Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN BİRİNCİ RÜBÜ ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin ilk rübü ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

10 yanvar tarixdə  Heydər Əliyev Sarayında Nazirliyin  və “Naxçıvan qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşa Azərbaycan” adlı xeyriyyə konserti təşkil olunmuşdur.

​13 yanvar tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Hamılıqla səs verək” başlığı altında tədbir keçirilmişdir. 27 yanvar tarixində Naxçıvan Dövlət Filarmoniyasında Nazirliyin Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə təşkilatçılığı ilə “7 fevral  tarixində keçiriləcək prezident seçkilərində iştirak üçün fəallığın  artırılması” mövzusunda nazirliyə birbaşa tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində bir sıra işlər görülmüşdür.

Belə ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı videomaterial hazırlanaraq nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

17 yanvar 2024-cü il tarixdə Nazirlik tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyində “100 illik diyarın 100 yaşlı muzeyi” mövzusunda, 22 yanvar tarixdə Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Qədim diyarın yetirmələri: Bəhruz bəy Kəngərli - 132” mövzusunda, 06 fevralda Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın qədim diyarı – Şərqin incisi” mövzusunda, 08 fevral tarixdə Babək  Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Qarabağlar Türbə Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş, 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində Xatirə Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və C.Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümünə həsr olunmuş “Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim-Cəlil Məmmədquluzadə” mövzusunda, 06 martda Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Şahin Rəsulzadənin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi, 13 mart tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzusunda, 15 mart tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş  “Naxçıvanın tarixi, maddi-mənəvi  və milli dəyərləri” mövzusunda olmaqla tədbirlər keçirilmişdir.

08 fevralda Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş interaktiv dərs keçirilmişdir.

      Həmçinin, 01 fevralda Məmməd Tağı Sidqinin Ev Muzeyində, 02 fevralda Məmməd Səid Ordubadinin Ev Muzeyində, 06 fevralda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində, 08 fevral tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində, 16 fevralda C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, 21 fevralda Xalq Şairi Məmməd Arazın Ev Muzeyində, Şərur  Rayon Tarix-Diyarşünaslıq Muzeyində, 05 mart tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Yengicə kənd tam orta məktəbinin şagirdləri üçün  “Naxçıvanın 100 illiyi” mövzusunda, 12 mart tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Alışar kənd tam orta məktəbinin şagirdləri üçün  “100 illik tarixə malik Naxçıvan” mövzusunda, martın 14-də Heydər Əliyev Muzeyində Naxçıvan Texniki Kollecin tələbələri üçün, 14 mart tarixdə Bəhruz Kəngərli Muzeyində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün “Muxtariyyət illərində Naxçıvan muzeyləri” mövzusunda, 14 mart tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri üçün “Muxtariyyət dövründə Naxçıvan muzeyləri” mövzusunda, 29 mart tarixdə Cəmşid Naxçıvanski Muzeyində Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri üçün “XX əsrin soyqırımları və etnik təmizləmələr tarixindən” mövzusunda açıq dərslər keçirilmişdir.

3 ay ərzində muzeylər tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunmuş 9 tədbir, 15 açıq dərs, 1 interaktiv dərs keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda rüb ərzində  12 tədbir təşkil olunmuşdur. Belə ki, Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda tədbir keçirilmişdir. Yanvarın 13-də Kəngərli Rayon MKS tərəfindən Qarabağlar kənd 2 saylı tam orta məktəbdə şagirdlərlə maarifləndirici söhbət aparılmışdır. 16 yanvar tarixdə Culfa Rayon MKS tərəfindən Culfa şəhər Uşaq Musiqi Məktəbində “Azərbaycanın tarixi diyarı - Naxçıvan”, 26 yanvar tarixdə Ordubad Rayon MKS-də “Naxçıvan Muxtar Respublikası-100” və Sədərək Rayon MKS-də “Qədim Naxçıvan mətbəxi” adlı tədbirlər, fevralın 2-si A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 5№li tam orta məktəbdə “Naxçıvan Muxtar Respublikası-100” başlıqlı səyyar sərgi, 6 fevral M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının  təşkilatçılığı ilə Naxçıvan şəhər  Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan musiqi mədəniyyəti” mövzusunda tədbir təşkil edilmişdir. Fevralın 8-də Şahbuz Rayon MKS tərəfindən “Naxçıvanın Muxtariyyəti tarixi hadisədir” başlıqlı, Kəngərli Rayon MKS tərəfindən Qarabağlar kənd 2 saylı tam orta məktəbdə “Naxçıvan ədəbi mühiti 100 ildə” adlı, 9 fevral tarixdə Naxçıvan Şəhər MKS tərəfindən Naxçıvan şəhər  Uşaq Musiqi və İncəsənət Məktəbində “Naxçıvan Muxtar Respublikası - 100”  başlıqlı 100 kitabdan ibarət səyyar sərgi, Ordubad Rayon MKS tərəfindən “Naxçıvan Muxtar Respublikası - 100”  adlı, Sədərək Rayon MKS-də “Qədim Naxçıvanda Xıdır Nəbi adət-ənənəsi”, fevralın 16-sı Şərur Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət İdarəsi və MKS-nin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Şərqin qapısı – Naxçıvan kitablarda” adlı tədbirlər təşkil olunmuşdur.

Babək Rayon Mədəniyyət Sarayında yanvarın 8-də “Qədim diyarımız Naxçıvan kitablarda”, 26 yanvarda “Qədim Naxçıvan mahnılarda”, yanvarın 16-da Culfa Rayon Mədəniyyət Sarayında “Azərbaycanın tarixi diyarı – Naxçıvan” və  Şahbuz Rayon Mədəniyyət Sarayında “Tarixi abidələr diyarı – Naxçıvan”, fevralın 5-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında  “Tarixi nailiyyət – muxtariyyət”, fevralın 9-da Kəngərli Rayon Mədəniyyət Sarayında “Qədim Naxçıvanım”, 13 fevralda Sədərək Rayon Mədəniyyət Sarayında “Naxçıvan – 100”, 15 fevral tarixdə Şərur Rayon Mədəniyyət Sarayında “Qədim diyar – Naxçıvan”,  Şahbuz Rayon Mədəniyyət Sarayında fevralın 16-da “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində”,  fevralın 17-də Culfa Rayon Mədəniyyət Sarayında “Ulu torpaq”, 15 fevral tarixdə Babək Rayon Mədəniyyət Sarayında klub müəssisələrinin əməkdaşları arasında “Naxçıvanı tanıyaq” adlı intellektual oyun, 14 mart tarixində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Milli musiqi sənətimiz” adlı dəyirmi masa, Culfa Rayon Mədəniyyət Sarayında isə “Naxçıvanın özünəməxsus adət-ənənələri” və s. digər tədbirlər təşkil edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət idarə və şöbələri tərəfindən rüb ərzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı ümumilikdə 14 tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi” ilə əlaqədar Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Dövlət Arxivində araşdırma işləri aparılmış və Naxçıvan Muxtar Respublikası ilə bağlı heç yerdə olmayan, unikal kadırların siyahısı hazırlanmış, kadrların rəqəmsal daşıyıcıya köçürülərək fondun arxivinə daxil edilməsi üçün müvafiq təyinat üzrə təqdim olunmuşdur.

Naxçıvan Dövlət Film Fondunda 8 yanvar tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının 100 illiyi”nə həsr olunmuş tədbirdə gənclər üçün və 16 fevral tarixdə isə Naxçıvan Texniki kollecin tələbələrinə Naxçıvan Muxtar Respublikasının 1949-cu ildən bu günədək olan görüntülərindən ibarət video slayd və “Sübhdən başlanan həyat” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 6  tədbir təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, Nazirliyin sisteminə daxil olan kitabxanalarda  1 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, martın 6-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Şahbuz Rayon Mədəniyyət Sarayının təşkilatçılığı ilə sarayda “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı, kitabxanalar tərəfindən isə 8 tədbir olmaqla ümumilikdə 9 tədbir təşkil edilmişdir.

Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxanalarda 1 tədbir təşkil edilmişdir.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd  edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 mart 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq kitabxanalarda 5 tədbir təşkil edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Xatirə Muzeyində 19 yanvar 2024-cü il tarixdə 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş, 23 fevralda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş interaktiv dərs keçirilmişdir.

20 yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və  Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilmiş,  “Xan Sarayı” Dövlət    Tarix-Memarlıq Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgilər qurulmuşdur.

23 yanvarda Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey ekspozisiyasında davranış qaydaları” mövzusunda tədbir keçirilmişdir.

06 fevral 2024-cü il tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

10 fevralda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muzeyin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə 14 fevralda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tariximizi əks etdirən materialların toplanmasında, qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

15 fevralda Naxçıvan Dövlət Rəsm Qalereyasında Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədovun yaradıcılığına həsr olunmuş fərdi sərgisi təşkil olunmuş, tədbir keçirilmişdir.

     16 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 25 illiyinin qeyd edilməsi münasibətilə tədbir keçirilmişdir.

20 fevral tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində və Cəlikənddə xatirə muzeylərində görkəmli ədibin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

16-26 fevral tarixlərdə Naxçıvan Dövlət Tarix Muzeyi, Xatirə Muzeyi, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, “Xan   Sarayı ”    Dövlət     Tarix  - Memarlıq,  Möminə  Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Şahbuz Rayon Tarix Muzeyi və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş sərgilər qurulmuşdur.

23 fevralda Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir.

26 fevralda Ordubad Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş  tədbir keçirilmişdir.

14 mart tarixdə Məhəmməd Tağı Sidqinin 170 illik yubileyinə, 18 martda Məmməd Səid Ordubadinin anadan olmasının 152-ci ildönümünə  həsr olunmuş tədbirlər keçirilmişdir. Martın 29-da Culfa və Sədərək Rayon Tarix-Diyarşünaslıq muzeylərində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyasında Novruz Bayramına həsr olunmuş “Baharın səsi” başlıqlı sərgi təşkil edilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 24 yanvar tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayon Zeyvə kənd, 05 mart tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Düylün kənd sakinləri ilə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Türkeş kənd sakinləri ilə, 14 mart tarixdə  Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Qarabağlar kənd sakinləri, 29 martda Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Məmmədsabir kənd sakinləri ilə kənd mərkəzlərində görüşlər təşkil olunmuşdur. Rüb ərzində ümumilikdə 5 görüş keçirilmişdir.

Fevral ayından etibarən muzey əməkdaşlarına Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyləri tərəfindən praktik köməklik göstərilməsi işinə başlanılmışdır.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərs və  mühazirə keçirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, məlumat xarakterli materiallar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Rüb ərzində muzeylərdə 32 tədbir, 3 interaktiv dərs, 99 açıq dərs keçirilmiş, 44 sərgi qurulmuşdur.

Bundan başqa muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 871, Facebook səhifələrində 860 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33780, Facebook hesablarında isə 59576 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 71906 nəfər yerli,12479 nəfər əcnəbi olmaqla, ümumilikdə 102981 nəfər ziyarət etmiş, muzeylərə 172 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Belə ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 21 Fevral - Beynəlxalq Ana Dili Günü, 26 Fevral Xocalı Soyqırımı Günü, 21 Mart - Beynəlxalq Poeziya Günü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, yazıçı Ənvər Yusifoğlunun anadan olmasının 110 illik yubileyi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illik yubileyi, bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 100 illik yubileyi, Məhəmməd Tağı Sidqinin anadan olmasının 170, Cəfər Cabbarlının anadan olmasının 125, M.S.Ordubadinin anadan olmasının 152-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Rüb ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 105 tədbir keçirilmiş, 175 sərgi qurulmuşdur. Həmçinin, 13 mart tarixdə  Muradova Zəhra Bilal qızının “Heydər Əliyev və Qarabağ”, “Şuşa – Hər daşı-qayası tarix”, “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” və “Şuşadan Qoriyə gedən yol” adlı kitabların Naxçıvan Muxtar Respublika Kitabxanasında təqdimat mərasimi olmuşdur. Həmçinin 29 mart tarixdə Kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Rəsmi statistik hesabatların işlənilməsi qaydası” mövzusunda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  seminar təşkil edilmişdir. Beləliklə, kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 105 tədbir keçirilmiş, 175 sərgi qurulmuşdur.

İlin ilk rübündə kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 18 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 20  tədbir , “Kitabxanaçı Günü” ilə bağlı 30, “Kitabxana Günü” ilə bağlı 30, “Oxucu günü” ilə bağlı 11 , “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 94 tədbir keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 və MKS-lər tərəfindən 61 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 65 oxucuya səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 9 adda 72, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında məlumatların kitabxananın sosial şəbəkə hesablarında paylaşılması  diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində 447 material hazırlanmış, sosial şəbəkə hesablarında 1069 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11208 Facebook səhifələrində 18845 olmuşdur.

Rüb ərzində kitabxanalarda yeni oxucu sayı 8256, oxucu gəlişi 36409, kitab verilişi isə 143551 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kataloqda kitabların sayı 36364-ə çatdırılmışdır.

Şəbəkəyə 150 kitab (PDF) işlənmiş və ümumi sayı 4958-ə çatdırılmışdır. Həmçinin elektron kitabxananın lokal şəbəkəsindən 1235 qlobal şəbəkədən 265 oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda ümumilikdə 328 tədbir keçirilmişdir.

Yanvar-mart aylarında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, Heydər Əliyev Sarayı, rayon mədəniyyət sarayları, mədəniyyət evləri və klubların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Hesabat müddəti ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl, 20 Yanvar – Ümumxalq Hüzn Günü, 2 Fevral – Gənclər Günü, 21 Fevral – Beynəlxalq Ana Dili Günü, 26 Fevral – Xocalı Soyqırımı, 8 Mart – Beynəlxalq Qadınlar Günü, Novruz Bayramı, 31 Mart –Azərbaycanlılarının Soyqırımı Günü, Məmməd Əmin Rəsulzadənin 140 illik, Cəfər Cabbarlının 125 illik yubileyləri və digər əlamətdar tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Ümumilikdə bu səpkidə 84 tədbir keçirilmiş, 50 sərgi qurulmuşdur.

Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən isə 2 adda 16 olmaqla, ümumilikdə 5 adda 40 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Həmçinin əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır. Belə ki, “Xıdır Nəbi” adəti, Xocalı soyqırımı, Novruz çərşənbələri, Novruz bayramı və s. ilə bağlı 18 material hazırlanaraq müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 653 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 289 paylaşım edilmiş, 6928 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 364 paylaşımın 8230 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında isə 46 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1042, Facebook səhifəsində izləyicilərinin sayı isə 1104 olmuşdur.

Rüb ərzində klub işi üzrə ümumilikdə 103 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən rüb ərzində 3351  manatlıq 37 adda 307 ədəd iş satılmışdır.

Yanvar-mart aylarında Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı geniş paylaşımlar edilmişdir.

23 fevral tarixdə Naxçıvan Dövlət Film Fondu Naxçıvan Şəhər 3 №-li Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilən “Xocalı Soyqırımı-XX əsrin faciəsi” adlı tədbirdə “Xocalı faciəsi” filminin nümayişini təşkil etmişdir.

Dövr ərzində iki dəfə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin əməkdaşının iştirakı ilə Naxçıvan şəhər 1 və 8 nömrəli tam orta məktəblərdə monitorinq keçirilib.

Sözügedən müddət ərzində Naxçıvan radiosunda “Kinoman” layihəsi 11 dəfə efirdə olmuşdur.

Film Fond tərəfindən yanvar-mart ayları ərzində 1 tədbir keçirilmiş,  Hərbi Liseyin kursantları üçün 20 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 3 film, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə bağlı 1 film  və digər tədbirlərdə isə 5 film  olmaqla, ümumilikdə 29 film nümayiş olunmuşdur. Həmçinin  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 396 material hazırlanmış, 792 paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur. Bundan başqa müəssisəyə 11 film, 3 kitab, 6 jurnal daxil olmuş, 2 film nüsxələnərək Ordubad Rayon Mədəniyyət İdarəsinə verilmişdir. Həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

 İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsi 2024-cü ilin yanvar-mart ayları ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Naxçıvan şəhərində keçirilən “Qış Festivalı” - “Snow Fest”də Naxçıvan Dövlət Uşaq Teatrı T.Seyidovun səhnələşdirdiyi “Doktor Aybolitin dostları” tamaşası ilə çıxış etmiş, yanvarın 2-də Nazirliyin tabeliyindəki rayon mədəniyyət idarə və şöbələrində çalışan solistlərin konsert proqramı təqdim olunmuşdur.

Yeni il bayramı günlərində Naxçıvan şəhərində fəaliyyət göstərən teatrlarda uşaqlar üçün stasionar tamaşalar nümayiş olunmuşdur. Belə ki, bilet satışı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında 3, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 17, Naxçıvan Dövlət Uşaq Teatrında 8 tamaşa uşaqlara təqdim olunmuşdur.

10 yanvar tarixdə  Heydər Əliyev Sarayında Nazirliyin  və “Naxçıvan qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşa Azərbaycan” adlı xeyriyyə konserti təşkil olunmuşdur. Konsertdə vətənpərvərlik mahnıları ilə tanınan Nurlan Ordubadlı və Elvin Nasirli mahnılar ifa etmiş, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansanblının rəqs kollektivlərinin çıxışı olmuşdur.

Martın 4-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş konserti təşkil edilmişdir.

Nazirliyin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilmişdir.

7 mart tarixdə aid təşkilatlarla birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən “8 Mart  - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri  konsert proqramı ilə çıxış etmişdir.

 “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Bahar festivalında  20 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Qədim musiqi alətləri ansamblının  və “Şərur” Xalq Yallı Ansamblının, rayon və şəhər mədəniyyət idarə və şöbələrinin kollektivlərinin, 23 mart tarixdə Filarmoniyanın  Mahnı və Rəqs Ansamblının konsert proqramları, 20-23 mart tarixlərdə rayon mədəniyyət idarə və şöbələrinin kollektivlərinin konsert proqramları təqdim edilmişdir. 20 mart tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” və 22 mart tarixdə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən T.Seyidovun “Bahar xanımın inadkarlığı" tamaşası göstərilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekadr tarixli Sərəncamının icrası ilə bağlı  Nazirlik tərəfindən   “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair  Tədbirlər Planı” hazırlanmış və Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.

 Tədbirlər Planının icrası ilə bağlı yanvar-fevral aylarında Naxçıvan Dövlət Filarmoniyasında 100 illik yubileylə əlaqədar yeni repertuarın məşqləri aparılmış, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesinin məşqləri davam etdirilmişdir. Fevral ayının 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin ifasında konsert proqramı təqdim olunmuşdur. Fevral ayının 14-də isə Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri ilə birgə Naxçıvan incəsənət ustalarının konserti baş tutmuşdur.

Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində birinci rüb ərzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş  yanvar ayında 14,  fevral ayında 2, mart ayında 4 olmaqla,  ümumilikdə 20 konsert keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Nazirliyin Gənclər Təşkilatı tərəfindən yanvar ayının ikinci həftəsi “Gənclərlə iş həftəsi” elan olunmuş və həftə ərzində bir sıra tədbirlər keçirilmişdir. Yubileylə əlaqədar Nazirliyin Gənclər Təşkilatı tərəfindən yanvar  ayında 4, fevral ayında 1 olmaqla, ümumilikdə 5 tədbir keçirilmişdir.

29 yanvarda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş vəzifəsinə işə qəbul üzrə elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatmış, 14-16 mart tarixlərdə keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsində müsabiqəyə sənəd vermiş 34 nəfərdən 28-i iştirak etmişdir.

Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında K.Çapekin “Ana”, H.Cavidin “Topal Teymur”, V.Hüqonun “Edama məhkumun son günü” tamaşalarının bərpa məşqləri aparılmış, yanvarın 13-də rejissor M.Q.Əkbərovun quruluşunda J.B.Molyerin “Skapenin kələkləri” tamaşasının premyerası olmuş, yanvarın 17-də isə Ə.Cəlilovun repertuar planından kənar hazırladığı A.Məsudun “Qatarın altına atılan qadın” tamaşasına ictimai baxış keçirilmişdir. Yanvarın 20-də “20 yanvar şəhidləri”nin xatirəsinə K.Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşanın nümayişi olmuşdur. Birinci rüb  ərzində stasionarda  H.Cavidin “Topal Teymur”, K.Çapekin “Ana”, .B.Molyerin “Skapenin kələkləri”, M.F.Axundzadənin  “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, N.Qoqolun “Müfəttiş”, M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” və digər  tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. Teatrda yanvar-mart  ayları  ərzində 5-i xeyriyyə,  21-i bilet satışı ilə  olmaqla 26 tamaşa oynanılmışdır.

Hesabat dövründə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi  əsasında hazırlanan tamaşanın məşqləri aparılmış, K.Ağayevanın “Tıq-tıq xanım”, Z.Vedilinin “Meşə macəraları”, Ş.Abutalıbovun səhnələşdirdiyi “Buratino” və “Qoğalın sərgüzəşti”,  Vüqar Haqverdiyevin “Saçları səməni oğlan”, Əyyub Abbasovun “Keçinin qisası”, Kamalə Ağayevanın “Göyçək Fatma”, Ələkbər Qasımovun “İnanmayaq tülkülərə” və  digər tamaşalar bilet satışı ilə təqdim olunmuşdur. Teatr tərəfindən rüb ərzində 1-i xeyriyyə, 50-i bilet satışı ilə olmaqla 51 tamaşa nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən şəhid və qazi ailələrinin övladları,  sağlamlıq imkanı məhdud uşaqlar üçün xeyriyyə tamaşaları nümayiş olunmuş, T.Seyidovun "Siçanlar və pişiklər" və “Bahar xanımın inadkarlığı” tamaşalarının bərpa məşqləri aparılmış, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən mart ayında  "Siçanlar və pişiklər",  "Bahar xanımın inadkarlığı" tamaşaları  oynanılmışdır.  Teatr 5-i  xeyriyyə, 14-ü bilet satışı ilə olmaqla 19 tamaşa nümayiş etdirmişdir.

2024-cü ilin birinci rübü ərzində dövlət teatrları tərəfindən 85-i bilet satışı ilə,    11-i  xeyriyyə olmaqla, ümumilikdə 96   tamaşa oynanılmışdır.

         7 mart tarixdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Duzdağ Otelində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı keçirilmiş, 12 mart  tarixdə Mahnı və Rəqs Ansamblının Naxçıvan Televiziyası tərəfindən İlaxır çərşənbəsinə həsr olunmuş televizya çəkilişi olmuş, Daxili qoşunların yaranma günü ilə bağlı Şərur şəhərində  hərbi hissənin əsgər və zabitlərinə Filarmoniyanın solistlərinin  konserti təqdim edilmiş,  19 mart tarixdə Mahnı və Rəqs Ansamblı “Novruz” bayramı münasibətilə Sərhəd diviziyasının əsgər və zabitləri qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Yanvar-mart aylarında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, məktəblərdə sinif konsertləri, açıq dərslər keçirilmiş, yanvar ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində  “20 Yanvar-Ümumxalq hüzn günü” ilə əlaqədar olaraq 20 tədbir təşkil edilmiş, 2023-2024-cü tədris ilinin I yarımilinin yekunu ilə bağlı 25 konsert verilmiş, I yarımilin yekun imtahanları keçirilmişdir. Fevral ayında uşaq musiqi məktəblərində konsertlər keçirilmiş, Xocalı soyqırımına həsr olunmuş 6 tədbir təşkil olunmuşdur. Mart ayında 1 intellektual oyun keçirilmiş,  Sədərək Rayon və Çalxanqala Kənd Uşaq musiqi məktəblərində olmaqla Novruz bayramı münasibətilə 2 konsert, “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə 10 konsert təşkil edilmişdir.

Təhsil müəssisələrində birinci rüb ərzində 27 tədbir təşkil edilmiş, ümumilikdə 48 konsert keçirilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmişdir. Rüb ərzində səhifəyə 67 xəbər, 13 məqalə olmaqla, ümumilikdə 80 material işlənmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqə üçün işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları nazirliyin nculture.gov.az saytına yerləşdirilmiş, müsahibə proqramlarında qeyd olunmuş rayon, şəhər mədəniyyət idarə və şöbələrinin, teatr və konsert müəssisələrinin, muzeylər, kitabxanalar, saraylar, dövlət qoruqları və muzeytipli müəssisələrin əsasnamələri üçün yeni bölmələr yaradılaraq sayta daxil edilmişdir.

Nazirliyin Youtube kanalına 8 videomaterial yerləşdirilmiş, bu günədək 5 min 90 abunəçi, 883 min 665 izlənmə sayı olmuşdur.

Birinci rübdə nazirliyin X (twitter) hesabında 18 paylaşım edilmişdir.

Rüb ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Birinci rübdə Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 760-a çatmış, 192 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9 min 100 olmuş, səhifədə 256 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 29 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 968 nəfər olmuşdur.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər KİV-də işıqlandırılması diqqətdə saxlanılıb. Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən media resursları ilə əlaqələri davam etdirilib. Belə ki, “Şərq qapısı” qəzetində 39, digər media resurslarında 67 material dərc olunub, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 17 xəbər işıq üzü görüb.

Rüb ərzində “Mədəniyyət” qəzetində Naxçıvan Teatrının aktyoru Səməd Canbaxşiyevin “14 il səhnədə”, “Şərq qapısı” qəzetində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Cəlil Məmmədquluzadə yaradıcılığı Ədəbiyyat Muzeyinin fondunda və ekspozisiyasında”,  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və  Açıq  Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının  Əməkdar  mədəniyyət işçisi Nəzakət Əsədovanın Muzey fondu, tarixi faktlar və həqiqətlər”,   “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın “Əcəminin daş möcüzəsi” adlı məqalələri işıq üzü görüb.

“İki sahil” qəzetində Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “Nuhun yurdu-dünyanın nəqşi”, “525-ci qəzet”də Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Şərqin qapısının sehrində iki böyük sənətkar”, “Naxçıvanxəbərləri.com” saytında Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Ömrünü vətənə qurban verənlərdən oldu” və “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” adlı məqalələri çap olunub.

Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin və Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 4 nəfər iştirak edib,  13 nəfər müsahibə veribdir. Bundan əlavə, 1 nəfər İctimai tv,1 nəfər AZTV, 3 nəfər Mədəniyyət tv, 1nəfər APA TV üçün müsahibə verib. Rüb ərzində Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 24  xəbər süjeti efirə yayımlanıb. Həmçinin Xəzər televiziyasının “Ənənə boxçası” verilişi Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında çəkilişlər edib, rayon idarə və şöbələrinin kollektivləri  tərəfindən çəkilişlərə köməklik göstərilib. Naxçıvan televiziyası tərəfindən Novruz çərşənbələri ilə bağlı hazırlanan verilişlərdə Naxçıvan şəhəri, Şahbuz, Babək və Culfa rayonlarının mədəniyyət idarə və şöbələrinin kollektivləri, Naxçıvan Dövlət Filarmoniyası və “Şərur” Xalq Yallı Ansamblı iştirak edib.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri I rübdə də davam etdirilmişdir. Belə ki, Nazirliyə 100-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 263 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 111-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 191 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 147 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 61 nəfər işə qəbul edilmişdir.

  I rüb ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.