Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

HEYDƏR ƏLİYEV MUZEYİNİN ƏSASNAMƏSİ

Heydər Əliyev Muzeyinin

Ə S A S N A M Ə S İ

 I. Ümumi müddəalar

1.1. Heydər Əliyev Muzeyi (bundan sonra-Muzey) dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi, dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi-tədqiqat müəssisəsidir.

1.2. Muzey öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Muzey öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər muzeylər, yaradıcılıq ittifaqları, elmi-tədqiqat, təhsil, mədəniyyət müəssisələri və Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Muzey qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Dövlət gerbinin təsviri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) və öz adının həkk olunduğu möhürə, müvafiq ştamp və blanka malikdir.

1.5. Muzeyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Muzey Naxçıvan şəhərində yerləşir. 

2. Muzeyin fəaliyyət istiqamətləri

2. Muzeyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair materialları toplayır və komplektləşdirir;

2.1.2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair eksponatların uçotunu, mühafizəsini, öyrənilməsini, bütöv saxlanılmasını və təbliğini təşkil edir;

2.1.3. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair materiallarla geniş xalq kütlələrinin tanış edir, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edir;

2.1.4. Muzeyin  profilinə uyğun elmi-tədqiqat işlərinin həyata keçirməsini təmin edir, mədəni kütləvi işlər aparır;

2.1.5. Muzey eksponatlarından ibarət sərgilər təşkil edir, muzeyin ekspozisiyası sahəsində dizayn və tərtibat işlərini həyata keçirir;

2.1.6. Muzey əşyalarının konservasiya və bərpasının bütün növlərinin həyata keçirir;

2.1.7. Muzey kolleksiyalarının kataloqlarını hazırlayır, nəşr edir və geniş kütləyə təqdim edərək təbliğ edir;

2.1.8. Muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətini həyata keçirir;

 

3. Muzeyin məqsəd və vəzifələri

3.1. Muzeyin məqsədləri aşağıdakılardır:

3.1.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair materiallarla geniş xalq kütlələrinin tanış edilməsi, ayrı-ayrı vətəndaşların həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edilməsi;

3.1.2. muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi, təbliği, nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi həyata keçirilməsi;

3.2. Muzeyin vəzifələri aşağıdakılardır:

3.2.1. keyfiyyətli muzey xidməti göstərilməsinə yönəldilən tədbirləri həyata keçirmək;

3.2.2. muzey sərvətlərinin toplanması, mühafizəsi,  komplektləşdirilməsi, tədqiqi və təbliği üçün ardıcıl tədbirlər hazırlayıb həyata keçirmək;

3.2.3. muzey sərvətlərinin uçotu, mühafizəsi və bərpası üzrə tədbirlər görmək;

3.2.4. muzey işinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə qabaqcıl təcrübədən istifadə etmək;

3.2.5. Heydər Əliyev Fondu və muxtar respublika ərazisindəki muzeylərlə əməkdaşlıq etmək;

3.2.6. müəyyən edilmiş qaydada hər il muzeyin fəaliyyəti, iş və tədbirlər planlarının yerinə yetirilməsi hesabat vermək;

3.2.7. muzeydə distant dərslərin və təhsil müəssisələri ilə bağlanmış müqavilələrə uyğun olaraq açıq dərslərin keçirilməsini təmin etmək;

3.2.8. muzey əşyalarının müvafiq təlimatlara uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq fond əşyalarının fiziki mühafizəsini təmin etmək;

3.2.9. muzey əşyalarının qəbulu, işlənilməsi, ekspozisiya və sərgilərə mövcud qaydada verilməsini həyata keçirmək;

3.2.10. bərpaya ehtiyacı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması üçün tədbir görmək;

3.2.11.fond əşyalarının tam mühafizəsini təmin etmək məqsədilə onlar haqqında məlumatları elektron daşıyıcılarına daxil etmək;

3.2.12. ziyarətçilərin müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq; 

3.2.13.fond əşyalarının yaranma tarixini, əhəmiyyətini elmi cəhətdən öyrənmək, muzeyin ekspozisiyası və mədəni kütləvi tədbirlərində bu məlumatlardan istifadə etmək;

3.2.14. muzeyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.2.15. bu Əsasnamə ilə müəyyən olunmuş məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Muzeyin hüquqları

4.1. Muzeyin hüquqları aşağıdakılardır:

4.1.1. qanunvericiliklə mühafizə olunan dövlət sirləri istisna olmaqla, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair materialları nümayiş etdirmək;

4.1.2. muzey sahəsinə aid olan normativ aktların və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.3. qanunvericiliyə uyğun olaraq muzey sərvətlərindən istifadə qaydalarını müəyyən etmək və onlara riayət olunmasını təmin etmək;

4.1.4. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.5. öz vəzifələrini yerinə yetirmək və muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq sərgi və digər tədbirlər təşkil etmək;

4.1.7. məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

         4.2. Muzey fonduna daxil olan muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ muzeyə məxsusdur.

 

5. Muzeyin fəaliyyətinin təşkili və idarə olunması

 

            5.1. Muzeyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

 

5.2. Direktor muzeyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

       5.3. Muzeyin baş fond mühafizi Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziri tərəfindən  vəzifəyə təyin və vəzifədən azad edilir.

Muzeyin baş fond mühafizi direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

Baş  fond mühafizi bilavasitə muzeyin direktoruna tabedir.

 

5.4. Direktor:

5.4.1. muzeyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;

5.4.2. muzeyin işçilərini vəzifəyə təyin edir və vəzifədən  azad edir, onların barəsində həvəsləndirmə və intizam  tənbeh tədbirləri görür, işçilər arasında vəzifə bölgüsü aparır;

        5.4.3. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və göstərişlər verir, musəlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təmin edir və icrasına nəzarəti həyata keçirir;

5.4.4. muzeyin maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

5.4.5. muzeyin ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;

5.4.6. muzey sərvətlərinin qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, uçotunun düzgün aparılmasına, elmi inventarlaşmasına, mühafizəsinin təmin olunmasına, eləcə də muzeyin yanğından mühafizəsinə məsuliyyət daşıyır;

        5.4.7. Muzeyi təmsil edir, bu Əsasnaməyə müvafiq olaraq Muzeyin təsərrüfat fəaliyyətinə rəhbərlik etmək üçün bütün əməliyyatları həyata keçirir;

 5.4.8.  Muzeyin illik və digər iş planlarının tərtib olunmasını təmin edir.

 5.5. Baş fond mühafizi;

        5.5.1. Muzey ekspozisiyasında yerləşən muzey fondlarının mühafizəsini təmin edir;

              5.5.2. Muzey fondlarının tam uçotunu, eksponatların elmi təsvirinin verilməsini (pasportlaşmasını) təşkil edir;

              5.5.3. mühafizə rejiminə riayət edilməsinə, həmçinin muzey eksponatlarının vaxtlı-vaxtında və keyfiyyətli konservasiyasına nəzarət edir;

5.5.4. bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi işini təşkil edir;

5.5.5. işçilərin müəssisə daxili intizam qaydalarına, əməyin yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir;

 

 

6. Muzeyin fondu, onların uçotu və mühafizəsi

 

            6.1. Muzeyin fonduna Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi, elmi, bədii və muzey əhəmiyyəti kəsb edən sənəd və materiallar,ayrı-ayrı əşyalar daxildir.

           6.2. Muzey əşyalarının və kolleksiyalarının muzey fonduna daxil edilməsi, uçotu və mühafizəsi “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”a əsasən tənzimlənir.