Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn oktyabr ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin oktyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Oktyabrın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi keçirilib.

Oktyabrın 13-də Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü münasibətilə Xalq şairinin Şahbuz rayonunun Nursu kəndində yerləşən Ev Muzeyində tədbir təşkil edilmişdir.

Oktyabrın 24-də Nazirliyin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. 

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti təşkil edilmişdir.

27-31 oktyabr tarixlərdə Türkiyə Respublikasının Çorum və Ərzurum şəhərlərində keçirilən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü və Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ildönümünə həsr olunmuş “Türkiyə-Azərbaycan qardaşlıq sərgisi”ndə Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və rəssamlarından bir qrupu rəsm əsərləri ilə iştirak etmişdir.

Hesabat ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmiş, Naxçıvan Dövlət Tarix və Heydər Əliyev muzeylərində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Ulu Öndər Heydər Əliyev – qurucu və xilaskar lider” mövzusunda 16 açıq dərs keçirilmişdir. 

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 29 oktyabrda Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və Filarmoniyanın solistlərindən bir qrupu Türkiyənin Qars şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə konsert proqramı ilə çıxış etmişdir.   

5 oktyabr tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan şəhər 1, 8 və 14 nömrəli tam orta məktəblərdə “Sən elə bir zirvəsən” başlıqlı mühazirələr, 6 oktyabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Şəhər Mədəniyyət İdarəsi ilə birgə “Heydər Əliyev və Azərbaycan musiqisi”, 16 oktyabr tarixdə Culfa Rayon MKS Culfa Rayon Mədəniyyət Şöbəsi ilə birgə Culfa Şəhər Uşaq Musiqi Məktəbində “Heydər Əliyev və müstəqillik illərində Azərbaycanda kitabxana işi”, oktyabrın 18-də Naxçıvan Şəhər MKS Naxçıvan Şəhər Mədəniyyət İdarəsi ilə birgə “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” adlı tədbirlər, 17 oktyabrda Sədərək Rayon MKS S.Vurğun adına Sumqayıt Şəhər Mərkəzi Kitabxanasının, “Qobustan” jurnalının əməkdaşlarının, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin iştirakı ilə “Heydər Əliyev – müstəqillik və milli dövlətçilik”  adlı onlayn tədbir təşkil etmişlər. “Heydər Əliyev ili” ilə bağlı oktyabr ayı ərzində kitabxanalar tərəfindən ümumilikdə, 7 tədbir keçirilmişdir.

Oktyabrın 3-də Culfa Rayon Mədəniyyət Sarayında “Müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir”,  Sədərək Rayon Mədəniyyət Sarayında “Ölkəmizin tarixində dönüş günü”,  24 oktyabr tarixdə Babək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev siyasətinin qələbəsi”, oktyabrın 30-da Ordubad Rayon Mədəniyyət Sarayında “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbirlər keçirilmişdir. Oktyabr ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 4 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı oktyabr ayı ərzində ümumilikdə, 12 tədbir təşkil edilmiş, 16 açıq dərs keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Nazirliyin 13 oktyabr 2023-cü il tarixli 252 nömrəli əmri ilə “İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin qeyd edilməsi münasibətilə tədbirlərin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı” təsdiq edilmişdir. 14-15 oktyabr tarixlərdə Nazirlik və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Nazirlik tərəfindən 14 oktyabr tarixdə Heydər Əliyev Muzeyində “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” və 15 oktyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasında “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” adlı tədbirlər keçirilmişdir. Nazirliyin tabeliyində olan Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Film Fondu,  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, teatrlar, muzeylər, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər)  mədəniyyət idarə və şöbələri, mədəniyyət sarayları, mərkəzləşdirilmiş kitabxana sistemləri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən konsert, dəyirmi masa, yığıncaq və s. olmaqla müxtəlif formatlı tədbirlər  təşkil edilmiş, konsert proqramları təqdim olunmuş, filmlər nümayiş olunmuş, sərgilər qurulmuşdur. Nazirlik, nazirliyin tabeliyində olan müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 56 tədbir, o cümlədən 26 konsert, 1 dəyirmi masa, 28 konfrans və yığıncaq, 1 səyyar sərgi keçirilmiş, keçirilən tədbirlərdə 10 sərgi qurulmuş və 8 film nümayişi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür. Təfsilatlı Tədbirlər Planının 8.10.2.2.3. bəndinin icrası ilə bağlı - Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Naxçıvan Dövlət Filarmoniyasına, Naxçıvan Dövlət Uşaq Filarmoniyasına, mədəniyyət saraylarına, dövlət teatrlarına səs və işıq avadanlıqlarının, musiqi alətlərinin, kompüter və avadanlıqların, yaradıcı kollektivlər üçün geyim dəstlərinin alınması üçün müvafiq siyahılar və texniki tapşırıqlar hazırlanmışdır. Hazırlanmış siyahılar üzrə avadanlıqların, malların və xidmətlərin satın alınmasını həyata keçirmək üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq şirkətlərə rəsmi qaydada müraciətlər ünvanlanmışdır.

Təfsilatlı Tədbirlər Planı”nının 8.5.3.1.1., 8.5.3.1.2., 8.10.2.1.1., 8.10.2.1.3., 8.10.2.1.4. və 8.10.2.1.6. maddələrinin icrası ilə əlaqədar aid qurumların mütəxəssislərindən ibarət komissiyanın yaradılması məsələsinə baxılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir.

Təfsilatlı Tədbirlər Planı”nın 8.10.2.1.5.,  8.10.2.1.7., 8.10.2.1.8., 8.10.2.2.3., 8.10.2.2.4. yarımbəndlərinin icrası ilə bağlı hazırlanmış layihə tapşırıqlarına baxılaraq rəy verilməsi üçün,  Təfsilatlı Tədbirlər Planının 8.5.3.1.1., 8.10.2.1.1., 8.10.2.1.6., 8.10.2.1.9., 8.10.2.2.5., 8.10.2.2.6., 8.10.2.2.7. yarımbəndlərinin icrası ilə bağlı qarşılıqlı iş aparılması və 2023-cü ildə icrasına başlanılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciətlər göndərilmişdir.

Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, Xan Sarayı, Möminə Xatın türbəsi, Qızlar bulağı, Yay Teatrı, Bazarçayı gölü, Köhnə Bazar və Qədim Karvansarayın daxil olduğu tarixi abidələrin bazasında “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksinin yaradılması, həmin abidələrin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması bəndləri ilə əlaqədar 17 oktyabrda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən Naxçıvan şəhərində Əcəmi Seyrəngahında yerləşən abidələrə, İsmayılxan hamamına, Gülüstan türbəsinə və Ordubad şəhərində Sərşəhər məscidinə, Ordubad Cümə Məscidinə və Qeysəriyyə abidəsinə baxış keçirilmişdir.

25 oktyabrda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru və İnstitutun baş mühəndisi  tərəfindən Möminə Xatın türbəsinə abidənin mövcud vəziyyəti ilə bağlı mütəxəssis baxışı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. Mədəniyyət evləri tərəfindən  Qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanmışdır.

28 sentyabr-5 oktyabr tarixlərdə muxtar respublikada olan tarix-mədəniyyət abidələri haqqında sənədli film, video roliklər və s. hazırlanması üçün çəkiliş aparılması məqsədilə  Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyinin çəkiliş qrupu Naxçıvanda olmuş, Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında olan abidələrdə foto və videoçəkilişlər aparılmışdır.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir sıra işlər görülmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Rza Xudiyev və aktyor Nəsimi Məmmədzadə 11-15 oktyabr tarixlərində İstanbulda Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak etmiş, Nəsimi Məmmədzadə Birliyin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi, Naxçıvan Teatrı isə Avrasiya Teatrlar Birliyinə üzv seçilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Türksoy Beynəlxalq Teatr Festivalı çərçivəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı fransız yazıçısı Viktor Hüqonun “Edam məhkumunun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşanı oktyabrın 30-da Sumqayıt Dövlət Milli Dram Teatrında, 31 oktyabrda  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  tamaşaçılara təqdim etmişdir.

Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində M.F.Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşasının bərpa məşqləri, Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Həmçinin 5, 14 və 28 oktyabr tarixlərdə M.F.Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran”, 6 oktyabr tarixdə V.Hüqonun “Edama məhkumun son günü”, 12 oktyabr tarixdə P.Ünalpın “Spiral”, 21 oktyabr tarixdə M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” tamaşaları bilet satışı ilə stasionarda nümayiş olmuşdur. Qeyd olunanlarla yanaşı teatrın kollektivi muxtar respublikanın rayonlarında qastrol səfərlərində olmuş, 13 oktyabr tarixdə Culfa, 16 oktyabr tarixdə Kəngərli, 17 oktyabr tarixdə Ordubad, 19 oktyabr tarixdə Şahbuz, 20 oktyabr tarixdə Şərur, 24 oktyabr tarixdə Sədərək, 25 oktyabr tarixdə Babək rayonlarında M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” tamaşasını nümayiş etdirmişdir. Tamaşalardan 12-i bilet satışı ilə, 3-ü xeyriyyə olmuşdur.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası” və C.Məmmədquluzadənin “Çay dəzgahı” əsəri əsasında hazırlanan tamaşaların məşqləri aparılmış, 7 oktyabrda Şirzad Abutalıbovun səhnələşdirdiyi “Qoğalın Sərgüzəşti”, 21 oktyabrda “Buratino”, 14 oktyabrda isə K.Ağayevanın səhnələşdirdiyi “Göyçək Fatma”, 28 oktyabrda Ə.Qasımovun “İnanmayaq tülkülərə” tamaşalarının stasionarda bilet satışı ilə nümayişi olmuşdur. Teatrda bilet satışı ilə 8 tamaşa nümayişi olmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” və “Günnütdən Qarabağa”, həmçinin V.Rzayevin “Məzlum Dovşan” tamaşalarının məşqləri aparılmış, 14 və 21 oktyabr tarixlərdə “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının bilet satışı ilə stasionarda nümayişi olmuşdur. Dövlət teatrları tərəfindən 22-i bilet satışı ilə, 3-ü xeyriyyə olmaqla, ümumilikdə 25 tamaşa oynanılmışdır.

Oktyabrın 10-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən görkəmli dramaturq Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri sayılan “Tamahkar” əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Oktyabrın 30-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında "Zəfər Günü"nə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliyinin rəsmi açılış tədbirində Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs qrupları iştirak etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə oktyabrın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Çap əsərlərinin uçot–mühafizəsi və onlara uçot nişanlarının vurulması qaydaları” mövzusunda seminar-treninq təşkil olunmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 10 oktyabr tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Unus, 24 oktyabr tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Aşağı Qışlaq kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2  görüşü təşkil olunmuşdur.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərslər və mühazirələr keçirilmişdir. Ay ərzində ümumilikdə 47 açıq dərs və 4 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 14 tədbir keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə Dövlət Bayrağı Muzeyi və Qarabağlar Türbə Kompleksinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində praktiki köməklik göstərilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 452 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Oktyabr ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 445, Facebook səhifələrində 406 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 34 min 177, Facebook hesablarında isə 55 min 456 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 25 min 608 nəfər yerli, 20 min 869 nəfər əcnəbi olmaqla, ümumilikdə 46 min 477 nəfər ziyarət etmiş, muzeylərə 348 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında həvəskar şair, qəzəlxan İman Nami ilə görüş keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən məktəblilərin narkomaniya, alkoqolizm və tütün məmulatlarından uzaqlaşdırılması məqsədilə “Narkomaniya ağ ölümdür” mövzusunda oxucularla maarifləndirici söhbət aparılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar yazıçı Güllü Məmmədovanın “Fatehlərin zəfəri” adlı romanının müzakirəsi keçirilmişdir.  

Oktyabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Xalq şairi Məmməd Arazın 90, Şair Əhməd Cəmilin 110 illik yubileyləri, “18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü” ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 46 tədbir keçirilmiş, 54 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 8 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Naxçıvan” Universitetində “Mütaliə - müasir dövr və keçmiş arasında körpü rolunu oynayır”  mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan Dövlət Texniki Kollecində Qasım Hacıyev və Əyyub Əbdüləzimovun “Qarabağ tarixi” kitabının oxucularla müzakirəsi keçirilmişdir. Oxucuları mütaliəyə cəlb etmək məqsədilə Culfa Rayon MKS tərəfindən “Kitab bilik mənbəyidir” devizi altında şəhər və kənd tam orta məktəblərdə səyyar kitab sərgiləri təşkil edilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin iş prinsipi” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxananın abonoment şöbəsi və oxu zalından istifadə qaydaları” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Hacı Zeynalabdin Marağayinin anadan olmasının 185 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 5 №li tam orta məktəbdə M.Arazın “Seçilmiş əsərləri” kitabının oxucularla müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Həvva Məmmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi (1918-1920)” kitabının oxucularla müzakirəsi keçirilmişdir.

Oktyabr  ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 39 tədbir keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ordubad Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Ordubad Rayon MKS-nin Uşaq kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Sədərək Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Sədərək rayon MKS-nin Uşaq şöbəsində ezamiyyədə olmuşlar.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 24 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 adda 16 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 122 material hazırlanmış, sosial şəbəkə hesablarında 425 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 858, Facebook səhifələrində 16 min 156 olmuşdur.

Oktyabr ayında Nazirliyə M.F.Axundzadə adına Milli Kitabxanadan 2 adda 20 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 158 adda 220 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 753, oxucu gəlişi 7 min 709, kitab verilişi isə 50 min 827 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 92 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 240-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 708-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 419, qlobal şəbəkədən 49 olmaqla, 468  oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda 1-i onlayn olmaqla 110 tədbir keçirilmişdir.

Oktyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə bağlı Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “Müstəqilliyimiz əbədidir”, Şərur Rayon Mədəniyyət Sarayı tərəfindən “Müstəqilliyin bərpası”, Culfa Rayon Mədəniyyət Sarayı tərəfindən “Müstəqilliyimizin tarixi”, Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “Vətən şairi – Məmməd Araz” və digər tədbirlər keçirilmiş, konsert proqramları təşkil edilmiş, sərgilər qurulmuşdur. Oktyabr ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 30 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Fərəc Qarayevin yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 172 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 78 paylaşım edilmiş, 4 min 783 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 94 paylaşımın 6 min 675 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1 tədbir keçirilmiş, Qərbi Azərbaycan adət-ənənələri ilə bağlı 2 ssenari mətni hazırlanmış, Şahbuz rayonunun Gömür kəndində yaşayan Qərbi Azərbaycanlılardan folklor nümunələri və toponimlər toplanmış, kənd mədəniyyət evinin əməkdaşlarına əməli köməklik göstərilmişdir. Mərkəzin sosial şəbəkə hesablarında 14 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1028, Facebook səhifəsində izləyicilərinin sayı isə 1065 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 34 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1 min 500 manatlıq 16 adda 130 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına ay ərzində “Görünməyən qəhrəmanlar - Bizim torpaq”, “Üçüncü günün adamı”, “Görünməyən qəhrəmanlar-Dəniz pişikləri”,  “Uzaq sahillərdə”, “Görünməyən qəhrəmanlar-Hərbi Hava Qüvvələri”, “Yarımçıq xatirələr”, “Görüş”, “Qaynana”,  “Hədəf Bakıdır”  və “Son iclas”  filmləri nümayiş olunmuşdur.

Ümumtəhsil məktəblərinin  şagirdlərinə  Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmış, 3 oktyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərin şagirdlərinə “Buta” filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində iki dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

Həmçinin, oktyabr ayında 1-i A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına, 3-ü Naxçıvan Dövlət Filarmoniyasına, 1-i Şahbuz, 1-i Kəngərli, 3-ü Culfa rayon mədəniyyət şöbələrinə olmaqla, ümumilikdə 9 film nüsxələnərək təhvil verilmişdir.

Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı 1 film,  Hərbi Liseyin kursantları üçün 10 film və ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film  olmaqla, ümumilikdə 12 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 141 material hazırlanmış, 282  paylaşım edilmiş, 1697 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqətdə saxlanılmışdır. 13 oktyabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Daxili potensialını kəşf et” adlı təlim keçirilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 31 xəbər, 8 məqalə olmaqla, ümumilikdə 39 material işlənmişdir.

Nazirliyin Youtube kanalına 1 videomaterial yerləşdirilmiş, kanalın 4 min 230 abunəçi, 696 min 156 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Oktyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 625-ə çatmış, 92 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 50 olmuş, səhifədə 100 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 15 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 945 nəfər olmuşdur.

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 13, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 5, digər informasiya resurslarında 36 xəbər materialı yer almışdır.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin metodisti Şəhla Tarverdiyevanın “Müdriklik rəmzi yallılarımızın üslub xüsusiyyətləri haqqında” adlı məqaləsi NUHÇIXAN İnformasiya Agentliyində, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın  “Ümid işığı” məqaləsi “Nəsildən nəsilə” jurnalında, “Şəhid Ceyhun Dünyamalıyevin əziz xatirəsi yad edilib” , “Əsrə bərabər 20 il”, “Şəhid Kənan Rzayevin  əziz xatirəsi yad edilib” məqalələr i “İki sahil” qəzetində, “Şəhid Ceyhun Dünyamalıyevin əziz xatirəsi yad edilib” məqaləsi NUHÇIXAN İnformasiya Agentliyində işıqlandırılmışdır.

Dövr ərzində 1 nəfər Nazirlik əməkdaşı Naxçıvan televiziyasına və AZTV üçün müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 6 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri oktyabr ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 33-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 121 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 33-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 83 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 92 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 47 nəfər işə qəbul edilmişdir.

Oktyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.