Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev

Müstəqillik dövründə Naxçıvan ərazisində inşa edilən məscidlərdən biri də Əbrəqunus məscididir. Culfa rayonunun Əbrəqunus kəndində yerləşən məscid 2013-cü ildə inşa edilmişdir.
Bir mərtəbəli məscidin ümumi sahəsi 320 kvadratmetrdir. Məscidin hündürlüyü 5,2 metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı isə 40 santimetrdir. Bir günbəzli məsciddə 220 nəfər eyni zamanda ibadət edə bilir. Girişi şimaldan olan məsciddə zaldan əlavə 4 otaq mövcuddur. Bir minarəlidir. Minarənin hündürlüyü 24 metrdir.