Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

ORDUBAD RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ

1982-ci ildə Cümə məscidində fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1990-cı ilin may ayından etibarən öz fəaliyyətini XVII əsrə aid tarix-memarlıq abidəsi olan Qeysəriyyə binasında davam etdirir. Muzeyin fonduna 3500-dən çox eksponat daxildir və onların əksəriyyəti ekspozisiya zalında nümayiş olunur.

Ekspozisiya zalında müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş qəbir daşları və sənduqələr, rayonun tanınmış ziyalıları haqqında məlumatlar,onların fotoşəkilləri, kitabları və digər dəyərli eksponatlar nümayiş etdirilir.

 

Ordubad şəhəri, Heydər Əliyev prospekti 24

Tel: (+99436) 547-02-09