Dövlət Bayrağı Muzeyi 2014-cü ilin avqust ayında Naxçıvan şəhərində yaradılmış, noyabrın 17-də fəaliyyətə başlamışdır. Muzeydə ümumilikdə 200-ə yaxın eksponat mühafizə olunur və nümayiş etdirilir ki, bunlar da dövlət atributlarının tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü geyimi, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nümunələri və fotoşəkillər muzeyin ekspozisiyasında sərgilənir.
Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi