Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN EV MUZEYİNİN ƏSASNAMƏSİ

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN EV MUZEYİNİN

ƏSASNAMƏSİ

                                 

1.   Ümumi müddəalar

1.1.     Xalq şairi Məmməd Arazın Ev Muzeyi (bundan sonra - Muzey) Azərbaycanın Xalq şairi Məmməd Arazın yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələrinin toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

1.2.    Muzey öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin  Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin (bundan sonra – Şöbə) əmr, qərar və tapşırıqlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3.    Muzey Nazirliyin tabeliyində fəaliyyət göstərir. Muzeyin fəaliyyətinə birbaşa nəzarəti Şöbə həyata keçirir.

1.4.    Muzey öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5.    Muzey qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Nazirliyin, Şöbənin və öz adının həkk olunduğu möhürə, müvafiq ştampa və blanklara malikdir.

1.6.    Muzeyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7.    Muzey Şahbuz rayonunun Nursu kəndində yerləşir.

 

2.     Muzeyin məqsəd və vəzifələri

2.1.    Muzeyin məqsədləri aşağıdakılardır:

2.1.1.     muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi və təbliği;

2.1.2.     Xalq şairi Məmməd Arazın yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələri ilə geniş xalq kütlələrinin tanış edilməsi, ayrı-ayrı vətəndaşların həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edilməsi;

2.1.3.     muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi.

2.2.     Muzeyin vəzifələri aşağıdakılardır:

2.2.1.     keyfiyyətli muzey xidməti göstərilməsinə yönəldilən tədbirləri həyata keçirmək;

2.2.2.     muzey sərvətlərinin toplanması, mühafizəsi,  komplektləşdirilməsi, tədqiqi və təbliği üçün ardıcıl tədbirlər hazırlayıb həyata keçirmək;

2.2.3.     muzey sərvətlərinin uçotu, mühafizəsi və bərpası üzrə işlərin  “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat” əsasında təşkil olunması üçün tədbirlər görmək;

2.2.4.     öz səlahiyyətləri daxilində muzeydə kadr hazırlığını həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək;

2.2.5.     muzey işinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə qabaqcıl təcrübədən istifadə etmək;

2.2.6.     muzeyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət, məktub və müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

2.2.7.     muxtar respublika ərazisindəki muzeylərlə əməkdaşlıq etmək, birgə tədbirlər həyata keçirmək;

2.2.8.     müəyyən edilmiş qaydada hər il muzeyin fəaliyyəti, iş və tədbirlər planlarının yerinə yetirilməsi, muzey sərvətlərinin hərəkəti, statistikaya dair hesabat vermək;

2.2.9.     Muzeydə distant dərslərin və təhsil müəssisələri ilə bağlanmış müqavilələrə uyğun olaraq açıq dərslərin keçirilməsini təmin etmək;

2.2.10.  muzey fondunun müvafiq təlimata uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq muzey əşyalarının mühafizəsini təmin etmək;

2.2.11.  muzey əşyalarının qəbulu, işlənilməsi, ekspozisiya və sərgilərə mövcud qaydada verilməsini həyata keçirmək;

2.2.12.  bərpaya ehtiyacı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması üçün tədbir görmək;

2.2.13.  muzey əşyaları haqqında məlumatların həmçinin, elektron daşıyıcılarda saxlanılmasını təmin etmək;

2.2.14.  tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq; 

2.2.15.  muzey əşyalarının yaranma tarixini, əhəmiyyətini elmi cəhətdən öyrənmək, muzeyin ekspozisiyası və mədəni kütləvi tədbirlərində bu məlumatlardan istifadə etmək;

2.2.16.  muzeyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

2.2.17.  məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

3.     Muzeyin hüquqları

3.1. Muzeyin hüquqları aşağıdakılardır:

3.1.1.   Xalq şairi Məmməd Arazın yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələrini nümayiş etdirmək;

3.1.2.   muzey işinə dair təlimat və tövsiyələrin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

3.1.3.   mövcud qanunvericiliyə uyğun olaraq muzey sərvətlərindən istifadə qaydalarını müəyyən etmək və onlara riayət olunmasını təmin etmək;

3.1.4.   muzey işinə dair təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

3.1.5.   müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.6.   öz vəzifələrini yerinə yetirmək və muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

3.1.7.   fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, sərgi, müsabiqə və digər tədbirlər təşkil etmək;

3.1.8.   məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

3.2. Muzey fonduna daxil olan muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ muzeyə məxsusdur.

 

4.     Muzeyin fəaliyyət istiqamətləri

4.1.     Muzeyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

4.1.1.      muzey profilinə uyğun bədii, tarixi və muzey üçün əhəmiyyət kəsb edən əşyaları aşkar edir, toplayır və komplektləşdirir;

4.1.2.      muzey əşyalarının uçotunu, mühafizəsini, öyrənilməsini, bütöv saxlanılmasının təmin edilməsini və təbliğini təşkil edir;

4.1.3.      Xalq şairi Məmməd Arazın yaradıcılığına, həyat və fəaliyyətinə dair maddi mədəniyyət nümunələri barədə geniş xalq kütlələrini tanış edir, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin aşkar edilməsinə, toplanılmasına və öyrənilməsinə cəlb edir;

4.1.4.      muzeyin  profilinə uyğun elmi-tədqiqat işlərinin həyata keçirilməsini təmin edir;

4.1.5.      muzey eksponatlarından ibarət sərgilər təşkil edir, muzeyin ekspozisiyası sahəsində dizayn və tərtibat işlərini həyata keçirir;

4.1.6.      muzey əşyalarının konservasiya və bərpasını müvafiq təlimata əsasən həyata keçirir;

4.1.7.      muzey kolleksiyalarının kataloqlarını hazırlayır, nəşr edir və geniş kütləyə təqdim edərək təbliğ edir.

 

5.    Muzeyin fəaliyyətinin təşkili

5.1.     Muzeyin fəaliyyətinə Şöbənin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2.     Direktor muzeyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.     Muzeyin baş fond mühafizi-elmi işçisi Şöbənin təqdimatı ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmrinə əsasən vəzifəyə təyin və vəzifədən azad edilir.

Muzeyin baş fond mühafizi-elmi işçisi direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

Baş  fond mühafizi-elmi işçi bilavasitə muzeyin direktoruna tabedir.

5.4.     Direktor:

5.4.1.       muzeyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;

5.4.2.      muzeyin işçilərini vəzifəyə təyin edir və vəzifədən  azad edir, onların barəsində həvəsləndirmə və intizam  tənbeh tədbirləri görür;

5.4.3.      qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, muzey işinə dair aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.4.4.      muzeyin maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

5.4.5.      muzeyin ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;

5.4.6.      muzey sərvətlərinin qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, uçotunun vəziyyətinə, elmi inventarlaşmasına, bərpa və konservasiyasına, gecə və gündüz mühafizəsinin təmin olunmasına, eləcə də muzeyin yanğından mühafizəsinə məsuliyyət daşıyır;

5.4.7.      dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında muzeyi təmsil edir;

5.4.8.      Muzeyin illik və digər iş planlarının tərtib olunmasını təmin edir.

5.5.    Muzeydə direktordan (şuranın sədri) və muzeyin işçilərindən ibarət muzey şurası yaradılır. Muzey şurasının tərkibinə həmçinin elm, mədəniyyət və incəsənətin müəyyən sahəsi üzrə mütəxəssislər daxil edilə bilər.

5.6.    Muzey şurasının üzvlərinin sayı və tərkibi Şöbə tərəfindən təsdiq edilir.

5.7.    Muzey şurası öz iclaslarında muzeyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.8.    Muzey şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Muzey şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Muzey şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir.

5.9.    Muzey şurasının qərarları protokolla rəsmiləşdirilir, direktor tərəfindən təsdiq edilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.

5.10. Muzey şurasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, direktor bu barədə Şöbəyə məlumat verərək öz qərarını həyata keçirir. Muzey şurasının üzvləri öz şəxsi fikirlərini Şöbəyə çatdıra bilərlər.

5.11. Muzeydə ekspertiza üzrə işin təşkili və keçirilməsi, mədəni dəyərlərin seçilməsi və qiymətləndirilməsi, həmçinin qeydiyyat-mühafizə fəaliyyətinin metodiki, təşkilati və elmi-praktiki məsələlərinin həlli məqsədilə fond-satınalma komissiyası yaradılır. Fond-satınalma komissiyasının fəaliyyəti müvafiq “nümunəvi əsasnamə” əsasında qurulur. Fond-satınalma komissiyasının işinə digər mədəniyyət və ictimai təşkilatların, elmi və tədris müəssisələrinin müxtəlif ixtisaslar üzrə mütəxəssisləri cəlb oluna bilərlər. Fond-satınalma komissiyasının tərkibi Şöbənin əmrinə əsasən təsdiq edilir.

 

6. Muzeyin fondu, muzey əşyalarının uçotu və mühafizəsi

6.1. Muzeyin fonduna Azərbaycanın xalq şairi Məmməd Arazın həyat və yaradıcılığına dair maddi mədəniyyət nümunələri və muzey əhəmiyyəti kəsb edən digər əşyalar daxildir.

6.2.          Muzey əşyalarının və kolleksiyalarının muzey fonduna daxil edilməsi, uçotu və mühafizəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”a əsasən aparılır.