiyyətidir və dövlət tərəfindən mühafizə olunur.
2.2. Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının Dövlət və hökümət qərarlarını, fəaliyyətdə olan qanunları, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” qanunun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əmr və təlimatlarını və hazırki nizamnaməni rəhbər tutur.
2.3. Kitabxana öz metodiki, tədqiqat və biblioqrafik fəaliyyətini, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, həmçinin Muxtar Respublikada fəaliyyət göstərən Ali təhsil müəssisələri kitabxanalarının metodiki mərkəzləri ilə əlaqələndirir.
2.4. Kitabxanadan hər kəs istifadə edə bilər. Oxuculara göstərilən kitabxana və sorğu-biblioqrafiya xidməti pulsuzdur.
2.5. Kitabxana Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur və bilavasitə onun tabeliyindədir.
2.6. Kitabxana Naxçıvan Muxtar Respublikası büdcəsinə daxildir, qanuni olaraq hüquqi şəxs kimi çıxış edir və möhürü var.
3. Kitabxananın əsas vəzifəsi və funksiyaları.
3.1. Kitabxana uşaq və yeniyetmələrin ideya siyasi, əxlaqi tərbiyyəsinin, onların elmi cəhətdən yetkin, hərtərəfli vətəndaşlar kimi böyüməsindən ötrü, bədii ədəbiyyatın mütaliəsinə maraqlarının artırılmasına və əldə etdikləri həyati və elmi biliklərin həyat yaşamlarında istifadəsinə yönəltməkdən ötrü Respublikada və o cümlədən dünyada çap olunan ədəbiyyatların fondlarda qanuna uyğun şəkildə toplamaqla oxucuların istifadəsinə sistemli şəkildə vaxtında çatdırmağa və ədəbiyyatların təbliğinə xidmət edir.
3.2. Kitabxana təhsil müəssisələrinə şagirdlərin təhsil, tərbiyə peşəyönümünün, onların yaradıcılıq fəaliyyətini, əmək vərdişlərinin, dərketmə qabliyyətinin, təhsilə və ictimai vəzifələrə şüurlu münasibətlərinin inkişafında köməklik göstərir və onlarla birgə işləyir.
3.3. Kitabxana Muxtar Respublikada fəaliyyət göstərən Şəhər-Rayon MKS-nin Uşaq şöbələrinin və təhsil müəssisələrindəki kitabxanalarının oxucu kontingentinin daim artırılmasına, uşaq və yeniyetmələrin kitabxanalara cəlbinə köməklik göstərir.
3.4. Uşaq Kitabxanalarında uşaq və yeniyetmələrə diferensiallaşdırılmış kitabxana xidmətini və yaş xüsusiyyətləri müxtəlif olan oxucuların maraqları nəzərə alınmaqla onların mütaliəsinə rəhbərliyi təşkil edir.
3.5. Şəhər-Rayon MKS-nin uşaq şöbələri və ümumtəhsil məktəbləri kitabxanaçıları öz işlərini günün tələbləri səviyyəsində qurmalarına, onların kitabxana işinə dair yeniliklərə vaxtında tanış etmək məqsədilə seminarlarını təşkil edir, vaxtaşırı olaraq onları metodiki vəsaitlərlə təmin edir.
3.6. Naxçıvan Muxtar Respublikasının Səhiyyə müəssisələrinin uşaqlara xidmət sahələrində, məktəbdənkənar tədris müəssisələrində və ümummiyyətlə uşaq və yeniyetmələrlə işləyən bütün müəssisələrdə kitabxananın səyyar bölmələrini təşkil edə bilər, Muxtar Respublika ərazisindəki park, meydan, bağ, böyük ərazili məktəblərdə icra hakimiyyətlərinin razılığı alınmaqla kitab sərgiləri, kitab bayramları və hər hansı bir tarixi-əlamətdar günlərin qeyd edilməsini təşkil edə bilər.
3.7. Kitabxana oxucuların milli və yaş tərkibini nəzərə alaraq öz fondunu elmin bütün sahələrinə dair, ədəbiyyatla, uşaq mütaliəsinə rəhbərlik edənlər üçün pedoqogika, psixologiya, uşaq ədəbiyyatına dair kitablarla, kitabxana işi məsələlərinə dair sənəd və vasitələrlə, həmçinin dövrü nəşrlərlə, notlar, elektron avadanlıqlar, kompyuter və s. texniki avadanlıqlarla maksimum dərəcədə formalaşdırır, uşaqlar üçün bütün ölkəşünaslıq ədəbiyyatını toplayır və mühafizə edir.
3.8. Müəyyən olunmuş qaydada uşaq ədəbiyyatlarına ayrılmış pul vəsaiti hesabına, dövlət və hökümət vəsaiti əsasında alınıb fondlara toplanmasını, abunə yolu ilə uşaq qəzeti və jurnallarını oxuculara çatdırılmasını təmin edir, fondları lazımi vəsaitlərlə komplektləşdirir.
3.9. Kitabxanaya daxil olan bütün çap məhsullarını və digər infornasiya daşıyıcılarının kitabxana texnikası əsasında işləyir və sistemləşdirir, kataloq və kartoteka sistemi ilə onların məzmununu açır.
3.10. Fondun uçotunu, mühafizəsini və ondan istifadəyə nəzarəti təmin edir. Sanitar-gigienik cildlərinə və bərpa işələrini və digər tədbirləri həyata keçirir.
3.11. Hədiyyə verilmiş kitabları qəbul edir və həmin hədiyyəni verən şəxsin arzusunu nəzərə alaraq onları məktəb, uşaq evləri, internat, xəstəxana və uşaq kitabxanalarına göndərilir.
3.12. Muxtar Respublika ərazisində fəaliyyət göstərən uşaq kitabxanalarında (Tabeliyindən asılı olmayaraq). Uşaq və yeniyetmələrə göstərilən kitabxana xidməti haqqında, oxucuların kəmiyyət və keyfiyyəti haqqında lazımi məlumatları ildə bir dəfə olmaqla toplayır və ümumi şəkildə analiz etməkdən ötrü kitabxanaçıların toplantısını təmin edir.
3.13. Böyüməkdə olan gənc nəslin tərbiyyəsində kitabxanaların qarşısında duran vəzifələrin daha mükəmməl həllini təmin etməkdən ötrü kitab təbliğinin yeni forma və metodlarını təkminləşdirir.
3.14. Muxtar Respublikada fəaliyyət göstərən Uşaq kitabxanaları arasında qabaqcıl təcrübə işini aşkar edir, öyrənir, ümumi nəticə çıxarır, onun digər kitabxanaların fəaliyyətinə tətbiqini təşkil edir.
4. İdarəetmə, Hüquqlar, məsuliyyət
4.1. Kitabxanaya müəyyən olunmuş qaydalara əsasən yuxarı orqanlar tərəfindən təyin və azad edilən direktor rəhbərlik edir.
4.2. Kitabxananın direktoru:
- Vahid rəhbərlik qaydalarına əsasən kitabxanada işi təşkil edir və kitabxana qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa məsuliyyət daşıyır.
- Qanunlara və Dövlət intizamına riayət edilməsini, Dövlət əmlakının mühafizəsinin təşkili üçün şərait yaradılmasını təmin edir.
- Kitabxananın material texniki bazasının inkişaf etdirməklə daim təkminləşməsini, kitabxana-biblioqrafia prosseslərinin avtomatlaşdırılmasını həyata keçirir.
- Kitabxana kollektivinin adından çıxış edir, onu bütün müəssisə və təşkilatlarda təmsil edir.
- Fəaliyyətdə olan qanunlara müvafiq olaraq kitabxananın maliyyə və digər vəsaitlərini idarə edir.
- Müəyyən edilmiş qaydalara əsasən kitabxana adından müqavilələr bağlayır, etibarlılıq hüquqi əsasında kitabxanaya mal-vəsaitlərin alınmasını onların pul köçürülmələrini təmin edir, kitabxana fondlarının və digər avadanlıqlarının uçot və mühafizəsini təşkil edir və buna nəzarəti həyata keçirir.
- Əmrlər verir, şöbələr və vəzifə təlimatları haqqında əsasnaməni, kitabxanadan istifadə qaydalarını təsdiq edir.
- Əmək qanunlarına uyğun olaraq işə qəbul edir, işçilərin yerini dəyişir və işdən çıxarır. Onları mükafatlandırır və cəzalandırır.
- Kollektivin sosial tələbələrini təmin edir, onların maddi və mənəvi tələblərinin ödənilməsinə, yaradıcı imkanlarının reallaşmasına kömək edir.
- Kitabxananın şöbə, bölmələrinin və əməkdaşlarının fəaliyyətini analiz edir və ona nəzarəti həyata keçirir.
- Əməkdaşların ixtisas səviyyəsinin yüksədilməsini, kollektivdə bir-birinə istiqamət vermə sistemini təşkil edir.
- Direktor məxaric simetasını təsdiq və onda müvafiq dəyişikliklər etməyə müəyyən edilmiş qaydalara əsasən öz fondlarından ədəbiyyatı silməyə və başqa kitabxanalara əvəzsiz kitablar və digər materiallar verməyə səlahiyyətlidir.
- Yuxarı təşkilatlarla razılaşmaqla köhnə və istifadə olunmayan avadanlıqları və mebeli reallaşdırmaqla, həmçinin fəaliyyət göstərən qaydalara əsasən onları balansdan silməyə və əvəzsiz başqa müəssisələrə verməyə hüquqludur.
4.3. Direktor kitabxanada müavininin və digər rəhbər işçilərin vəzifələrini müəyyən edir.
4.4. Direktor müavini vəzifəsinə direktorun təqdimatına əsasən kitabxananın tabe olduğu yuxarı təşkilatlar tərəfindən təyin və azad edilir.
4.5. Kitabxananın direktor müavini öz səlahiyyəti çərçivəsində kitabxananın adından çıxış edir. Ona həvalə edilmiş iş sahəsi üçün kitabxananın onun tabeliyinə verilmiş şöbə və bölmələrin fəaliyyəti üçün tam məsuliyyət daşıyır.
4.6. Kitabxana əməkdaşlarının vəzifələri müvafiq vəzifə təlimatlarına və daxili əmək intizamı qaydalarına əsasən müəyyən edilir.
4.7. Kitabxananın ştat cədvəli və quruluşu Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.
4.8. Kitabxananın əsas struktur vahidi şöbədir.
4.9. Şöbə müdirləri.
- Bu vəzifəyə kitabxana direktorunun əmrinə əsasən təyinat verilir.
- Rəhbərlik etdiyi bölmənin fəaliyyətini təşkil edir, onun işinin məzmun və keyfiyyəti üçün tam məsuliyyət daşıyır, kadrların yerləşdirilməsi və onlardan istifadə, əmək qanunlarına, əmək intizamına, təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyinə riayət olunmasını təşkil edir.
- Şöbə adından çıxış edir və şöbənin səlahiyyətinə daxil olan məsələlərdə onu təmsil edir.
4.10.Kitabxananın fəaliyyətinin istiqamətləri və əsas göstəriciləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş cari və prespektiv planlarla müəyyən olunur.
4.11. Kitabxana statistik və digər hesabatları müvafiq qaydalara əsasən yuxarı orqanlara və digər təşkilatlara təqdim edir.
4.12. Kitabxananın yaradılması, yenidən təşkili və ləğvi müvafiq icra orqanları tərəfindən aparılır.