Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

HÜSEYN CAVİDİN EV MUZEYİ VƏ XATİRƏ KOMPLEKSİ

     

Filosof-şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi qərara əsasən yaradılmışdır. 2015-ci ildə Cavidlər ailəsinin uyuduğu məqbərə də muzey  ərazisinə daxil edilərək bura “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır. Muzey fondunda 10 mindən çox  eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Hüseyn Cavidin məzarı üzərində ucaldılmış məqbərə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə tikilmişdir. Məqbərə üst və aşağı sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidlə yanaşı, dahi şairin ailə üzvləri – həyat yoldaşı Mişkinaz Cavidin, oğlu Ərtoğrol Cavidin və qızı Turan Cavidin qəbirləri məqbərənin sərdabəsindədir. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur.

 

Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi 4

Tel: (+99436) 545-27-26