
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi 11 fevral 2014-cü il tarixdə yaradılmışdır. 2016-cı il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir.
Muzeyin fondunda ümumilikdə 300-dən çox eksponat vardır ki, bunlardan 200-ə yaxını muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar və s. nümayiş etdirilir. Həmçinin muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.
Ünvan: Culfa rayonu, Xanəgah kəndi