Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ARPAÇAY TARİX-MƏDƏNİYYƏT QORUĞUNUN ƏSASNAMƏSİ

 Arpaçay Tarix-Mədəniyyət Qoruğunun

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1.       Arpaçay Tarix-Mədəniyyət Qoruğu (bundan sonra - Qoruq) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il 05 may tarixli 38 nömrəli Qərarına əsasən yaradılmışdır. Qoruq Şərur rayonu ərazisində səpələnmiş formada 147,8 hektar ərazini əhatə edir. Qoruğun ərazisində arxeoloji və memarlıq abidələri, ziyarətgahlar, qalalar, yaşayış evləri, kəhrizlər və digər daşınmaz tarix-mədəniyyət abidələri qorunur.

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) və Şərur Rayon Mədəniyyət İdarəsinin (bundan sonra – İdarə) əmr və qərarlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Qoruğun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.4. Qoruq qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Nazirliyin, İdarənin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.5. Qoruğun strukturu və işçilərinin say həddi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qoruq Nazirliyin tabeliyində fəaliyyət göstərir. Qoruğun fəaliyyətinə birbaşa nəzarəti İdarə həyata keçirir.

1.6. Qoruq abidələrinin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qoruğun mühafizə zonası yaradıla bilər.

1.7. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

1.8.  Qoruq Şərur rayonu ərazisində yerləşir.

 

2. Qoruğun vəzifələri

 

2.1. Qoruq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Nazirliklə razılaşdırır və həyata keçirir;

2.1.4. Qoruq ərazisinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi-tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilməsinə şərait yaradır;

2.1.5. tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat- möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayaraq Nazirliyə təqdim edir. Nazirlik tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;

2.1.6. Nazirliyin qərarı əsasında Qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;

2.1.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;

2.1.8. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.10. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

2.1.11. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir, Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Qoruğun fonduna təhvil verilməsini diqqətdə saxlayır və zərurət yaranarsa, bununla bağlı Nazirliyə müraciət edir;

2.1.12. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.13. elmi tədqiqatların aparılması metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmamasını tələb edir. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflərin tətbiq edilməsini nəzərdən keçirir;

2.1.14. əldə olunan gəlirdən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;

2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

3. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları

 

3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəni əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdiyi ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür.

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihəsi Nazirlik tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər hansı fəaliyyət;

3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

3.5.5. müəyyən edilmiş yerlərdən kənar ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması.

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala biləcək fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

 

4.  Qoruğun hüquq və məqsədləri

 

4.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:

4.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

4.1.2. Qoruğun ərazisində Nazirliyin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;

4.1.3. Qoruq ərazisində dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;

4.1.4. Nazirliyin razılığı ilə müvafiq qanunvericiliyə əsasən Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsinə şərait yaradır;

4.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

4.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

4.1.7. Qoruq ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir.

4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Nazirlik  tərəfindən təsdiq edilir.

 

5. Qoruğun fəaliyyətinin təşkili

 

5.1. Qoruğun fəaliyyətinə İdarənin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir.

5.2. Direktor Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Direktor:

5.3.1. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə təmsil edir;

5.3.2. Qoruğun işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

5.3.3. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

5.3.4. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür.

 

6. Qoruğun fəaliyyətinin yenidən təşkili və ləğv olunması

 

6.1. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edilə və ya ləğv edilə bilər.