Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN MAY AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin may ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmişdir. Müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar Nazirliyin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Filarmoniyasına hər birindən 1 ədəd olmaqla kislofon, violençel, bas gitara, udarnik, Litavra musiqi alətləri və 40 ədəd not pultu təhvil verilmişdir.

Bundan əlavə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziriliyinin tabeliyindəki mədəniyyət müəssisələrinə səs və işıq avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması üzrə elan olunmuş tenderə uyğun olaraq rayon mədəniyyət idarə və şöbələrin tabeliyindəki müəssisələrə səs mikşeri (analoq), aktiv dinamik monitor, səs ucaldıcı dinamik, mikrofon dayağı, dinamik dayağı, səs gücləndirici, kürsü mikrofonu və digər səs avadanlıqları da təhvil verilmişdir.

Hesabat dövründə Ordubad şəhərində yerləşən Ərbabın iş yeri və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üzrə elan olunmuş kotirovka yekunlaşmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilmişdir.

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq 02-09 may tarixlərində Naxçıvanda - Haçadağda, Əshabi-Kəhf Ziyarətgahında, Əlincə qalasında, İ.Nəiminin məzarının yerləşdiyi Xanəgahda, Ordubad rayonunda, Möminə Xatın türbəsində, Nuh Peyğəmbərin türbəsində və digər məkanlarda “Nuhun ayaq izləri” adlı filmin çəkilişlərini aparılmışdır.

08-11 may tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə “Saat Meydanı” İstirahət Kompleksində ˝BOOKFEST˝ - kitab sərgisi keçirilmişdir. Sərgidə  Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin "Araz" instrumental ansamblının, uşaq musiqi və incəsənət məktəblərinin musiqi kollektivlərinin konsertləri, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin muğam sinfinin müəllimi Əsmər Hüseynovanın solo konserti təqdim edilmişdir.

17 may tarixdə Nazirliyin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyinin qarşısında “18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” hazırlanmış və Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.

Tədbirlər Planının icrası ilə bağlı may ayında bir sıra işlər görülmüş, may ayının 1-i və 2-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir.

1 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın təqdimatı olmuş, tamaşa, həmçinin, Kəngərli, Şərur, Sədərək, Şahbuz, Babək, Ordubad və Culfa rayon mədəniyyət saraylarında nümayiş olunmuşdur. 29 may tarixdə Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin muxtar respublikanın 100 illiyinə həsr olunmuş solo konserti keçirilmişdir.

Mayın 31-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi və Azərbaycanda iqlim dəyişiklikliyi ilə bağlı COP-un 29-cu konfransının keçirilməsi ilə əlaqədar olaraq Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan xalçaçılıq məktəbi və xalçalarda təbiət motivləri” adlı simpozium keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı 03 may tarixdə Şahbuz Rayon MKS-də “XXI əsrin salnaməsi Naxçıvan”, 14 may tarixdə Sədərək Rayon MKS-də “100 ilin Naxçıvanı Heydər Əliyevin siyasi fəaliyyətində”, 16 may tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  “Naxçıvan - Heydər Əliyev siyasi xəttinin bəhrəsi”, 24 may tarixdə Naxçıvan Şəhər MKS-də “Naxçıvan - Azərbaycan Xalq Cumhuriyyəti dövründə” adlı tədbirlər təşkil olunmuşdur. 30 may tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində səyyar sərgi qurulmuşdur.

08 may tarixdə Şahbuz  Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Ulu öndər Heydər Əliyev və Naxçıvan muxtariyyəti” mövzusunda, 15 may tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş, 17 may tarixdə Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsində Xatirə Muzeyində “Naxçıvan muzeyləri və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilmişdir. 22 may tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Şahbuz rayon Gömür kənd tam orta məktəbin şagirdləri üçün "Naxçıvan Muxtar Respublikasının 100 illiyi" mövzusunda açıq dərs keçirilmişdir.

Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 10, Şərur rayon uşaq musiqi və  incəsənət məktəblərində 8, Babək rayon uşaq musiqi məktəblərində 5,  Culfa rayon uşaq musiqi məktəblərində 6, Kəngərli rayon uşaq musiqi məktəblərində 8, Sədərək Rayon Uşaq Musiqi Məktəbində 3 olmaqla, ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 40 tədbir keçirilmişdir.

May ayında Nazirlikdə və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlarda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş müxtəlif formatlı 58 tədbir, 1 açıq dərs keçirilmiş və 1 səyyar sərgi qurulmuşdur.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 3 tədbir təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış və kitabxana üzrə bu istiqamətdə 1 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, kitabxanalarda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi münasibətilə 1 tədbir təşkil edilmişdir.

Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxana üzrə 1 tədbir təşkil edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

07 may tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “9 may Faşizm üzərində qələbə günüdür” mövzusunda tədbir keçirilmişdir.

10 may tarixdə Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr  olunmuş interaktiv dərs keçirilmiş, dərsdə muxtar respublikada fəaliyyət göstərən 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri iştirak etmişdir.

10 may tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

14 mayda Xatirə Muzeyində muzey əməkdaşları üçün “Milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanmasında muzeylərin rolu” mövzusunda  seminar-treninqi keçirilmişdir.

Şərur, Ordubad, Şahbuz rayon tarix-diyarşünaslıq muzeylərində “18 may Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmiş, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində məktəblilərlə görüş keçirilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasında 18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş sərgi qurulmuşdur.

22 may tarixdə Bəhruz Kəngərli Muzeyində muzeyin yaradılmasının 23 illiyinə  həsr  olunmuş  “Bəhruz Kəngərli Muzeyi- 23”  adlı tədbirin keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 24 may tarixdə Şərur Rayon Tarix-Diyarşünasləq Muzeyi əməkdaşlarının Qarxun kənd mərkəzində sakinlərlə görüşü təşkil olunmuşdur.

Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin əməkdaşlarına, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin və Xalq şairi Məmməd Arazın Ev Muzeyinin əməkdaşlarına praktik köməklik göstərilmişdir.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  44 açıq dərs və 56  mühazirə keçirilmişdir.

Hesabat dövründə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 8 tədbir keçirilmiş, 4 sərgi qurulmuşdur.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, məlumat xarakterli materiallar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 483, Facebook səhifələrində 479 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 798, Facebook hesablarında isə  60 min 661 olmuşdur.

May ayında muzeyləri 47 min 887 nəfər yerli, 18 min 108 nəfər əcnəbi olmaqla, ümumilikdə 65 min 995 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə  56 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.. Belə ki, 24 may tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şairə və yazıçı Sona Teymurbəyli-Rəhimlinin “Əzəmət” və “Sevgimi əbədi elə versəydim” kitablarının təqdimat mərasimi,  “9 May Qələbə Günü”, “28 May – Müstəqillik Günü”,  Ümumilli lider Heydər Əliyevin  anadan olmasının 101-ci ildönümü, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140, yazıçı İlyas Əfəndiyevin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 42 tədbir keçirilmiş, 52 sərgi qurulmuşdur.

Dövr ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 9 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Musiqi Kollecində “Kitab insan ruhunun müqəddəs yazısı, mənəvi qidasıdır”     mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 14 və 17 nömrəli tam orta məktəblərdə “Uşaq ədəbiyyatında Heydər Əliyev obrazı” mövzusunda mühazirə təşkil edilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

   “Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kütləvi tədbirlərin təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kiçik yaşlı uşaqların mütaliəsinə rəhbərlik” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

 “Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Aşıq Nabatın anadan olmasının 110 illik yubileyi ilə əlaqədar tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar “Azərbaycan Respublikasının Dövlət atributları” mövzusunda Naxçıvan şəhər 7№li tam orta məktəbdə viktorina təşkil etmişlər. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa böyük qayıdışın şah əsəridir” mövzusunda oxucu konfransı təşkil etmişlər.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şahbuz Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Şərur Rayon MKS-nin Uşaq kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Babək Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Babək Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

“Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən körpələr evi və uşaq bağçalarında, tam orta məktəblərin ibtidai siniflərində 27 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və rayon (şəhər) MKS-lər tərəfindən 16 nəfər olmaqla, ümumilikdə 17  sağlamlıq imkanı məhdud və ahıl oxuculara səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında məlumatların kitabxananın sosial şəbəkə hesablarında paylaşılması  diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 195 material hazırlanmış, sosial şəbəkə hesablarında 465 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11322, Facebook səhifələrində 18957 olmuşdur.

Dövr ərzində Nazirliyə 240 adda 2311 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 426 adda1024 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2338, oxucu gəlişi 13216, kitab verilişi isə 53801 nüsxə olmuşdur.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 5058-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 406, qlobal şəbəkədən 456 oxucu istifadə etmişdir.

Hesabat dövründə kitabxanalarda ümumilikdə 119 tədbir keçirilmişdir.

Cari ay ərzində kitabxanalar tərəfindən 195 material hazırlanmış, sosial şəbəkə hesablarında 465 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11322, Facebook səhifələrində 18957 olmuşdur.

Hesabat dövrü ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

“9 May – Faşizm üzərində Qələbə Günü”, “10 May – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü”, “28 May – Müstəqillik Günü”, ustad tarzən Muxtar Həsənovun 75 illik yubileyi və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Həmçinin, 20 may tarixində Babək Rayon Mədəniyyət Sarayında “Qərbi Azərbaycana qayıdış” adlı tədbir keçirilmişdir.

Mayın 30-da isə Şərur Rayon Mədəniyyət Sarayının Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən Naxçıvan Dövlət Uşaq Teatrında S.S.Axundovun “Tamahkar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın nümayişi olmuşdur.

May ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 31 tədbir keçirilmiş, 16 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Xalq rəssamı Əzim Əzimzadənin yaradıcılığına dair 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Qədim milli musiqi alətlərimiz” adlı 1 adda 8 olmaqla, ümumilikdə 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Cari ilin may ayında əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 258 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 106 paylaşım edilmiş, 8288 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 152 paylaşımın 8453 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 12 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1044, Facebook səhifəsində izləyicilərinin sayı isə 8288 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində ümumilikdə 32 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 4464 manatlıq 25 adda 441 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmaqla 21 may tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 5,6 və 7 nömrəli tam orta məktəblərin şagirdlərinə “Əbədi ezamiyyət” filminin nümayişi təşkil olunmuşdur.

7 may 2024-cü il tarixdə “Əsl məhəbbət haqqında”, “Lider”, “Ata yolu”, “Uzaq sahillərdə” filmləri nüsxələnərək Şərur rayon Mədəniyyət Sarayına təhvil verilmişdir.

Ay ərzində 4 dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, ümumi 1 film nümayişi olmuş, sosial şəbəkə hesablarında 117 material hazırlanmış, 234 paylaşım edilmiş, izləyici sayı 1751 nəfər olmuşdur.

Hesabat dövründə filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşanın  məşqi aparılmış,  H.Eyvazlının “Araz sahilində doğan günəş”, M.Ü.Görgülü “Cibimizdəki dəlilik”, H.Cavidin “Topal Teymur”,  A.Məsudun  “Qatarın altına atılan qadın” əsərləri əsasında hazırlanmış tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. Teatr tərəfindən may ayı ərzində 1 xeyriyyə,  14 bilet satışı ilə olmaqla 15 tamaşa oynanılmış, 1423 tamaşaçı olmuş, tamaşalardan 2859 AZN gəlir əldə edilmişdir.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 13-14 may tarixlərdə Türkiyə Cümhuriyyətinin İğdır şəhərində Kamalə Ağayevanın “Tık-tık xanım” və Əyyub Abbasovun “Keçinin qisası” tamaşalarını nümayiş etdirmişdir. Teatrda  Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, 21 may tarixdə tamaşaya ictimai baxış keçirilmişdir. May ayı ərzində Teatrda  4-ü xeyriyyə olmaqla 12 tamaşa nümayişi olmuş,  2694 tamaşaçı iştirak etmiş, tamaşalardan 694 AZN gəlir əldə edilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında may ayında  Leyla Səfərovanın “Yumurta” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmişdir.

Dövlət teatrları may  ayında tərəfindən 1 yeni tamaşa hazırlanmış,  5-i xeyriyyə, 22-si bilet satışı ilə  olmaqla,  ümumilikdə 27 tamaşa oynanılmış, 4117  tamaşaçı olmuş, tamaşalardan  3553 AZN gəlir əldə edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin mayın 7-də Türkiyə Respublikasının Ərzurum, mayın 11-də isə Ordu şəhərlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci, Azərbaycanın müstəqilliyini elan etməsinin 106-cı ildönümünə həsr olunan “İki dövlət, bir millət” adlı konserti keçirilmişdir.

Mayın 10-da Mahnı və Rəqs Ansamblının Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və muxtariyyətin 100 illiyinə həsr olunmuş tədbirdə, İlham Əliyev adına Olimpiya İdman kompleksində keçirilən  “Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş  qızlar arasında voleybol çempionatının açılış mərasimində konsert proqramı təqdim olunmuşdur. May ayında Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin 6 konserti olmuşdur.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində may ayında müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, məktəblərdə sərgi, açıq dərslər, hesabat, solo və sinif konsertləri, bilik yarışları, Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbirlər keçirilmişdir. Təhsil müəssisələrində ay ərzində 79-u konsert olmaqla, ümumilikdə 141 tədbir keçirilmişdir.

29 may tarixində Naxçıvan Dövlət Filarmoniyasının zalında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün psixoloq-psixoterapevt Mirşahin Əlizadə tərəfindən “Şüuraltının həyatımıza təsiri. İnancların Gücü. Yeni mən” adlı şəxsi inkişaf seminarı keçirilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmişdir. Ay ərzində səhifəyə 19 material işlənmişdir. Həmçinin may ayında nazirliyin saytına 3100 baxış sayı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul qaydaları hazırlanaraq Nazirliyin rəsmi səhifəsinə (nculture.gov.az) yerləşdirilib.

Nazirliyin Youtube kanalına 2 videomaterial yerləşdirilmiş, bu günədək 5310 abunəçi 940 min 270 izlənmə sayı olmuşdur.

May ayında nazirliyin X (twitter) hesabında 11 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. May ayında Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1790-a çatmış, 77 paylaşım edilmişdir.

O cümlədən, “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9500 olmuş, səhifədə 90 paylaşım edilmişdir.  “naxcivan_muzeyleri” İnstagram səhifəsində 9 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə  975 nəfər olmuşdur.

Nazirliyin nculture.gov.az saytına ay ərzində məqalə və xəbərlərin yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən may ayında muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılıb. Belə ki, “Şərq qapısı” qəzetində 17, “Nuhçıxan” İnformasiya Agentliyində 4,  Naxçıvan televiziyasında 6  xəbər, digər informasiya resurslarında 25 xəbər  materialı yer alıb.

Ay ərzində, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 2 nəfər Naxçıvan televiziyasının verilişlərində iştirak edib, 1 nəfər NTV, 1 nəfər ASAN TV üçün    müsahibə verib. 

 13 may 2024-cü il  tarixdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın  və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın “Müasir Naxçıvanın uğurları Ulu öndər Heydər Əliyevin yoluna sədaqətin nəticəsidir”, 24 may 2024-cü il tarixdə "Hərbi and" qəzetində Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin  "Müstəqillik günümüz qutlu olsun"  adlı məqalələri yer alıb.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri may ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 41-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 108 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 40-ı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 80 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 49 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 40 nəfər işə qəbul edilmişdir.

May ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.