
Muzey 9 fevral 2010-cu il tarixdə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılıb. Burada iki ekspozisiya zalı, iki yardımçı otaq vardır. Ekspozisiya zallarında 150-dən çox eksponat nümayiş etdirilir.
Muzeyin ekspozisiyasında olan Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun təəssürat yaradır. Muzeydə təkcə Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilərin deyil, müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilər haqqında materiallar toplanmışdır.
Ünvan: Kəngərli rayonu, Şahtaxtı kəndi