Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN APREL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmişdir. Müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar aprelin 29-da Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə 25 fortepiano, Naxçıvan Dövlət Uşaq Filarmoniyasına 1 fortepiano və Naxçıvan Dövlət Filarmoniyasına 1 kontrabas musiqi aləti təhvil verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılmışdır.

Hesabat dövründə Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində iş aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində işlər davam etdirilmişdir.

Aprelin 7-də Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Şuşa Azərbaycan Evinin” açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən konsert proqramı təqdim edilmişdir.

Aprelin 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir. 30 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan Gənclərinin Həmrəylik Forumu” keçirilmişdir.

Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş solo konsertlər, sinif konsertləri, bilik yarışmaları və digər tədbirlər təşkil edilmişdir. Belə ki, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində balaban ixtisası üzrə  5-ci sinif şagirdi Elnur Məmmədlinin “100-cü ilin mübarək, Naxçıvan” adlı solo konserti və fortepiano müəllimi Nərgiz Əliyevanın “Muxtariyyətin 100 illiyi” adlı sinif konserti təşkil edilmişdir. Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində kamança ixtisası üzrə şagirdlərin “Muxtariyyətin mübarək” adlı sinif konserti keçirilmiş, adıçəkilən məktəbin müəllimləri tərəfindən Üzeyir Hacıbəyovun “O olmasın bu olsun” operettası Kəngərli və Ordubad rayon mədəniyyət saraylarında nümayiş olunmuşdur. 19 aprel tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm ixtisası üzrə müəllimi Nizami Məmmədovun və şagirdlərinin “Rənglərin harmoniyası” adlı rəsm sərgisi,  aprelin 27-də Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tar ixtisası üzrə IV sinif şagirdi Murad Babazadənin Naxçıvan şəhərindəki Gənclik Mərkəzində solo konserti keçirilmişdir. 9 aprel tarixdə Şərur Rayon Mədəniyyət Sarayında Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi şagirdlərinin “Qədim Naxçıvan” adlı konserti, 24 apreldə Şəhriyar Kənd Uşaq Musiqi Məktəbi şagirdlərinin “Naxçıvanım 100” adlı konserti təşkil edilmişdir. Zeynəddin Kənd  Uşaq Musiqi Məktəbində Xalq çalğı alətləri şöbəsinin “Bahar nəğmələri” başlığı altında konserti, Nəzəri fənlər şöbəsi üzrə bilik yarışması, məktəbin tar ixtisası üzrə müəllimi Orxan Cabbarovun şagirdlərinin sinif konserti təşkil edilmişdir. 20 apreldə Sədərək Rayon Uşaq Musiqi Məktəbində Nəzəri fənlər şöbəsi üzrə bilik yarışması olmuş, 22 aprel tarixdə Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində Xor kollektivinin konserti keçirilmiş, 25 aprel tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Əsmər Hüseynovanın solo konserti baş tutmuşdur.  Kolanı Kənd Uşaq Musiqi Məktəbi şagirdləri tərəfindən Kolanı, Yuxarı Qışlaq, Ağbulaq və Gömür kənd tam orta məktəblərində ümumilikdə 4 konsert təşkil olunmuşdur.

Muxtariyyətin 100 illiyi ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində “Naxçıvan qədim Azərbaycan diyarı-100" başlıqlı səyyar sərgi təşkil edilmişdir. 2 aprel tarixdə Sədərək Rayon MKS-də “Naxçıvanın tarixi abidələri”, 16 aprel tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Naxçıvanın tarixi haqqında nə bilirik?” mövzusunda uşaqlar arasında viktorina, 17 aprel tarixdə Naxçıvan Şəhər MKS-də filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılovanın “Naxçıvan Muxtar Respublika Kitabxanalarının təşəkkülü və inkişaf tarixi” kitabının müzakirəsi və Ordubad Rayon MKS-də “Naxçıvanın adət və ənənələri” adlı tədbirlər keçirilmişdir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində   6 aprel tarixdə “Naxçıvan-100. Naxçıvan inciləri: Tarixi yerlər və abidələr" mövzusunda  elmi-nəzəri konfrans, 16 aprel tarixdə “Milli-mənəvi dəyərlərimizin pasportu:  Abidələrimiz və dövlət qayğısının bəhrələri” mövzusunda tədbirlər keçirilmiş və eyni adlı sərgi qurulmuşdur. 26 aprel tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Tarixin 100 ili-Naxçıvan” adlı rəsm müsabiqəsinin yekun turu keçirilmişdir. 9 aprel tarixdə “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunda “Naxçıvan qədim abidələrin tarixi” ilə bağlı tədbir keçirilmişdir. 17 aprel tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün,  23 aprel tarixdə  isə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Şəhriyar kənd tam orta məktəbinin şagirdləri üçün "Naxçıvan abidələr diyarıdır" mövzusunda, 25 aprel tarixdə isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri üçün “Naxçıvan 100 illik diyar” mövzusunda açıq dərslər keçirilmişdir.

6 aprel 2024-cü il tarixdən başlayaraq Naxçıvan Dövlət Universiteti Naxçıvan Musiqi Kollecinin Nazirliyin tabeliyindəki musiqi təhsili müəssisələrində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş ustad dərs və konsert proqramları təşkil edilməkdədir.

8 aprel tarixdə Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, “Alya" kitab və dəftərxana ləvazimatları mağazasının dəstəyi ilə İnstagram sosial şəbəkəsi üzərindən keçirilən "Musiqili Naxçıvan-2" videomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Aprelin 10-da Culfa Rayon Mədəniyyət Sarayında “Naxçıvanın qədim abidələrinin tarixi” və aprelin 12-də Kəngərli Rayon Mədəniyyət Sarayında “Mənim qədim diyarım” adlı tədbirlər keçirilmişdir.

22 aprel 2024-cü il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri və üzvlərinə Naxçıvan Dövlət Film Fondunun hazırladığı “Naxçıvan MR 100” videoçarxı nümayiş etdirilmişdir.

Mədəniyyət idarə və şöbələri tərəfindən 2, musiqi təhsili müəssisələri tərəfindən 19, kitabxanalar tərəfindən 4, muzeylər və qoruqlar tərəfindən 6 tədbir, Naxçıvan Dövlət Film Fondu tərəfindən 1 film nümayişi və digər tədbirlər nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı ay ərzində ümumilikdə 40 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı 17 aprel tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə “Təbiət ilhama çağırır məni” adlı tədbir, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə  “Yaşıl dünya naminə birlik olaq” adlı dəyirmi masa, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 8 №li tam orta məktəbdə “Təbiətimizi sevək və qoruyaq” mövzusunda müzakirə, mədəniyyət idarə və şöbələri, eləcə də Nazirliyin tabeliyindəki digər müəssisələr tərəfindən iməciliklər təşkil edilmişdir.

Əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin doğum və anım günləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmış, Nazirliyin təşkilatçılığı ilə aprelin 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq artisti, “Şöhrət” ordenli Abdulla Babayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi, 2 aprel tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”, 18 aprel tarixdə Möminə xatın türbəsinin qarşısında “Yaşıl dünya naminə həmrəylik ili” və “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, 23 aprel tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə tədbir təşkil edilmişdir.

“18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Babək, Ordubad və Şahbuz rayon tarix-diyarşünaslıq muzeylərində, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində, Qarabağlar Türbə Kompleksində tədbirlər keçirilmiş, Naxçıvan Dövlət Rəsm Qalereyasında sərgi təşkil olunmuşdur. 19 aprel tarixdə “Molla Nəsrəddin” jurnalının yaranmasının 118-ci ildönümü ilə bağlı Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Cəlilkənddə və Nehrəm qəsəbəsində xatirə muzeylərində, 30 aprel tarixdə isə Məmməd Səid Ordubadinin Ev Muzeyində görkəmli ədibin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan kitabxanalarda “Beynəlxalq Uşaq Kitabı Günü”, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”, Nəcəf bəy Vəzirovun anadan olmasının 170, Tofiq Mütəllibovbun anadan olmasının 95, Ramiz Mirişlinin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən “15 Aprel – Beynəlxalq Mədəniyyət Günü”, “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi yerlər Günü”, Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü, Azərbaycanın kino və teatr rejissoru, aktyoru, pedaqoq Rza Təhmasibin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Əlamətdar və tarixi günlərlə bağlı ay ərzində Nazirlik tərəfindən 4, kitabxanalar tərəfindən 29, muzeylər tərəfindən 9, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən 35 tədbir keçirilmiş, kitabxanalarda 45, klub müəssisələrində 20 sərgi qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd  edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası diqqətdə saxlanılmış, aprelin 5-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatı tərəfindən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində musiqili tədbir, 25 aprel tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Füzuli poeziyası” adlı tədbir, 26 aprel tarixdə isə Şərur Rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən M.Füzulinin "Leyli və Məcnun" poemasının  müzakirəsi keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövrü ərzində muzeyləri 40 min 213 nəfər yerli, 13 min 143 nəfər əcnəbi olmaqla, ümumilikdə 53 min 356 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 188 yeni eksponat daxil olmuşdur.

Heydər Əliyev Sarayının 2-ci mərtəbəsində Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası qurulmuşdur.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 24 açıq dərs və 39 mühazirə keçirilmişdir.

16 fevral tarixindən başlayaraq Naxçıvan Dövlət Universitetinin "Muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması" ixtisası üzrə IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində olan muzeylərdə keçirilən təcrübə məşğələsi 5 aprel tarixdə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində başa çatmışdır.

Kitabxanalarda “Kitabxana Günü”, “Kitabxanaçı Günü”, “Mütaliə Günü”, “Nağıl günü” layihələrinin icrası istiqamətində işlər davam etdirilmiş, ay ərzində ümumilikdə 3  kitab müzakirəsi keçirilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı “Qüdrətimizin qalası – Şuşa” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Sevinc Nuru qızının “Zəfər nəğməsi - Şuşa” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı kitabxanalarda ümumilikdə 10  tədbir təşkil edilmişdir.

 “Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Oxuculara xidmət işinin təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə “Abonement və oxu zalında iş texnikası. Oxucu formulyarlarının və kitabxana gündəliyinin işlənmə qaydası” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı kitabxanalarda ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Kitabxanalar tərəfindən “Mütaliə Günü” münasibətilə 8 tədbir keçirilmiş, “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 41 tədbir keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lər tərəfindən  16 nəfər olmaqla, sağlamlıq imkanı məhdud 17 oxucuya səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şərur Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Culfa Rayon MKS-nin Uşaq kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şərur Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Şərur Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 36364 təşkil etmiş, şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 5008-ə çatdırılmış, elektron kitabxananın lokal şəbəkəsindən 376, qlobal şəbəkədən 54 oxucu istifadə etmişdir.

Kitabxanalarda yeni oxucu sayı 2360, oxucu gəlişi 13 215, kitab verilişi isə 53065 nüsxə olmuş, ümumilikdə 111 tədbir keçirilmişdir.

Nazirliyə iki adda 32 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanılmışdır. Bununla yanaşı, kitabxanalara 185 adda 212 nüsxə çap məhsulu daxil olmuşdur.

Mədəniyyət sarayları, mədəniyyət evləri və klubların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, hesabat dövrü ərzində ümumilikdə 37 tədbir keçirilmiş, sərgilər qurulmuşdur. Aprelin 19-da Naxçıvan Şəhər Xalq Teatrının hazırladığı “Komediyalar aləminə səyahət” tamaşasının təqdimatı keçirilmişdir.

21 aprel tarixdə Heydər Əliyev Sarayında "Yeni era" Uşaq və Gənclər Teatrının yaradılmasının 1 yaşı münasibətilə "Ələddinin sehirli çırağı” ailəvi meqa-şousu təqdim edilmişdir.

Heydər Əliyev Sarayı tərəfindən Səxavət Məmmədovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 2090  manatlıq 15 adda 190 ədəd iş satılmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın təşkil etdiyi 3 monitorinqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşının iştirakı təmin edilmişdir.

Ay ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına “Toqo”, “Zolaqlı pijamalı oğlan” və “Alfa” filmlərinin nümayişi təşkil olunmuşdur.

Ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi də diqqətdə saxlanılmış, 24 aprel tarixdə Film Fondda Naxçıvan şəhər 2 və 4 nömrəli tam orta məktəblərin şagirdlərinə “Sehirli xalat” bədii filminin nümayişi təşkil olunmuş, “Naxçıvan” radiosunda 4 dəfə “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ümumilikdə 1 tədbir, 7 film nümayişi keçirilmiş, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Teatr və konsert müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında A.Məsudun “Qatarın altına atılan qadın”,  Ə.Orucoğlunun  “Qaynana əməliyyatı”,  H.Cavidin  “Topal Teymur”, V.Hüqonun  “Edama məhkumun son günü” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında hazırlanmış tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. Teatrda aprel ayı ərzində bilet satışı ilə 7 tamaşa oynanılmış, 207 tamaşaçı olmuş, tamaşalardan 570 manat gəlir əldə edilmişdir.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi  əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, Ş.Abutalıbovun “Qoğalın sərgüzəşti”, H.K.Andersenin “Qırmızı papaq”, G.Kərimovanın “Nəğməkar Bülbül”, K.Ağayevanın “Tıq-tıq xanım” və Ə.Abbasovun “Keçinin qisası” tamaşaları bilet satışı ilə təqdim olunmuşdur. Teatr tərəfindən aprel ayında bilet satışı ilə 10 tamaşa nümayiş olunmuş, 807 tamaşaçı olmuş, tamaşalardan 807 manat gəlir əldə edilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən aprel ayında Leyla Səfərovanın “Yumurta” tamaşasının məşqləri aparılmış, T.Seyidovun "Siçanlar və pişiklər"  tamaşası  oynanılmışdır.  Ay ərzində  bilet satışı ilə 1 tamaşa nümayiş olunmuş, 42 tamaşaçı olmuş, tamaşalardan 42 manat gəlir əldə edilmişdir.

Aprel ayında dövlət teatrları tərəfindən bilet satışı ilə ümumilikdə 18 tamaşa oynanılmış, 1056  tamaşaçı olmuş, tamaşalardan 1419 manat gəlir əldə edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının fəaliyyəti diqqətdə saxlanılmış, 18 aprel tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı keçirilən tədbirdə Muğam üçlüyü, 23 aprel tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirində Mahnı və Rəqs Ansamblı, aprel 29-da isə Heydər Əliyev Sarayında “Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş tədbirdə Rəqs kollektivi, 30 aprel tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən “Naxçıvan Gənclərinin Həmrəylik Forumu”nda Mahnı və Rəqs Ansamblı çıxış etmişdir. Ay ərzində Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri tərəfindən ümumilikdə 6 konsert proqramı təqdim edilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm sərgiləri, açıq dərslər, solo konsertlər, sinif konsertləri, bilik yarışları, Zərifə Əliyevanın 101, Ramiz Mirişlinin 100, Asəf Zeynallının 115 illiyi münasibətilə və digər mövzularda 24-ü konsert olmaqla, ümumilikdə 92 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 29 yanvar 2024-cü il tarixdə elan olunmuş müsabiqənin 23-30 aprel 2024-cü il tarixlərində müsahibə mərhələsi keçirilmiş, nəticələr Nazirliyin rəsmi internet səhifəsində (nculture.gov.az) yerləşdirilmişdir.

Ay ərzində Nazirliyin və tabeliyindəki müəssisələrin internet resurslarında və sosial şəbəkələrdə fəaliyyəti diqqət mərkəzində saxlanılmış, tarixi və əlamətdar günlər, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, eləcə də keçirilən tədbirlər barədə müxtəlif xarakterli məlumatların internet resurslarında və sosial şəbəkə hesablarında işıqlandırılmasına nəzarət artırılmışdır. Belə ki, Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmiş, yeni məqalə və xəbərlər yerləşdirilmişdir. Ay ərzində səhifəyə 18 material əlavə edilmiş, 2600-dən artıq baxış sayı qeydə alınmışdır. Nazirliyin “Naxçıvan MR Mədəniyyət Nazirliyi” adlı Youtube kanalına 2 videomaterial yerləşdirilərək videomaterialların ümumi sayı 615-ə çatdırılmış, kanalın abunəçi sayı 5200, ümumi izlənmə sayı 910838 olmuşdur. Nazirliyin X(twitter) hesabında 7 paylaşım edilmişdir. Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1780-ə çatmış, 81 paylaşım edilmişdir. “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9300 olmuş, səhifədə 93 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 8 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 970 nəfər olmuşdur.

Muzeylər, rəsm qalereyası və muzeytipli müəssisələr tərəfindən İnstagram səhifələrində 304, Facebook səhifələrində 298 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi  izləyicilərinin sayı İnstagram hesablarında 33 min 117, Facebook hesablarında isə 59 min 598 olmuşdur.

Kitabxanalar tərəfindən 137 material hazırlanmış, sosial şəbəkə hesablarında 339  paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində  11266, Facebook səhifələrində 18937  olmuşdur.

Mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən Facebook sosial şəbəkəsində paylaşım sayı 105, izləyici sayı 6900, İnstagram sosial şəbəkəsində paylaşım sayı 135, izləyici sayı isə 8220 olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 24 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1039, Facebook səhifəsində izləyicilərinin sayı 1104 isə  olmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı sosial şəbəkə hesablarında paylaşım üçün 132 material hazırlanmış, 264  paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur.

Nazirliyin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılmış “Şərq qapısı” qəzetində 19, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 7, Naxçıvan televiziyasında 12, digər informasiya resurslarında 25 xəbər  materialı yer almışdır.

Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 20 nəfər Naxçıvan televiziyasının verilişlərində iştirak etmiş, 2 nəfər AzTV, 1 nəfər AZƏRTAC İnformasiya Agentliyi, 1 nəfər Report İnformasiya Agentliyi, 1 nəfər Xəzər televiziyası üçün müsahibə vermişdir.  Naxçıvan Televiziyası tərəfindən hazırlanan “Ləzzətin izi ilə” verilişi üçün Culfa rayonunda aparılan çəkilişlərdə Kırna Kənd Mədəniyyət Evinin kollektivi iştirak etmişdir.

Nazirliyin tabeliyindəki müəssisələrdə əmək və icra intizamının günün tələbləri səviyyəsində qurulması ilə əlaqədar mütəmadi olaraq yoxlamalar aparılmış, lazımi əməli və praktik köməklik göstərilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri aprel ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 31-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 102 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 29-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 79 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 54 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 19 nəfər işə qəbul edilmişdir.

Aprel ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.