Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

2026-cı ilin son altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey və muzey tipli müəssisələr 204 min 809 nəfər ziyarətçi qəbul edib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylər son illərdə turizm və mədəniyyət həyatında getdikcə daha böyük rol oynayır. 2026-cı ilin son altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey və muzey tipli müəssisələr 204 min 809 nəfər ziyarətçi qəbul edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynlinin “Şərq qapısı”na verdiyi məlumata görə, ziyarətçilərin 166 min 124 nəfəri yerli sakinlər, 38 min 685 nəfəri isə xarici turistlər olub. Bu rəqəmlər Naxçıvanın zəngin tarixi-mədəni irsinə olan marağın artdığını açıq şəkildə əks etdirir.

Ən çox ziyarətçi axını Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi kimi məkanlara olub.
Cari ildə muzey fondlarına 420 yeni eksponat daxil edilib, həmçinin 8275 ekskursiya təşkil olunub.