Şərur rayonunun Tənənəm kəndində ziyarətgahdır. Diqqəti çoxda cəlb etməyən bir binadan ibarət olub içərisində qəbir var. Qəbir üstündə tikilmiş türbə-sərdabə uzun illərdən bəri ibadətgaha çevrilib. Günbəzi tacvari formalı, dairəvi planlıdır. Ziyarətgahın giriş qapısı üzərində vaxtilə kitabə olsa da, dövrümüzədək qalmamışdır. Piri Süleyman ziyarətgahının ətrafından orta əsrlər (xüsusilə XIV əsr) üçün səciyyəvi olan xeyli saxsı qab sınıqları və kaşı hissələri aşkar olunmuşdur. Tədqiqatçıların ehtimalına görə, XIV-XV əsrlərdə burada hansısa sufi təriqəti fəaliyyət göstərmiş, Süleyman isə onun rəhbər şeyxlərindən olmuşdur.