Muzey 2014-cü ildə yaradılmışdır. İki mərtəbəli muzey binasının birinci mərtəbəsində iş otaqları, ikinci mərtəbədə isə ekspozisiya zalı yerləşir. Muzeyin fondunda 500-dən çox eksponat vardır ki, bunlardan da 400-ə yaxını ekspozisiyada nümayiş olunur. Ekspozisiya zalında görkəmli pedaqoqun ailə üzvlərinin, sənət yoldaşlarının və şagirdləri olmuş görkəmli şəxsiyyətlərin fotoşəkilləri nümayiş etdirilir. Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları sərgilənir. Muzeydəki eksponatlar M.T.Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.
Ünvan: Ordubad şəhəri, Mingis küçəsi
Tel: +994 (36) 547-04-91