
Muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi yaradılmış, 1960-cı ildən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır. Muzeydə Naxçıvanın zəngin və qədim tarixi ilə bağlı 40 mindən çox eksponat qorunub saxlanılır. Ekspozisiya əsasən 4 dövrü əhatə edir – qədim, orta əsrlər, müasir və yeni dövr. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın və Yusif Küseyr oğlu türbələrinin, eləcə də digər memarlıq abidələrinin fotoşəkilləri, rəssamlıq, dekorativ tətbiqi sənət, xalçaçılıq, numizmatika, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq nümunələri sərgilənir.
Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 77
Tel: (+99436) 545-01-39