Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin may ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
Ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilmişdir.
Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.
11 may tarixdə Naxçıvan Teatrının yaradılmasının 140 illiyi qeyd edilmişdir.
18 may tarixdə Açıq Səma Altında Muzeydə nazirliyin təşkilatçılığı ilə “18 May - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
24-26 may tarixlərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “SABAH İncəsənət Festivalı” keçirilmişdir.
"Naxçıvan-bəşəriyyətin beşiyi" VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində festival iştirakçılarına Naxçıvan Dövlət Filarmoniyasının muğam studiyası və "Şərur" Xalq Yallı Ansamblının konsert proqramı təqdim olunmuşdur.
May ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır.
Belə ki, Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam etdirilmiş, 26 may tarixdə tamaşaya ictimai baxış keçirilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmış, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir.
Nazirliyin təşkilatçılığı ilə mayın 8-də Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
Aid təşkilatlarla birgə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir. Nazirliyin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində 26 may tarixdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans keçirilmiş, 31 may tarixdə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə ulu öndərin həyatı və siyasi fəaliyyətinə dair “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə təşkil olunmuşdur.
Mayın ilk yarısında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən I Uşaq İncəsənət Festivalının aprelin 19-dan start verilmiş muxtar respublika mərhələsinin seçimləri davam etdirilmiş və mayın 15-də prosesə yekun vurulmuşdur.
4 may tarixdə Şərur Rayon Mədəniyyət İdarəsi tərəfindən Qarahəsənli Kənd Mədəniyyət Evində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yığıncaq və Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində konsert, 5 may tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilmişdir.
8 may tarixdə müvafiq rayon mədəniyyət idarə və şöbələrinin təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” adlı yığıncaq, Çərçiboğan Kənd Mədəniyyət Evində “Ulu öndərin ömür yolu” adlı bilik yarışı, Nəhəcir Kənd Mədəniyyət Evində yığıncaq, 10 may tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” və Şahbuz Rayon Mədəniyyət Sarayında “Əbədi müstəqillik tarixi yazan lider – Heydər Əliyev” adlı tədbirlər keçirilmişdir.
10 may tarixdə Şərur Şəhər Heydər Əliyev Parkında, Babək şəhərinin mərkəzi meydanında, Ordubad şəhər tədbirlər meydanında, Culfa şəhər mərkəzi meydanında, Şahbuz Şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında və Kəngərli Rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş konsertlər keçirilmişdir.
May ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 14 tədbir keçirilmişdir.
“Heydər Əliyev İli” çərçivəsində mayın 4-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Məmməd Arazın Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində isə "Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri, dünya üçün ümumbəşəri dəyərdir" mövzularında tədbirlər keçirilmişdir. Mayın 16-da Naxçıvan Dövlət Tarix Muzeyində "Heydər Əliyev və muzeylərimiz" mövzusunda, 17 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş və Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsində Xatirə Muzeyində “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbirlər keçirilmişdir. 22 may tarixində Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev - muzey sərvətlərimizin keşiyində”, mayın 23-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz”, mayın 24-də isə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyləri" mövzularında tədbirlər keçirilmişdir.
8 may tarixdə Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Heydər Əliyev Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və 12,13,14,15 nömrəli tam orta məktəblərin şagirdlərinə “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət – Heydər Əliyev” mövzusunda da açıq dərs keçirilmişdir.
Heydər Əliyev Muzeyində 03 may tarixdə Naxçıvan Qızlar Liseyinin, 04 may tarixdə 12 №-li, 11 may tarixdə 13 №-li tam orta məktəblərin şagirdlərinə “Əbədiyaşar lider” mövzusunda olmaqla 3 açıq dərs keçirilmişdir.
10 may tarixində Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhər 1 №-li tam orta məktəbin şagirdlərinə “Heydər Əliyevin şərəfli ömür yolu müasir gəncliyə nümunədir”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdlərinə “Heydər Əliyev siyasəti və Naxçıvan xanlığının tarixi”, 12 may tarixində Cəlil Məmmədquluzadənin Ev Muzeyində Naxçıvan şəhər 14 №-li tam orta məktəbin şagirdlərinə “Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadə haqqında” mövzularında açıq dərslər keçirilmişdir.
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində 2 may tarixdə Düdəngə, 04 may tarixdə Zeyvə, 05 may tarixdə Cəlilkənd, 11 may tarixdə isə Oğlanqala kənd tam orta məktəblərinin şagirdlərinə “Xalqımızın doğan Günəşi-Heydər Əliyev” mövzusunda 4 açıq dərs keçirilmişdir.
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində 04 may tarixində Keçili kənd tam orta məktəbinin şagirdlərinə “Ömrünü xalqına həsr etmiş dahi şəxsiyyət”, 05 may tarixində Xalq şairi Məmməd Arazın Ev Muzeyində Şahbuz rayon 2 nömrəli tam orta məktəbin şagirdlərinə ”Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir”, 10 may tarixində isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Sədərək Rayon Uşaq-gənclər idman məktəbinin şagirdlərinə “Dahi şəxsiyyət Heydər Əliyev – 100” mövzularında açıq dərslər keçirilmişdir.
“Heydər Əliyev İli” ilə bağlı muzeylərdə 8 tədbir, 14 açıq dərs keçirilmişdir.
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 3 may tarixdə “Heydər Əliyev obrazı ədəbiyyatımızda” mövzusunda Naxçıvan yazıçıları ilə görüş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 10 may tarixdə Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin həyatı və siyasi fəaliyyətinə aid əsərlərin biblioqrafik icmalı, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və İ.Qasımov adına Naxçıvan Şəhər MKS-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseydə “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” adlı tədbir, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirilmişdir. May ayında kitabxanalarda “Heydər Əliyev İli” ilə bağlı 6 tədbir keçirilmişdir.
May ayında Nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Belə ki, 23 may tarixdə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdlərinin, 26 may tarixdə Naxçıvan şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konsertləri keçirilmişdir.
15 may tarixdə Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbində, 19 may tarixdə Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində sinif konsertləri, 22 mayda Kəngərli Rayon Mədəniyyət Sarayında Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdinin solo konserti keçirilmiş, 24 may tarixdə Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbində “Lira musiqili intellektual” oyun təşkil edilmişdir.
Şahbuz Rayon Uşaq Musiqi Məktəbində 2 may tarixdə tar, kamança və qarmon ixtisasları üzrə şagirdlərinin konserti, 4 may tarixdə tar ixtisası üzrə müəllim Şahin Hüseynlinin şagirdlərinin sinif konserti, 5 may tarixdə qarmon ixtisası üzrə şagirdlərin, 8 mayda xor ixtisası üzrə müəllimlər - Alidə Abbasova və Turanə Yusifovanın şagirdlərinin, tar ixtisası üzrə müəllimi Məmmədov İntiqamın, 8 may tarixdə məktəbin fortepiano ixtisası üzrə müəllimləri Güllü Əliyeva, Nahidə Mehdiyeva, İlhamə Ağayeva, kamança ixtisası üzrə müəllimləri Rəqsanə Qasımova, Kuşvər Hüseynovanın şagirdlərinin birgə olmaqla, ümumilikdə 5 konsert təşkil edilmişdir.
“Heydər Əliyev ili” ilə bağlı may ayı ərzində ümumilikdə, 58 tədbir keçirilmişdir.
Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. Mayın 19-da Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Heydər Əliyev və Azərbaycan”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Kitabxana fondlarında çap əsərlərinin düzülüşü və mühafizəsi”, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Kitabxanaya daxil olan çap məhsullarının uçota alınması və işlənməsi qaydaları” mövzularında 3 açıq dərs, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrilə Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kitabının müzakirəsi, 11 may tarixdə Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Azərbaycan folkloru” mövzusunda mühazirə keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə tələbələrinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda təcrübə keçmələri təmin edilmişdir.
Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində 5-i bilet satışı ilə, 2-i xeyriyyə olmaqla 7 tamaşa nümayiş etdirmişdir. Mayın 10-da M.F.Axundovun “Lənkəran xanın vəzirinin sərgüzəştləri” və mayın 26-da Aqşin Babayevin “Xilaskar” əsərlərinin ictimai baxışı keçirilmişdir.
May ayında M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən bilet satışı ilə 6 tamaşa nümayiş etdirilmiş, mayın 18-i B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın ictimai baxışı aparılmışdır.
Naxçıvan Dövlət Uşaq Teatrında N.Niftəliyevanın “Məzlum dovşan” əsəri əsasında hazırlanan tamaşanın məşqləri aparılmış və bilet satışı ilə 4 tamaşa nümayiş etdirilmişdir.
Həmçinin, ay ərzində Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin məşqləri davam etdirilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə mayın 12-də Xatirə Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzeylərdə topoqrafik siyahıların tərtib edilməsi qaydaları” mövzusunda seminar-treninq təşkil olunmuşdur.
01 may tarixdə Məmməd Səid Ordubadinin Ev Muzeyində görkəmli yazıçının anım günü, 22 may tarixdə Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 22 illiyinə həsr olunmuş, tədbirlər keçirilib. 5 may tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində “5 May - Xalçaçı Günü” münasibətilə tədbir keçirilmiş, sərgi qurulmuşdur.
16 may tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və “18 may – Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Heydər Əliyev-həmişəyaşar lider” adlı tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində faəliyyət göstərən bir sıra muzey direktorları da ZOOM platforması üzərindən onlayn olaraq qoşularaq iştirak etmişlər.
“18 may – Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Rəsm Qalereyasında sərgi qurulmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Şərur, Ordubad, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyləri və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində bu mövzuda 5 tədbir keçirilmişdir. 19 may tarixdə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir.
Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yengicə, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xok kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2 görüşü təşkil olunmuşdur.
Muzey işinin təkmilləşdirilməsi məqsədilə may ayında Sədərək və Kəngərli rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində, Cəlil Məmmədquluzadənin Ev, Nehrəm və Cəlilkənddə xatirə muzeylərinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir
Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 11 tədbir keçirilmiş, 3 sərgi qurulmuşdur.
Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən “Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində 1, 8, 16 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində Heydər Əliyev adına tam orta məktəb və 2, 4, 5, 7 nömrəli tam orta məktəblərin şagirdlərinə “Azərbaycan xalçaçılıq sənətinin tarixi” mövzularında açıq dərslər keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 45 açıq dərs və 46 mühazirə keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.
Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 408 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 572 Facebook səhifələrində 565 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 178, Facebook hesablarında isə 50 min 639 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 43 min 33 nəfər yerli, 17 min 506 nəfər əcnəbi olmaqla, ümumilikdə 60 min 539 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 35 yeni eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında mayın 1-də M.S.Ordubadinin anım günü ilə bağlı tədbir, 11 may tarixdə yazıçı, dramaturq Elçin Əfəndiyevin əsərlərinin biblioqrafik icmalı və digər tədbirlər təşkil edilmişdir.
Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 13 kitab müzakirəsi keçirilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “9 May - Qələbə Günü”, “28 May - Müstəqillik Günü”, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi, yazıçı Elçin Əfəndiyevin anadan olmasının 80, Xanəndə Zülfüqar Adıgözəlovun anadan olmasının 125 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 30 tədbir keçirilmiş, 51 sərgi qurulmuşdur.
“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Dövlət Universitetində “Elektron kitabxana və mütaliə mədəniyyəti” mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 5 №li tam orta məktəbdə Aylin Atmacanın “Mədəni səviyyəni necə yüksəltməli?” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxuculara xidmət işinin təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Sistemli kataloq və onun vəzifəsi” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “28 May Müstəqillik Günüdür” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Oxucu Günü” ilə əlaqədar Naxçıvan şəhər 4 və 11 №li tam orta məktəblərdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi ilə bağlı “Müstəqilliyimiz əbədidir” mövzusunda mühazirələr oxunmuşdur.
May ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.
Ay ərzində MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanı məhdud 23 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 100 material hazırlanmış, sosial şəbəkə hesablarında 329 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 562, Facebook səhifələrində 17 min 578 olmuşdur.
May ayında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 79 adda 114 nüsxə çap məhsulu daxil olmuşdur.
Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 250, oxucu gəlişi 10 min 503, kitab verilişi isə 69 min 334 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 57 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 201-ə çatdırılmışdır.
Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 458-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 470 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.
Dövr ərzində kitabxanalarda ümumilikdə, 159 tədbir keçirilmişdir.
May ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. May ayında 2022-ci il ərzində mədəniyyət evləri və klubların əməkdaşları tərəfindən toplanmış folklor nümunələri ümumiləşdirilərək istifadə üçün AMEA Naxçıvan Bölməsinə göndərilmişdir.
Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, “28 May – Müstəqillik Günü” münasibətilə tədbir və konsert proqramları təşkil edilmişdir. May ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 13 tədbir keçirilmiş, 6 sərgi qurulmuşdur.
Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Nəriman Məmmədovun yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.
Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 185 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 83 paylaşım edilmiş, 3 min 423 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 102 paylaşımın 6 min 978 izləyicisi olmuşdur.
May ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 8 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1009, Facebook izləyicilərinin sayı isə 1014 olmuşdur.
Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 27 tədbir keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1 min 110 manatlıq 13 adda 89 ədəd iş satılmışdır.
Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 12 may tarixdə “Ata yolu” sənədli filminin nümayişini təşkil etmişdir.
Ay ərzində Naxçıvan şəhər 6, 7 və 8 nömrəli tam orta məktəblərin şagirdlərinə “Əbədi ezamiyyət” filminin nümayişi təşkil olunmuşdur.
11 may tarixdə Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Aşıq Ələsgər” sənədli filminin, 03 may tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə və 18 may tarixdə isə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə Naxçıvan Dövlət Film Fondunda “Ata yolu” sənədli filminin nümayişi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin birgə Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 2023-cü il 5 may tarixində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir.
Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, Hərbi Liseyin kursantları üçün 1 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film və digər tədbirlərdə isə 3 film olmaqla, ümumilikdə 5 film nümayiş olunmuşdur. Həmçinin, sosial şəbəkə hesablarında paylaşılmaq üçün 116 material hazırlanmış, 232 paylaşım edilmiş, 1 min 689 izləyici sayı olmuşdur.
Ay ərzində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Əsl məhəbbət haqqında” film nüsxələnərək Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verilmişdir.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki 19 may tarixdə Naxçıvan Gənclər Fondunda Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Yaşa və öyrən” bilik yarışı təşkil edilmişdir.
Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 21 xəbər, 4 məqalə olmaqla, ümumilikdə 25 material işlənmişdir.
Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 930, görüntüləmə sayı 617 min 456 olmuşdur.
Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Aprel ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 420-ə çatmış, 65 paylaşım edilmişdir.
O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 510 olmuş, səhifədə 81 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 18 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 921 nəfər olmuşdur.
May ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 15 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 9, digər informasiya resurslarında 17 xəbər materialı yer alıb.
May ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. “Nuhçıxan” İnformasiya Agentliyində Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Heydər Əliyev və Türk dünyasının mədəniyyəti” sərlövhəli məqaləsi yer alıb. “Mədəniyyət” qəzetində Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Ulu öndərlə görüşlərdən xatirimdə qalanlar” adlı məqaləsi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Ulu öndərin teatr xadimləri ilə görüşündən yadda qalanlar” sərlövhəli məqaləsi dərc olunub. “İki sahil”qəzetində Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “Şəhidlik zirvəsinə ucalan igid- Rəşad Hüseynli” adlı xəbəri və “Qərbi Azərbaycanın toy mərasimləri…” adlı yazısı yer alıb.
Ay ərzində Naxçıvan televiziyası və radiosunun verilişlərində Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 7 nəfər müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 8 xəbər süjeti efirə verilmişdir.
Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri may ayı ərzində də davam etdirilmişdir. Belə ki, may ayı ərzində Nazirliyə 38-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 120 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 49 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 59 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 8 nəfər işə qəbul edilmişdir.