
Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. 2015-ci ildən muzey Şəhidlər xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir. Muzeydə 2 mindən çox eksponat mühafizə olunur.
Muzeydə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını əks etdirən sənədlər, şəkillər və digər eksponatlar vardır. Həmçinin muzeydə ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın keçdiyi döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar nümayiş etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti