Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb. 5 sentyabr tarixində baş tutan müsahibə mərhələsi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçirilib. Müsahibə mərhələsində, ümumilikdə 12 nəfər iştirak edib, onlardan 8 nəfəri uğur qazanıb.
Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılıb.
Qeyd edək ki, Müsahibə mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistemlə qiymətləndirib, namizəd meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılıb.
Namizədlər nəticələrlə aşağıdakı linkə keçid edərək tanış ola bilərlər:
https://nculture.gov.az/storage/pdf/allpdf/D%C4%B0Q%20NET%C4%B0CE.pdf