Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

MƏHƏMMƏD TAĞI SİDQİ ADINA NAXÇIVAN DÖVLƏT KUKLA TEATRININ ƏSASNAMƏSİ

 

Məhəmməd Tağı Sidqi adına

Naxçıvan Dövlət Kukla Teatrının

ƏSASNAMƏSİ

1.    Ümumi müddəalar 

1.1.  Naxçıvan Dövlət Kukla Teatrının əsası 14 sentyabr 1989-cu ildə qoyulmuşdur. 1989-cu ildən Naxçıvan Dövlət Kukla Teatrı adlanır, 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır.

1.2.  Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının (bundan sonra - Kukla Teatrı) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstəririr.

1.3.  Kukla Teatrı öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4.  Kukla Teatrı tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf etdirilməsini, onlarda mənəvi dəyərlərə daha dərindən yiyələnmək məqsədi ilə bədii və peşəkarlıq cəhətdən yüksək sənət nümunəsi olan tamaşalar və səhnə əsərlərinin hazırlanmasını həyata keçirir.

1.5.  Kukla Teatrı müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, möhürə və ştampa, müvafiq blanklara və bank hesabına malikdir.

1.6.  Kukla Teatrı Naxçıvan şəhərində yerləşir.

2.       Kukla Teatrının fəaliyyət istiqamətləri və məqsədləri

 

2.1.  Kukla Teatrının fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:

2.1.1.   tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf edilməsi məqsədi ilə tamaşalar və digər səhnə əsərlərinin hazırlanması;

2.1.2.   müasir milli səhnə sənətinin hərtərəfli inkişafının təmin edilməsi, yaradıcılıq axtarışlarının aparılması, novator səhnə formalarının tətbiq edilməsi, Azərbaycan dramaturgiyasının inkişafı üçün yeni müəlliflər nəslinin yetişdirilməsinə şərait yaradılması;

2.1.3.   böyüməkdə olan gənc nəslin estetik zövqünün, bədii anlamının formalaşdırılması, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə hörmət və rəğbət hissinin aşılanması.

 

3.    Kukla Teatrının hüquq və vəzifələri

 

3.1.  Kukla Teatrı fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir:

3.1.1.   milli mədəni irsin, teatr ənənələrinin qabaqcıl təmsilçisi və davamçısı kimi fəaliyyət göstərir;

3.1.2.   böyüməkdə olan gənc nəslin asudə vaxtının səmərəli və məqsədli təşkilinə, gənclərin ictimai mövqeyinin formalaşmasına kömək edir;

3.1.3.   respublikamızda və xarici ölkələrdə milli teatr sənətinin nailiyyətlərini geniş təbliğ edir;

3.1.4.   Kukla Teatrının fəaliyyəti ilə bağlı və qanuna zidd olmayan saziş və digər hüquqi sənədlər imzalayır;

3.1.5.   mübahisəli məsələlərlə bağlı məhkəmələrdə iddiaçı, yaxud cavabdeh qismində çıxış edir;

3.1.6.   bank kreditlərindən istifadə edir;

3.1.7.   Kukla Teatrının xarakterinə uyğun olmayan tədbirlərin keçirilməsini qadağan edir, teatr daxili davranış qaydalarını müəyyən edir və onlara əməl olunmasını təmin edir;

3.1.8.   toplanan vəsaitin təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.9.   Kukla Teatrının fəaliyyəti üçün zəruri olan avadanlıq, xammal, material, yanacaq, inventar və digər maddi vəsaitləri alır;

3.1.10.    təsdiq olunmuş plan və bağlanmış müqaviləyə uyğun olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi zamanı iştirakçılara göstərilən xidmətin yüksək keyfiyyətini təmin edir;

3.1.11.    Kukla Teatrının maddi-texniki cəhətdən təmin edilməsi, bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına tam əməl olunmasını həyata keçirir;

3.1.12.    fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə bağlı nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və  hüquqlardan istifadə edir.

 

4. Kukla Teatrının fəaliyyətinin maliyyələşdirilməsi, əmlakı və vəsaitləri

 

4.1.  Teatrın əmlakı əsas dövriyyə vəsaitlərindən ibarət olmaqla onun balansında əks etdirilir.

4.2.  Teatrın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

4.2.1.   Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əsas fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılımış vəsait;

4.2.2.   tamaşalara bilet satışından əldə olunan vəsait;

4.2.3.   dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması ilə əlaqədar köçürmələr;

4.2.4.   qanunla qadağan olunmayan və teatrın işinə xələl gətirməyən digər fəaliyyətdən əldə edilən gəlirlər;

4.2.5.   göstərilən xidmətlərdən əldə olunan gəlirlər

4.2.6.   tamaşa zalının birdəfəlik icarəyə verilməsindən əldə edilən gəlirlər;

4.2.7.   dövlət, ictimai təşkilatlarda və müəssisələrdə müqavilə əsasında keçirilən tədbirlərdən, tamaşalardan əldə edilən gəlirlər;

4.2.8.   qastrol və səyyar tamaşalardan əldə edilən gəlirlər;

4.2.9.   sponsorlardan daxil olan vəsaitlər;

4.2.10.    müəssisələrin, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların könüllü köçürmələri.

4.3.        Kukla Teatrı müqavilə əsasında aldığı bank kreditlərindən istifadə edir və həmin kreditin aidiyyatı üzrə istifadə olunması, eləcə də vaxtında geri qaytarılması üçün məsuliyyət daşıyır.

4.4.        Kukla Teatrı əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir.

4.5.        Kukla Teatrı öz vəsaitindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş əsas və köməkçi proqnoz göstəricilərə uyğun olaraq müstəqil tərtib və təsdiq etdiyi istehsalat-maliyyə proqnozuna müvafiq istifadə edir;

4.6.        Kukla Teatrı mövcud qaydalar əsasında əldə etdiyi gəlirin müəyyən hissəsini dövlət vergi orqanlarına keçirir;

4.7.        Kukla Teatrında mühasibat, statistika hesabatları aparılır, müəyyən olunmuş vaxtda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilir;

4.8.      Kukla Teatrının ümumi fəaliyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlar tərəfindən yoxlanıla bilər.

 

5.    Kukla Teatrının fəaliyyətinin təşkili

 

5.1.     Kukla Teatrına Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor-bədii rəhbər rəhbərlik edir.

5.2.     Kukla Teatrının baş rəssamı və baş mühasibi direktor-bədii rəhbərin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.3.     Direktor-bədii rəhbər-:

5.3.1.   Kukla Teatrının bütün fəaliyyətinə ümumi rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır.

5.3.2.   Kukla Teatrının ixtisaslı kadrlarla komplektləşməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

5.3.3.   Maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

5.3.4.   Kukla Teatrının maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

5.3.5.   Kukla Teatrının fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmədə iştirak edir;

5.3.6.   Kukla Teatrının baş rəssamı və baş mühasibi istisna olmaqla digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tədbirləri görür;

5.3.7.   dövlət, bələdiyyə və qeyri hökumət təşkilatlarında Kukla Teatrını vəkalətnaməsiz təmsil edir.

5.3.8.   qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

5.4.   Kukla Teatrının illik iş və repertuar planları Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən təsdiq edilir.

5.5.   Kukla Teatrının fəaliyyətində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.