
Muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır. Ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ilin 13 oktyabrında muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2 mindən çox eksponat mühafizə olunur və nümayiş etdirilir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və s. muzeyin qiymətli eksponatları sırasındadır.
Ünvan: Naxçıvan şəhəri, S.A.Ağamalıoğlu küçəsi, döngə 1A
Tel: (+99436) 545-67-86