Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN İYUN AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin iyun ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Belə ki, “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə aid qurumlarla birgə təşkil edilən “Uşaqların rəngli dünyası” adlı bayram tədbirində Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri tərəfindən musiqi və rəqs nömrələri, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar təqdim edilmiş, rəssamlıq ixtisası üzrə təhsil alan şagirdlərin sərgisi qurulmuşdur.

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi, 18 may - 18 iyun İnsan hüquqları aylığı çərçivəsində və “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə cəzaçəkmə müəssisəsində təşkil edilən tədbirdə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən uşaqlar üçün əyləncəli proqram təqdim edilmişdir.

İyun ayının 4-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə “18 İyun – İnsan Hüquqları Günü” münasibətilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində "Hüquqlarımızı bilək” adlı tədbir keçirilmiş, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə görkəmli dövlət xadiminə həsr olunmuş və Onun sevdiyi şeirləri bədii qiraət olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilmiş, rəqs kollektivlərinin çıxışları olmuşdur.

21-22 iyun tarixlərdə Şahbuz rayonunun Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Qırxbulaq mahalının gündəlik həyat tərzini, adət-ənənələrini, mədəniyyətini canlandıran obanı təqdim etmiş, Naxçıvan Dövlət Filarmoniyasının, rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən festival iştirakçılarına musiqi nömrələri nümayiş olunmuşdur.

“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 8 konsert proqramı təqdim edilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” hazırlanmış və Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.

Tədbirlər Planının icrası ilə bağlı iyun ayında bir sıra işlər görülmüş, Nazirliyin təşkilatçılığı ilə 6-8 iyun tarixlərdə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan İstedadları” İncəsənət Festivalının birinci mərhələsi, 11 iyun tarixdə II mərhələsi keçirilmişdir.

24 iyun tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə və “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Dövlətçiliyimizin dayağı-Azərbaycan ordusu” mövzusunda tədbir keçirilmişdir.

İyunun 24-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubleyinə həsr edilmiş “Milli dəyərlərimiz bizim qədim keçmişimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.

04 iyun tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri üçün "Muxtariyyət illərində yaradılan muzeylər" mövzusunda, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dizə kənd tam orta məktəbinin şagirdləri üçün "Naxçıvan ən qədim zamanlardan Xanlıqlar dövrünədək" mövzusunda açıq dərslər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı 12 iyun tarixdə Naxçıvan Şəhər MKS-də “Naxçıvan mədəniyyəti muxtariyyət illərində”, Kəngərli Rayon MKS Qarabağlar Kənd Mədəniyyət Evində “Heydər və Naxçıvan diyarının görkəmli yetirmələri”, 28 iyun tarixdə Sədərək Rayon MKS tərəfindən Ağoğlan ziyarətgahında “Naxçıvan pirləri - Ağoğlan ziyarətgahı” adlı tədbirlər təşkil olunmuşdur.

Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 8, Şərur rayon uşaq musiqi və  incəsənət məktəblərində 2, Babək rayon uşaq musiqi məktəblərində 2,  Şahbuz rayon uşaq musiqi məktəblərində 1, Kəngərli rayon uşaq musiqi məktəblərində 1, Sədərək Rayon Uşaq Musiqi Məktəbində 2 olmaqla, ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 16 tədbir keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı muzeylər tərəfindən 1 tədbir, 2 açıq dərs, kitabxanalar tərəfindən 3 tədbir, klub müəssisələri tərəfindən 1 tədbir olmaqla, ümumilikdə 5 tədbir, 2 açıq dərs keçirilmişdir.

İyun ayında Nazirlikdə və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlarda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş müxtəlif formatlı 23 tədbir, 2 açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Babək rayonu Göynük kəndi yaxınlığında olan Bülövqaya yaşayış yerində, Ağayev Qəhrəman Hüseyn oğluna Kəngərli rayonu ərazisində olan “Şahtaxtı arxeoloji abidələr kompleksi”ndə, İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan şəhər yeri və ətrafındakı qədim dövr yaşayış yerləri və nekropollarında, Quliyeva Zeynəb Kərim qızına Şərur rayonu Xələc kəndi ərazisində olan Birinci və İkinci Xələc yaşayış yerində arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən 4 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. 27 iyun tarixdə isə aid təşkilatlarla birgə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Babək rayonu ərazisində olan Bülövqaya yaşayış yerində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 2 tədbir keçirilmiş, 13 iyun tarixdə Nazirliyin gənclər təşkilatı üzvlərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış və kitabxana üzrə bu istiqamətdə 2 tədbir keçirilmişdir.

Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxana üzrə 1 tədbir təşkil edilmişdir.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı iyunun 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında “Könül mülkünün sultanı – Məhəmməd Füzuli” adlı ədəbi-bədii gecə keçirilmiş, kitabxanalarda isə 1 tədbir təşkil edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

04 iyunda Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində İkinci Qarabağ Müharibəsi şəhidi Novruzlu Ümid Bahadur oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

04 iyunda Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qarabağlar Türbə Kompleksi və Kəngərli rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və İnsan Hüquqları” mövzusunda tədbir keçirilmişdir.

14 iyun tarixdə Babək və Sədərək rayon tarix-diyarşünaslıq muzeylərində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə tədbirlər keçirilmişdir.

14 iyun tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində muzeyin yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 05 iyun tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi əməkdaşlarının Güney Qışlaq kənd mərkəzində sakinlərlə görüşü təşkil olunmuşdur.

Ay ərzində Naxçıvan Dövlət Tarix Muzeyində Culfa və Şərur rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına praktik köməklik göstərilmişdir.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 9 açıq dərs və 18 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən 7 tədbir keçirilmiş, 3 sərgi qurulmuşdur.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, məlumat xarakterli materiallar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 329, Facebook səhifələrində 318 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 175, Facebook hesablarında isə 60 min 698 nəfər olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 43 min 934 nəfər yerli, 20 min 758 nəfər əcnəbi olmaqla, ümumilikdə 64 min 692 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 41 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

06 iyun tarixdə Kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Uçot kitablarının işlənilməsi qaydası” mövzusunda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında seminar təşkil edilmişdir.

03-21 iyun tarixlərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil məktəblərində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsinin təşkili təmin edilmişdir.

01 iyun tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq şairə Məftunə Nurun “Dünya nura boyandı”, “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimat mərasimi, “Milli Qurtuluş Günü”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”, şair, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 655-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 42 tədbir keçirilmiş, 52 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 5 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Xan Sarayı Dövlət Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi “Mütaliə mədəniyyəti və kitabxana xidməti” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 11 və 15 nömrəli tam orta məktəblərdə “Kitab ən yaxın dostumuzdur” mövzusunda mühazirə təşkil edilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Abonement yolu ilə oxuculara xidmət” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana fondlarının KBT-yə uyğun yığılması qaydaları” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 655 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə Arzu Abdullayevin “Naxçıvan şəhərinin tarixi (XIX yüzillik)” kitabının müzakirəsini təşkil etmişlər. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə əlaqədar “Füzuli yaradıcılığı” mövzusunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir təşkil etmişlər.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Sədərək Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Sədərək Rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Culfa Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Culfa Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

İyun ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən körpələr evi və uşaq bağçalarında, tam orta məktəblərin ibtidai siniflərində 26 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və rayon (şəhər) MKS-lər tərəfindən 16 nəfər olmaqla, ümumilikdə, 19 sağlamlıq imkanı məhdud və ahıl oxuculara səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında məlumatların kitabxananın sosial şəbəkə hesablarında paylaşılması diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 154 material hazırlanmış, sosial şəbəkə hesablarında 337 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11327, Facebook səhifələrində 18999 olmuşdur.

İyun ayında Nazirliyə 2 adda 36 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 984 adda 1430 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2205 oxucu gəlişi 12378, kitab verilişi isə 46662 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 36 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36400-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 5108-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 392, qlobal şəbəkədən 420 oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda ümumilikdə 113 tədbir keçirilmişdir.

İyun ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun – Milli Qurtuluş Günü”, “26 İyun – Silahlı Qüvvələr Günü” və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Həmçinin, 21-22 iyun tarixlərində Batabat yaylağında təşkil edilən “Qərbi Azərbaycana qayıdış” festival konqresində rayon mədəniyyət saraylarının folklor və musiqi kollektivləri tərəfindən musiqi və yallı nömrələri təqdim edilmişdir.

İyun ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının 2024-cü il üçün iş planının 6-cı bəndinin 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Şərur Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki Mədəniyyət Sarayı, mədəniyyət evləri və klubların fəaliyyəti ilə bağlı kollegiya yoxlaması aparılmışdır.

İyun ayında klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 29 tədbir keçirilmiş, 12 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Əcəmi Naxçıvaninin yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

İyun ayında əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi də diqqətdə saxlanılmışdır.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 213 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 84 paylaşım edilmiş, 9076 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 129 paylaşımın 8474 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 8 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1041, Facebook səhifəsində izləyicilərinin sayı isə 1116 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində ümumilikdə 31 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 2370 manatlıq 18 adda 174 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Ay ərzində dörd dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində sosial şəbəkə hesablarında 128 material hazırlanmış, 256 paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur.

İyun ayında filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dövr ərzində konsert-tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşanın  məşqləri aparılmış, H.Eyvazlının “Araz sahilində doğan günəş”, A.Babayevin “Xilaskar”, F.Kafkanın “Çevrilmə” əsərləri əsasında hazırlanmış tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. Teatr tərəfindən iyun ayı ərzində  bilet satışı ilə 4 tamaşa oynanılmış, 183 tamaşaçı olmuş, tamaşalardan 549 AZN gəlir əldə edilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Eluca Atalının “Ənqa quşu əsəri əsasında hazırlanan tamaşanın  məşqləri aparılmış, iyun ayı ərzində 2-i xeyriyyə olmaqla 12 tamaşa nümayişi olmuş, 1317 tamaşaçı iştirak etmiş, tamaşalardan 617 AZN gəlir əldə edilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında iyun ayında Leyla Səfərovanın “Yumurta” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, tamaşa yekunlaşdırılaraq təhvil verilmişdir. Teatrda 1-i xeyriyyə olmaqla 2 tamaşa nümayişi olmuş, 70 tamaşaçı iştirak etmiş, tamaşalardan 34 AZN gəlir əldə edilmişdir.

Hesabat  ayında dövlət teatrları tərəfindən 1 yeni tamaşa hazırlanmış, 3-ü xeyriyyə, 15-i bilet satışı ilə olmaqla,  ümumilikdə 18 tamaşa oynanılmış, 1570 tamaşaçı olmuş, tamaşalardan 1200 AZN gəlir əldə edilmişdir.

İyun ayında müxtəlif tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin 3 konserti olmuşdur.

Dövr ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, məktəblərdə  2023-2024 tədris ilinin yekun hesabat konsertləri, açıq dərslər, solo və sinif konsertləri, bilik yarışları, Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş və digər tədbirlər keçirilmişdir. Təhsil müəssisələrində ay ərzində 50-i konsert olmaqla, ümumilikdə 72 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən iyun ayında muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılıb. Belə ki, “Şərq qapısı” qəzetində 2, “Nuhçıxan” İnformasiya Agentliyində 1, digər informasiya resurslarında 8 xəbər materialı yer alıb.

Ay ərzində, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 7 nəfər Naxçıvan televiziyası, 1 nəfər Azad Azərbaycan televiziyası üçün müsahibə vermişdir. 

İyun ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Qadın Dünyası” verilişində iştirak etmişdir.

İyun ayında “Şərq qapısı” qəzetində Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Naxçıvan Teatrı və Muxtar Respublikanın 100 illiyi” adlı məqaləsi, “Xalq” qəzetində Mədəniyyət Nazirliyinin Elmi-metodiki Mərkəzinin direktoru Səyyar Bayatın “Qərbi Azərbaycan” adlı məqaləsi yer almışdır.

Ay ərzində Nazirliyin nculture.gov.az saytına materiallların yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində qanunvericilik bölməsi təkminləşdirilmiş, mədəniyyət sahəsində qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanları müvafiq bölməyə daxil edilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmişdir. Ay ərzində səhifəyə 18 material işlənmişdir. Həmçinin iyun ayında nazirliyin saytına 2200-dən artıq baxış qeydə alınmışdır.

Nazirliyin Youtube kanalına 2 videomaterial yerləşdirilmiş, bu günədək 5 min 350 abunəçi, 959 min 684 izlənmə sayı olmuşdur.

İyun ayında nazirliyin X (twitter) hesabında 4 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyun ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 800-ə çatmış, 45 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9 min 600 olmuş, səhifədə 50 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 14  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 975 nəfər olmuşdur.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyun ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 40-ıİdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 131 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 31-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 48 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 44 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 13 nəfər işə qəbul edilmişdir.