Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Kukla Teatrının nəzdində yeni teatr-studiyası yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 3 fevral 2023-cü il tarixdə imzaladığı Sərəncamın icrası ilə bağlı bir sıra bölgə teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyalarının yaradılmasına başlanılıb. 

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyası yaradılıb. Teatr-studiyasinin rəhbəri teatrın ədəbi dram hissəsinin rəhbəri Durna Təhməzovadır.    

“Sınaq” teatr-studiyasına qəbul olunan hər bir gənc burada bir tədris ili müddətində “Aktyorluq sənəti”, “Kuklalarla təlim texnikası”, “Səhnə danışığı”, “Plastika və ritmika”, “Teatr tarixi və nəzəriyyəsi” ixtisaslarından biliklərə yiyələnəcəklər. “Sınaq” teatr-studiyasında dərslər peşəkar ixtisaslı müəllimlər tərəfindən aparılacaqdır. Tədris müddətində Türkiyədən ustad dərsləri keçmək üçün mütəxəssislər dəvət olunacaq. Keçiriləcək dərslərin sonunda kursu uğurla bitirən müdavimlərə sertifikatlar veriləcək və onların iştirakı ilə hazırlanan tamaşa teatrın repertuarına salınacaq. Teatr-studiyasına qeydiyyat sentyabr ayının 13-dək aparılır. Dərslər sentyabr ayının 15-dən başlayacaq. “Sınaq” teatr-studiyasının tədris prosesində iştirak etmək istəyənlər M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrına  müraciət edə bilərlər.

Telefonlar – (036) 545-34-23, (036) 545-59-49

Whatsapp- 050-548-39-20

Müraciətin son günü sentyabrın 13-dür.