Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

NAXÇIVAN DÖVLƏT FİLARMONİYASININ ƏSASNAMƏSİ

Naxçıvan Dövlət Filarmoniyasının

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1.     Naxçıvan Dövlət Filarmoniyası (bundan sonra - Filarmoniya) Azərbaycan SSR Nazirlər Sovetinin 7 iyul 1983-cü il tarixli 283 nömrəli qərarı əsasında təşkil olunmuşdur. Filarmoniya peşəkar konsert fəaliyyəti ilə məşğul olmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.2.        Filarmoniya öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əmr və qərarlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3.  Filarmoniya tamaşaçıların bədii və estetik zövqünün formalaşdırılması, onların mənəvi tələbatının ödənilməsi və dəyərlərimizə daha dərindən yiyələnməsi məqsədi ilə konsertlərin, musiqili proqramların və bədii gecələrin hazırlanmasını həyata keçirir.

1.4.  Filarmoniya müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, möhürə və ştampa, müvafiq blanklara və bank hesablarına malikdir.

1.5.  Filarmoniya Naxçıvan şəhərində yerləşir.

 

2. Filarmoniyanın fəaliyyət istiqamətləri və məqsədləri

 

2.1.  Filarmoniyanın fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:

2.1.1.      kamera, simfonik, estrada və xalq musiqi nümunələrinin, dünya və Azərbaycan klassik və müasir bəstəkarlarının yaradıcılığının, habelə Azərbaycan folklor musiqisinin və xalq rəqslərinin geniş təbliğ edilməsi;

2.1.2.   muxtar respublika ərazisində ayrı-ayrı janrlardan ibarət konsert fəaliyyətinin genişləndirilməsi, yüksək səviyyəli sənət nümunələri vasitəsi ilə tamaşaçıların estetik zövqünün formalaşdırılması;

2.1.3.      Azərbaycanın digər bölgələrindən, həmçinin xarici ölkələrdən yaradıcı-bədii kollektivlərin, qrupların və ifaçıların Naxçıvan Muxtar Respublikası ərazisində  konsertlərinin təşkil edilməsi;

2.1.4.      gənc istedadlı ifaçıların, bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə festivalların və müsabiqələrin keçirilməsi;

2.1.5.      uşaq yaradıcılıq və bədii özfəaliyyət kollektivlərinə peşəkar metodiki köməkliyin göstərilməsi;

2.1.6.      kollektivlərin peşəkarlıq qabiliyyətlərinin artırılması üçün şəraitin yaradılması;

2.1.7.      solo konsertlərinin, musiqili-ədəbi məclislərin və yubiley tədbirlərinin keçirilməsi.

 

3. Filarmoniyanın hüquq və vəzifələri

 

3.1.  Filarmoniya bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir:

3.1.1.   milli mədəni irsin qabaqcıl təmsilçisi və davamçısı kimi fəaliyyət göstərir;

3.1.2.   muxtar respublika ərazisində və ondan kənarda konsert fəaliyyətini təşkil edir və həyata keçirir;

3.1.3.   Respublikamızda və xarici ölkələrdə milli və müasir musiqi sənətini geniş təbliğ edir;

3.1.4.   əhalinin asudə vaxtının səmərəli və məqsədli təşkilinə, gənclərin ictimai mövqeyinin formalaşmasına kömək edir;

3.1.5.   Filarmoniyanın fəaliyyəti ilə bağlı qanuna zidd olmayan saziş və digər hüquqi aktları imzalayır;

3.1.6.   mübahisəli məsələlərlə bağlı məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində çıxış edir;

3.1.7.   müqavilə əsasında aldığı bank kreditlərindən istifadə edir və həmin kreditin aidiyyəti üzrə istifadə olunması, eləcə də vaxtında geri qaytarılması üçün məsuliyyət daşıyır;

3.1.8.   gənc istedadlı ifaçıların və bədii özfəaliyyət kollektivlərinin festival və baxış-müsabiqələrini təşkil edir,  və həyata keçirir. mədəniyyət günləri və digər mədəni-kütləvi tədbirlər hazırlayır, həmçinin öz kollektivlərinin bu tədbirlərdə iştirakını təmin edir;

3.1.9.   uşaqlar və böyüklər üçün konsert-mühazirələr təşkil edir və həyata keçirir;

3.1.10.    Filarmoniyanın xarakterinə uyğun olmayan tədbirlərin keçirilməsini qadağan edir, daxili nizam-intizam qaydalarını müəyyən edir və onlara əməl olunmasına nəzarəti təmin edir;

3.1.11.    bilet satışından toplanan vəsaitin təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir; 

3.1.12.    Filarmoniyanın fəaliyyəti üçün zəruri olan avadanlıq, xammal, material, yanacaq, inventar və digər maddi vəsaitləri alır;

3.1.13.    təsdiq olunmuş plan və bağlanmış müqaviləyə uyğun olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi zamanı iştirakçılara keyfiyyətli mədəni xidmət göstərilməsini təmin edir;

3.1.14.    Filarmoniyanın maddi-texniki cəhətdən təmin edilməsi, bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına tam əməl olunmasını həyata keçirir;

3.2.  Filarmoniyanın digər fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.2.1.   mədəni istirahət tədbirləri, əyləncə xarakterli tədbirlərin və qastrol səfərlərinin həyata keçirilməsi üçün səhnə təqdim edir;

3.2.2.   müqavilə əsasında hüquqi və fiziki şəxslərə mədəni-kütləvi tədbirlərini keçirmək üçün öz səhnəsini kirayə verir;

3.2.3.   fiziki şəxslərə və təşkilatlara konsert və mədəni proqramlar təşkil edir;

3.2.4.   müqavilə əsasında fiziki şəxslərə və təşkilatlara öz musiqi avadanlıqlarını və səhnəsini istifadə üçün verir;

3.2.5.   Azərbaycan Respublikasının qanunları çərçivəsində məlumat xarakterli reklam materialları, video və fonoqramlar (Filarmoniyanın fəaliyyəti ilə bağlı olan) hazırlayır və çoxaldır;

3.2.6.   musiqi alətlərinin, konsert kostyumlarının və digər rekvizitlərin, gücləndirici və işıq aparaturalarının icarəsini həyata keçirir;

3.2.7.   müqavilə əsasında filarmoniyanın ehtiyacları üçün musiqi alətlərinin köklənməsini, təmirini və tərtibatını həyata keçirir;

3.2.8.   bayram tədbirləri üçün konsert proqramları hazırlayır;

3.2.9.   Filarmoniyanın əsas fəaliyyəti ilə bağlı digər xidmətlərin göstərilməsi və həyata keçirilməsini təmin edir.

 

4. Filarmoniyanın fəaliyyətinin maliyyələşdirilməsi, əmlak və vəsaitləri

 

4.1.  Filarmoniyanın əmlakı əsas və dövriyyə vəsaitlərindən ibarət olmaqla onun balansında əks etdirilir.

4.2.  Filarmoniyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

4.2.1.   Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əsas fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait;

4.2.2.   keçirilən tədbir və konsertlərin bilet satışından əldə olunan gəlir;

4.2.3.   dövlət sifarişi yolu ilə konsertlərin hazırlanması ilə əlaqədar köçürmələr;

4.2.4.   konsert zalının birdəfəlik icarəyə verilməsindən əldə edilən gəlirlər;

4.2.5.   dövlət, ictimai təşkilatlarda və müəssisələrdə müqavilə əsasında keçirilən tədbirlərdən, konsertlərdən əldə edilən gəlirlər;

4.2.6.   qastrol və səyyar konsertlərdən əldə edilən gəlirlər;

4.2.7.   sponsorlardan daxil olan vəsaitlər;

4.2.8.   müəssisələrin, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların könüllü köçürmələri;

4.2.9.   qanunla qadağan olunmayan və filarmoniyanın işinə zərər gətirməyən digər fəaliyyətlərdən əldə olunan gəlirlər;

4.3.  Filarmoniya müqavilə əsasında aldığı bank kreditlərindən istifadə edir və həmin kreditin aidiyyəti üzrə istifadə olunması, eləcə də vaxtında geri qaytarılması üçün məsuliyyət daşıyır.

4.4.  Filarmoniya öz vəsaitindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş əsas və köməkçi proqnoz göstəricilərinə uyğun olaraq müstəqil tərtib və təsdiq etdiyi istehsalat-maliyyə proqnozuna müvafiq istifadə edir.

4.5.  Filarmoniya mövcud qaydalar əsasında əldə etdiyi gəlirin müəyyən hissəsini dövlət vergi orqanlarına keçirir.

4.6.  Filarmoniyada mühasibat, statistika hesabatları aparılır, müəyyən olunmuş vaxtda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilir.

4.7.  Filarmoniyanın fəaliyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə həm də qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlar tərəfindən yoxlanıla bilər.

 

5. Filarmoniyanın fəaliyyətinin təşkili

 

5.1.  Filarmoniyaya Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2.  Filarmoniyanın direktor müavini, bədii rəhbəri, baş mühasibi, kollektivlərin bədii rəhbərləri direktorun təqdimatı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.

5.3.  Direktor Filarmoniyanın bütün fəaliyyətinə ümumi rəhbərlik edir və Nazirlik qarşısında hesabat verir.

5.3.1.   Filarmoniyanı dövlət və yerli idarəetmə orqanlarında, bələdiyyə və qeyri-hökumət təşkilatlarında vəkalətnaməsiz təmsil edir;

5.3.2.   Filarmoniyanın direktor müavini, bədii rəhbəri, baş mühasibi, kollektivlərin bədii rəhbərləri və bədii rəhbər-dirijorları istisna olmaqla digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbirləri görür. Direktor filarmoniyanı müəssisələrdə, təşkilatlarda, idarələrdə və s. təmsil edir, etibarnamələr verir, müqavilələrin bağlanması və digər məsələlərin həllində çıxış edir;

5.3.3.   Filarmoniyanın ixtisaslı kadrlarla komplektləşməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

5.3.4.    maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

5.3.5.   Filarmoniyanın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmədə iştirak edir;

5.3.6.   göstərilən xidmətlər üzrə qiymətləri təsdiq edir. Filarmoniyanın fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərin tərtib olunmuş smetaya uyğun olaraq istifadəsini müəyyənləşdirir;

5.3.7.   Filarmoniyanın adından müqavilələr bağlayır, etibarnamələr verir, kredit təşkilatlarında və banklarda hesablar açır;

5.3.8.   qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

5.4.  Filarmoniyada kollektivlərin və ifaçıların yaradıcılıq səviyyəsinin qorunub saxlanılması məqsədilə görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət Bədii Şura fəaliyyət göstərir:

5.4.1.   Bədii Şuranın tərkibi 9-11 nəfərdən ibarət olur və Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə təsdiq edilir;

5.4.2.   Bədii Şuranın sədri onun işini təşkil edir, iclaslarını çağırır və onlara sədrlik edir;

5.4.3.   Bədii Şuranın iclasları lazım olduqda, rübdə bir dəfədən az olmamaq şərtilə keçirilir. Burada kollektivlərin yaradıcılıq fəaliyyəti, ifaçılıq səviyyəsi, səhnə mədəniyyəti, hazır əsərlərin qəbulu və s. məsələlər müzakirə edilir, repertuar planlarına baxılır və təsdiq edilir.

5.4.4.   Bədii Şuranın iclası, onun üzvlərinin yarısından çoxu iştirak edərsə, səlahiyyətli hesab edilir.

5.5.  Filarmoniyanın fəaliyyətinin illik iş planı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən təsdiq edilir.

5.6.  Filarmoniyanın fəaliyyətində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

 

6.Filarmoniyanın yenidən təşkili və ləğv edilməsi

 

6.1.  Filarmoniyanın yenidən təşkil olunması və ləğv edilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.