Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

CƏLİL MƏMMƏDQULUZADƏ ADINA NAXÇIVAN DÖVLƏT MİLLİ DRAM TEATRININ ƏSASNAMƏSİ

Cəlil Məmmədquluzadə adına Naxçıvan

Dövlət Milli Dram Teatrının

ƏSASNAMƏSİ

 

1.           Ümumi müddəalar

 

1.1.   Naxçıvan teatrının əsası 1883-cü ildə qoyulmuşdur. 1922-ci ildə teatra M.F.Axundovun adı verilmiş və Naxçıvan Dövlət Milli Dram Teatrı adlandırılmışdır. 1964-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı (bundan sonra - Teatr) adlanır.

1.2.   Teatr Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.3.   Teatr öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4.   Teatr tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf etdirilməsini, onlarda mənəvi dəyərlərə daha dərindən yiyələnmək məqsədi ilə bədii və peşəkarlıq cəhətdən yüksək sənət nümunəsi olan tamaşalar və səhnə əsərlərinin hazırlanmasını həyata keçirir.

1.5.   Teatr müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, möhürə və ştampa, müvafiq blanklara və bank hesabına malikdir.

1.6.   Teatr Naxçıvan şəhərində yerləşir.

 

2.      Teatrın fəaliyyət istiqamətləri və məqsədləri

 

2.1.   Teatrın fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:

2.1.1.        tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf etdirilməsi,  onlarda mənəvi dəyərlərə daha dərindən yiyələnmək məqsədi ilə bədii və peşəkarlıq cəhətdən yüksək sənət nümunəsi olan tamaşalar və digər səhnə əsərlərinin hazırlanması;

2.1.2.        müasir milli səhnə sənətinin hərtərəfli inkişafının təmin edilməsi, yaradıcılıq axtarışlarının aparılması, novator səhnə formalarının tətbiq edilməsi və Azərbaycan dramaturgiyasının inkişafı üçün yeni müəlliflər nəslinin yetişdirilməsinə şərait yaradıması;

2.1.3.        əhalinin ayrı-ayrı təbəqələrinin bədii-estetik zövqünün formalaşdırılması, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik hisslərinin, milli mənəvi dəyərlərə hörmət və rəğbət hissinin aşılanması;

 

3.      Teatrın hüququ və vəzifələri

 

3.1.   Teatr bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlarından istifadə edir:

3.1.1.        milli mədəni irsin, teatr ənənələrinin qabaqcıl təmsilçisi və davamçısı kimi fəaliyyət göstərir;

3.1.2.        əhalinin asudə vaxtının səmərəli və məqsədli təşkilinə, gənclərin ictimai mövqeyinin formalaşmasına kömək edir;

3.1.3.        respublikamızda və xarici ölkələrdə milli teatr sənətinin nailiyyətlərini təbliğ edir;

3.1.4.        teatrın fəaliyyəti ilə bağlı qanuna zidd olmayan saziş və digər hüquqi aktları imzalayır;

3.1.5.        mübahisəli məsələlərlə bağlı məhkəmələrdə iddiaçı, yaxud cavabdeh qismində çıxış edir;

3.1.6.        bank kreditlərindən istifadə edir;

3.1.7.        Teatrın xarakterinə uyğun olmayan tədbirlərin keçirilməsini qadağan edir, teatr daxili davranış qaydalarını müəyyən edir və onlara əməl olunmasını təmin edir;

3.1.8.        bilet satışından toplanan vəsaitin təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.9.        Teatrın fəaliyyəti üçün zəruri olan avadanlıq, xammal, material, yanacaq, inventar və digər maddi vəsaitləri alır;

3.1.10.         təsdiq olunmuş plan və bağlanmış müqaviləyə uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsi zamanı iştirakçılara göstərilən xidmətin yüksək keyfiyyətini təmin edir;

3.1.11.   Teatrın maddi-texniki cəhətdən təmin edilməsi, bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına tam əməl olunmasını həyata keçirir;

3.1.12.   fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə bağlı nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.

 

4.      Teatrın fəaliyyətinin maliyyələşdirilməsi, əmlakı və vəsaitləri

 

4.1.   Teatrın əmlakı əsas dövriyyə vəsaitlərindən ibarət olmaqla onun balansında əks olunur.

4.2.   Teatrın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

4.2.1.        Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əsas fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait;

4.2.2.        tamaşalara bilet satışından əldə olunan vəsait;

4.2.3.        dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması üçün köçürmələr;

4.2.4.        qanunla qadağan olunmayan və teatrın işinə xələl gətirməyən digər fəaliyyətdən əldə edilən gəlirlər;

4.2.5.        göstərilən xidmətlərdən əldə olunan gəlirlər;

4.2.6.        tamaşa zalının birdəfəlik icarəyə verilməsindən əldə edilən gəlirlər;

4.2.7.        dövlət, ictimai təşkilatlarda və müəssisələrdə müqavilə əsasında keçirilən tədbirlərdən, tamaşalardan əldə edilən gəlirlər;

4.2.8.        qastrol və səyyar tamaşalardan əldə edilən gəlirlər;

4.2.9.        sponsorlardan daxil olan vəsaitlər;

4.2.10.   müəssisələrin, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların könüllü köçürmələri;

4.3.   Teatr müqavilə əsasında aldığı bank kreditlərindən istifadə edir və həmin kreditin aidiyyəti üzrə istifadə olunmasını, eləcə də vaxtında geri qaytarılması üçün məsuliyyət daşıyır;

4.4.   Teatr əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir;

4.5.   Teatr öz vəsaitindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş əsas və köməkçi proqnoz göstəricilərə uyğun olaraq müstəqil tərtib və təsdiq etdiyi istehsalat-maliyyə proqnozuna müvafiq istifadə edir;

4.6.   Teatr mövcud qaydalar əsasında əldə etdiyi gəlirin müəyyən hissəsini dövlət vergi orqanlarına keçirir;

4.7.   Teatrda mühasibat, statistika hesabatları aparılır, müəyyən olunmuş vaxtda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilir;

4.8.   Teatrın ümumi fəaliyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlar tərəfindən yoxlanıla bilər.

 

5.      Teatrın fəaliyyətinin təşkili

 

5.1.   Teatra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2.   Direktor:

5.2.1.        Teatrın bütün fəaliyyətinə ümumi rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır.

5.2.2.        Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinə teatrın direktor müavini, baş rejissoru, baş rəssamı və baş mühasibinin vəzifəyə təyin edilməsi və vəzifədən azad olunması üçün təqdimat verir;

5.2.3.        teatrın ixtisaslı kadrlarla komplektləşməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

5.2.4.        maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

5.2.5.        teatrın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

5.2.6.        teatrın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmədə iştirak edir;

5.2.7.        Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kadr nomenklaturasına daxil olan işçilər (direktor müavini, baş rejissor, baş rəssam və baş mühasib) istisna olmaqla digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tədbirləri görür;

5.2.8.        dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında Teatrı vəkalətnaməsiz təmsil edir;

5.2.9.        qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir;

5.2.10.         Teatrın fəaliyyətinin illik, rüblük və aylıq iş planlarının hazırlanmasını təmin edir, illik iş və repertuar planı Naxçıvan Muxtar Respublikası Mədəniyyət naziri tərəfindən təsdiq edilir

5.3.   Teatrın fəaliyyətində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.