Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Regionlarda mədəni qastrol proqramı – may 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.
Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
May ayında qastrol proqramı Xaçmaz, Quba və Naxçıvan Muxtar Respublikasını əhatə edir.
May ayı üzrə konsertlərin proqramı:
5 may – Xaçmaz şəhəri
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi | 16:00
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
6 may – Quba şəhəri
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi | 12:00
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
22 may – Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev Sarayı | 19:00
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri