Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

CƏLİL MƏMMƏDQULUZADƏNİN NEHRƏM QƏSƏBƏSİNDƏ XATİRƏ MUZEYİNİN ƏSASNAMƏSİ

Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində Xatirə Muzeyinin

ƏSASNAMƏSİ

                                 

1.Ümumi müddəalar

 

1.1.     Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində Xatirə Muzeyi (bundan sonra - Muzey) görkəmli yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələrinin toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

1.2.    Muzey öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Babək Rayon Mədəniyyət İdarəsinin əmr və qərarlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3.    Muzey Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. Muzeyin fəaliyyətinə birbaşa nəzarəti Babək Rayon Mədəniyyət İdarəsi (bundan sonra – İdarə) həyata keçirir.

1.4.    Muzey öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5.    Muzey qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət  Nazirliyinin, Babək Rayon Mədəniyyət İdarəsinin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6.    Muzeyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7.    Muzey Babək rayonunun Nehrəm qəsəbəsində yerləşir.

 

2.    Muzeyin məqsəd və vəzifələri

2.1.     Muzeyin məqsədləri aşağıdakılardır:

2.1.1. muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi və təbliği;

2.1.2. görkəmli yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələri ilə geniş xalq kütlələrinin tanış edilməsi, ayrı-ayrı vətəndaşların həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edilməsi;

2.1.3. muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi.

2.2.     Muzeyin vəzifələri aşağıdakılardır:

2.2.1. keyfiyyətli muzey xidməti göstərilməsinə yönəldilən tədbirləri həyata keçirmək;

2.2.2. muzey sərvətlərinin toplanması, mühafizəsi, komplektləşdirilməsi, tədqiqi və təbliği üçün ardıcıl tədbirlər hazırlayıb həyata keçirmək;

2.2.3. muzey sərvətlərinin uçotu, mühafizəsi və bərpası, ekspozisiya və sərgilərə verilməsi üzrə işlərin müvafiq təlimat əsasında təşkil olunması üçün tədbirlər görmək;

2.2.4. öz səlahiyyətləri daxilində muzeydə kadr hazırlığını həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək;

2.2.5. muzey işinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə qabaqcıl təcrübədən istifadə etmək;

2.2.6. muzeyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət, məktub və müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

2.2.7. muxtar respublika ərazisindəki muzeylərlə əməkdaşlıq etmək, birgə tədbirlər həyata keçirmək;

2.2.8. müəyyən edilmiş qaydada hər il muzeyin fəaliyyəti, iş və tədbirlər planlarının yerinə yetirilməsi, muzey sərvətlərinin hərəkəti və statistikaya dair hesabat vermək;

2.2.9. muzeydə distant dərslərin və təhsil müəssisələri ilə bağlanmış müqavilələrə uyğun olaraq açıq dərslərin keçirilməsini təmin etmək;

2.2.10.  muzey əşyalarının müvafiq təlimatlara uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq fond əşyalarının fiziki mühafizəsini təmin etmək;

2.2.11.  Muzeyin fonduna daxil olan əşyaların tam mühafizəsini təmin etmək məqsədilə onlar haqqında məlumatları elektron daşıyıcılarına daxil etmək;

2.2.12.  tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq; 

2.2.13.  muzey əşyalarının yaranma tarixini, əhəmiyyətini elmi cəhətdən öyrənmək və təbliğ etmək;

2.2.14.  Muzeyin fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübədən istifadə edilməsi ilə bağlı təkliflər vermək;

2.2.15.  məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

3.     Muzeyin hüquqları

3.1.      Muzeyin hüquqları aşağıdakılardır:

3.1.1.  görkəmli yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələrini nümayiş etdirmək;

3.1.2. muzey işinə dair təlimat və tövsiyələrin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

3.1.3. mövcud qanunvericiliyə uyğun olaraq muzey sərvətlərindən istifadə qaydalarını müəyyən etmək və onlara riayət olunmasını təmin etmək;

3.1.4. muzey işinə dair təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

3.1.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.6. öz vəzifələrini yerinə yetirmək və muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

3.1.7. ayrı-ayrı şəxslərə və müəssisələrə məxsus tarixi əşyaları, xalq tətbiqi sənəti və s. incəsənət nümunələrini muzeydə müvəqqəti saxlamaq;

3.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, sərgi, müsabiqə və digər tədbirlər təşkil etmək;

3.1.9. məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

3.2.     Muzey fonduna daxil olan muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ muzeyə məxsusdur.

 

4.   Muzeyin fəaliyyət istiqamətləri

4.1.     Muzeyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

4.1.1.   Muzey görkəmli yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələrini aşkar edir, toplayır və komplektləşdirir;

4.1.2.   Muzeyin fonduna daxil olan əşyaların uçotunu, mühafizəsini, öyrənilməsini və təbliğini təşkil edir;

4.1.3.   görkəmli yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələri ilə geniş xalq kütlələrini tanış edir, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin aşkar edilməsinə, toplanılmasına və öyrənilməsinə cəlb edir;

4.1.4.   Muzeyin  profilinə uyğun elmi-tədqiqat işlərinin həyata keçirməsini təmin edir;

4.1.5.   muzey eksponatlarından ibarət sərgilər təşkil edir, muzeyin ekspozisiyası sahəsində dizayn və tərtibat işlərini həyata keçirir;

4.1.6.   muzey kolleksiyalarının kataloqlarını hazırlayır, nəşr edir və geniş kütləyə təqdim edərək təbliğ edir.

4.1.7.   təhsil fəaliyyətini həyata keçirir.

 

5.   Muzeyin fəaliyyətinin təşkili

5.1.    Muzeyin fəaliyyətinə İdarənin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2.    Direktor muzeyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.    Muzeyin baş fond mühafizi Babək Rayon Mədəniyyət İdarəsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmrinə əsasən vəzifəyə təyin və vəzifədən azad edilir.

Muzeyin baş fond mühafizi direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

Baş fond mühafizi bilavasitə muzeyin direktoruna tabedir.

5.4. Direktor:

5.4.1.   Muzeyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;

5.4.2.   Muzeyin işçilərini vəzifəyə təyin edir və vəzifədən  azad edir, onların barəsində həvəsləndirmə və intizam  tənbeh tədbirləri görür;

5.4.3.   qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, muzey işinə dair aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.4.4.   Muzeyin maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

5.4.5.   Muzeyin ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;

5.4.6.   Muzey sərvətlərinin qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, uçotunun vəziyyətinə, elmi inventarlaşmasına, bərpa və konservasiyasına, gecə və gündüz mühafizəsinin təmin olunmasına, eləcə də muzeyin yanğından mühafizəsinə məsuliyyət daşıyır;

5.4.7.   dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında muzeyi təmsil edir;

5.4.8.   Muzeyin illik və digər iş planlarının tərtib olunmasını təmin edir.

5.5.  Muzeydə direktordan (şuranın sədri) və muzeyin rəhbər işçilərindən ibarət muzey şurası yaradılır. Muzey şurasının tərkibinə həmçinin elm, mədəniyyət və incəsənətin müəyyən sahəsi üzrə mütəxəssislər daxil edilə bilər.

5.6. Muzey şurasının üzvlərinin sayı və tərkibi Babək Rayon Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilir.

5.7. Muzey şurası öz iclaslarında muzeyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.8. Muzey şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Muzey şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Muzey şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir.

5.9. Muzey şurasının qərarları protokolla rəsmiləşdirilir, direktor tərəfindən təsdiq edilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.

5.10. Muzey şurasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, direktor bu barədə Babək Rayon Mədəniyyət İdarəsinə məlumat verərək öz qərarını həyata keçirir. Muzey şurasının üzvləri öz şəxsi fikirlərini Babək Rayon Mədəniyyət İdarəsinə çatdıra bilərlər.

5.11. Muzeydə ekspertiza üzrə işin təşkili və keçirilməsi, mədəni dəyərlərin seçilməsi və qiymətləndirilməsi, həmçinin qeydiyyat-mühafizə fəaliyyətinin metodiki, təşkilati və elmi-praktiki məsələlərinin həlli məqsədilə fond-satınalma komissiyası yaradılır. Fond-satınalma komissiyasının fəaliyyəti müvafiq nümunəvi əsasnamə əsasında qurulur. Fond-satınalma komissiyasının işinə digər mədəniyyət və ictimai təşkilatların, elmi və tədris müəssisələrinin müxtəlif ixtisaslar üzrə mütəxəssisləri cəlb oluna bilərlər. Fond-satınalma komissiyasının tərkibi Babək Rayon Mədəniyyət İdarəsinin əmrinə əsasən təsdiq edilir.