Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN MART AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əməkdaşı Səadət Abidinova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur.

Martın 15-də 21 Mart - Beynəlxalq Poeziya Günü münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində mart ayında iş davam etdirilmişdir. Belə ki, 14 mart tarixində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Milli musiqi sənətimiz” adlı dəyirmi masa, martın 14-də Culfa Rayon Mədəniyyət Sarayında “Naxçıvanın özünəməxsus adət-ənənələri” adlı tədbir keçirilmişdir. Ay ərzində klub işi üzrə muxtariyyətin 100 illiyinə həsr olunmuş 3 tədbir təşkil edilmişdir.

     Martın 6-da Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Şahin Rəsulzadənin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuş, tədbir keçirilmişdir. Martın 13-də isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilmişdir. Martın 15-də Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş  “Naxçıvanın tarixi, maddi-mənəvi  və milli dəyərləri” mövzusunda tədbir keçirilmişdir. 05 mart tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Yengicə kənd tam orta məktəbinin şagirdləri üçün  “Naxçıvanın 100 illiyi” mövzusunda, 12 mart tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Alışar kənd tam orta məktəbinin şagirdləri üçün  “100 illik tarixə malik Naxçıvan” mövzusunda, martın 14-də Heydər Əliyev Muzeyində Naxçıvan Texniki Kollecin tələbələri üçün, 14 mart tarixdə Bəhruz Kəngərli Muzeyində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün “Muxtariyyət illərində Naxçıvan muzeyləri” mövzusunda, 14 mart tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri üçün “Muxtariyyət dövründə Naxçıvan muzeyləri” mövzusunda, 29 mart tarixdə Cəmşid Naxçıvanski Muzeyində Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri üçün “XX əsrin soyqırımları və etnik təmizləmələr tarixindən” mövzusunda açıq dərslər keçirilmişdir.

Mart ayında ümumilikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş 5 tədbir,6 açıq dərs keçirilmiş, 3 sərgi qurulmuşdur.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı martın 19-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Sağlam ekoloji mühit üçün birlik olaq” adlı tədbir keçirilmişdir. Ümumilikdə kitabxanalar tərəfindən 4 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Martın 6-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Şahbuz Rayon Mədəniyyət Sarayının təşkilatçılığı ilə sarayda “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı iş aparılmış, satınalmaların elan olunması üçün şərtlərin hazırlanması ilə bağlı hazırlıq işləri görülmüşdür.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Martın 14-də Məhəmməd Tağı Sidqinin 170 illik yubileyinə, martın 18-də Məmməd Səid Ordubadinin anadan olmasının 152-ci ildönümünə  həsr olunmuş tədbirlər keçirilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasında Novruz Bayramına həsr olunmuş “Baharın səsi” başlıqlı sərgi qurulmuşdur. Martın 29-da Culfa və Sədərək Rayon Tarix-Diyarşünaslıq muzeylərində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, martın 5-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Düylün, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Türkeş, martın 14-də Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qarabağlar kənd mərkəzlərində görüşlər təşkil olunmuşdur.

Ay ərzində Naxçıvan Dövlət Tarix Muzeyində Babək və Ordubad Rayon Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşlarına, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin Akademik Yusif Məmmədəliyevin ev muzeylərinin əməkdaşlarına praktik köməklik göstərilmişdir.

     Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərs və  mühazirə keçirilmişdir.

Ay ərzində ümumilikdə 31 açıq dərs və 45 mühazirə keçirilmişdir. Mart ayında muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 10 tədbir keçirilmiş, 10 sərgi qurulmuşdur.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 316 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Mart ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 316, Facebook səhifələrində 309 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33780, Facebook hesablarında isə 59576 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 48127 nəfər yerli, 4263 nəfər əcnəbi olmaqla, ümumilikdə 52390 nəfər ziyarət etmiş, muzeylərə yeni 50 ədəd eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, martın 13-də Muradova Zəhra Bilal qızının “Heydər Əliyev və Qarabağ”, “Şuşa – Hər daşı-qayası tarix”, “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” və “Şuşadan Qoriyə gedən yol” adlı kitabların Naxçıvan Muxtar Respublika Kitabxanasında təqdimetmə mərasimi olmuşdur. Həmçinin, kitabxanalarda 21 Mart - Beynəlxalq Poeziya Günü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, Məhəmməd Tağı Sidqinin anadan olmasının 170, Cəfər Cabbarlının anadan olmasının 125, M.S.Ordubadinin anadan olmasının 152-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

 Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 32 tədbir keçirilmiş, 54 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 7 kitab müzakirəsi keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Daxil olan çap məhsullarının KBT-yə əsasən düzülüşümövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Metodiki məktub, icmal və tövsiyyə ədəbiyyat siyahılarının hazırlanması qaydaları” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

 “Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə A.Babayevin “Memarın məhəbbəti” poemasının müzakirəsini keçirmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəbli oxucularla M.S.Ordubadinin “Qanlı illər” kitabının Naxçıvan şəhər 15№li tam orta məktəbdə müzakirəsini təşkil etmişlər.

Mart    ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 27 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lər tərəfindən 20 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 21 oxucuya səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında məlumatların kitabxananın sosial şəbəkə hesablarında paylaşılması  diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 109 material hazırlanmış, sosial şəbəkə hesablarında 320 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11 min 208, Facebook səhifələrində 18 min 845 olmuşdur.

Kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 158 adda 182 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2 min 318 oxucu gəlişi 11 min 899, kitab verilişi isə 45 min 414 nüsxə olmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa yeni kitab işlənməmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36364 olmuşdur.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 958-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 395, qlobal şəbəkədən 54 oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda ümumilikdə 449 tədbir keçirilmişdir.

Mart ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü, Novruz Bayramı, 31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü, Məmməd Əmin Rəsulzadənin 140 illik, Cəfər Cabbarlının 125 illik yubileyləri münasibəti ilə rayon mədəniyyət saraylarında “Milli musiqi sənətimiz”, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Naxçıvanda Novruz ənənələri”, “Bayramların sultanı – Novruz”, “Tarixin bir günü” və s. tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Mart ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 39 tədbir keçirilmiş, 23 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Nizami Gəncəvinin “İsgəndərnamə” əsərinə dair 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən isə “Qərbi Azərbaycanın Novruz adətləri” və “Naxçıvanın musiqi folkloru” adlı 2 adda 16 olmaqla, ümumilikdə 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Mart ayında əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və mədəniyyət sarayları tərəfindən “Torpaq çərşənbəsi”, “Od çərşənbəsi”, ”Yel çərşənbəsi” adəti, Novruz adətləri və s. ilə bağlı 12 material hazırlanaraq müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 255 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 105 paylaşım edilmiş, 6 min 928 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 150 paylaşımın 8 min 230 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 28 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1 min 042, Facebook səhifəsində izləyicilərinin sayı isə 1104 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində ümumilikdə 42 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1505 manatlıq 15 adda 122 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti mart ayında da diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına

ay ərzində “Velosiped oğruları”, “Yol əhvalatı” və “Bəyin oğurlanması” filmləri nümayiş olunmuşdur.

Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmış, martın 27-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 16, 17 və 1 nömrəli tam orta məktəblərin şagirdlərinə “Buta” filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində üç dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində Hərbi Liseyin kursantları üçün 5 film və ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film olmaqla, ümumilikdə 6 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 131 material hazırlanmış, 262  paylaşım edilmiş, 1746 izləyici sayı olmuşdur.

Ay ərzində fonda 11 film, 3 kitab və 6 jurnal daxil olmuşdur. Həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsi 2024-cü ilin mart ayında öz fəaliyyətini

Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Martın 4-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş konserti təşkil edilmişdir.

Nazirliyin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilmişdir. 7 mart tarixdə aid təşkilatlarla birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri konsert proqramı ilə çıxış etmişdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Bahar festivalında 20 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Qədim musiqi alətləri ansamblının və “Şərur” Xalq Yallı Ansamblının, 23 mart tarixdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblının konsert proqramları, 20-23 mart tarixlərdə rayon mədəniyyət idarə və şöbələrinin kollektivlərinin konsert proqramları təqdim edilmişdir. 20 mart tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” və 22 mart tarixdə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən T.Seyidovun “Bahar xanımın İnadkarlığı” tamaşası göstərilmişdir. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekadr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində mart ayında iş davam etdirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesinin məşqləri aparılmışdır. Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 4 konsert keçirilmişdir. Belə ki, 4 mart tarixdə Culfa Şəhər Uşaq Musiqi Məktəbində “Qədim diyarımız Naxçıvan”, 15 mart tarixdə Gənclik Mərkəzində Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Doğma Naxçıvanım” adlı, Ordubad Şəhər Uşaq Musiqi Məktəbində skripka sinifi şagirdlərinin, 16 mart tarixdə Ordubad İnternat tam orta məktəbində Ordubad Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin konsertləri keçirilmişdir. 14-16 mart tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilmişdir. Müsahibə mərhələsində 34 nəfər iştirak etmişdir. Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında V.Hüqonun “Edama məhkumun son günü” və H.Cavidin “Topal Teymur” əsərləri əsasında hazırlanan tamaşaların bərpa məşqləri aparılmış, N.Qoqolun “Müfəttiş”, V.Hüqonun “Edama məhkumun son günü”, M.Ü.Görgülünün “Cibimizdəki dəlilik”, A.Məsudun “Qatarın altına atılan qadın” əsərləri əsasında hazırlanmış tamaşaların və “Novruz şənliyi” tamaşasının bilet satışı ilə nümayişi olmuşdur. Teatrda mart ayı ərzində 2-i xeyriyyə, 9-u bilet satışı ilə olmaqla 11 tamaşa oynanılmışdır. Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, Vüqar Haqverdiyevin “Saçları səməni oğlan”, Əyyub Abbasovun “Keçinin qisası”, Kamalə Ağayevanın Göyçək Fatma”, Şirzad Abutalıbovun “Qoğalın sərgüzəşti”, Kamalə Ağayevanın “Tık-tık xanım”, Ələkbər Qasımovun “İnanmayaq tülkülərə” tamaşaları bilet satışı ilə təqdim olunmuşdur. Teatr tərəfindən mart ayında 1-i xeyriyyə, 25-i bilet satışı ilə olmaqla 26 tamaşa nümayiş olunmuşdur. Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən mart ayında “Siçanlar və pişiklər”, “Bahar xanımın inadkarlığı” tamaşaları oynanılmışdır. Ay ərzində 3-ü xeyriyyə olmaqla 11 tamaşa göstərilmişdir. Mart ayında dövlət teatrları tərəfindən 42-si bilet satışı ilə, 6-ı xeyriyyə olmaqla, ümumilikdə 48 tamaşa oynanılmışdır. 7 mart tarixdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Duzdağ Otelində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı keçirilmiş, 12 mart tarixdə Mahnı və Rəqs Ansamblının Naxçıvan Televiziyası tərəfindən İlaxır çərşənbəsinə həsr olunmuş televiziya çəkilişi olmuş, Daxili qoşunların yaranma günü ilə bağlı Şərur şəhərində hərbi hissənin əsgər və zabitlərinə Filarmoniyanın solistlərinin konserti təqdim edilmiş, 19 mart tarixdə Mahnı və Rəqs Ansamblı “Novruz” bayramı münasibətilə Sərhəd diviziyasının əsgər və zabitləri qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Mart ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində bir sıra tədbirlər, o cümlədən sinif konsertləri, açıq dərslər keçirilmişdir. Ordubad və Culfa şəhər, Babək Rayon, Qıvraq, Cəhri və Nehrəm qəsəbə, Zeynəddin, Vənənd, Şıxmahmud və Çalxanqala kənd uşaq musiqi məktəblərində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə 10 konsert təşkil edilmişdir. 6 mart tarixdə Vənənd Kənd Uşaq Musiqi Məktəbində intellektual oyun keçirilmiş, Sədərək Rayon və Çalxanqala Kənd Uşaq musiqi məktəblərində Novruz bayramı münasibətilə 2 konsert təşkil edilmişdir. Təhsil müəssisələrində ay ərzində ümumilikdə 16 konsert keçirilmişdir.

    Mart ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılıb. Belə ki, “Şərq qapısı” qəzetində 11, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 6,  Naxçıvan televiziyasında 8 xəbər, digər informasiya resurslarında 19 xəbər  materialı yer alıb.

     Ay ərzində  Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilib. Belə ki, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 4 nəfər Naxçıvan televiziyasında gedən verilişlər üçün müsahibə verib. 1 nəfərin isə APA tv-də müsahibəsi yer alıb.

     Ay ərzində Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 4 nəfər Naxçıvan televiziyası üçün, 1 nəfər APA TV üçün müsahibə verib.  Naxçıvan televiziyası tərəfindən Novruz çərşənbələri ilə bağlı hazırlanan verilişlərdə Naxçıvan şəhəri, Şahbuz, Babək və Culfa rayonlarının mədəniyyət idarə və şöbələrinin kollektivləri, Naxçıvan Dövlət Filarmoniyası və “Şərur” Xalq Yallı Ansamblı iştirak edib.

     Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqə üçün işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları nazirliyin nculture.gov.az saytına yerləşdirilmiş, müsahibə proqramlarında qeyd olunmuş rayon, şəhər mədəniyyət idarə və şöbələrinin, teatr və konsert müəssisələrinin, muzeylər, kitabxanalar, saraylar, dövlət qoruqları və muzeytipli müəssisələrin əsasnamələri üçün yeni bölmələr yaradılaraq sayta daxil edilmişdir. Ay ərzində səhifəyə 15 xəbər, 1 məqalə olmaqla, ümumilikdə 16 material işlənmişdir. Həmçinin mart ayında nazirliyin saytına 2500-dən artıq baxış sayı olmuşdur.

Nazirliyin Youtube kanalına 2 videomaterial yerləşdirilmiş, bu günədək 5 min 90 abunəçi, 883 min 665 izlənmə sayı olmuşdur.

Mart ayında nazirliyin X (twitter) hesabında 6 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Mart ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 760-a çatmış, 60 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9 min 100 olmuş, səhifədə 71 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 7  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 968 nəfər olmuşdur.

            Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri mart ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 21-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 54 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 27-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 55 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 30 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 6 nəfər işə qəbul edilmişdir.